Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə11/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

68 
 
X a c ə N i z a m 
 
(Rəmzi ilə Xərabatini süzər) 
 
Əski dostlarmı? 
 
X ə y y a m 
 
Əvət, hər ikisi 
 
Qayğısız könlümüzün sevgilisi. 
 
(qadınları tanıtır) 
 
O Vəfa, Rəmziyə munis dildar, 
Bu Səfa, rind Xərabatiyə yar. 
Çiynədik yıpramış adətləri biz, 
Böylə azadə ömür sürmədəyiz. 
 
X a c ə N i z a m 
 
Ya, demək, keçdimi bədbin əhval? 
 
X ə y y a m 
 
Başqadır şimdi, əvət, bəndəki hal, 
Bən təzad elçisiyim, hər qayğı 
Bana saçmaqda səadət işığı. 
 
X a c ə N i z a m 
 
Nerdə Sevda? 
 
X ə y y a m 
 
Baqınız gəldi. 
 
S e v d a 
 
(gələr) 
 
Salam! 
 
Bu gəliş bəncə umulmaz bayram. 


69 
 
X a c ə N i z a m 
 
Keyfiniz? 
 
S e v d a 
 
Pək gözəl. 
 
S a b b a h 
 
(Xəyyamla Sevdayı göstərir) 
 
Eşq olsun ona 
 
Ki, yetişmiş bu səadət quşuna. 
 
S e v d a 
 
(Sabbahı süzüb yapma gülüşlə) 
 
Yapma Xəyyam onu sevdirdi bana. 
 
X ə y y a m 
 
(Sabbahı göstərir) 
 
Baisim bən də onun varlığına. 
 
Saqiyə iki dolu büllur qədəh gətirir. Sevda birini Xacə Nizama, 
digərini Sabbaha verir

 
S e v d a 
 
Bu şərabdır, bu da gül şərbətidir. 
 
(Sabbaha) 
 
Sana şərbət daha çoq nəş’ə verir. 
 
S a b b a h 
 
Çoq təşəkkür. 


70 
 
 (ətrafa) 
 
Yenə kəskin tə’riz. 
 
S e v d a 
 
Bən eşitdim ki, sizin gözləriniz 
Bir çoq insanlara tə’sir eylər. 
Daldırıb uyquya təsxir eylər. 
 
S a b b a h 
 
Saçma sözlər. 
 
(ətrafa) 
 
Gərək ölsün bu qadın! 
 
(Qədəhləri qaldırırlar
 
X ə y y a m 
 
Var olun! 
 
X a c ə N i z a m 
 
(Xəyyama) 
 
Parlasın aləmdə adın! 
 
S a b b a h 
 
Onu parlatdı böyük Xacə Nizam! 
Kimsə bilməzdi ki, varmış Xəyyam. 
 
X ə r a b a t i 
 
(Xəyyama) 
 
Hakim olduqca yer üstündə şərab
Anacaqdır səni hər rindi-xərab. 


71 
 
R ə m z i 
 
Əski yunanda müqim olsaydın, 
Nəş’ə mə’budu tanınmışdı adın. 
 
X ə y y a m 
 
“Ayıq olsam uçaraq nəş’ə, çökər ruha duman, 
Sərxoş olduqda gəlir ağlıma az-çoq nöqsan. 
İki halın arasından gülər ən xoş bir hal, 
İştə, könlüm bayılır, zevq alır ancaq ondan”. 
 
İçərlər. Sevda lirik musiqi ilə bərabər bir parça oqur. 
 
S e v d a 
 
Badə gözəldir, məzə həp naz ola! 
Saqiyə dilbaz ola, tənnaz ola! 
Gül sarılıb bülbülə, bülbül gülə, 
Ney coşaraq onlara dəmsaz ola! 
 
V ə f a, S e v d a, S ə f a 
 
(hər üçü birlikdə) 
 
Güldü bahar, oldu çəmən laləzar, 
Avladı hər aşiqi bir işvəkar. 
Hər gözəlin başqa bir ilhamı var, 
Xoşdur o afət ki, xoşavaz ola! 
 
X ə r a b a t i 
 
(sərxoş bir ahənglə oquyub qadınları göstərir) 
 
Olmaya dünyada amansız cəfa, 
Çıqmaya bir ləhzə könüldən Səfa
Oqşaya hal əhlini Sevda, Vəfa, 
Hər üçü həmbəzm ola, həmraz ola! 


72 
 
X ə y y a m 
 
(qədəh qaldırar) 
 
Əldə şəfəq dalğalı peymanələr, 
Gülsə də xoşdur bizə divanələr. 
Zahidin olsun quru əfsanələr, 
Bəlkə o dünyada sərəfraz ola! 
 
İçərlər. Bu sırada qara, gur saqallı bir sıra müridlər və xocalar içəri soqulurlar. 
 
N a i b 
 
(onların arasında, Müftinin qulağına kinayəli
 
İştə, sevinc elçisi Xəyyam odur. 
 
M ü f t i 
 
(kinli) 
 
Oh, nə səfalət, bu da bir yolmudur? 
 
N a i b 
 
(ətrafa) 
 
Fürsət ikən tez savuşub getməli. 
 
(Haman geri çəkilib aradan çıqar. Qadınlar təlaşla 
yan odaya keçərlər) 
 
X o c a l a r 
 
(coşğun) 
 
Xaini məhv etməli, qəhr etməli! 
 
M ü f t i 
 
Hər kəsi yoldan çıqarıb sayğısız, 
Dini də əyləncə sayar, qayğısız! 


73 
 
X a c ə N i z a m 
 
Coşma əfəndim, bu nə? Səbr eyləyin, 
Hanki yel əsmiş sizə bir söyləyin? 
 
M ü f t i 
 
(Xəyyamı və qədəhləri göstərir
 
İştə, rəzalət yeli, bid’ət yeli, 
Anlatınız kimdir o bilgic dəli?! 
Sərxoş olub aləmi sərsəmlətir, 
Anlayamam bən, şu səfahət nədir? 
 
X ə y y a m 
 
(gülər) 
 
“Həzrəti-müfti, sizə nisbətlə biz, 
Həm ayığız, həm deyiliz nəş’əsiz. 
Biz içiriz badə, siz insan qanı, 
Hankimiz, anlat, daha çoq vəhşiyiz?” 
 
M ü f t i 
 
Sus, bu cəsarət nə, bu tüğyan nədir?! 
Kimlərə uydun da, bu isyan nədir?! 
 
X ə y y a m 
 
Şeyx rəis, iştə, o parlaq dəha 
Bizlərə hikmətdə böyük rəhnüma. 
İçsə o, bir suçmu bizim içməmiz, 
Qorqusu yoq, sən də gəl iç, ey əziz! 
 
M ü f t i 
 
Sus bə, şaşırdınmı, köpək sərsəri, 
Azma, düşün bir gələcək günləri. 
Burda həqiqət sana aydın deyil, 
Bəlkə qiyamətdə olursun xəcil! 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə