Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə29/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

163 
 
R ə’ n a. Onlar çıldırdılar. 
N a t e l l a. Yardım et, içəri götürək. Simayı qaldırıb xətəxanəyə götürürlər. 
T u n c ə r (bölüklə bərabər silaha sarılaraq). Rədd olsun cəlladlar! 
B ö l ü k. Rədd olsun! 
F r a n k o. Haydı atəş!.. 
 
Hər iki tərəf hücuma keçərək atışırlar, coşğun muzika... 
 
M i a x a (gur səslə). Xırsızlar!.. Uğursuzlar!.. 
 
Deyə xalq alayları və könüllülərlə bərabər arqadan hücum edər. K a s t i l y o ilə Xalid 
də onların arasında görünür. Faşistlərdən bir neçəsi yaralanıb düşər. 
 
B i r i n c i y a r a l ı. Ah, dəhşət!.. Məhv olduq. 
İk i n c i y a r a l ı. Bizi aldatdılar. Xəyanət bizi məhv etdi. Bu sırada qaçanlardan biri 
Kastilyoyu qurşunla köksündən yaralar. 
K a s t i l y o (yıqılaraq). Ah, namərd! Məni namurad qoydun. Ona... Sevgili Emaya... 
Həsrət qaldım. 
E m a (çıqıb onun vurulduğunu görür. Söylədiyi sözlərdən mütəəssir olaraq 
yaqınlaşır. Yaralı  fəryad ilə). Ah, Kastilyo! Məni yalnız bıraqma! Mən sənsiz 
yaşayamam. (Onun başını qolları arasına alıb hönkürhönkür ağlar) 
K a s t i l y o. Xayır, sən yaşa!.. Düşmanlardan mənim... qanımı... al. Ema!.. Ağlama!.. 
(Ölür) 
E m a. Ah, o susdu, bir şam kibi parlayıb söndü. (Kinli) Xayır Kastilyo, xayır, mən 
daha ağlamayacayam. (Kastilyonun tüfəngini qaparaq) Sənin qanını öz silahınla 
alacayam. 
M i a x a. Haydı vətəndaşlar! Bu qız sizə örnək olsun! Hücum!.. 
İləriyə hücum!.. 
 
Coşğun muzika... 
 
H ə r t ə r ə f d ə n. Urra, urra, urra!.. 
 
Deyə Emayı izləyərək qaçanları qovarlar. 
 
Pərdə 


164 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Belçikada sülh qurultayı... Salonun sağ tərəfində rəyasət hey’ətinə məxsus masa və 
qoltuqlar qoyulmuş. Hey’ət ə’zaları dürlü millətlərə mənsubdur. Yanlarda mühərrirlər 
və katiblər yerləşmiş. Ortadan sola doğru nümayəndələr oturmuşlar. 
 
S ə d r (ingiliz lordu ayağa qalqaraq). Həzərat! Mən Avropanın mərkəzində qurulan 
böyük sülh qurultayını açıq e’lan edirəm. Buraya hər dövlətdən nümayəndələr gəlmiş, hər 
kəsin mə’lumu olduğu üzrə son zamanlardakı müharibə qorqusu 1914-cü ilə görə daha 
ağır, daha dəhşətlidir. Biz sülh uğrunda yaqşı mübarizə etmək için millətlər məclisinə 
tə’sir göstərməliyik və beynəlxalq tərk-silah məqsədilə  tərtib olunmuş plan əsasında 
hərəkət etməliyik. Imdi hörmətli Sovet nümayəndəsinə söz verilir. 
 
Alqışlar. 
 
S o v e t n ü m a y ə n d ə s i (xitabət kürsüsünə çıqaraq). Möhtərəm cənablar! Bizə 
aydındır ki, yer yüzündə sülh istəyənlər müharibə  tərəfdarlarından qüvvətlidir. Çünki 
onların arqasında hərbə qarşı kin və nifrət bəsləyən xalqlar durmuşdur. Lakin bu 
yetərmi?.. Xayır.  İçimizdə öylə hökumətlər var ki, yeni əsrə qan və  dəmir  əsri – deyə 
dodaq gəmirməkdədirlər. 
B ə’ z i n ü m a y ə n d ə l ə r (yerlərindən). Rədd olsunlar. 
İb l i s (kibar qiyafətli, ortayaşlı, qurnaz baqışlı bir papas... Papa vəkili rolunda 
olaraq, yanında oturan nümayəndə qılıqlı üçüncü, dördüncü şeytana). Bu təcavüzdür. 
Ü ç ü n c ü və d ö r d ü n c ü ş e y t a n (yüksəkdən). Bu təcavüzdür. 
B i r i n c i a l m a n n ü m a y ə n d ə s i (yerindən qalqaraq).  Əvət, təcavüz!.. 
Başqalarının hüququna təcavüz!.. 
A r i f (yerindən). Xayır, deyil. 
S ə d r (zilə basaraq məclisdəkilərə). Oturun! (Natiqə) Sözünüzə dəvam edin! 
S o v e t n ü m a y ə n d ə s i. Əvət, “qan! qan!” deyən bu hərbcular imdiyə qadar 
millətlər cəmiyyəti tərəfindən ciddi bir qarşılıq görmədi. Öylə hökumətlər var ki, bu 
zəifliyə qarşı susmaq istəyir. Bu isə acınacaq bir haldır. Biz keçmiş cihan müharibəsinin 
qanlı qurbanlarını və 


165 
 
doğurduğu millətlər ayrılığını unutmamışıq. Bə’zi dövlətlər  Şərqdə  və  Qərbdə yeni 
fitnələr törətməkdən çəkinmirlər. Hər gün sülhə  tərəfdar olduqlarını söyləyərək, yeni 
hücumlar hazırlayırlar. 
Ü ç ü n c ü ş e y t a n (yerindən). Kimdir onlar? Kimdir onlar? 
D ö r d ü n c ü ş e y t a n. Açıq söylə, kimdir onlar? 
Ç i n n ü m a y ə n d ə s i. Çin ölkəsini parçalayan quldurlar!.. 
H ə b ə ş n ü m a y ə n d ə s i. Həbəşistanı yaqıb-yıqan azğınlar!.. 
Y a p o n n ü m a y ə n d ə s i (diplomat... qalqaraq). Bu kinayələr yersizdir. 
A l m a n n ü m a y ə n d ə s i. Natiq susdurulsun! 
İt a l y a n n ü m a y ə n d ə s i. O yenə təcavüzə başlayır. 
S  ə d r (zilə basaraq). Həzərat!.. Sükut!.. Hər kəs öz sırasında söylər. (Sovet 
nümayəndəsinə) Buyurun! 
S o v e t n ü m a y ə n d ə s i. Əvət, bir çoqları təhlükəsizlikdən bəhs etdikləri halda
gecə-gündüz silahlanırlar. Dünyanın hər bucağına ədavət toxumu səpməkdən utanmırlar. 
Biz buna baqmayaraq daha sarsılmaz bir qüvvətlə çalışmalıyıq. Bütün ölkələrə, bütün 
insanlara qurtuluş yolları göstərməliyik. O yol da ancaq işçi sınıflarının, dünya 
əməkçilərinin birləşməsilə olur. Yaşasın həqiqi sülh və əmək birliyi!.. (Gurultulu alqışlar 
altında xitabət kürsüsündən çəkilir) 
S  ə d r (sol tərəfi göstərir). Həzərat! Gözləriniz aydın! Sülh pərisi gözəl Sima 
məclisimizi şərəfləndirdi. 
A r i f (qalqar, əl çalaraq ilərilər). Alqış sevgi və dilək pərisinə! 
N ü m a y ə n d ə l ə r. Yaşa, var ol! Yaşa, var ol! 
 
Deyə hər yandan Simayı alqışlayaraq sədrin yanına qadar gətirirlər. T u n c ə r də onun 
ardınca gəlir. Qollarını köksündə çapraz edərək bir yanda durur. 
 
S o v e t n ü m a y ə n d ə s i. Ona söz verilsin. 
F r a n s ı z n ü m a y ə n d ə s i. İspaniya haqqında Simaya söz verilsin. 
N ü m a y ə n d ə l ə r. Söz verilsin. 
S ə d r. Buyurun, sizi dinləmək istəyirlər. 
S i m a. Nə söyləyim mən? İspaniyadakı qan fırtınalarını, dəhşət yanğınlarını təsvirə 
sözmü bulunur? Bu bədbaxt ölkə fəlakət pəncəsində qıvrılaraq hər gün yeni-yeni faciələrə 
şahid olmaqdadır. Yurtsuz qadınlar, ac və kimsəsiz çocuqlar ayaqlar altında çignənib 
getməkdədir. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə