Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə13/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

80 
 
III SƏHNƏ 
 
Sevda odasında geyinmiş olaraq taxtın üzərində uyumaqdadır. Aqşam mumlar yaqılmış. 
Sabbah Əbu Tahirlə bərabər avçı qiyafətində gəlirlər. 
 
S a b b a h 
 
(Sevdayı öylə görüncə heyrətlə) 
 
Çocuq xəyalı, mələk ruhu, bir mayıs səhəri 
Təcəssüm eyləyərək, 
Gülər o çöhrədə şən xilqətin o şah sehri, 
Qadınmıdır gerçək. 
Sevda qımıldanır. 
 
Ə b u T a h i r 
 
İştə az qaldı oyansın, gedəlim. 
 
S a b b a h 
 
Sən uzaqlaş. 
 
(Əbu Tahir çəkilir) 
 
S e v d a 
 
(gözlərini ovaraq) 
 
Kim o? 
 
S a b b a h 
 
Əfv et, gözəlim, 
Ansızın böylə izinsiz girməm 
Səni ürkütməsin əsla. 
 
S e v d a 
 
(qalqaraq ətrafa) 
 
Sərsəm!.. 


81 
 
S a b b a h 
 
Nerdə Xəyyam, onu tez görməliyim, 
Acı bir sirri xəbər verməliyim. 
 
S e v d a 
 
Evdə yoqdur, gələcək, söylə bana, 
Hanki dəhşətlə gəlir qorqu sana? 
 
S a b b a h 
 
Öylə dəhşət ki, çəkilməz, ancaq 
Çarə Xəyyam ilə səndən olacaq. 
 
S e v d a 
 
Nə imiş söylə?! 
 
S a b b a h 
 
Məlikşah gələli 
Parlayıb bən onun oldum sağ əli. 
Bunu gördükdə qızıb Xacə Nizam 
Eyliyor qətlimə hər ləhzə qiyam. 
Diyor, Alp Arslanı öldürmək için 
Sən də Yusiflə şəriksin. 
 
S e v d a 
 
Lakin... 
Bunu isbat edəcək əldə nə var? 
 
S a b b a h 
 
Xacə yoqdan belə yüz hiylə yapar. 
 
S e v d a 
 
İştə, bir şübhə ki, uydurma, yalan, 
O deyil hiç də fəna bir insan. 


82 
 
Səni qurtardı ölümdən Xacə, 
Yoqsa məhv etdirəcəkdim o gecə. 
 
S a b b a h 
 
Şimdi məhv et, daha məs’ud olurum, 
Duyduğum hər acıdan qurtulurum. 
 
(ətrafa) 
 
Ah, o gözlər bəni öldürdü, yetər! 
 
Dışarıdan əskəri musiqi eşidilir. Əbu Tahir təlaşla içəri soqulur. 
 
Ə b u T a h ir 
 
Gəldilər, gizlənəlim. 
 
S a b b a h 
 
(Sevdaya) 
 
Bir yer ver. 
 
S e v d a 
 
Keçiniz! 
 
(Yan odayı göstərir) 
 
S a b b a h 
 
Yalnız ümidim sanadır. 
 
Aradan çıqarlar. 
 
S e v d a 
 
(gələn Saqiyəyə) 
 
Sən nə yapdın? 


83 
 
S a q i y ə 
 
Nə dilərsin hazır. 
 
Qarşıdakı pərdəyi bir yana çəkər. Çiçəkli yaşıl bağçanın döşənilmiş olduğu görülür. 
Süfrədə badə ibriqi yaxud dəsti-sürahi və boş qədəhlər, məzələr vardır. Ağaclardan 
fənərlər asılmış. Üfüqdə üçgecəlik ayla yıldızlar parlar. Xəyyam, Məlikşah və 
Xacə Nizam ilə bərabər gəlirlər. Xəyyamın saçı daranmış, saqalı bir az uzadılmışdır. 
 
X ə y y a m 
 
Buyurun. 
 
(Sevdaya) 
 
İştə, Məlikşah... 
 
S e v d a 
 
Əcəba, 
 
Nerdə rast gəldiniz? 
 
X ə y y a m 
 
Əl’an yolda, 
Baqdı ilk öncə rəsədxanəmizə, 
Sonra lütf eylədi kaşanəmizə. 
 
M ə l i k ş a h 
 
(Sevdaya) 
 
Halınız? 
 
S e v d a 
 
Siz var olun, çoq eyidir. 
 
X a c ə N i z a m 
 
(birdən köpürür) 
 
Nə xəyanət o? Nə cür’ət? 


84 
 
M ə l i k ş a h 
 
(onu sükuta də’vət edər) 
 
Yetişir... 
 
X ə y y a m 
 
Yeni bir şeymi var? 
 
X a c ə N i z a m 
 
Azğın Sabbah 
Şimdi avlaqda ikən biz, nagah 
Pusaraq az qala qıymışdı bana. 
 
X ə y y a m 
 
Ehtimal, öylə görünmüş bu sana. 
 
X a c ə N i z a m 
 
Hər nə olmuşsa, bən etməm təhrif, 
Son zamanlarda sapıtmış o hərif. 
Yeri gəldikdə, inan, çıldıracaq, 
O da Yusif kibi bütlər qıracaq, 
Sanma yalnız bəni izlər, hətta 
Qıyacaqdır o şərəfsiz sana da, 
Bəsliyor gizli fədin çətəsi
Qıyacaq hər kəsə ta var nəfəsi. 
Onca ərkani-hökumət bir-bir 
Yer üzündən silinib getməlidir. 
 
M ə l i k ş a h 
 
Baqarız, məhkəmə var, qanun var. 
 
X a c ə N i z a m 
 
Məhv edilməzsə o nankör canavar... 


85 
 
M ə l i k ş a h 
 
(onun sözünü kəsərək) 
 
Dur, bir az dinləyəlim şairi biz. 
 
X ə y y a m 
 
Ərzi-şükranə yetişməz dilimiz. 
 
M ə l i k ş a h 
 
Gəlməz oldun bu yaqınlarda bana. 
 
S e v d a 
 
Çoq zaman dostları həsrətdir ona. 
 
X ə y y a m 
 
Son zamanlarda başım pək qarışıq. 
 
S e v d a 
 
(kinayəli gülümsəyişlə
 
Arayır çünki qaranlıqda işıq. 
Saqiyə qədəhlərə şərab doldurur. 
 
X ə y y a m 
 
Buyurun, seçmə şərab. 
 
M ə l i k ş a h 
 
Siz içiniz. 
 
X ə y y a m 
 
Ya siz? 


86 
 
M ə l i k ş a h 
 
Avlaqda ikən içdik biz. 
 
(Saqiyəyə) 
 
Bir qədəh, varsa, limon şərbəti ver. 
 
X ə y y a m 
 
(yalnız içərək) 
 
Var olun!.. 
 
M ə l i k ş a h 
 
Nuş ola! Bilsən nə qadar 
 
Özlədim şairi Bağdadda ikən. 
 
X ə y y a m 
 
Orda xoşdur yaşayış gerçəkdən. 
 
M ə l i k ş a h 
 
Səni sıqmazmı Nişabur, əcəba? 
Səfər et, baq nə genişdir dünya... 
Çoq olur feyzi xəyal aləminə, 
Gedəlim bizlə Hicazə, Yəmənə, 
Dəclə sahilləri bilsən nə gözəl, 
Hələ məhtabı gözəldən də gözəl. 
Bir rəsədxanə yaparsın orada, 
Sanırım hiç sözün olmaz burada. 
 
X a c ə N i z a m 
 
Sizi rədd etməz, əminim. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə