Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

148 
 
rədd olun, dağılın! Kimsəyə aman verməyin! Yaqın, yıqın! Yer yüzünü başdan-başa 
yanğın yerinə çevirin! 
Ş e y t a n l a r. İtaət (Deyə əyilib dağılmaq istərlər. Gəliş muzikası...) 
İb l i s. Bu kimdir? 
B i r i n c i ş e y t a n (yola baqar). Yeni bir yolçu! 
İb l i s. Baqalım bu nə deyir? 
D ö r d ü n c ü ş e y t a n (İspaniya faşistləri qılığında gəlir, əyilir). Böyük ustaya 
müjdələr! 
İb l i s. Söylə nə var, nə xəbər? 
D ö r d ü n c ü ş e y t a n. Ispaniya getdikcə qarışır. Hər könüldə kin və dəhşət, hər 
ağızda qan qoqusu var. Ölkə  və xalq ikiyə bölünmüş. Bir yanda cümhuriyyətçilər ilə 
inqilabçılar, bir yanda faşizm generalları ilə qiyamçılar!.. (Öksürdükdən sonra) Lakin... 
İb l i s (qızğın). Lakin!.. Lakin!.. O nə deməkdir? 
D ö r d ü n c ü ş e y t a n. Biz faşistlərə yardım etməsək yanğın tez sönəcək. Getdikcə 
artan xalq ordusu üstün gələcəkdir. 
İb l i s. Sus, başarıqsız yaramaz! Ona bir çarə bulunmadımı? 
D ö r d ü n c ü ş e y t a n. Əlimdən gələni əsirgəmədim. Tək əldən səs çıqmaz. 
İb l i s (şat! – deyə yüzünə bir sillə vurur). Al iştə baq, çıqarmı? Çıqmazmı? 
D ö r d ü n c ü ş e y t a n. Uf yüzüm yandı, gözlərim alavlandı. Sanki bu da bir 
mükafatmı? 
İb l i s. Mükafat ancaq yenilməz və dönməzlər içindir. 
D ö r d ü n c ü ş e y t a n (titrək səslə). Əvət haqlısınız. 
İb l i s (birinci şeytanın qulağından çəkərək). Bəhey! Sərsəm! 
B i r i n c i ş e y t a n (bağırıb hoplar). Vay aman! 
İb l i s. Məni dinlə! Böylə boş-boşuna baqıb durmaq yaramaz. Haydı  sən alman 
toprağına var. (Üçüncüyə) Sən də İtaliyaya dön! Hər ikiniz siyasi dairələri ayaqlandırın. 
(Dördüncü şeytanı göstərir) Həm də bu şaşqın tənbələ yardım edin. 
H ə r i k i s i. İtaət! (Deyə yoldaşları ilə bərabər uzaqlaşırlar) 
İb l i s. Unutmayın ki, yaramaz və gevşəklərin yeri cəhənnəmin dib bucağıdır. 
A r i f (ayılır.  Əlini alnından çəkər. Ağaclar arqasında saqlanan İblisi görməyərək 
həyəcanlar içində yerindən qalqar). Uf, ey mənim alavlı beynim! Sən vulkanlar içindəmi 
bəsləndin? Ey yaralı quş kibi çırpınan qəlbim! Sən qızıl mərmərdənmi yapıldın? Ey 
mənim həssas 


149 
 
sinirlərim! Ey həyatımın incə telləri! Siz nə qadar qatı və duyğusuzsunuz. 
Əcəba sizi dəmirdənmi, poladdanmı yaratdılar? Uuf, bilməm ki mən bu cihana niçin 
gəldim? 
Göz yaşlarını silmək içinmi? Yanğınları söndürmək içinmi? 
Oh, nə alçaq mühit, nə qorqunc əsr!.. Əcəba mədəniyyət maskasında gizlənən vəhşilər 
nə zaman qan içməkdən doyacaqlar? Çin və Həbəşistan fəlakətləri bitməmişkən İspaniya 
dəhşətləri başlayır. Diplomatlar zəhər püskürən ilanlar kibi ölkədən-ölkəyə soqulur. İnsan 
qanı aqıtmaq için hər gün yeni bəhanələr, yeni fitnələr uydurulur. Daimi sülhü özləyə-
özləyə  hər gün hərbi zavodlar tikilir. Suçsuz və dinc əhaliyi qırmaq için hər gün yeni 
planlar çəkilir. 
İb l i s (ağaclıqdan çıqar. Kinayəli qəhqəhə ilə). Arif! Zavallı Arif! Sən yenəmi 
uslanmadın?! Yenəmi hissiyyata qapıldın? Unutma ki, insanları yeniləşdirib canlandıran 
ancaq müharibədir. 
A r i f. Yalan!.. Bu vəsvəsələr faşizm düşüncələrində parlayan qara şimşəklərdir. 
İb l i s. Saqın, coşub-daşma! Daimi sülh arzusu yaldızlı xülyadan başqa bir şey deyil. 
İsa devri çoqdan keçmiş. Mərhəmət fəlsəfəsi bu gün için büsbütün yıpranmış  və 
çürümüşdür. 
A r i f. Mən qan içənlərə nifrət bəslərəm. 
İb l i s. Halbuki qan aqması hər zaman insanlara zərər verməz. Bə’zən də səhhət və 
şəfa vasitəsi olur. 
A r i f. Çəkil önümdən! Sən xain və alçaq bir məxluqsun. 
İb l i s. Sən də mühakiməsiz və şaşqın bir filosofsun. 
A r i f. Öylə isə al, bu qurşunun aqıdacağı qan sənə də şəfa versin. 
(Revolverlə ona atəş açarsa da dəyməz
İb l i s. Zavallı!.. Baq, cılız bir qurşun da sənə itaət etməyir. Həm də  nə çocuqca 
sayğısızlıq!? Sən vulkanı  qıvılcımlamı söndürmək istəyirsən?  (Qoltuğundan çıqardığı 
ufaq bir makinadan Arifin üzərinə dumanlı alav püskürür) Al, bu bəndən sana bir dərs 
olsun. 
A r i f. Ah nə dəhşət!.. (Bayılıb havuz kənarındakı sıra üzərinə yıqılır) 
İb l i s. Saqın, bir də  həddini aşma! Imdi bayılsan bir də qiyamətdə ayılacaqsın. 
(Uzaqlaşır) 
 
Köşkdə həzin və şikayətli musiqi çalınır. Bu halda gözəl qiyafətli, munis baqışlı 
Sima izindən ayrılmayan tunc geyimli, yağız çöhrəli Tuncərlə bərabər ağaclıqdan 
çıqar. Təlaş ilə yaqlaşır



150 
 
S i m a. O nə?.. Aman Tuncər! Durma, su ver! Adamcığaz bayılmışdır. (Arifin 
burnuna dərman qoqlatıb su sərpərlər) 
A r i f (gözlərini açaraq). Ah, mənə nə oldu? Rö’yamı görürəm? 
S i m a (onun qolundan tutub qaldırır).  Əvət, həyat bir rö’ya, insanlar da rö’yada 
parlayıb sönən kölgələrdir. 
A r i f. Sənin kim olduğunu bilmək məraqsız deyildir. 
S i m a. Bən məhtablı mayıs gecələrinin ilıq busələrindən yaratılmış bir qızcığazım!.. 
A r i f. Əvət yüzündəki saflıq mayıs səhərindən tatlı  və sevimlidir. Gözlərindəki 
süzgünlük və cazibə sevdalı gecələr kibi munisdir. 
Səsindəki lətif ahəng hər musiqidən gözəldir. Səndəki bu vüqar və əzəmət, bu incəlik 
və şətarət ən böyük sən’ətkarların ilhamını süsləyə bilir. Rica edərim, sən kimsin? 
S i m a. Mən bir çoq şairlərin, filosofların könlünü avlayan, ən yüksək və  dərin 
düşüncələrdə qanat çalan bir dilək pərisiyim. 
A r i f. Adın nədir? 
S i m a. Sima! 
A r i f. Sən  əski zamanlarda gəlsəydin, sevgi və gözəllik tanrıları qarşında diz 
çökərlərdi. 
S i m a. İmdi insanlar tanrılara inanmadıqları için səcdə etmək də istəməzlər. 
A r i f. Səni dünyada ən çoq məraqlandıran nədir? 
S i m a. Yalnız sülh və məhəbbət!.. Mən bəşəriyyət için çırpınan, qan izlərini silməyə 
çalışan sülh pərisiyim. (Munis və gülümsər baqışla uzaqlaşmaq istər) 
A r i f. Aman dur! Ta çocuqluqdan bəri könlüm sənin həsrətinlə  çırpınır. Yalnız 
ayıqlıqda deyil, rö’yalarımda belə səndən ilham almaqdayım. 
S i m a. Təşəkkür edərim. (Yanındakı cəngavərə) Tuncər, gedəlim. 
A r i f (heyrətlə). Gerçəkdən Tuncərmi? Mən onu çoqdan tanıyıram. (Tuncərin əlini 
sıqar) Söylə, imdiyə qədər haralarda idin? 
T u n c ə r. Başıma gələnlər uzundur. Bir zaman tarlalarda, fabrikalarda çalışan 
əməkçilərə qoşuldum, bir zaman da cihangirlərə qarşı duran inqilabçılara yardımçı oldum. 
Lakin bu cəsarətim  əfv olunmadı.  İstibdad jandarmaları  məni zəncirlədilər, kirli 
zindanlara atdılar. Nəhayət qarşındakı parlaq sima məni ağır üzüntülərdən qurtardı. İmdi 
izlədiyim yalnız bu gözəl pərinin diləkləridir. 
A r i f. Nə böyük səadət!.. Nə uğurlu inqilab!.. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə