Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə23/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

145 
 
yeni pəncərələr açsın. (Şeytanlar altın piyalələrdə  şərab gətirirlər.  İblis içib piyalələri 
atar.  Ətrafdakılar havada tutarlar) Mənə Epikürləri, Xəyyamları coşduran  şərab lazım 
deyil. Yalnız Atillaları, Neronları tutuşduran kəskin şərablardan istərəm. Əvət, öylə şərab 
istərəm ki, onu içərkən  şair Dantenin sönməz cəhənnəmi gözlərimdə canlansın. Və o 
cəhənnəmdə yanıb qıvrılan böyük başlar, böyüklük düşgünü ulu dahilər yenidən qarşıma 
çıqsın. Həm də cümləsi alavlar içində  çırpınaraq mənə  sığınsın. Öylə  şərab istərəm ki, 
insan qanilə  bəslənmiş olsun. Hər dalğasında yeni bir zəfər, yeni bir qalibiyyət  şö’ləsi 
parlasın və bütün cihanı qanlı tufanlara qərq etsin. (Bir piyalə də içər) Afərin! Afərin!.. 
Bu şərab daha meyxoş, daha kəskindir. (Piyaləni havaya fırlataraq). Haydı, əski yunan və 
Roma ilahələri, Şərq pəriləri gəlsin. Rəqs edərək gözləri, könülləri oqşasın. Bəlkə dəhşət 
püskürən beynimdəki sislər, dumanlar silinsin. 
B i r i n c i ş e y t a n. (əyilərək). Şanlı və qüdrətli rəhbərimiz! Əsrimizdə pərilər və 
ilahələr, yaşamayır. Könlünüzü açmaq için yalnız gözəl aktrislər və rəqqasələr var. 
Bu sırada oynaq şərqi və çalğı səsləri eşidilir. 
İb l i s. Söylənib durma, baq gör o nə səsdir? 
B i r i n c i ş e y t a n. (iləriləyib yola baqaraq). Şən və gözəl qaraçılar! Bu tərəfə 
gəlirlər. 
İb l i s. Gəlsinlər, bir az dinləyəlim. (Gəlib keçmək istəyən əlvan geyimli qaraçılara
Durun, keçməyin, çalın, oynayın. Bizi əyləndirin! 
B i r q a r a ç ı. Göz üstə, ba...ş üstə! (Yoldaşlarına) Haydı baqalım.  
 
Hamısı bir yerdə şərqi söylər, rəqs edərlər. 
 
Ş ə r q i 
 
İnsan ömrü dalğa kibi keçər, gedər, 
Hər gələn bir sevgi yolu seçər, gedər. 
Dərdi bıraq, zevqinə baq, unutma ki
Hər kəs əcəl badəsini içər, gedər. 
 
Biz sevdalı quşlar kibi güldən-gülə 
Uçub qaçar, əylənərik sevinc ilə. 
Əyilmədik hiç bir qanun qarşısında, 
Bağlanmadıq hiç bir yurda, hiç bir elə. 


146 
 
İb l i s. Nə şaqraq və sevimli qızlar!.. Nə çevik dəliqanlılar!. Onların qara gözlərində 
mənim atəşimdən alınmış alav dalğacıqları parlayır. O süzgün baqışlar, o ədalı gülüşlər 
könlümün incə tellərini oynatdı. Alqış təbiətin şən yavrularına! Haydı azadsınız.  
 
Bir avuc altın atar, qaraçılar yerdən toplar. Sevinc ilə çalıb-oquyaraq uzaqlaşırlar. 
Gəliş muzikası... 
 
İb l i s. Kimdir bu gələn? 
B i r i n c i ş e y t a n. Yaponiya sularına gedən yoldaşlarımızdan biri! 
İk i n c i ş e y t a n (yapon siyasi qılığında gəlir). Səlam böyük rəisə, qocaman İblisə!.. 
İb l i s. Xoş gəldin, hardaydın? 
İk i n c i ş e y t a n. Uzaq Şərqə vardım, imperatorlar və generallar mühitində 
dolaşdım, bütün gözlərə və beyinlərə kin və intiqam alavları saçdım. 
İb l i s. Nə gördünsə açıq söylə! 
İk i n c i ş e y t a n. Yapon diplomatları  hər gün yeni fitnələr uydurub qonşu 
hökumətlərə rahatlıq verməyir. Bir yandan Mancuriya ilə Moğolstana soqulur, bir yandan 
Çini parça-parça bölməyə çalışırlar. Minlərcə, yüz minlərcə insan qanı aqır, kimsə səsini 
çıqarmayır. Xalqın var-yoqu yanıb kül olur da, tüstüsü, dumanı çıqmayır. 
İb l i s. Nə demək!? Hiç dumansız yanğın olurmu? Buna başqa hökumətlər nə deyir? 
İ k i n c i ş e y t a n. Nə deyəcək, oğru oğrunun ayağını basarmı? Hamısı 
paylaşmaqda, av bölüşməkdə  şərikdirlər. Yalnız ayaq altında  əzilənlər, çörək yerinə 
torpaq yeyənlər, əlsiz-ayaqsız qadınlar və çocuqlar ara yerdə məhv olub gedirlər. 
İb l i s. Onun zərəri yoq, daha nələr var? 
İk i n c i ş e y t a n. Mənim tədbirlərim baş tutarsa, o yerləri daha qorqunc yanğınlar 
və tufanlar saracaqdır. 
İb l i s. Afərin, sən hər mükafata layiqsən. 
 
Gəliş muzikası... O kimdir? 
 
B i r i n c i ş e y t a n. İtaliya və Həbəş diyarına gedən yoldaşımız!.. 
Ü ç ü n c ü ş e y t a n (İtaliya qiyafətində gəlir, əyilir). Səlam şanlı komandana! 


147 
 
İb l i s. Anlat səndə nə xəbərlər var? 
Ü ç ü n c ü ş e y t a n. Mən sosializm qabığından çıqmış faşizm beşiyinə vardım, 
Roma generallarına qoşuldum, pərəstişkarınız Mussolini ilə görüşdüm. Müqəddəs Papa 
ilə kral beynində yuva yapdım, bir kibritlə bütün başları alavlandırdım. Hamısı qan-qan 
deyə cahangirlik xülyasilə,  əzəmət sevdasilə müharibəyə girişdilər, atəşli makinalarilə 
yerdən-göydən Həbəş ölkəsini yaqıb yıqdılar. Zəhərli qazlar ilə hər tərəfi dəhşətlər içində 
bıraqdılar. Yalnız insanlar deyil, böcəklər, quşlar, nəhrlərdəki timsahlar belə zəhərlənmiş
havalarda və sularda tələf oldular. 
İb l i s. Həbəşlər nə yapdılar? Durub baqdılarmı? 
Ü ç ü n c ü ş e y t a n. Xayır, bütün qadın-erkək silaha sarıldılar,  İtaliyanın azğın 
ordusilə qəhrəmanca vuruşdular. Lakin... çoq sürmədi ki... 
İb l i s. Nələr oldu? Söylə! 
Ü ç ü n c ü ş e y t a n. Son texnikaya qarşı bütün cəsarətlər qırıldı, bütün cəbhələr 
yarıldı. Ərəb mücahidləri al qanlar içində can çəkişirkən Həbəş hökmdarı ölkəyi bıraqıb 
qaçdı. 
İb l i s. Çoq gözəl, sonra? 
Ü ç ü n c ü ş e y t a n. Əlimdən gələn budur. Zəhmətim az olsa da, tökülən qanlar 
çoqdur. 
İb l i s. Afərin! Hər ikinizdən məmnun oldum. (İkinci ilə üçüncünün çiyinlərinə  əl 
çəkər, birinci ilə  ətrafdakılara)  Əcəba sizlər nə yapdınız? (Qızışaraq) Oh, içi boş 
dəyənəklər!.. Arsız köpəklər!.. Burada əsnəyə-əsnəyə yatıb uyquyamı qaldınız? Yeyib-
içərək cünbüşəmi daldınız? 
B i r i n c i ş e y t a n. Nə etməli. Bizdə günah yoq, bugünkü diplomatlar hiç də 
köhnələrə bənzəmir. Keçmişdə ufaq bir qıvılcım, küçük bir cinayət bütün cihanı bir-birinə 
qatardı, indi isə əksinədir. Hökumətlər hər söz ilə yerindən oynamaz. Hər kəs boş tüfəng 
daşıyan adamlar kibi həm özündən, həm özgəsindən qorqar. Diplomatlar bazaar dəllalları 
kibi söz güləşdirməkdən zevq alırlar. Hər ölkə öz başını qorumaq istər, hər devlət öz 
gələcəyindən şübhə edər. 
İb l i s (qızıb bağırır). Yetər, başımı  ağrıtma! Bir yığın bəcəriksiz hoppalarsınız. 
Böylə boş laqırtılardansa iş görməli, hər gün yeni fitnələr düşünüb yeni fırtınalar 
qoparmalı!.. Yoqsa cümləniz xain köpəklər kibi işdən qovulacaqsınız. Mənim səltənətim 
qansız yaramaz. Haydı, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə