Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə25/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

151 
 
S i m a (Tuncərə). Gedəlim. 
A r i f. Xayır getmə, sənin eşqinlə çarpan könlümü öksüz bıraqma! 
S i m a. Məni sevən izimdən ayrılmaz. (Uzaqlaşır) 
A r i f (heyrətli baqışlardan sonra). Ah, o bir yıldız kibi aqıb getdi. Bir xəyal kibi, bir 
rö’ya kibi süzülüb getdi. Xayır, mən onsuz yaşamam, onsuz yaşamam. (Simayı izləmək 
istər
R ə’ n a (uzun saçları omuzlarına dağılmış olduğu halda gecə kömləyində gəlir). Arif! 
Sana nə olmuş? Bu sözlər kimin içindir? 
A r i f. Hiç sorma. 
R ə’ n a. Gecə yarıdan keçmiş, niçin gəlib uyumayırsan? 
A r i f. Məni yalnız bıraq! 
R  ə’ n a. Rə’naya qarşı bu soyuqluq nədir? Yenə gözlərinə kimlər göründü? Söylə, 
könlünü çalan hanki afətdir? Söylə! 
A r i f. O yosma bir qız, sevimli bir idealdır. Mən ona heyran oldum, ondakı 
yuksəkliyə vuruldum. (Sür’ətli adımlarla gedər
R ə’ n a (həyəcanlı). Nə sayğısızlıq!.. Məni yalnız bıraqdı, öksüz və kimsəsiz bıraqdı. 
Xayır, o məni atsa da mən onu təkbaşına bıraqmam. (İzlər
İb l i s (yandan çıqaraq). Şaşırma dur! Sən gecə kömləyilə onu izləyəməzsin. Yolda 
soyuq alıb məhv olarsın. 
R ə’ n a. Zərər yoq, onlar da məhv olmalıdır, mən də. 
İb l i s. Bu həyəcanlar yersizdir. 
R ə’ n a. Xayır, bu sayğısızlıq, xəyanət intiqamsız qalmaz. 
İb l i s. Əvət, intiqam ən müqəddəs bir vəzifədir. Gəl, mən bu yolda hiç bir yardımı 
səndən əsirgəməm. (Rə’nayı ridasının qanatları altına alır, qaranlıq çökər) 
 
Pərdə 
 
İKİNCİ PƏRDƏ 
 
Madriddə yüksək və möhtəşəm bir yapı... Sağda başqa evlər, solda güzlük ağaclar... 
İkindi çağı, bulutlu hava... Göy gürlər, şimşəklər çaqar... İb l i s ixtiyar professor 
qiyafətində – yağmurluğa bürünmüş olduğu halda – Rə’na ilə bərabər gəlir. 
Ara-sıra əli silahlı q a d ı n , erkəklər yoldan keçər. 
 
R ə’ n a. Aman, nə dəhşətli səfər!? Biz haraya gəldik, bura hansı şəhərdir? 


152 
 
İb l i s. Biz Madriddəyik,İspaniya paytaxtındayıq. Baq, bu qocaman, möhtəşəm yapı 
ən böyük universitet, ən parlaq mədəniyyət ocağıdır. 
R ə’ n a. Xayır, baqsana orada yataqlar və şəfqət bacıları var. 
İb l i s. Görünür, müharibədə yaralı düşənlər çoq olduğundan universiteti xəstəxanaya 
çevirmişlər. 
 
Hava aydınlaşır. Bir yığın silahlı-silahsız ispanyol qızları və dəliqanlıları şaqraq və 
oynaq bir çalğı ilə gəlib keçərlər. İki qızla iki dəliqanlı da rəqs edər. Bu sırada uzun, 
ağ kömləkdə şux, gözəl bir ispanyol qızı Ema şəfqət bacıları ilə bərabər xəstəxanədən 
çıqar, tamaşa edərlər. Sonra Ema yoldan keçən tüfəngli, patrondaşlı bir 
dəliqanlıyı yumşaq və zərif ahəng ilə səslər. 
 
E m a. Kastilyo!.. (Qapı arqasında gizlənir) 
K a s t i l y o (dönüb baqar, heyrətlə). Kim o? Mənimi çağırdılar!? 
Bu, gözəl Emanın səsinə bənzəyir. (Bir də düşündükdən sonra) Xayır, onun burada nə 
işi? (Uzaqlaşmaq istər
E m a (çıqar, yenə səslər). Kastilyo!.. Kastilyo!.. 
K a s t i l y o (dönər, sevinc ilə). Ema, sən burdamısın? 
E m a. Əvət, xəstələrə baqıram. Sən haraya? 
K a s t i l y o. Aşağıda köprü başında gecə növbətçisiyim. 
E m a. Sənidəmi əskərliyə aldılar? 
K a s t i l y o. Xayır, könüllü yazıldım. 
E m a. Yaşa, var ol! Bilsən nə qadar sevindim. Gəl!.. Gəl!.. Səni... (Qucaqlayıb öpər
baq böylə!.. 
K a s t i l y o. Qız! Şaşırdınmı? Kənardan baqıb görürlər. 
E m a (incə qəhqəhəylə). Görsünlər, nə olur? (Bir daha öpər
R ə’ n a (İblisə). Aman, nə sayğısızlıq, nə utanmazlıq!? 
İb l i s. Bunlar sizlərə bənzəməz. Avropalıların sevişiböpüşmələri daha azaddır. 
 
Bu sırada tüfəngli X a l i d, mərakeşli ə r ə b yoldan keçər. Onların öpüşdüklərini 
görür.
 
 
X a l i d. Kastilyo! Kastilyo! Gecikmiyəlim. 
E m a (diksinərək). Uf, əsmər ilan! Bu haradan çıqdı? 
K a s t i l y o. Saqın, Xaliddən ürkmə, o, çoq namuslu adamdır. 
 
Başqa ərəblər yurdumuzu taladıqları halda o, faşistləri bıraqdı, bizim 
tərəfə keçdi. Həm də bu saat mənimlə bərabər növbətə duracaq. 
 


153 
 
E m a. İnanma, yabançılar xain olur. 
K a s t i l y o. Xayır, onun könlü bizimlədir. (Dönərək) Xalid gedəlimmi? 
X a l i d. Gedəlim. (Kastilyonun qulağına) Ee gördüm, öpüşdüyünüzü gördüm. 
K a s t i l y o. Necədir? Bəyəndinmi? 
X a l i d. Barəkallah! Maşallah! Oynaqdır, şaqraqdır. 
K a s t i l y o. Başqası deyil, nişanlımdır. Bu yaqınlarda evlənəcəyik. 
X a l i d (Emaya gülümsəyərək). Çoq mübarək, gözəl qızdır. İşvəlidir, nəş’əlidir. 
K a s t i l y o. Öz aramızdır, Emayı bir az diksindirdin. 
X a l i d. Niçin? Mən adam yeyən deyilim. 
E m a. Necə? Adam yeyənmi? (Şaqraq gülüşlə...) 
X a l i d. Sözlərim tuhafmı göründü? Bütün dünya bir-birini yeməyirmi? 
E m a. Əvət haqsız deyilsiniz. 
K a s t i l y o. Xalid çoq incə adam!.. O, gözəl ud çalar, gözəl şərqi də söylər. 
E m a. Hanya, mən görmədim. 
K a s t i l y o. Haydı, bir-iki ağız söyləsənə! 
X a l i d. Ba...ş üstünə (ərəb ahəngilə oqur
 
Səni ürkütdümü halım, çiçəyim! 
Öylə yan baqma, aman sevdicəyim! 
O baqışlar, o duruşlar, o əda 
Qoparır fırtınalar ruhumda. 
 
Gözlərin qoymadı taqət məndə, 
Bir daş olsam da gözüm var səndə. 
Edəməm könlümü əsla məcbur
Səni kim görsə xəbərsiz vurulur. 
 
K a s t i l y o (əlilə onun omuzunu oqşayaraq). Bravo!.. Bravo!.. Haydı  sən yavaş-
yavaş yürü, mən də gəlirim. 
X a l i d (başını oynadıb gülümsər). Əvət, məsələ mə’lum! (Qulağına) Iş vaqtı öpüş 
yasaqdır. Gecikmə, tez gəl! (Uzaqlaşır
K a s t i l y o. Bu saət əzizim, bu saət. 
E m a (əlilə nişanlısını itələr, darğın). Get, get, sən də bərabər get! 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə