Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

139 
 
İk i n c i q ı z 
 
Bən kimim, söylə o kimdir əcəba? 
 
S a q i y ə 
 
(onlara yaqlaşır) 
 
İxtiyardır, sizi nerdən biləcək? 
 
X ə y y a m 
 
(diqqətlə süzərək) 
 
Bir yığın canlı çiçək, şən kələbək. 
 
(birinciyə) 
 
Alagöz, bəlli, Vəfanın qızıdır. 
 
(ikinciyə) 
 
Bu da yoq şübhə, Səfa yıldızıdır. 
 
B i r i n c i q ı z 
 
Mane olduq babanın uyqusuna. 
 
İk i n c i q ı z 
 
Qovdu yağmur bizi, gəldik də sana. 
 
X ə y y a m 
 
Pək gözəl, burda çalıb oynayınız, 
Bu küçük bağçayı səhra sayınız. 
 
Q ı z l a r 
 
(birlikdə oqurlar) 
 
Bulut, duman çökər həmən, 
Susar o qayğısız çəmən. 


140 
 
Susar o şən təranələr, 
Nə bir gələn, nə bir gedən. 
 
Bir yığın dəliqanlı keçər. Xanəndə “dəşti” oqur

 
X a n ə n d ə 
 
Könlümün başqa bir öksüzlüyü var
Çırpınan ruhumu bir şö’lə yaqar. 
Bəni oqşarkən o süzgün gözlər, 
Yağdırıb göz yaşı qısqandı bahar. 
 
Yol keçənlər arasında Saib də var. O, qiyafətini dəyişmiş, 
yanındakılara bağçayı göstərir. 
 
S a i b 
 
İştə, Xəyyam, o böyük sən’ətkar! 
Sarmış ətrafını şən yıldızlar. 
Kəhkəşan saçların əsrarı nihan, 
Açdı irfan ilə bambaşqa cihan. 
Onu duymaz, duyamaz hər şaşqın, 
Bir dəniz şişəyə sığmışmı? Saqın! 
Suç deyildir bu günəşçin, yarasa 
Ürkərək batsa qaranlıqda yasa. 
Gün dəyişdikcə o həp gənc olacaq
Şən könüllərdə pərəstiş bulacaq. 
 
X ə y y a m 
 
(əli ilə onları çağırır) 
 
Gəliniz, yavrularım. 
 
B i r i n c i q ı z 
 
(təlaşla) 
 
Biz gedəlim. 


141 
 
X ə y y a m 
 
Bu olur şey deyil əsla, gözəlim. 
 
B i r i n c i q ı z 
 
Ayırır bizləri adət, qanun. 
 
İk i n c i q ı z 
 
Gedəlim, tez gedəlim. 
 
B i r i n c i q ı z 
 
Haydı! 
 
(getmək istərlər) 
 
X ə y y a m 
 
Durun! 
 
(kəskin və coşğun) 
 
Uydunuz bunca xurafata, yetər! 
Bu həyat iştə ölümdən də betər. 
Əlverir paslı, sönük adətlər! 
Şən təbiət sizi azadə dilər. 
Qarışıb birləşin, iffət də budur
Şeyxin uydurduğu cənnət də budur. 
 
(ətrafına toplaşırlar
 
Dinləyin, bir də bulunmaz Xəyyam, 
İştə, bəndən gələcək nəslə pəyam; 
Xilqətin şənliyi, hər rəngi sizin, 
Parlayıb gurlayan ahəngi sizin, 
Gömməyin hiçliyə fürsət dəmini, 
Xoş görün zevqü səfa aləmini. 
 


142 
 
Dün bir əfsanə, yarındır xülya, 
İki hiç... Hər biri müzlim rö’ya. 
Geri dönməz bu şətarətli zaman
Qıyaraq bir gün əcəl verməz aman. 
Bir nəfəsdir bu sürəksizcə həyat, 
Bir nəfəs!.. Getdimi? Gəlməz... 
 
(əlini ürəyinin üstünə qoyaraq titrək səslə) 
 
Heyhat!.. 
 
S a q i y ə 
 
(yardım edib başını yastığa dayar, şaşqın) 
 
Yenə qəlbinmi! 
 
X ə y y a m 
 
Təlaş etmə, gülüm. 
 
S a q i y ə 
 
(ətrafdakılara) 
 
Xastadır. 
 
X ə y y a m 
 
(xanəndəyə) 
 
Sən oqu, gülsün könlüm. 
 
X a n ə n d ə 
 
(Əbu-əta üzrə oqur) 
 
Beş gün ömrün necə əfsanəsi var
Eşqi var, badəsi, peymanəsi var. 
Sonu həsrətlə bitərkən, əfsus, 
Yenə dünya dolu pərvanəsi var. 


143 
 
X ə y y a m 
 
Ah... 
 
(Deyərək ansızın ölür) 
 
S a q i y ə 
 
Aman... 
 
B i r i n c i q ı z 
 
Soldu o, birdən soldu. 
 
S a q i y ə 
 
Nə fəlakət!.. 
 
(Ağlar) 
 
İk i n c i q ı z 
 
Acı bir hal oldu. 
 
Həzin bir musiqi başlar. Əllərdəki çiçəklər cənazə üzərinə qonulur

 
S a i b 
 
Getdi, eyvah!.. O fəzilət, o zəka! 
Əbədi susdu o qüdrət, o dəha... 
Söndü bir anda o sönməz atəş, 
Fərqi yoq, batsa da parlaq o günəş! 
 
Pərdə 
 
SON 


144 
 
İBLİSİN İNTİQAMI 
 
Dram – 5 pərdə 
 
Ə Ş X A S 
 
İ b l i s 
A r i f – sülh aşiqi 
R ə’ n a – onun rəfiqəsi 
S i m a – sülh pərisi... Zərif bir qız... 
T u n c ə r – tunc geyimli qəhrəman. (Spartak qiyafətli) 
E m a – şəfqət bacısı, şən və oynaq qız... (ispaniyalı) 
K a s t i l y o – Emanın nişanlısı... (ispaniyalı) 
N a t e l l a – gənc, həssas qadın... (ispaniyalı) 
X a l i d – mərakeşli ərəb dəliqanlısı... 
G e n e r a l M i a x a – xalq komandanı... (ispaniyalı) 
G e n e r a l F r a n k o – faşist komandanı... (ispaniyalı) 
S o v e t n ü m a y ə n d ə s i – ... 
Fransız, ingilis, italyan, yapon, alman nümayəndələri...  Şeytanlar, qaraçılar, könüllü işçilər, 
şəfqət bacıları, yaralılar, İspaniya, Mərakeş, İtaliya, Almaniya zabitləri və əskərləri... 
Dürlü qiyafətli əməkçilər, rəqs edənlər, qara geyimlilər və başqaları... 
 
İLK PƏRDƏ 
 
Yanda bir köşk... Qarşıda gül, yasəmən fidanları, sərv ağacları... Ortada fəvvarəli bir 
havuz... A r i f bir masa yanında əli alnında uyquya dalmış. Gecə aydınlığı... Coşğun 
muzika... Şən və oynaq parçalar çalınır. Qızıl qiyafətli ş e y t a n l a r ağaclar arasından 
ortaya fırlar. Arifin çevrəsində gülüşərək, itişərək, çığırışıb bağırışaraq rəqs edərlər. 
Bir az sonra ətrafda qorqunc gümbürtülər eşidilməyə başlar.
 
 
B i r i n c i ş e y t a n. (şaşqın və maymunca hoplayışla). Aman, bu nə gurultudur? 
Sanki yanar dağ patlıyor. Görünür İblis oyandı. Yenə hər yanı atəşlər, alavlar saracaqdır. 
(Hava tutulur, göy gürlər, şimşəklər çaqar
İb l i s. (atəşli qiyafətilə qarşıdakı təpəcikdən dışarı fırlar. Çılğın və qorqunc ahəng 
ilə). Eyvah, alavlar içində tutuşub yandım. Yenə  ərzin mərkəzində yeni tufanlar, yeni 
yanğınlar var. Aman durmayın! Ürəyim, beynim dəmirçi kürəsinə dönmüş. Şərab gətirin! 
Şərab!.. Şərab!.. Öylə şərab ki, könlümə yeni alavlar saçsın, qarşımda yeni- 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə