Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

74 
 
X ə y y a m 
 
Xilqətin əsrarını bilsən əgər, 
Bəlkə ölümdən də bilirdin xəbər. 
Bən sağ ikən anlamadım haq nədir
Bir ölü, bilməm ki, nə duymaq dilər? 
 
R ə m z i 
 
(gülərək Müftini göstərir) 
 
Azmı bilir bağçamızın bülbülü, 
İştə, həqiqətlərə vaqif ölü! 
 
M ü f t i 
 
(çılğın) 
 
Sən dəmi, ah, sən dəmi güldün bana, 
Tanrı cəhənnəmdə verir yer sana. 
 
X ə r a b a t i 
 
(qorqulu, yapma təlaşla) 
 
Öyləmi, ah, öyləmi? 
 
M ü f t i 
 
Ya, öylə ya! 
Yoqdur aman haqtanımaz qullara! 
Zift ilə zəqqum içəcəklər tamam. 
 
X ə r a b a t i 
 
Bən dəmi, ah! Bən dəmi? Lütf et, xocam. 
 
(qədəhi yerə atar) 
 
Tevbələr olsun, daha içməm, yetər, 
Bən bilirim orda nələr var, nələr?.. 
 
(Ağlayaraq Müftinin ayaqlarına qapanar) 


75 
 
R ə m z i 
 
Nerdə, cəhənnəmdəmi? 
 
M ü f t i 
 
Ya, öylə ya! 
 
X ə r a b a t i 
 
Dün gecə, ah, dalmış idim uyquya, 
Bir də nə gördüm ki, yanar kainat, 
Hər yanım atəş, bana yoqdur nicat. 
 
(Hönkürtü ilə ağlar) 
 
M ü f t i 
 
Baq, hələ bu uyqu, həqiqət deyil, 
Doğru cəhənnəm nə olur anla, bil! 
 
X ə r a b a t i 
 
Sardı bütün çevrəmi əqrəb, yılan, 
 
(xocaları ayrı-ayrı süzərək) 
 
Hər biri bir vəhşi öküzdən yaman. 
Həpsi alav püskürüb, atəş saçar, 
Onları div görsə uzaqdan qaçar. 
 
M ü f t i 
 
Söz yoq, azanlar bulacaqdır cəza. 
 
X ə r a b a t i 
 
Sonra haman gurladı bir əjdəha, 
Ah... dilim-ağzım qurusun, söyləməm. 


76 
 
R ə m z i 
 
Söylə, nədir? 
 
X ə r a b a t i 
 
Müftiyə bənzər desəm, 
Çıldıracaq, saldıracaqdır bana. 
 
M ü f t i 
 
Sus, qəzəb etsin ulu Tanrım sana. 
 
(xoca və müridlərə
 
Oh, gedəlim, burda durulmaz daha
Bunlara Xaliq verəcəkdir bəla! 
 
X a c ə N i z a m 
 
Son gediş olsun!.. 
 
M ü f t i 
 
Daha gəlməm, xayır, 
Duydum, əvət, haq sözü duymaz sağır. 
 
(Çıqarlar) 
 
X ə y y a m 
 
(Xərabatiyə) 
 
Müftini incitməməliydin, saqın, 
Cənnətə əsla bizi qoymaz yaqın. 
 
Q a d ı n l a r gəlir. 
 
S e v d a 
 
Ah, şu həriflər nə qadar sayğısız. 


77 
 
R ə m z i 
 
(Xərabatini göstərir) 
 
Onları susdurdu bizim qayğısız. 
 
X ə y y a m 
 
Versə də bayquşlar əgər səs-səsə, 
Qayğı yaraşmaz bu gülər məclisə. 
 
X a c ə N i z a m 
 
Etməyiniz zərrə qadar e’tina! 
Onların azğınlığı varmaz sona. 
Saqiyə qədəhləri doldurur. 
 
S e v d a 
 
(çalınan lirik musiqi ilə bərabər oqur) 
 
Durma, gülüm, Saqiyə! Sən badə ver
Gözləri öpsün yenidən nəş’ələr. 
Şairin ilhamı açıb balü pər 
Yüksələ ta göylərə, pərvaz ola! 
 
H ə r ü ç q a d ı n 
 
Gülsə günəş, gülsə çəmən, laləzar, 
Sanma könüllərdə şətarət doğar, 
Arif odur gülsün içindən bahar, 
Ta ona hər zümzümə bir saz ola! 
 
Xərabati Sabbahın şərbət içdiyini görüncə Rəmziyə baqar. 
 
X ə r a b a t i 
 
Bəncə əbəsdir mey olan yerdə su
Badə verir qəlbə səfa duyğusu. 


78 
 
 (barmaqlarını şaqlatır, gülərək) 
 
Eşq ola bir xalqa ki, haq yolçusu 
Həzrəti-müfti kibi canbaz ola! 
 
Dışarıda əskəri musiqi eşidilir. “Urra” səsləri ətrafı çınlatır. 
 
X a c ə N i z a m 
 
(təlaş ilə içəri girən Hacibə
 
Söylə, bu alqış nə? 
 
H a c i b 
 
Məlikşah gəlir. 
 
Xacə Nizam Sabbahla bərabər qalqar, məclisdəkilər də onlarla bərabər qalqar 
 
X a c ə N i z a m 
 
Böylə xəbərsiz nə için? 
 
S a b b a h 
 
Kim bilir. 
 
X a c ə N i z a m 
 
Başqa siyasətmi, nədir? Anlamam! 
Gəl baqalım, ta ola aydın məram. 
 
S a b b a h 
 
(Xəyyamın qolundan tutaraq) 
 
Şairi alsaq eyi olmazmı ya? 
 
X a c ə N i z a m 
 
Zevqinə baqsın, gedəlim. 


79 
 
 (Çıqarlar) 
 
X ə y y a m 
 
Öylə ya!.. 
 
Xacə bənim halımı rə’na bilir. 
 
(Onları yola salır) 
 
R ə m z i 
 
(Xərabatiyə) 
 
Keyfinə baq, sanki bu dünya nədir? 
Məskəni olmuş ulu xaqanların, 
Mədfənidir qorqulu sultanların. 
 
X ə r a b a t i 
 
(alaycı qəhqəhə ilə
 
Dün qara topraqda uyurkən biri
İştə bu gün taxta çıqar digəri. 
 
X ə y y a m 
 
(geri dönər) 
 
Yoq işimiz şah ilə, sərdar ilə, 
Xoş keçər ancaq günümüz yar ilə. 
Gülsə Vəfa, işvəli Sevda, Səfa, 
Biz güləriz, batsa da şahlar yasa. 
Birsə məzarında gəda, padşah, 
Cami-Cəm olsun bizə ən son pənah! 
 
Qədəhləri qaldırıb içərlər

 
Pərdə 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə