Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

132 
 
M ü f t i 
 
(qızaraq yerindən qalqar, Naibə) 
 
Rədd et, getsin! 
 
N a i b 
 
Qızma, şeyxim, o da bir əhli-kitab, 
Baqalım, nəzri nədir? 
 
E r m ə n i 
 
(torbadan ağzı qapalı bir dəsti göstərir) 
 
İştə şərab. 
Ən gözəl seçmə üzümdəndir bu, 
Başqadır həm dadı, həm xoş qoqusu. 
 
M ü f t i 
 
Sus, yetər, oh, nə ədəbsiz!.. 
 
E r m ə n i 
 
(mə’nalı baqışla) 
 
Əcəba, 
Sən nə sandın? Kötü bir töhfəmi ya?! 
 
N a i b 
 
O bir atəş ki, qiyamətdə səni 
Yaqaraq məhv edəcək. 
 
E r m ə n i 
 
(gülümsər
 
Dinlə bəni! 
“Bir balıq qavrulub ördəklə yanarkən tavada, 


133 
 
Dedi: anlat, geri dönməzmi aqan sel əcəba? 
Ah çəkib söylədi ördək: biz ölürkən birdir, 
Bu cihan cümlə sərab olsa, ya tufan olsa”. 
 
M ü f t i 
 
Buna baq, bir buna baq, zəvzək adam. 
Gör nələr saçmalıyor... 
 
(Əsası ilə şərab dəstisini qırmaq istər
 
E r m ə n i 
 
(təlaşla) 
 
Etmə, xocam. 
Bəni vursan olur, amma bunu yoq, 
Ehtiram et, bu şərabın yaşı çoq. 
 
M ü f t i 
 
(yenə əsasını qaldırıb bağırır) 
 
Haydı, söylənmə, çəkil! 
 
N a i b 
 
(Müftiyə) 
 
Gəl, bəri gəl! 
 
(Gedərlər) 
 
E r m ə n i 
 
(qafasını oynatar) 
 
Gör nə qurtdur ki, qaçar ondan əcəl. 
 
(qülbədən çıqan Saqiyəyə) 
 
A bacım, nerdə o Xəyyam? 


134 
 
S a q i y ə 
 
(Xəyyamı göstərir
 
Uyuyur. 
 
E r m ə n i 
 
(dəstiyi verir) 
 
Uyusun, al, bu onundur. 
 
S a q i y ə 
 
Gəl otur, 
Gəl, rahatlan azacıq. 
 
E r m ə n i 
 
Getməliyim. 
 
S a q i y ə 
 
Sorsa kimdir gətirən? Bən nə deyim? 
 
E r m ə n i 
 
Nəyə lazım, a gözüm, söylə ki, bir 
Əhli-hal erməninin töhfəsidir. 
 
Gedər. Saqiyə dəstiyi içəri götürür. Bu sırada qaranlıq çökər, şimşəklər çaqar, rəngarəng 
qazlara bürünmüş rəqqasələr şən və incə gülüşlərlə Xəyyama yaqlaşıb, rəqs edib oqurlar. 
 
R ə q q a s ə l ə r 
 
Gəldik sana, gəldik sana, ey piri-xərabat, 
Yetməzmi xəyalat? 
Keçmişləri özlər düşünürsün hər adımda, 
Atmaz səni Sevda. 


135 
 
Güldükcə təbiət, gülər azadə diləklər, 
Hər kəs səni bəklər. 
Sevda belə gəlmiş sana versin yeni ilham. 
Ey sevgili Xəyyam! 
 
Sevda gəlinlərə məxsus pəmbə tüllər içində olaraq gəlir. 
 
S e v d a 
 
Vurğun sana bir tazə gəlin, yosma gövərçin, 
Sevdim səni, sevdim səni, lakin 
Oqşarmı gəlin ruhunu ağ saçlı bu aşiq? 
Bir xarə bu gülqönçə nə layiq. 
 
(Gedəcək olur) 
 
X ə y y a m 
 
(sayıqlarkən) 
 
Sevda! 
 
B i r i n c i r ə q q a s ə 
 
(Sevdaya) 
 
O nə? Özlər səni Xəyyam
Özlər səni, gözlər səni Xəyyam. 
 
S e v d a 
 
(Xəyyama) 
 
Yalvarma, bənim gərdəyim, əfsus, 
Pək dar və qaranlıq, bana məxsus. 
Almaq dilərim qoynuma, lakin 
İssız və rütubətli səninçin. 
 
(Uzaqlaşar


136 
 
B i r i n c i r ə q q a s ə 
 
Dur getmə, səadət quşu, bir dur, 
Bas bağrına mə’şuqunu, susdur. 
 
X ə y y a m 
 
(uyquda olaraq titrək və yalvarıcı bir səslə) 
 
Sevda?!. 
 
S e v d a 
 
Bəni söylətmə, çəkil git! 
Bir aşiq olur sevgidə sabit. 
Sən nerdə bir afətlə görüşsən
Ruhun bayılır cilvələrindən. 
 
(dəmətləri göstərir) 
 
Bir söylə, niçindir bu çiçəklər? 
Hər qönçəsi bir busəni bəklər. 
Bir busə ki, ta qəlbimə işlər, 
Hər an bəni bir oq kibi dişlər. 
 
X ə y y a m 
 
(sayıqlar) 
 
Sevda!.. 
 
B i r i n c i r ə q q a s ə 
 
(alaycı gülüşlə
 
At yüzdən ipək tülləri bir an, 
Olsun o gözəl gözlərə heyran. 


137 
 
S e v d a 
 
(üzündəki duvağı atar, qorqunc iskelet meydana çıqar) 
 
Baq! İştə bənim hüsni-camalım. 
 
X ə y y a m 
 
(həzin fəryad ilə) 
 
Dəhşət!.. 
 
S e v d a 
 
Səni ürkütdümü halım? 
Keçmişdə, xayır, böylə deyildim. 
Bilsən nə gözəl, ah nə gözəldim... 
Gözlər bəni həsrətlə arardı, 
Hüsnümdə səhər cilvəsi vardı. 
Birdən-birə soldum da, dəyişdim, 
İssız, əbədi hiçliyə keçdim. 
Cismim qarışıb toprağa, ondan 
Güllər və dikənlər bitər əl’an. 
Yemdir dəvələrçin o dikənlər, 
Güllər də köküslərdə gülümsər. 
 
(alaycı gülüşlə) 
 
Çirkinliyim etdirməsin ikrah 
 
Könlüm səni öpmək dilər... 
 
(Yaqlaşıb Xəyyamı öpər) 
 
X ə y y a m 
 
(usanc ilə) 
 
Eyvah!!! 


138 
 
B i r i n c i r ə q q a s ə 
 
Qısqandıq, aman busə, nə busə... 
 
S e v d a 
 
Baq, küsdü, inan. 
 
R ə q q a s ə l ə r 
 
Busə, nə busə!.. 
 
İncə 
qəhqəhələrlə uzaqlaşırlar. Bu sırada yağmur yağmağa başlar. Gəzintiyə çıqan 
qızlar geri dönüb qaçışaraq, gülüşərək ağacların altında və qülbə ətrafına toplaşarlar. 
Yağmur kəsildiyi kibi oynaq bir ahənglə şərqi söylərlər. 
 
Q ı z l a r ı n ş ə r q i s i 
 
Səhər çəməndə lalələr, 
Sunardı al piyalələr. 
Gülərdi incə bir günəş, 
Uçardı incə jalələr. 
Sular başında hər böcək 
Arardı tazə bir çiçək. 
Gülərdi yavru quşların 
Ötüşməsilə hər dilək. 
 
X ə y y a m 
 
(oyanıb qalqar) 
 
Bu nə tale, o nə rö’ya, nə xəyal?! 
Onların teyfimi bunlar? Bu nə hal?! 
 
Bir az əvvəl çiçək gətirən qızlar Xəyyama yaqlaşırlar. 
 
B i r i n c i q ı z 
 
(arqadaşına
 
İştə, Xəyyam, o böyük şanlı baba. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə