Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə18/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

112 
 
M ə l i k ş a h 
 
Öylə ya! Iştə, möhtərəm Xəyyam. 
Həccə getmişdi... 
 
X ə l i f ə 
 
Pək gözəl, əcəba 
Yeni şeylər nə gördünüz orada? 
 
X ə y y a m 
 
(mə’nalı ahənglə) 
 
Dəvələr... Oynaşıb qoşan dəvələr... 
Dəvələr... Sadə hoplaşan dəvələr... 
Dəvələr... Cift ayaqlı mərkəblər... 
 
M ü f t i 
 
Susdurun, gör nə saçmalar söylər. 
 
X ə l i f ə 
 
Bəlli, Xəyyamın e’tiqadında 
Şübhələr yoq deyil... 
 
M ə l i k ş a h 
 
Əvət, onda... 
Son zamanlar acıqlı bir hal var. 
Titiz olmuş da, hər nə görsə qızar... 
Bu səyahət də bir bəhanə idi, 
Unutulsun dedik bir az dərdi, 
Bil’əkis yapdı pək fəna tə’sir. 
 
M ü f t i 
 
O sapıtmış... 


113 
 
M ə l i k ş a h 
 
(bağırır
 
Saqın, yetər təhqir! 
Hər sözün bir məqamı var. 
 
M ü f t i 
 
Nə məqam?! 
 
X ə l i f ə 
 
(yumşaq və qurnazca) 
 
Bəlli, yoq yer yüzündə suçsuz adam. 
 
M ə l i k ş a h 
 
(əlini bögrünə qoyar) 
 
Ah, aman, doğranıb durur cigərim... 
 
X ə l i f ə 
 
Bir səbəbsiz deyil, bu, zənn edərim. 
 
M ə l i k ş a h 
 
Soyuq aldım keçən gün avda ikən. 
 
X ə l i f ə 
 
(qulama) 
 
Baş təbib nerdə? Durma, söylə həmən. 
 
(camaata) 
 
Toplayın siz də xalqı camidə, 
Yalvarın haqqa, bəlkə yardım edə. 
Eylərim bən də şimdi razi-niyaz, 
Onda bir zərrə xastalıq qalmaz. 


114 
 
M ə l i k ş a h 
 
(əlini köksünə qoyar) 
 
Gedəlim, çırpınıb durur qəlbim. 
Əbu Şüca və yavərlər yardım edib aparırlar. 
 
X ə l i f ə 
 
Sana versin şəfa böyük Rəbbim. 
 
Camaat məhzun və pərişan ahənglə “amin” deyə məclisi tərk edirlər. Xəlifə yan odaya 
keçər. Birinci qulam da bərabər çıqar. Sabbah ilə Əbu Tahir də bir guşədə saqlanır. 
 
S a b b a h 
 
O sönər şimdi, qaldı Xacə Nizam. 
 
Ə b u T a h i r 
 
Sağ bıraqmam, onun da ömrü tamam. 
 
B i r i n c i q u l a m 
 
(geri dönüb onları görüncə) 
 
Bana baq, ey! 
 
Ə b u T a h i r 
 
(qulamı arqadan yaqalar
 
Saqın, qımıldanma, dur! 
 
B i r i n c i q u l a m 
 
Sən də kimsin? 


115 
 
Ə b u T a h i r 
 
(xəncərini onun köksünə dayayır
 
Cavabın iştə budur! 
 
B i r i n c i q u l a m 
 
Coşma! Aciz qulun günahı nədir? 
 
Ə b u T a h i r 
 
Eyi baq, bən kimim? 
 
B i r i n c i q u l a m 
 
(sevinclə) 
 
Əbu Tahir. 
 
Ə b u T a h i r 
 
Tanıdın? Afərin!.. 
 
(Bir-birinin əllərini sıqarlar) 
 
B i r i n c i q u l a m 
 
(Sabbahı göstərir) 
 
O kim? 
 
Ə b u T a h i r 
 
Yoldaş... 
 
B i r i n c i q u l a m 
 
Gedəlim, istirahət eylə... 


116 
 
Ə b u T a h i r 
 
Yavaş, 
Bana anlat ki, nerdə Xacə Nizam? 
 
B i r i n c i q u l a m 
 
Biləməm. 
 
Ə b u T a h i r 
 
Bir baqın nə qafil adam. 
 
(Sabbahı qulama göstərir) 
 
O, Məlikşaha qarşı pək küskün, 
Bəlkə, uzlaşdırır xəlifə bu gün? 
 
B i r i n c i q u l a m 
 
Vaqtı yoqdur xəlifənin əsla, 
Eyliyor şanlı padşaha dua. 
Bu sırada pərdə arqasında lirik musiqi çalınır. 
 
S a b b a h 
 
Nə gözəl musiqi... Fəqət, əcəba 
Hiç görülmüşmü musiqilə dua? 
 
Ə b u T a h i r 
 
Burda, baq, pərdə arqasında. 
 
(Pərdəyi açmaq istər, qulam bıraqmaz) 
 
B i r i n c i q u l a m 
 
Aman! 
Bizi məhv etdirir xəlifə, inan. 


117 
 
Ə b u T a h i r 
 
Əski dostuz, bıraq da seyr edəlim, 
Sən bilirsin ki, boşboğaz deyilim. 
 
B i r i n c i q u l a m 
 
Söz verin, hər nə görsəniz, ancaq 
Qalacaq qəlbinizdə, sirr olaraq. 
 
Ə b u T a h i r 
 
Aç! Çocuq sanma həmvilayətini. 
 
B i r i n c i q u l a m 
 
İştə, seyr et xəlifə cənnətini... 
 
Birinci qulam pərdəyi açar. Səhnənin işığı çəkilir, bağça görünür. Xəlifə çiçəkli bağçada, 
fəvvarəli bir havuz kənarında zevq aləminə dalmış, yarımçıplaq qızlar rəqs edər, 
onu əyləndirirlər

 
S a b b a h 
 
Nə rəzalət... Bu bir ibadətmi? 
Nə səfalət... Bu bir xilafətmi? 
 
Ə b u T a h i r 
 
(kinayəli) 
 
Buna baq, zevqə baq, şətarətə baq!.. 
 
B i r i n c i q u l a m 
 
Haydı, rədd ol! 
 
(Pərdəyi qapamaq istər) 


118 
 
Ə b u T a h i r 
 
Aman, bir az da bıraq... 
 
B i r i n c i q u l a m 
 
Hiç zərər yoq, doyunca baq, lakin 
Saçma sözlər niçin? Lətifə niçin? 
 
Ə b u T a h i r 
 
Nə olur? Bilmədik. 
 
B i r i n c i q u l a m 
 
Bu hiç yaramaz... 
 
S ab b a h 
 
Bana, lütfən, bir az su. 
 
B i r i n c i q u l a m 
 
Bəklə bir az. 
Yan odaya keçər. Qızlar rəqs edir və şərqi oqurlar. 
 
Q ı z l a r 
 
Uçaraq hər tərəfdə bir kələbək, 
Yanaşır ən sevimli bir çiçəyə. 
Öpüb oqşar, əmib doyar, gülərək, 
Qapılır sonra başqa bir diləyə. 
Bana gəl, uçma, dur, gözüm kələbək, 
Sana var gizli bir sözüm kələbək. 
Al çilənmiş qanatlarında sənin, 
Rəngi solmuş çiçəklərin qanı var. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə