Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

55 
 
Nadir bulunur bizdə bulut, sis, 
Şən ruhumuzun üfqü kədərsiz. 
Atəşli dodaqlar bizə munis, 
Atəşli könüllər diləriz biz. 
 
Rəqs bitər, Y u s i f i gətirirlər. 
 
A l p A r s l a n 
 
Zəncirini açdır, ola azad, 
Bayram günü ta etməyə fəryad. 
Zəncirini açarlar, iki adım ilərilər. 
 
Y u s i f 
 
Əfvinlə sevinməz könül, əfsus, 
Zalım yenə zalımdır. 
 
S a b b a h 
 
Aman, sus! 
 
A l p A r s l a n 
 
Sən həddini aşdın da, rəzalət! 
Nerdən sana, bilməm, bu cəsarət? 
 
Y u s i f 
 
Sən iştə, zəhər kasələrindən səhər-aqşam 
Sundun bizə badə. 
Evlər təməlindən yıqılıb qalmadı bir dam, 
Sən etdin iradə. 
Var-yoq soyulub getdi o bayquş xüləfayə, 
Qoydun bizə minnət. 
 
(acı qəhqəhə) 
 
Onlar nə verirlər sana: əfyunlu hədiyyə – 
Zəm-zəm suyu, cənnət. 


56 
 
Yıprandı xurafat ilə başlarda beyinlər, 
Sənsin buna rəhbər. 
Xırsızlara olduq kölə, yetməzmi səfalət, 
Yetməzmi bu zillət! 
 
A l p A r s l a n 
 
(çılğın) 
 
Cəllad!.. Hanı cəllad? 
 
(Hacib gedir) 
 
S e v d a 
 
(təlaşla) 
 
Əfv et, ulu xaqan. 
 
A l p A r s l a n 
 
Yoq, yoq buna imkan! 
 
X ə y y a m 
 
Əfv etmə də bir dürlü cəzadır, 
Qıymaq ona, əlbəttə, xətadır. 
Layiqmi o bir mum kibi sönsün
Hiçdən silinən kölgəyə dönsün? 
 
A l p A r s l a n 
 
Xaindir o, azğınlığı mə’lum. 
 
(girən cəllada Yusifi göstərir) 
 
Vur boynunu! 
 


57 
 
C ə l l a d 
 
(dönüb şaşqınca və həyəcanla) 
 
Oğlum! Əvət, oğlum!.. 
 
(silahı əlindən düşər) 
 
Yıllarca qalıb bən sana həsrət, 
Qürbətdə buluşduq, nə səadət. 
 
(Qucaqlamaq istər) 
 
Y u s i f 
 
Rədd ol, deyilim bən sana evlad! 
 
C ə l l a d 
 
Yusif... 
 
Y u s i f 
 
Baba olmaz bana cəllad! 
 
C ə l l a d 
 
Pək suçlu isəm, görməli mə’zur, 
Aclıq bəni etmiş buna məcbur. 
Qatil deyilim, aləti-qətlim. 
 
X ə y y a m 
 
Məzlumdur, əvət, olsa da zalim. 
 
A l p A r s l a n 
 
(bağırır) 
 
Vur boynunu! 


58 
 
C ə l l a d 
 
(diz çökər) 
 
Xaqan, ulu xaqan! 
Əfv et onu, ver qətlimə fərman! 
 
A l p A r s l a n 
 
(Yavərə) 
 
İlk öncə bunun boynu vurulsun! 
 
C ə l l a d 
 
(qalqar, köksünü açaraq) 
 
Öldür də, qanın bəlkə durulsun. 
 
Y u s i f 
 
(acı qəhqəhə ilə) 
 
Qansız yaşamaz sevgili xaqan, 
Qan, saçdığı qan, içdiyi həp qan! 
 
A l p A r s l a n 
 
(Yavərə) 
 
Susdur onu!.. 
 
Y a v ə r 
 
Azğın, bu nə cür’ət!? 
 
Y u s i f 
 
(qoynunda saqladığı ufaq xəncəri xaqanın köksünə saplar
 
Al, iştə gəbər! 


59 
 
A l p A r s l a n 
 
Ah!.. 
 
(Deyə yıqılır) 
 
S a b b a h 
 
Bu nə dəhşət. 
 
X a c ə N i z a m 
 
Çıldırdı, həmən susdurun! 
 
S e v d a 
 
Eyvah... 
 
Təlaşla Xəyyamın qolları arasına sıqılır. Ara qarışar, 
hər tərəfdən saldırıb Yusifi yaralarlar. 
 
X ə y y a m 
 
Çılğın bəşər İblis ilə həmrah. 
 
C ə l l a d 
 
Əfv et bəni, yavrum, bəni əfv et! 
 
Y u s i f 
 
Cəlladlara, zalımlara nifrət!.. 
 
(Ölür) 
 
A l p A r s l a n 
 
(uzaqlara işarətlə) 
 
Oğlum, bəni məhv etdi bu ərzəl... 
 
(Ölür) 


60 
 
X a c ə N i z a m 
 
Məhv oldu o səndən daha əvvəl. 
 
X ə y y a m 
 
(cənazələri süzərək
 
Bir anda sönüb getdilər onlar
Yoq artıq o kinlər, həyəcanlar. 
Heyrət!.. Nə amansız şu təbiət, 
İnsan nə qadar saçma həqiqət... 
 
Pərdə 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
I SƏHNƏ 
 
Xəyyamın iş odası... bir yanda hey’ət elminə aid rəsədxanə alətləri, bir yanda kütübxanə.  İbn 
Sinanın  əl məhsulu olan böyük rəsmi divardan asılmış. Tələbələr çalışır. Kimi pərgar ilə  həndəsi 
şəkillər çəkər, kimi durbinlə yan pəncərədən günəşə baqar, kimi üstürlabla və  bə’ziləri də kitab 
oxumaqla məşğuldurlar. Birinci tələbə durbini gözündən çəkərək. 
 
B i r i n c i t ə l ə b ə 
 
Nə tuhafdır bu günəş, baqdıqda 
Gözlər ən kəskin işıqdan yorulur. 
Ləkə varmış, – deyə Xəyyam onda 
Yeni şeylər düşünür, doğrumudur? 
 
İ k i n c i t ə l ə b ə 
 
(həndəsi rəsm cızar) 
 
Zevq alınmaz Günəşin seyrindən, 
Gecə yıldızlara baqmaq daha xoş. 


61 
 
S a i b 
 
(üçüncü tələbə) 
 
Dün rəsədxanəyə varmışdım bən 
Seyrə daldıqda olurdum sərxoş. 
 
N a i b 
 
(dördüncü tələbə əlindəki kitabları göstərir) 
 
Bu cəbr, həndəsə, bilməm nə demək? 
Uğraşan beynini incitmiş olur. 
Cəbrə hər kim verəcək olsa əmək
Sanırım nəfsinə cəbr etmiş olur. 
 
S a i b 
 
(kitabları Naibə verir) 
 
Çoq yoruldunsa bıraq, bunlara baq, 
İştə, ruh avlayacaq şeylər var. 
 
N a i b 
 
(alıb baqar) 
 
İstəməm, bunlara yoq bəndə məraq, 
Quru, boş fəlsəfələrdən nə çıqar? 
 
S a i b 
 
Biliriz, müftiyə naibsin, əvət, 
Səni əyləndirəməz hər hikmət. 
 
N a i b 
 
Sən də Saibsin, inandıq, adına 
Yaraşır fəlsəfə... Bir söylə bana. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə