Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

48 
 
A l p A r s l a n 
 
Sevda nə qadar nazlı bu aqşam, 
Yalnız o verir şairə ilham. 
 
(Sevdayı vurğunca baqışla süzər) 
 
S e v d a 
 
(oqur) 
 
Bir vəhşi gövərçin kibi bən də
Şən könlümü azadə dilərdim. 
Seyrana çıqıb dağda, çəməndə, 
Güldükcə günəş bən də gülərdim, 
Şən könlümü azadə dilərdim. 
 
A l p A r s l a n 
 
Alqış o gözəl şe’rə ki, şair 
Bir söz bulamaz vəsfinə dair. 
 
S e v d a 
 
(dəvam edər) 
 
Qəlbimdə sönər incə həvəslər, 
Dişlər bəni altınlı qəfəslər, 
Ruhumda qopar ən acı səslər, 
Bən bir quzu olsam da mələrdim, 
Şən könlümü azadə dilərdim. 
 
A l p A r s l a n 
 
(həyəcanla yerindən qalqar) 
 
Alqış sana, Ceyhun qızı, bəndən nə dilərsin? 
Şaqraq dodağın susmasın, Allahı sevərsin. 
Aç könlünü, layiq sana hər dürlü mükafat. 
Sevda! Nə dilərsin, gözəlim, aç bana anlat?! 


49 
 
Ölkəmdə aqışmaqda bu gün Dəclə və Ceyhun
Fərmanımı dinlər qoca Ümman ilə Quzğun. 
Var iştə, xəzinəmdə yığınlarla cəvahir, 
Hər hankisi parlaqsa, əmin ol ki, sənindir. 
 
S e v d a 
 
Yoq bir şeyə könlümdə məhəbbət. 
 
A l p A r s l a n 
 
Aç söylə, yetər fəzlə nəzakət. 
 
S e v d a 
 
Mümkünsüz olur bəlkə, nə hacət. 
 
A l p A r s l a n 
 
Bir söylə, nə istər gözəl afət? 
 
S e v d a 
 
Bir istəyəcək varsa da... lakin... 
 
A l p A r s l a n 
 
Aç könlünü, Sevda, nə dilərsin?! 
 
S e v d a 
 
Xəyyamı edin əmrimə tabi, 
Zəncirlədiniz, iştə bu, kafi. 
 
(Hər kəsdə heyrət) 
 
A l p A r s l a n 
 
Lakin suçu nəymiş, onu göstər? 


50 
 
S e v d a 
 
Bilməm, könül ancaq bunu istər. 
 
X ə y y a m 
 
Xəyyamə nə lazımdı ki, zəncir, 
Onsuz da köləndir, bu nə təhqir? 
 
S e v d a 
 
(Xəyyamə işarətlə
 
Şair nə qadar olsa da mahir 
 
(Sabbahı göstərir
 
Məhv olmalıdır şimdi o sahir. 
 
S a b b a h 
 
(fəna halda sarsılır, ətrafa
 
Yoq şübhə ki, sanmış bəni Xəyyam, 
Əldən nə gəlir, etsə də e’dam? 
 
A l p A r s l a n 
 
Sevda, bunu gəl istəmə bəndən, 
Xəyyamı bıraq, hər nə dilərsən, 
Rədd etməyəcəkdir səni xaqan. 
 
S e v d a 
 
Rədd etsə?! 
 
A l p A r s l a n 
 
Xayır, yoq buna imkan, 
Qırmam səni, aç söylə, nə dersin? 


51 
 
S e v d a 
 
(Xəyyamı göstərir) 
 
Şən könlünü şair bana versin. 
 
A l p A r s l a n 
 
Gerçəkmi?.. 
 
S e v d a 
 
Əvət, bən ona vurğun
Mə’şuqum ikən aşiqim olsun! 
 
A l p A r s l a n 
 
Heyhat, olamam rəddinə qadir. 
 
S e v d a 
 
Əmr et, bənim olsunmu o şair? 
 
A l p A r s l a n 
 
(bir qədər düşüncədən sonra) 
 
Olsun! 
 
(ətrafa) 
 
Nə müəmmalı tamaşa... 
 
(Sevdaya) 
 
Zəncirlədirdin onu... 
 
S e v d a 
 
Haşa!.. 
 
Xəyyam dediyim iştə o qurnaz. 
 
(Sabbahı göstərər


52 
 
S a b b a h 
 
(şaşqın) 
 
Sabbahdır adım. 
 
S e v d a 
 
Öyləmi? 
 
(ətrafa) 
 
Canbaz!.. 
 
A l p A r s l a n 
 
Sevdayı, dilərdim, gedə Bağdadə hədiyyə, 
Qismət bu imiş, oldu böyük şairə töhfə. 
 
X a c ə N i z a m 
 
Şən taleyi Xəyyamın, əvət, hər şeyə üstün, 
Biz istərik ilhamı da Sevda kibi gülsün! 
 
X ə y y a m 
 
(laübali və coşğun, yerindən qalqar) 
 
“Bən ömrümü sərməst olaraq şən dilərim, şən, 
Bir dindəyim, azadə bütün küfr ilə dindən. 
 
(Sevdayı süzər) 
 
Sorduqda ki, mehrin nə? – Gülüb dəhrin ərusu, 
Mehrim, dedi, şən könlünü yalnız bana versən”. 
 
X a c ə N i z a m 
 
(Alp Arslana) 
 
Birləşdi, demək şe’r ilə şair. 


53 
 
A l p A r s l a n 
 
Bir cift ki, haman eşləri nadir. 
 
X a c ə N i z a m 
 
(Hacibin gətirdiyi məktubu oquyub dərin sevinclə) 
 
Aydın gözünüz, cümlə səadət bizə həmrah, 
Bağdadı atıb gəlməyə amadə Məlikşah. 
 
A l p A r s l a n 
 
Oğlummu!.. Vəliəh dimi görmək nə xoş iqbal
Dolsun da qədəhlər, içəlim eşqinə dərhal! 
 
(İçərlər
 
M ə c l i s d ə k i l ə r 
 
Urra!.. Yaşasın! 
 
A l p A r s l a n 
 
Baq, bunu olduqca bəyəndim. 
 
(Hacibə) 
 
Gəlsin şu ərəb qızları! 
 
H a c i b 
 
Hazırdır, əfəndim. 
 
(Çıqar, Xəyyam qalqar) 
 
X ə y y a m 
 
Xaqana ricam var. 


54 
 
 
A l p A r s l a n 
 
Nə imiş? 
 
X ə y y a m 
 
Dünkü əsirin 
Əfv et, suçu olmuşsa da. 
 
A l p A r s l a n 
 
(Yavərə) 
 
Get, söylə gətirsin. 
Yavər təmənna edib çıqar. 
 
X ə y y a m 
 
Binlərcə şəhər ya qala almaqdan, əmin ol, 
Bir sadə çoban könlünü almaq daha məqbul. 
 
Bu sırada ərəb ahəngi ilə çalğı başlar. Şux və işvəkar ə r ə b q ı z l a r ı gələr və 
xaqana əyilirlər

 
A l p A r s l a n 
 
Baq, töhfədir onlar bana, göndərdi xəlifə. 
 
X ə y y a m 
 
(alaycı gülüşlə
 
Din pərdəsi altında nə xoş, incə lətifə. 
Rəqqasə ərəb qızları oynar və ara-sıra oqurlar. 
 
R ə q q a s ə l ə r 
 
Doğduq günəşin busələrindən, 
Al pəmbə şəfəqlərdə yıqandıq. 
İçdikcə alav kasələrindən, 
Hər yıldızı bir şəbpərə sandıq. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə