Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə15/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

93 
 
(topraqdan çıqardığı qafa tasını süzərək bir yana atar) 
 
İk i n c i m ə z a r ç ı 
 
(bəzəkli bir məzarı birinci məzarçıya göstərərək) 
 
Bu qəbir, söylə kimindir, əcəba? 
 
B i r i n c i m ə z a r ç ı 
 
Bu hərif varlı bir axmaqdı, xəsis, 
Nazlı bir yosmaya olmuşdu ənis. 
Yetişib var-yoqu oynaq qadına, 
Yedirir hər gecə oynaşlarına. 
 
(İkinci məzarçı qazdığı məzardan bir əyri sümük çıqarıb gülərək) 
 
İk i n c i m ə z a r ç ı 
 
Bu çürük qozbelə baq bir, bu bunaq 
Topraq altında da qozdur, sarsaq. 
 
(Yandakı çuqura atır) 
 
B i r i n c i m ə z a r ç ı 
 
Qomşumuzdur, o da bir rəngə girən, 
Daima söz götürüb, söz gətirən 
Bir uğursuz ki, bu gün susmuşdur. 
 
İk i n c i m ə z a r ç ı 
 
(ətrafa baqaraq) 
 
Kimdir onlar? 
 
B i r i n c i m ə z a r ç ı 
 
İki qızğın mə’mur. 
İki əskəri mə’mur təlaş içində gəlir. 


94 
 
İk i n c i m ə’ m u r 
 
Bana baq! Ey!.. 
 
B i r i n c i m ə z a r ç ı 
 
Nə imiş? Əmr ediniz! 
 
B i r i n c i m ə’ m u r 
 
Söylə, Sabbahı, Əbu Tahiri siz 
Burda görmüşmüsünüz? 
 
B i r i n c i m ə z a r ç ı 
 
Yoq, əsla! 
 
B i r i n c i m ə’ m u r 
 
(arqadaşına İmamzadə ilə namazgahı göstərir) 
 
Haydı, sən durma, bu ətrafı ara. 
 
(məzarçılara) 
 
Öylə xainləri kim saqlarsa
Görəcək ən qaba, dəhşətli cəza. 
 
İk i n c i m ə z a r ç ı 
 
Onların məskənidir şimdi məzar. 
 
B i r i n c i m ə’ m u r 
 
Nə məzar? Hanki məzar? 
 
B i r i n c i m ə z a r ç ı 
 
(ikinci məzarçının ətəyindən çəkərək) 
 
Sus, murdar!.. 
Sana əyləncəmi bir cəngavər. 


95 
 
 (ətrafda yeni suvanmış məzarı mə’mura göstərir
 
Baqınız, burda gömülmüş ölülər. 
 
B i r i n c i m ə’ m u r 
 
Kimə lazım ölülər, heyvana baq?! 
 
İk i n c i m ə’ m u r 
 
(gəlir) 
 
Kimsələr yoq. 
 
B i r i n c i m ə’ m u r 
 
Gedəlim. 
 
(iki-üç adım gedər, təkrar dönərək) 
 
Ey bana baq!.. 
Yoq o xainlər için qurtulacaq. 
Kim tutub versə, mükafat alacaq. 
Az deyil, iştə yüz altın... Düşünün, 
Bunca sərvət ələ düşməz hər gün. 
 
(Gedərlər) 
 
İk i n c i m ə z a r ç ı 
 
Böylə fürsət ələ keçməz gerçək. 
 
B i r i n c i m ə z a r ç ı 
 
(onun başına bir yumruq vurur) 
 
Sən öküzsün, buna yoq bir deyəcək, 
Bizə altınmı verirlər? Şaşqın! 
Dağılıb cinləri xaqanımızın 
Yenə Sabbahı bağışlar er-gec, 
O zaman sən yaşamaqdan vaz keç. 


96 
 
S a b b a h 
 
(Əbu Tahirlə arqadakı boş məzardan) 
 
Kimdir onlar? 
 
B i r i n c i m ə z a r ç ı 
 
İki azğın mə’mur... 
 
S a b b a h 
 
Nə diyor? 
 
B i r i n c i m ə z a r ç ı 
 
Sizləri izlər də durur
Söylüyor, onlara yoq qurtulacaq. 
 
İk i n c i m ə z a r ç ı 
 
Görsələr məhv edəcəklər. 
 
Ə b u T a h i r 
 
Sarsaq... 
 
S a b b a h 
 
(hər birinə ikişər altın verər) 
 
Al, saqın, kimsəyə bildirmə bizi. 
 
B i r i n c i m ə z a r ç ı 
 
Bu nə mümkün... Bilirik həddimizi. 
 
Ə b u T a h i r 
 
Gedəlim. 
 
(Uzaqlaşırlar) 


97 
 
S a b b a h 
 
Gəl, buradan qurtulsam
Bəni haqqilə tanır Xacə Nizam. 
 
B i r i n c i m ə z a r ç ı 
 
(qafasını sallayaraq oqur) 
 
Biri izlər, biri dəhşətlə qaçar, 
Biri dovşan, biri qızmış canavar. 
Üç qarış topraq ikən son yatağın, 
Bu didişmək nəyə lazım bu qadar. 
 
Pərişan qiyafətli, başı açıq, saçları dağınıq, yarım sərxoş, 
əlində bir dəsti – X ə r a b a t i onlara yaqlaşır. 
 
İk i n c i m ə z a r ç ı 
 
İştə, bir səndələyən canlı məzar, 
Hər gün etməkdə bizim səmtə güzar. 
Qaldırıb dün o şərab dəstisini, 
Sayğısız az qala vurmuşdu bəni. 
 
B i r i n c i m ə z a r ç ı 
 
Saqın, əsla ilişib durma, qızar, 
Onda çılğınlığa bənzər hal var. 
 
(Çalışırlar) 
 
X ə r a b a t i 
 
(yeni məzarlara yaqlaşır) 
 
İştə Rəmzi, bu da biçarə Vəfa, 
İştə Sevda, bu da nazəndə Səfa. 
Beş gün əvvəl gülüşürkən xoşkam, 
Susdular zəlzələdən bir aqşam. 


98 
 
(hər məzar üzərinə bir avuc şərab sərpər) 
 
Bu sənin, baq, bu sənin, al, bu sənin
Bu da Xəyyamın əməl qönçəsinin. 
 
(bir avuc da ətrafdakı məzarlara sərpər) 
 
Sizin olsun bu da, ey əhli-qübur! 
Abi-Kövsər denilən badə budur! 
 
(Bir qədər də özü içər) 
 
İk i n c i m ə z a r ç ı 
 
Yenə sərxoşdur o, pozmuş qafayı. 
 
B i r i n c i m ə z a r ç ı 
 
Durma, qaç, gəldi cənazə alayı. 
 
M ü f t i m ü r i d l ə r i l ə gəlir. Bir yanda durub Xərabatini dinlər. Cənazəyi namazgaha 
gətirirlər. Xərabati avcunu şərabla doldurub göyə doğru sərpər, alaycı qəhqəhə ilə. 
 
X ə r a b a t i 
 
Bu da göylərdə gülən sultanatın, 
Sən də iç, bəlkə açılsın qanatın. 
Uç fəzalarda, yorulsan bizə gəl
Evdə küplər dolu, yoq bir əngəl. 
Gəl, bərabər içəlim, nəş’əyə dal, 
Verməsin könlünə hər qayğı məlal. 
Sərxoş ol, bunca ağır faciələr 
Səni ürkütməsin əsla!.. Desələr 
Çökdü evlər, qırılıb ailələr, 
Sən haman zevqinə baq, etmə kədər. 
 
M ü f t i 
 
(kinli və sinirli) 
 
Sus, yetər, sus, bu nə yersiz həzyan. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə