Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə28/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

160 
 
M i a x a (yana). Oh... Alçaqlar!.. Rəzillər! 
N a t e l l a. Onlar mənim ağsaçlı anamı, xəstə qardaşımı süngü altında parçaladılar. 
Südəmər çocuğum, o mə’sum yavrucuğum beşikdə qaldı, alavlar içində külü havaya 
savruldu. (Çılğınca fəryad ilə) Ah, yavrum! Talesiz yavrum!.. (Hıçqırıqlar içində bayılıb 
düşər, alıb içəri götürürlər) 
 
Bu sırada pulemyot və təyyarə səsləri eşidilir. Ətrafda bombalar patlar, 
alav dalğaları yüksəlir. 
 
M i a x a. Vətəndaşlar! Erkək-qadın, sosialist-bitərəf, bütün cümhuriyyətçilər 
bilməlidir ki, mənim həlak olmuş ailəmin acı sərgüzəşti vətən fəlakətləri qarşısında hiçdir. 
Hər kəs ölkə müdafiəsi uğrunda, hüquq və hürriyyət yolunda birləşməli, Ispaniya faşizm 
məzarı olmalı, haydi, arş iləri! 
C a m a a t. Ya zəfər, ya ölüm! 
 
Coşğun muzika... Kinli adımlarla savaş meydanına doğru hərəkət edərlər. 
 
İb l i s (qızıl qiyafətdə görünür, daşqın sevinc ilə). Aman, nə dəhşətli yanğınlar! Nə 
parlaq mənzərələr!.. Artıq qəsvətli qaranlıqlardan əsər yoq. Gecə-gündüzdən seçilməyir. 
İki dəniz, iki tufan bir-birilə çarpışır. İki aqın, iki sinif qarşı-qarşıya gəlmiş. Oğul babayı, 
qardaş qardaşı tanımayır. Bir yanda əmək qəhrəmanları, bir yanda faşizm cəngavərləri 
birbirini boğazlayır. Kimsə kimsəyə aman verməyir, kimsə kimsəyə acımayır. Neron sağ 
olsaydı bu parlaq mənzərəyə məftun olurdu. Həm də özünü yeni əsrin neronları yanında 
pək küçük bulurdu. 
 
Gurultu və çarpışmalar getdikcə qızışır, top güllələri bir-birinin ardınca patlar. Ətrafdakı 
pəncərələrdən, divarlardan bir neçəsi devrilir. Üçüncü və dördüncü ş e y t a n 
qoşaraq gəlir, İblisə qarşı əyilirlər. 
 
Ü ç ü n c ü ş e y t a n. Aman, nə qorqulu döyüşlər!.. 
İb l i s. Cümhuriyyət ordusu nə halda? 
Ü ç ü n c ü ş e y t a n. Dəhşət!.. İçlərində öylə qəhrəmanlar var ki, tanklar üzərinə 
atılmaqdan çəkinməyirlər. 
D ö r d ü n c ü ş e y t a n. Buna baqmayaraq, faşistlər bu saət onları geri püskürtdülər. 
İb l i s. Niçin? Bu olur şeymi? 
D ö r d ü n c ü ş e y t a n. Onlar texnika və silahca daha güclüdür. (Əlilə göstərir) 
Baqsana, xalq alayları geri çəkilməkdədir. 


161 
 
İb l i s (iləriləyib baqar). Əvət, doğru, haydi bir yana çəkiləlim (Uzaqlaşırlar) Xalq 
ordusu və gönüllülər çarpışa-çarpışa səhnəyə  çəkilir. Vuruşan erkək və qadınlardan 
yaralanıb düşənlər olur. 
B i r i n c i y a r a l ı (qadın... yıqılaraq). Ah, xainlər, alçaqlar! 
İk i n c i y a r a l ı. Hər şey bitdi, gözəl vətən ayaqlar altında çignənib getdi. 
M i a x a. Haydi geriyə, nizam ilə geriyə!.. Düşmanı hər tərəfdən araya almalı, daha 
kəskin və ağır zərbə endirməli!.. 
 
Səhnədən çəkilirlər. İspanyol, mərakeşli, alman və italyan qiyafətli qiyamçılar atışaraq 
ilərilər. General Franko da onların arasında görünür. 
 
B i r i s p a n y o l. Çəkilin, yol verin! 
M ə r a k e ş l i. O kimdir? 
I s p a n y o l (əlilə göstərir). Baş komandan general Franko! 
F r a n k o (gəlir). Qəhrəman silahdaşlar! Xalqı sosializmaya və kommunizmaya 
doğru sürükləyənlər  əzildi. Tanrının yardımilə cümhuriyyətçilərə üstün gəldik. 
Ordumuzdakı almanlar və italyanlar böyük cəsarət göstərdilər. Yigit mərakeşlilər də 
qaplan kibi çarpışdılar. 
B i r a l m a n z a b i t i. Yaşasın birlik və yenilməz qüvvət! 
F r a n k o. Yaşasın müzəffər ordumuz! 
T u n c ə r (kənarda durub dinlədikdən sonra sərt və kəskin). Xayır, bu zəfərlər sizi 
öyündürməsin. Bu sərxoşluq və sevinciniz çoq sürməz. Sizin yardımçınız bir yığın 
cihangirlərsə, bizim arqamızda bütün cihan əməkçiləri durmuş. 
F r a n k o. Bu nə azğınlıq, bu nə cəsarət? 
A l m a n z a b i t i. Onun gözlərində kin və xəyanət dalğalanır. 
T u n c ə r. Sizə xain olsam da sınıfdaşlarıma xain deyilim. 
F r a n k o (qızğın). Sən kimsin? 
T u n c ə r. Mən əmək dünyasının yenilməz bir əskəri, inqilab cəbhəsinin sarsılmaz bir 
nəfəriyim. Mən qabarlı  əllərin, tərli alınların yılmaz bir rəmzi, sarsılmaz bir 
nümayəndəsiyim. 
F r a n k o. Bu hərif susdurulsun. 
Ə t r a f d a k ı l a r. Oh!.. (Deyə hücum edərlər
T u n c ə r. Durun! Mənə qulaq verin. Əcəba sərxoşmusunuz, kormusunuz? Xain 
generallara uyub da qardaş qanına susamaqda bir 


162 
 
şərəfmi var? Niçin ana-bacılarınızı, qadın və çocuqlarınızı düşünməyirsiniz? Əcəba siz də 
bizim kibi əmək yavruları deyilmisiniz? Qırıb-çatdığınız qurbanlar öz yurtdaşlarınız 
deyilmi? Yaqıb-yıqdığınız bu gözəl vətən sizin deyilmi? 
F r a n k o. Bizimdir. Lakin bıraqmarıq ki, hər baldırı çıplaq bu ölkədə ixtilal çıqarsın, 
hər gün yeni bir tufan qoparsın. Biz yalnız vətənin səadət və istiqlalını istəyiriz. 
N a t e l l a (xəstəxanədən çıqar, son sözləri eşidərək çılğınca ahəng ilə).  Aman o 
xaini dinləməyin! Onu izləyən cəlladlara qulaq verməyin! Onlar taundan, vəbadan 
qorqulu, qıtlıqdan və ölümdən dəhşətlidir. 
İt a l y a n z a b i t i. Sus, bir cılız qurşun səni susdurar. (Revolverini çıqarır, atarkən 
açılmaz) 
N a t e l l a (önə atılaraq xəncərlə onu köksündən yaralar). Haydı 
gəbər! Xain canavar!.. (Natellayı boğazından yaqalar
T u n c ə r. Bıraq onu, şərəfsiz (Revolverlə atəş açar) 
İt a l y a n z a b i t i. Ax, axx... (deyə yıqılır
T u n c ə r. Qardaşlar! Bu qanlı cənazələrdən ibrət alın! O vəhşi komandanlardan, o 
vicdansız qatillərdən uzaqlaşın! 
F r a n k o. Yetər, bu xain cəzasına yetirilsin. 
B i r d ə l i q a n l ı (faşist zabiti). Xayır, o xain deyil. 
B i r b ö l ü k (Zabitin əskərləri). Xayır, o xain deyil. 
F r a n k o. Sapqın sənsin!.. 
D ə l i q a n l ı. Yetər, biz bundan sonra hər alçağa qul olmayacayıq. 
B ö l ü k. Biz cəllad deyilik. (Dəliqanlı ilə bərabər Tuncər tərəfinə keçərlər) 
D ə l i q a n l ı. Biz qardaş qanı aqıtmayacayıq. Vətən xainlərinə uymayacayıq. 
B ö l ü k. Yaşasın vətən! Yaşasın istiqlal! 
 
Bu sırada S i m a ilə R ə’ n a xəstəxanədən çıqar, onları dinlərlər. 
 
F r a n k o (yanındakı  əskərlərə). Gözləriniz kormu? Qulaqlarınız sağırmı? Haydı, 
yaylım atəş!.. (Tüfənglər nişan alır
S i m a. Durun, siz dəli olmuşsunuz. Siz insanlıq  şərəfini ayaq altında çignəyən 
vəhşilərsiniz. Sizdə vicdan yoqsa, düşüncə dəmi yoqdur? 
A l m a n z a b i t i. Al, bu sana ən parlaq cəvab (Revolver patlar
S i m a (yaralanıb düşər). Ah, alçaq! 
T u n c ə r. Barbarlar! Vicdansızlar! 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə