Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə5/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   2   3   4   5   6   7   8   9   ...   65

29 
 
R ə m z i 
 
(şübhəli məraqla ətrafa) 
 
Omu!.. Gerçək omudur?.. Lütf ediniz, 
Varmı Xəyyamə bir az nisbətiniz? 
 
X ə y y a m 
 
Doğmuşuz hər ikimiz bir anadan. 
 
R ə m z i 
 
(Xərabatiyə) 
 
Şübhə yoq, sevgili Xəyyamdır, inan. 
 
(qucaqlayıb öpər) 
 
Nə qiyafət bu, əzizim, bu nə hal? 
 
X ə y y a m 
 
Sorma, hiç sorma ki, oldum pamal, 
Ac qalıb iştə qabıqdan çıqdım. 
Bu uğursuz yaşayışdan bıqdım. 
 
R ə m z i 
 
Öncə bir çoq tələbən vardı sənin? 
 
X ə y y a m 
 
Həpsi “azmış” deyərək, bəslədi kin, 
Uğrayan olmadı bir kimsə bana, 
Uyudum çoq gecələr acqarına. 
 
X ə r a b a t i 
 
Sən ki, bir şair idin pək rəna, 
O da bir faidə verməzmi sana? 


30 
 
X ə y y a m 
 
Şairmi? Saqın, duyduğum ilhamə uyan yoq, 
Şe’rimdəki əsrarı duyan yoq. 
Yoq oqşayacaq ruhumu bir nuri-səadət
İzlər bəni hər dürlü fəlakət. 
Elmimdəki nöqsan ilə cəhlimdəki irfan 
Hər an doğurur bəndə bir isyan. 
Uydum da xəyalatə, sanıb kəndimi bilgic, 
Baqdım ki, yaqar beynimi bir hiç. 
Bir hiç ki, bütün şübhəli hikmətlərə asi, 
Uydurma fəzilətlərə asi. 
Gənc ömrümü atəşli dikənlər gəmirirkən 
Həp varlığa isyan edərim bən. 
İsyan!.. Ölü adət və təriqətlərə isyan! 
Yaldızlı həqiqətlərə isyan! 
 
R ə m z i 
 
Hiç məraq etmə, keçər, həpsi keçər, 
Əsrinin öksüzüdür dahilər. 
 
X ə r a b a t i 
 
(Xəyyamın qolundan tutar) 
 
Haydı, gəl, etməyəlim ömrü hədər, 
İçəlim badə, bütün qayğı gedər. 
 
X ə y y a m 
 
Qorqarım, bəndəki bədbin əhval 
Sizə versin də məlal. 
 
R ə m z i 
 
Bil’əkis, səndəki xoş söhbətlər 
Bizi dilşad eylər. 


31 
 
Ç a d ı r ç ı u s t a 
 
(Xəyyama yaqlaşaraq) 
 
Buna baq, halına, ətvarına baq, 
Sanki zəncirini qırmış dustaq. 
Bizə yoldaşdı o rəhmətli baban
Bir çadırçıydı o da. 
Görmədik öylə təmiz bir insan, 
Sən nəsin? Bir budala!.. 
 
Bazar xalqı çadırçı ustanın sözlərini dinləyərək sinirli və coşğun 
 
B a z a r x a l q ı 
 
Saqın, aldanmayınız, qanmayınız, 
İpi qırmış şu hərif, 
Saçmadır sözləri, yalınız, yalınız 
Adı çıqmış arif. 
 
Ç a d ı r ç ı u s t a 
 
Başı boş, cibləri boş, qarnı da boş, 
Kədərindən sərxoş... 
 
Ç ö m l ə k ç i 
 
O, nücum elminə vaqif kibidir. 
 
B i r i n c i s a t ı c ı 
 
Ya, təbabət də bilir. 
 
İ k i n c i s a t ı c ı 
 
(Xəyyamın omuzunu oqşayaraq əylənir) 
 
Söylə bir göydəki yıldızlardan, 
Süzülən qızlardan... 


32 
 
 
Ü ç ü n c ü s a t ı c ı 
 
Yeri almış bir öküz buynuzuna
Hiç inandınmı ona? 
 
X ə y y a m 
 
“Ülkər ismilə, diyor, göydə yaşarmış bir öküz, 
Bu bir əfsanə, yer altında da varmış bir öküz. 
Arif olsaq bu öküzlər arasından bişək 
Görürüz bir yığın ipsiz və yonulmaz eşşək”. 
 
B a z a r x a l q ı 
 
Bir baqın, sayğısız abdal nə diyor, 
Bizi təhqir ediyor. 
 
(Rəmzi ilə Xərabatini göstərirlər) 
 
Arqadaşdır ona həp əyyaşlar, 
Dəli, azğın başlar. 
 
Çömləkçi usta toqatlayıb yoğurduğu çamurla çömlək yaparaq, Xəyyama 
 
Ç ö m l ə k ç i u s t a 
 
Yüksəlib arqadaşın Xacə Nizam
Buldu parlaqca məqam. 
Oldu Alp Arslana ən şanlı vəzir, 
Sən nədən böylə fəqir? 
 
X ə y y a m 
 
Bir düşün, varsa əgər səndə bir az əqlü kəmal, 
Bu çamur bir yığın insan ki, edərsin pamal. 
O həqarətlə, toqatlarla yapılmış qablar, 
Dünkü şahlar və vəzirlər ki, bu gün həpsi xəyal. 


33 
 
 
Ç ö m l ə k ç i u s t a 
 
Biz də az-çoq biliriz, etmə məraq, 
Hər kəs er-gec yeyəcək böylə dayaq. 
 
Xəyyam uzun boğazlı və qulplu bir sürahi alaraq diqqətlə süzər 
 
X ə y y a m 
 
“Görünür bən kimi olmuş bu da bir aşiqi-zar, 
Bağlamışdır onu zəncirinə bir zülfi-nigar. 
Gördüyün qulpu çamur parçası zənn etmə, saqın, 
Bir gözəl boynuna keçmiş qola çoq bənzəri var!” 
 
Bu sırada S a b b a h ilə əli heybəli Ə b u T a h i r yolçu qiyafətində gəlirlər və 
Xəyyamın son sözlərini dinlərlər 
 
Ə b u T a h i r 
 
İştə, Xəyyam. 
 
S a b b a h 
 
Omu, gerçəkdən omu?! 
Öylə bir şairin iqbalı bumu? 
 
(Xəyyamı qucaqlar
 
X ə y y a m 
 
Səni ürkütdü bu halım yoqsa. 
 
S a b b a h 
 
Nə səfalət, umulur şeymi bu ya?! 
Baş vəzir iştə bu gün Xacə Nizam
Get də anlat, edər az-çoq ikram. 


34 
 
X ə y y a m 
 
Qapısından keçər olsam, yaltaq, 
Sivri dişlər vuruşub saldıracaq. 
 
S a b b a h 
 
Bəri gəl, bən bulurum çarə buna. 
 
X ə r a b a t i 
 
Dur, canım! Qalsın o işlər yarına. 
 
(Ney çalınır) 
 
R ə m z i 
 
Gəl şu püsküllü söyüd kölgəsinə, 
Könül uysün da bir az ney səsinə. 
 
X ə y y a m 
 
(heyrətlə) 
 
İşləmiş ruhunu sən’ət və hünər. 
 
X ə r a b a t i 
 
Gəliniz. 
 
(şərbətçiyə) 
 
Ey, çabuq ol, şərbət ver. 
Püsküllü söyüd altında oturub şərbət içərlər. 
 
G ə n c ç a d ı r ç ı 
 
(ney ilə bərabər oqur) 
 
Keçənlərdən bizə əfsanə qaldı, 
Sönüb Cəmşidi-Cəm, peymanə qaldı. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə