Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə26/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

154 
 
K a s t i l y o. Ema! Yetər, aradan nələr keçdi? Nə oldu sana? 
E m a. Nə olacaq? Qarayı gördün də ağı unutdun. Anlat görüm üç gündür haradasın? 
K a s t i l y o. Gecə-gündüz qışlada məşq edirik. 
E m a. Olsun, bir gəlib aramaq, sormaq yoqmu? 
K a s t i l y o. Sən bilirsən ki, vətən eşqi və  vətən qurtuluşu hər  şeydən yüksək və 
müqəddəsdir. 
E m a. Olsun, mən də vətənin bir üzvü, bir parçası, bir yavrusu deyilmiyim? 
K a s t i l y o. Vətən anadır. Bütün sevgilər ana məhəbbəti qarşısında sönük qalır. 
E m a. Bilirəm, məndən soğumuşsun. (Əlilə itər) Get, get, yolundan qalma! 
R ə’ n a. Nə tuhaf!.. Həm sevişir, həm çəkişirlər. 
İb l i s. Baqma, çəkişmək də sevişmənin bir nevidir. (Ağac dibindəki sıra üzərində 
otururlar) 
K a s t i l y o (xəstəxanəyə girmək istəyən Emaya). Getmə, dur! 
E m a (nazlanır). İstəməm, xayır. 
K a s t i l y o (qolundan tutaraq). Bəri gəl! Çocuqluq, dəlilik yetər! 
E m a (cibindən kiçik bir revolver çıqarır). Sus, bir də böylə  təhqir etsən, özümü 
öldürrəm. Bilirsən ki, imdi insanların bir qurşun qadar dəyəri yoqdur. 
K a s t i l y o. Anladım, əvət, anladım. Çocuq da mənim, dəli də, oldumu? 
E m a (şən və oynaq). Baq böylə!.. Bu cəvab xoşuma getdi. 
K a s t i l y o (onun əlini sıqaraq). Bağışla, çoq gecikdim. (Getmək istər) 
E m a. Dur, sözüm daha bitmədi. Nevbətdən sonra anamın yanına uğrarsın, saqın 
unutma! 
K a s t i l y o. Niçin? Gərəkli bir işmi var? 
E m a. Səninlə toy haqqında danışacaqdır. 
K a s t i l y o. Bilirsən ki, yerimiz dardır, geniş oda bulayım da sonra. 
E m a. Lazım deyil, bizə köçərsin, bu günlərdə evlənməliyik, vəssalam! 
K a s t i l y o. Nə olmuş canım, dünya dağılmadı ki!? 
E m a (ayağını yerə vuraraq). Mən öylə istərəm, eşitdinmi? Anam kimsəsizdir, tək 
başına bıraqmaq olmaz. 


155 
 
K a s t i l y o. Çoq gözəl, haydi gəl səni bir daha qollarım arasına alayım. (Qucaqlayıb 
öpür. Xızlı adımlarla uzaqlaşır) 
 
Bu sırada qucaqları – kağızlara sarılmış konserv, şəkər, çay, bisküvi və başqa şeylərlə 
dolu bir yığın qadın, erkək qarşıdakı evdən çıqarlar

 
E m a. Natella!.. Natella!.. (Deyə, onların arasındakı  gənc qadına doğru qoşar
öpüşürlər) 
N a t e l l a. Ema! Necəsin, gülüm? 
E m a. Yaqşıyım, sənin keyfin? 
N a t e l l a. Çoq şükür. 
E m a (uzaqlaşan nişanlısını çağırır). Kastilyo, Kastilyo! 
K a s t i l y o (geri dönər). Nə var, Ema? 
E m a. Yolunuz birdir, Natellaya yardım et! 
N a t e l l a. İstəməz, zəhmət çəkməyin. 
K a s t i l y o. Ver, ver! Hiç bir zəhməti yoq. (Şeylərin yarısını alır
Ee... e nə bolluq canım!? Bunları sizə kim paylayır? 
E m a. Kim paylayacaq?.. Bizimkilər! 
K a s t i l y o. Yenə müəmma söyləyirsən. 
N a t e l l a. Xayır, müəmma deyil. Bu şeylər cihan proletarları  tərəfindən bizə 
hədiyyədir. Həm də çoq qismi böyük Sovetlər İttifaqından göndərilmiş. 
E m a (şən və öyünürcəsinə).  Əvət biz yardımsız və kimsəsiz deyilik. (Natellaya
Bağışla, unutdum. Çocuq hanı? Evdə yalnızmı bıraqdın? 
N a t e l l a. Xayır, yalnız deyil, anamla xəstə qardaşım bizdədir. 
K a s t i l y o. Ərin harda? 
N a t e l l a. Madrid altında pulemyot başında. 
İb l i s. Acıyın bizə, Allah eşqinə yardım edin. 
E m a. Siz kimsiniz? 
İb l i s. Talesiz bir professor!.. Gözlərim zəhərli qaz və başqa kimya təcrübələrində 
kor olmuş. 
N a t e l l a. Uf, bilməm bu alimlər zəhərli qazlarilə, yaqıcı makinalarıyla insanlardan 
nə istəyirlər. 
K a s t i l y o. Onların bir çoq kəşfiyyatı bəşəriyyəti umulmaz vəhşiliyə, 
qorqunc fəlakətlərə sürükləyir. 
İb l i s (dərindən ah çəkərək). Əvət, yavrum, bizim elmimiz cəhalət qadar iyrənc və 
uğursuzdur. Ona görə  də Allah məni öz əlimlə  cəzalandırdı. Uf, lə’nətlər olsun mənim 
taleyimə! 


156 
 
N a t e l l a. Keçmiş artıq, üzülmək yersizdir. (Rə’nayı göstərir) Bu kimdir? 
İb l i s. Qızımdır. Bizə sığınacaq yer verin. 
K a s t i l y o (gülərək). Yerimiz olsaydı toyumuzu beş gün əvvəl yapardıq. 
E m a (sinirli). Sözü çeynəmə, dedim a, bizə köçərsin, vəssəlam! 
N a t e l l a. Gedəlim, çocuq acdır. 
K a s t i l y o. Haydi, haydi! (Sür’ətli adımlarla uzaqlaşırlar
E m a. Uğurlar olsun! (Əlini dodaqlarına götürür) Natella! Unutma, körpəciyəzi 
mənim yerimə də öpərsin. 
N a t e l l a. Yaqşı, gülüm, yaqşı. 
R ə’ n a. Uf, səbrim tükəndi, Arif harda? 
İb l i s. Üzülmə, bu saat gəlib çıqar. 
E m a (beş-altı adım yürür, yana). Bəlkə bunlar acdır. (Dönüb yaqınlaşır) Professor! 
Yeyib-içməyə ehtiyacınız yoqmu? 
İb l i s. Xayır. (Rə’naya) Bəlkə sən bir şey istərsin. 
R ə’ n a. Bir parça əkmək olsaydı... 
E m a (onu xəstəxanəyə götürür). Gəliniz, yaqşıca makaron şorbası da var. 
İb l i s. Get, qızım, mən burdayam. (Gedərlər) 
 
Birinci, ikinci, üçüncü və dördüncü şeytan ortaya fırlayaraq İblisə qarşı əyilirlər. 
 
H a m ı s ı b i r d ə n. Salam böyük ustamıza! 
İb l i s (qıvılcımlar saçan gözlərini açaraq). Nə var, nə xəbər? 
B i r i n c i ş e y t a n (alman tipli). Ən parlaq müjdələr!.. Mən Hitler Almaniyasını 
dolaşdım, özümüzə bir çoq məsləkdaş qazandırdım. Oradakı əməkçilərdən başqa hər kəs 
qan-qan – deyə qızmış canavar kibi dünyaya meydan oquyurlar. 
İb l i s. Alqış sana, alqış səndəki baş-qulağa! 
B i r i n c i ş e y t a n. Halbuki sən mənə başarıqsız, yaramaz deyirdin. 
İb l i s. İncimə, quzum, pişik balasını sevdiyindən dişlər. 
B i r i n c i ş e y t a n (əyilir). Təşəkkür edirəm. Çoq lütfkarsınız. 
İb l i s. Haydi, sən yenə Almaniya tərəflərinə dön, hiç bir zaman iş başından ayrılma! 
B i r i n c i ş e y t a n. Göz üstə, baş üstə! (Hoplayaraq uzaqlaşır
İb l i s (yapon qılıqlı ikinci şeytana). Ehe, sən burada nə gəzirsən? 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə