Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə32/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   28   29   30   31   32   33   34   35   ...   65

173 
 
S i m a. Xayır, getməliyim. Mən o çirkin hərəkətləri soyuq qanla tamaşa edəməm. 
A r i f. Yerimizi dəyişdirəlim. 
F r a n s ı z n ü m a y ə n d ə s i. İçəriyə keçəlim. 
S i m a. Rahatsız olmayın, bir az təkbaşıma hava almaq istəyirəm. (Əl verir) 
A r i f. Yalnızmı? 
S i m a. Tuncər gəldi, bərabər çıqarıq. 
S o v e t n ü m a y ə n d ə s i. Çoq təəssüf!.. Bu hiç yaqşı olmadı. 
S i m a. Zərər yoq, sonra görüşərik. (Çıqarlar) 
L o r d (heyrətli baqışla Simayı arqadan süzərək). Aman nə qadar cazibəli, nə qadar 
şairanə!.. 
F r a n s ı z n ü m a y ə n d ə s i (lordun yanına keçərək). Əvət, o bir cənnət quşudur. 
A l m a n n ü m a y ə n d ə s i. Mən onu bir qartal kibi pəncəmdə xırpalamaq istərdim. 
İt a l y a n n ü m a y ə n d ə s i. Xayır, o eşsiz gövərçin mənim könlümdə yuva 
yapmalıdır. 
Y a p o n n ü m a y ə n d ə s i. Məncə  ən parlaq gözəllər də yalnız qüvvətə qarşı 
əyilirlər. 
F r a n s ı z n ü m a y ə n d ə s i. Sima o qadar yüksək ki, hiç bir qüvvətə qarşı 
əyilməz. 
A l m a n n ü m a y ə n d ə s i (yumruğunu şiddətlə masaya vurub bağırır). Xayır, 
əyilər, əyilməzsə məcbur edərik. 
L o r d. Cənab! Bir az centlmen olmalı!.. Bu hərəkət yüksək cəmiyyətlərə yaraşmaz. 
İb l i s. Əvət, qüvvət və qalibiyyətdən bəhs edənlər hünərlərini salonlarda deyil, 
müharibə meydanlarında göstərməlidir. 
A l m a n n ü m a y ə n d ə s i. Biz gücsüz və aciz deyilik. 
İb l i s. Əfsus ki, bir əngəliniz var, o da ölkə daxilindəki işçi və  əməkçilərinizdir. 
Onları qandırıb aldatmadıqca müvəffəqiyyət çətindir. 
A l m a n n ü m a y ə n d ə s i. O xüsusda sənin yardımına böyük ehtiyac var. 
İb l i s. Xayır, o işlərdə  cənab Trotski məndən daha mahirdir. Əməkçilər və  işçilər 
arasında olmasa da, kapitalistlər və imperialistlər yanında az-çoq nüfuzu var. 


174 
 
L o r d. Gözəl tanıyırıq, iste’dadsız adam deyil. 
İt a l y a n n ü m a y ə n d ə s i. O bizim əziz və dəyərli dostumuzdur. 
Y a p o n n ü m a y ə n d ə s i. Həm də bir çoq düşüncələri bizim siyasətə uyğundur. 
A l m a n n ü m a y ə n d ə s i. O, qoca və təcrübəli bir sosiyalistdir. 
A r i f. Fəqət ordusuz bir komandan!.. Gəmisiz bir kapitan!.. 
S o v e t n ü m a y ə n d ə s i (Ariflə bərabər getməyə hazırlanaraq, kinli və qızğın). 
Xayır, xayır... O, sosyalizm üfüqlərini ləkələyən qara bulutdan başqa bir şey deyil. O, 
məsləkini şöhrətə satan bir dəllal, əmək dünyasını aldatan nankör bir zavallıdır. O, faşizm 
qapılarında sürünən yaltaq bir casus, cihan proletarlarına yeni zəncir hazırlayan  şərəfsiz 
bir məxluqdur. 
 
Pərdə 
 
BEŞİNCİ PƏRDƏ 
 
İsveçrədə yüksək və möhtəşəm üslub ilə süslənmiş böyük bir oda... Qarşıda ipəkli 
pərdə arqasında yataq odası bulunur. Sima ən zərif bir qiyafətdə olaraq masa 
yanında, əli alnında düşüncəyə dalmış. Gecə... 
 
X i d m ə t ç i q ı z (əlində bir gül dəməti girər). Müsaidənizlə Arif sizi görmək 
istəyir. 
S i m a. Gəlsin. 
X i d m ə t ç i q ı z (qapıya). Buyurun. 
A r i f (girər, əl verir). Aqşamınız xeyir. 
S i m a. Xeyrə qarşı. 
A r i f. O nə?.. Gözlərinizdə həyəcanlı izlər var. 
S i m a. Onlar məni rahat bıraqmayırlar. (Sinirli) Ah, onlar. Onlar... 
A r i f. Lütfən söylərmisiniz? Kimdir onlar? 
S i m a. Keçən aqşamki həriflər!.. Alman, yapon və italyan diplomatları! 
A r i f. Burayamı gəlmişlərdi? 
S i m a. Əvət, öncə müsaidə istədilər, qəbul etmədim, həyasızcasına içəri soquldular, 
yüz vermədim, sevgidən söz açdılar, yüzümü 


175 
 
çevirdim. Qorqutmaq istədilər, aldırmadım. Nəhayət qızğın və kinli adımlarla çəkilib 
getdilər. 
A r i f. Nə ədəbsizlik, nə tərbiyəsizlik!.. 
X i d m ə t ç i q ı z (bir kart-vizitilə gəlir). 
S i m a (baqar). İngiliz lordu! (Qıza) Söylə rahatsızdır. (Qız çıqar, Arifə) Mən o soyuq 
və  məğrur hərifin ikiyüzlü siyasətində, ikimə’nalı sözlərində hiç bir səmimiyyət 
görmədim, o daima ciblərini sülh eşqinə üstün tutmaq istər. 
A r i f. Əvət, haqsız deyilsiniz. (Bu sırada qapı barmaq ucilə vurulur
S i m a. Gəliniz. 
T u n c ə r (girər). Müsaidənizlə, bizim əməkdaşlar sizi görmək istəyir. 
S i m a. Gəlsinlər. 
T u n c ə r (qapıya). Haydı, yoldaşlar! 
 
T ə y y a r ə ç i , t o p ç u , t a n k ç ı , bəhriyyəli, ə s k ə r , başıbozuq hər rütbəyə, hər 
vəzifəyə, hər milliyyətə mənsub çeşit qiyafətli i ş ç i l ə r və ə m ə k ç i l ə r içəri girər. 
 
S i m a. Əhvalınız? 
Ə m ə k ç i l ə r d ə n b i r q i s m i. Təşəkkür! 
T u n c ə r. Bunlar inqilab yavruları, əmək qəhrəmanlarıdır. Hamısı bir nəfər kimi sizə 
hörmət bəslər. 
S i m a. Var olun, mənim gönlüm daima sizinlədir. 
T u n c ə  r.  Sülh  uğrunda candan-başdan keçməyə hazırız. Bizi sıqmaq istəyənlər 
bulunursa dəmir pəncəmizdə ilan kibi qıvrılacaq, məhv olacaqdır. 
H a m ı s ı (yumruqlarını sıqaraq). Əvət, məhv olacaqlar! 
T u n c ə r. Yetər, biz bu gündən sonra kölə olmayacayıq, hiç kimsəyə əyilməyəcəyik. 
H a m ı s ı. Xayır, əyilməyəcəyik. 
S i m a. Təbii, dəmir biləklərə, bükülməz qollara zəncir yaraşmaz. Bütün bəşəriyyətin 
səadət və qurtuluşu ancaq nasırlı əllərdə, ancaq dünya əməkçilərinin birləşməsindədir. 
T u n c ə r. Yaşasın birlik, məhv olsun xainlər! 
H a m ı s ı. Məhv olsun! 
T u n c ə r (yoldaşlarına). Gedəlim. 
S i m a. Haraya? 


176 
 
T u n c ə r. Aşağıda mənim odamda müşavirəmiz var. 
S i m a. Nə müşavirə? 
T u n c ə r. Faşizm Almaniyasilə Yaponiya imperatorluğu, Sovetlər  İttifaqına qarşı 
yeni hərb müahidəsi bağlamış, hər iki tərəfdən inqilab yurdunun coşğun alavlarını 
söndürmək istəyirlər. 
S i m a. Ah demək daha qorqunc yanğınlar, daha qanlı səhnələr hazırlanır, öyləmi? 
T u n c ə r. Zərər yoq, onlar bizə taqmaq istədiyi zəncirləri er-gec öz qollarında 
görəcəklər. (Yoldaşlarına) Gedəlim. 
S i m a. Gediniz, sizə uğurlu günlər dilərim. (Onlar çəkildikdən sonra, Arifə) Lütfən 
mənə yardım et. 
A r i f. Aman nə oldu? (Təlaş ilə qolundan tutar
S i m a. Bu acı  xəbər sanki qəlbimin tellərini qırdı, yenə gözlərimi qan və ölüm 
dalğaları sarmağa başladı. (Məndil ilə gözlərini silər
A r i f. O nə, ağlayırmısın? 
S i m a. Xayır, bir az mütəəssir oldum. (Başını Arifin köksünə dayar) 
A r i f. Aman, sinirlərin nə qadar zəif!.. Səndə çocuqca bir həssaslıq var. 
R ə’ n a (qapı arasında görünür. Arifin sözlərini dinlər. Yana). Səndə də umulmaz bir 
sapqınlıq var. 
A r i f (Rə’nayı görür). Niçin gəldin? Sən buraya niçin gəldin? 
R ə’ n a. Sənin eşqini, xəyanətini alqışlamaq için. 
A r i f. Bir az özünə gəl! Sən həqiqəti görməkdən acizsin, qısqanclıq səni kor etmişdir. 
R  ə’ n a. Bil’əks, ehtiras dumanı  sənin gözlərinə  pərdə  çəkmişdir. Ona vurulduğun 
gündən bəri mənə gün verməyirsən. 
S i m a. Xayır, Rə’na, Arif sənindir. Daima sənin olacaqdır. 
R ə’ n a. İstəməm, uf istəməm. Hiç bir nəvaziş istəməm. (Çıqıb gedər
S i m a. Arif! Sən də get, onu yalnız bıraqma! 
A r i f. Çoq gözəl, gedərəm, lakin harada olsam gönlüm səni özləyəcəkdir. (Onun əlini 
öpər, həsrətli baqışla) Əlvida!.. 
S i m a. Gülə-gülə... Sizə sevincli gönüllər dilərəm. (Arif çıqar. İşıq azalır) 
İb l i s (alavlı qiyafətilə pərdə arqasından çıqar). Müsaidə varmı? 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə