Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

62 
 
 (kitabları göstərir) 
 
Nə imiş sanki Ərəstu, Sokrat? 
 
S a i b 
 
Yucadır hər biri bizdən bin qat. 
Xəyyam qapı dalında dinlər. 
İbn Sinaya qapılmış Xəyyam, 
O da uymuş qoca yunanlılara; 
Bizdə çoqdur sanırım fazil adam. 
Qalmamış gizli həqiqət əsla. 
 
X ə y y a m 
 
(girər) 
 
“Fəzli, irfanı tanınmış neçə dahi başlar, 
Ürəfa bəzminə fanus olaraq parladılar. 
Birər əfsanə deyib getdilər, əfsus, əfsus, 
Bu qaranlıq gecədən çıqmağa yol bulmadılar”. 
“Kiminin fikrinə hakim görünür məzhəbü din, 
Kiminin saplanaraq qaldığı həp şəkkü yəqin, 
Ansızın bir də baqarsın ki, çıqar bir nadi, 
Bağırır: Hey, nə odur yol, nə bu, qafil miskin!” 
 
N a i b 
 
(yerindən qalqaraq qızğın) 
 
Dini təhqirə nə hacət, yetişir. 
 
X ə y y a m 
 
Bunca kəskin həyəcan yersizdir. 
 
(Xəyyam arqadakı odaya keçər, Naib kitabları qoltuğuna vurar


63 
 
N a i b 
 
Böylə boş sözlərə uymam, uymam, 
Qılavuzdur bizə ancaq islam. 
 
B i r i n c i t ə l ə b ə 
 
(onun qolundan tutaraq) 
 
Gəl, sinirlənmə, yetər. 
 
İk i n c i t ə l ə b ə 
 
Kəndinə gəl. 
 
(İç odada alçaqdan musiqi çalınar, içərini göstərib kinayəli) 
 
N a i b 
 
Gedəlim, olmayalım ta əngəl
Bəkliyor şimdi qədəhlərdə şərab, 
Olacaq rəhbərimiz məstü xərab. 
 
(Gedərlər) 
 
Pərdə 
 
II SƏHNƏ 
 
Son dərəcə süslü və şairanə bir oda... Ortada ufaq və yuvarlaq masalar və sandalyalar. Ətrafda 
nimtaxtalar üzərində  səccadələr, balışlar və döşəklər. Masa üzərində  şərab dəstiləri, qədəhlər və 
məzələr, çini saqsılardakı dürlü çiçəklər gözlərə bədii zevq verir. Xəyyam ayaqda gəzinir. Saqiyə ötə-
bərini düzəldir. R ə m z i i l ə X ə r a b a t i iki çarşaflı  gənc qadınlarla gəlirlər. Birinci – Vəfa 
Rəmzinin... ikinci – Səfa isə  Xərabatinin sevgilisidirlər. Saqiyə çarşafları alıb bükər. Rəmzi ilə 
Xərabati  əba ilə sarıqlarını bir tərəfə qoyar. Hər ikisinin saçı  Xəyyamda olduğu kibi bir qədər 
uzadılmış. 
 
X ə y y a m 
 
Buyurun. 


64 
 
R ə m z i 
 
Arzuladıq iştə səni. 
 
X ə y y a m 
 
Bu gəliş xeyli sevindirdi bəni. 
 
V ə f a 
 
Nerdə Sevda? 
 
X ə y y a m 
 
Oturun, şimdi gəlir. 
 
S ə f a 
 
Onu çoq özləmişiz, Tanrı bilir. 
 
(yan odaya baqar) 
 
Gəldi, baq, iştə şətarət çiçəyi. 
 
V ə f a 
 
O, əvət, könlümüzün şən diləyi. 
 
S e v d a 
 
(gəlir, heyrət və sevinclə
 
Nə səadət, yenə yad etdi Vəfa, 
 
Yenə xoş gəldi Səfa, gəldi vəfa. 
 
Hər ikisi ilə öpüşür. Hər qadın öz sevgilisinin yanında oturar. 
 
X ə r a b a t i 
 
(Xəyyama
 
Yenə yorğun kibisin? 


65 
 
X ə y y a m 
 
İşlər çoq. 
 
R ə m z i 
 
Çoq üzülməkdə də bir mə’na yoq. 
 
X ə y y a m 
 
Gəldiniz, bir qadar aldım da soluq, 
Silinib getdi bütün yorğunluq. 
 
Saqiyə qədəhləri doldurub paylar. Xərabati çalınan neydən coşaraq. 
 
X ə r a b a t i 
 
İştə mey, Saqiyə, süzgün gözlər
Daha bilməm ki, könüllər nə dilər? 
 
R ə m z i 
 
Söylə, cənnətdəki əfsanəli Kövsərmi gözəl? 
Bu gözəl Saqiyənin sunduğu sağərmi gözəl? 
 
X ə y y a m 
 
“Toz olurkən bən əcəl pəncəsi altında yarın, 
Çamurumdan içilən badəyə peymanə yapın. 
Doldurur bəlkə o peymanəyə zevq əhli şərab, 
Dirilib bən olurum bəlkə xərabatə yaqın”. 
 
X ə r a b a t i 
 
İçəlim iştə, var olsun Sevda! 
 
X ə y y a m 
 
Yaşasın incə Vəfa, nazlı Səfa. 
 
(İçərlər) 


66 
 
R ə m z i 
 
Bizə bunlardır, əvət, türfə ənis. 
 
X ə r a b a t i 
 
Hiçdir, əlbəttə, qadınsız məclis. 
 
X ə y y a m 
 
Şən, gözəl bir qadın azadə gərək! 
Əldə gül qönçəsi ya badə gərək. 
Hanki məclisdə ki, yoq cinsi-lətif, 
Nəş’ədən zevq alamaz bir arif. 
 
S a q i y ə 
 
(gələr) 
 
Sizi görmək diləyir Xacə Nizam. 
 
X ə y y a m 
 
Pək gözəl. 
 
S e v d a 
 
(Saqiyə ilə yan odaya keçərkən
 
Onlara lazım ikram. 
 
(Xəyyam, Xacə Nizamla Sabbahı qarşılar. Sabbah şimdi vəzir 
qiyafətindədir) 
 
X ə y y a m 
 
Nə əcəb sizdən, əzizim, nə əcəb? 
Böylə bir lütfə nə hal oldu səbəb? 


67 
 
 
X a c ə N i z a m 
 
Səni görmək dilədik. 
 
X ə y y a m 
 
Var olunuz. 
Kaş ki, hər gün bizə düşsün yolunuz. 
 
S a b b a h 
 
Səni hər gün belə görmək azdır. 
 
X ə y y a m 
 
Bu gəliş doğru saraydanmı? 
 
X a c ə N i z a m 
Xayır... 
Cümədir, iştə məzarlıqda idik. 
Qəbri-xaqanı ziyarət etdik. 
 
(başını sallayır) 
 
Sanki yoqmuş o, nə səs var, nə səda. 
 
S a b b a h 
 
(Xəyyama) 
 
Səni hiç görmədik, əfsus, orada. 
 
X ə y y a m 
 
(gülərək) 
 
Uğrarım bir dəfə ancaq, eyi bil, 
O da rə’yimlə, məraqımla deyil. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə