Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə14/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

87 
 
M ə l i k ş a h 
 
Nə tuhaf... 
Görünür, müftidə yoqmuş insaf. 
Söylüyor, hər şeyi atmış Xəyyam, 
Olmuş ən sərxoş, uğursuz bir adam. 
 
X ə y y a m 
 
Doğru, var içkiyə az-çoq meylim
Söylənənlər kibi düşkün deyilim. 
Çoq zaman özlədiyim neylə şərab 
Fikri təbliğ için ahəngi-rübab. 
Edərim əski xurafata hücum, 
Yeni bir fəlsəfə izlər ruhum. 
Xalqı gördükcə səfalətdə həmən 
Içərək vaz keçərim kəndimdən. 
Içərim həp sevərək, sevməyərək, 
Uğramaz fikrimə keçmiş, gələcək. 
Avutur könlümü ancaq Sevda, 
Versə yalnız o verir ruha qida. 
Musiqi... Sevda Xəyyama cavab olaraq bir parça oqur. 
 
S e v d a 
 
“Bilməz yarının sirrini bir kimsə cihanda
Baq zevqinə tale sana yar olduğu anda. 
Məhtabə çıqıb könlünü şad eylə ki, bir gün 
Özlər də qəmər bizləri, bulmaz şu məkanda”. 
 
(Həsrətli baqışla yeni doğmuş ayı göstərir) 
 
M ə l i k ş a h 
 
Söylə bir parça da, lütfən, nə olur? 
 
X ə y y a m 
 
Söylə, gəlsin bana eşqinlə qürur. 
 


88 
 
S e v d a 
 
(oqur
 
“Bir gün dedi gül bülbülə: bən böylə gözəlkən 
Zevq almada hər kəs nə için əşki-tərimdən? 
Bülbül dedi: dünyada o kimdir gülə bir gün
Yıllarca zəbun etməyə şən könlünü şivən!” 
Bu sırada ağaclar arasında bir bülbül ötər. 
 
M ə l i k ş a h 
 
İştə, bülbülləri inlətdi səsin. 
 
X a c ə N i z a m 
 
Sözlərindən yenə Sevda bədbin. 
 
S e v d a 
 
Söylənən şe’ri yaratmış Xəyyam, 
Könlüm ancaq alır ondan ilham. 
 
Saqiyə şərbət gətirir. Təpsini qapı yanında iskəmlə üzərində qoyub içəri girər, bir 
qədəh daha gətirər. Sabbah qapı arasında görünür, Xacə Nizamın qədəhinə zəhər 
qatar. Geri dönən Saqiyəyə 
 
S a b b a h 
 
Bu qədəh, söylə, kimindir əcəba? 
 
S a q i y ə 
 
Baş vəzirin... Niyə sordun? 
 
S a b b a h 
 
Olur a... 


89 
 
(Şübhəli baqışla uzaqlaşan Saqiyəni süzüb yanında 
duran Əbu Tahirə) 
 
Dur, bizim Xacə bulur şimdi cəza. 
 
Ə b u T a h i r 
 
(şaşqın
 
Nə imiş? 
 
S a b b a h 
 
Sonra duyarsın, sonra... 
 
X a c ə N i z a m 
 
(qədəhi alar) 
 
Buzlu şərbətmi? Xayır, bən içəməm. 
 
S e v d a 
 
(onunkunu alıb önündəki qədəhi ona verir) 
 
Bunda buz yoq, alınız. 
Onlar şərbət, Xəyyam şərab içər. 
 
S a b b a h 
 
(Sevdaya işarətlə
 
Vay, sərsəm!.. 
Şimdi bir anda o gül yüz solacaq
Solacaq, inləyərək məhv olacaq. 
 
Ə b u T a h i r 
 
Niçin, anlat? 


90 
 
S a b b a h 
 
Var o şərbətdə zəhir. 
 
Ə b u T a h i r 
 
Ona qıymaqmı olur? 
 
S a b b a h 
 
Fərqi nədir?! 
Bəni öldürdü onun işvələri, 
O da olsun, bəri gəl, haydı bəri. 
 
Çəkilib gedərlər, bu sırada yerdəki dəsti bir tərəfə yuvarlanıb qırılır. Xəyyam acı 
gülümsəyişlə göyə doğru. 
 
X ə y y a m 
 
“Badə ibriqimi qırdın, ya Rəb! 
Dərdimi başdan aşırdın, ya Rəb! 
Bən mey içdimsə, əcaib bir hal, 
Məst olub sənmi şaşırdın, ya Rəb”. 
 
M ə l i k ş a h 
 
(Sevdaya
 
Dinləmək istiyoruz bir də səni. 
Sevda ağır hallar keçirir, qədəhi alıb yoqlar. 
 
S e v d a 
 
Bu qədəh, iştə, xərab etdi bəni
Gəmirir köksümü binlərcə böcək 
Həpsi atəşli zəhər püskürəcək... 
Xəyyam Sevdanın başının əllərinə alır. 


91 
 
X ə y y a m 
 
Ah, nədən söndü səadət günəşi. 
 
X a c ə N i z a m 
 
(ətrafa) 
 
Bən əminim, bu da Sabbahın işi. 
 
X ə y y a m 
 
Nazlı Sevda! Sana kim qıydı, gülüm? 
İlk baharında nə layiq bu ölüm? 
Söylə, ey sevgili, eşsiz diləyim. 
Kim zəhər qatdı gülər ömrünə, kim?! 
 
(Ağlar) 
 
S a q i y ə 
 
Onlar... onlar... 
 
X a c ə N i z a m 
 
(təlaşla) 
 
Nə dedin? 
 
S a q i y ə 
 
Ah, onlar... 
 
(Yan odayı göstərirkən zəlzələ başlar, Saqiyə yıqılır, bağça kənarında 
görünən çardağın bir qismi parçalanıb düşər) 
M ə l i k ş a h 
 
Bu nə dəhşət, köpürür tufanlar?! 
 
(Ətrafda qarğaşalıq və cığlıq qopar) 


92 
 
X a c ə N i z a m 
 
İştə hər yanda böyük vəlvələ var. 
 
Q o m ş u q ı z l a r 
 
(bağçada qaçışaraq) 
 
Ah, aman zəlzələ var, zəlzələ var. 
Son sözlər təkrar olur, məclisə pərişanlıq gəlir. 
 
X ə y y a m 
 
(kinli və acı fəryadla cənazəyə
 
Qalq, oyan!.. Ah, niyə susdun, gözəlim?! 
Həp təbiət, bəşəriyyət zalim... 
Söylə, kimdən diləyim bən imdad?.. 
Həp təbiət, bəşəriyyət cəllad!.. 
 
Pərdə 
 
BEŞİNCİ PƏRDƏ 
 
I SƏHNƏ 
 
Məzarlıq...  İmamzadə günbədi... Onun yanında namaz qılınmağa məxsus bir oda. Ətrafda 
məzarlar, yeşil bir çinarla iki-üç sərv ağacı. Ötədə-bəridə vəhşi güllər. Daha iləridə yaşıl bir təpəcik. 
Buludlu səhər, uzaqdan həzin-həzin çoban düdüyü çalınır. İki məzarçı məzar qazımaqla məşğuldur. 
Birincisi – ixtiyar, ikincisi – gəncdir. Birinci məzarçı qalın səslə oqur. 
 
B i r i n c i m ə z a r ç ı 
 
Biri ölməzsə dirilməz birisi, 
Hiçdir ömrün sonu yaxud gerisi. 
Olsa qurnaz nə qadar bir tilki, 
Boğazından çıqacaqdır dərisi. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə