Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

105 
 
II SƏHNƏ 
 
Bağdadda xəlifə Müqtədibillah sarayında bir salon. Birinci qulam nevbət bəklər. 
Əbu Şüca dalğın bir halda düşünər. 
 
İk i n c i q u l a m 
 
(girib əyilər) 
 
Gəlmək istər hüzurə bir müfti. 
 
Ə b u Ş ü c a 
 
Söylə gəlsin. 
 
İk i n c i q u l a m 
 
(qapıya) 
 
Buyurun! 
 
Ə b u Ş ü c a 
 
(birinci qulama
 
Çəkil, haydi!.. 
 
M ü f t i 
 
(girər) 
 
Əssəlamün əleyk, seyyidina. 
 
Ə b u Ş ü c a 
 
Və əleyküm səlam. 
 
M ü f t i 
 
(heyrətlə) 
 
Söyləyin, 
Əcəba siz Əbu Şücamısınız? 


106 
 
Ə b u Ş ü c a 
 
(Müftini qucaqlar) 
 
Əski bir dost, əvət, şaşırmayınız, 
Baş vəzirəm bu gün xəlifəyə bən. 
Söylə nerdən xatırladın bizi sən? 
 
M ü f t i 
 
Olmasaydı o yolsuzun dərdi, 
Bəni Bağdadə kim sürüklərdi?.. 
 
Ə b u Ş ü c a 
 
Söylə kimdir o? 
 
M ü f t i 
 
Sayğısız Xəyyam, 
Onu hiçdən şımartdı Xacə Nizam. 
 
Ə b u Ş ü c a 
 
O, Hicazdan dönüb, keçən aqşam 
Vardı Bağdadə, görüb çoq ikram. 
 
M ü f t i 
 
İki gün sonra, şübhəsiz gənclik 
Olacaqdır onunla küfrə şərik. 
Gəlmişim bən fəqət şikayət için
Həbsə layiqdir öylə bir xain. 
Dışarıdan gurultu və salavat səsləri gəlir. 
 
Ə b u Ş ü c a 
 
İştə, baq, gəldi şanlı rəhbərimiz, 
Hiç məraq etmə, sonra dilləşiriz. 


107 
 
Musiqi... X ə l i f ə M ü q t ə d i b i l l a h Mə l i k ş a h l a bərabər gəlir. Ərəb şeyxləri və 
Məlikşahın saray ərkanı onları izlər. Sabbah ilə Əbu Tahir də qiyafətlərini dəyişdirmiş 
olduqları halda arqa sırada görünürlər. 
 
X ə l i f ə 
 
(camaata) 
 
Əyyuhənnas! Xaliqil-əqvam 
Bəni qılmış xəlifətül-islam. 
 
(əlini köksünə qoyar) 
 
Rəhbər olduqca Müqtədibillah
Sanmayın bir nəfər qalar gümrah. 
Qavuşub haqqa getdi Alp Arslan, 
Bizə yardımçıdır böyük xaqan. 
 
(Məlikşahı göstərir) 
 
O, xilafət lehində çarpışaraq 
Qeysəri-Rumi əzdi pək parlaq. 
Xəyyam gəlib yanda dinlər. 
 
M ə l i k ş a h 
 
(xəlifəyə cəvabən) 
 
Daima bən xilafət uğrunda 
Hazırım cəngə... 
 
X ə y y a m 
 
(ətrafa
 
Ən çocuqca xəta. 
 
X ə l i f ə 
 
(əlləri yuqarıda, Məlikşahçin dua edər) 
 
Xaliqi-ləmyəzəl, böyük mə’bud. 


108 
 
C a m a a t 
 
Amin! 
 
X ə l i f ə 
 
Ulu xaqanı eyləsin məs’ud. 
 
C a m a a t 
 
Amin! 
 
X ə l i f ə 
 
Tul ömr eyləsin kəramət ona. 
 
C a m a a t 
 
Amin! 
 
X ə l i f ə 
 
Varsın iqbalı, ehtişamı sona. 
 
C a m a a t 
 
Amin! 
 
Yeşlı bir ərəb də “amin”də iştirak edər, gülünc və tuhaf səsi mə’lum olur. 
 
X ə l i f ə 
 
Kamiyab etsin əhli-imanı. 
 
C a m a a t 
 
Amin! 
 
X ə l i f ə 
 
Əhli-Turanı, əhli-Iranı. 


109 
 
C a m a a t 
 
Amin! 
 
X ə l i f ə 
 
Bizi altın-gümüşlə ansınlar. 
 
C a m a a t 
 
Amin! 
 
X ə l i f ə 
 
Dini-islamə arqalansınlar. 
 
C a m a a t 
 
Amin! 
 
(Dua bitər, hər kəs əlini endirir
 
X ə l i f ə 
 
(Məlikşaha) 
 
Ərəbistana bəzl edin sərvət, 
Sizə Xaliq nəsib edər cənnət. 
 
X ə y y a m 
 
(yanındakı yavərə) 
 
Nəqdi ver, nisyə al, nə abdallıq. 
 
Y a v ə r 
 
Dur, yetər. 


110 
 
X ə y y a m 
 
Ah, yazıq, bu xalqa yazıq. 
 
X ə l i f ə 
 
(yenidən coşaraq) 
 
Orda, cənnətdə başqa aləm var, 
Nazlı hurilər oynaşıb da coşar. 
Zümrüd, elmas qədəhdə sizlər için 
Ən nəfis içkilər sunar... 
 
B ə d ə v i ə r ə b 
 
(yersiz sevinclə
 
Amin! 
 
X ə l i f ə 
 
Əvət, onlar, o incə afətlər 
Sizi vurğun baqışlarilə süzər. 
 
B ə d ə v i ə r ə b 
 
(heyrətlə
 
Allah... Allah... 
 
X ə l i f ə 
 
Mələklər oynaşaraq, 
Sizə gülbusələr verir coşaraq. 
 
B ə d ə v i ə r ə b 
 
Nə səadət! 


111 
 
X ə y y a m 
 
(ətrafa) 
 
Nə tatlı mevhumat!.. 
 
B ə d ə v i ə r ə b 
 
Bana qismət olurmu öylə həyat? 
 
X ə l i f ə 
 
Niçin olmaz? 
 
B ə d ə v i ə r ə b 
 
Yaşım bir az keçgin. 
 
X ə l i f ə 
 
Yenidən gəncləşirsin. 
 
B ə d ə v i ə r ə b 
 
(dərin sevinclə) 
 
Ah, amin!.. 
 
X ə l i f ə 
 
Gənclik, əlbəttə, başqa ne’mətdir. 
 
B ə d ə v i ə r ə b 
 
Ən umulmaz böyük səadətdir. 
 
X ə l i f ə 
 
(Xəyyama baqar) 
 
Yeni bir şəxsə bənziyor o adam. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə