Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə40/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   36   37   38   39   40   41   42   43   ...   65

201 
 
edər. Çocuğun atası anasına nisbətlə  pək az irasi-məzərrət etmiş olur. Çocuqlara sirayət 
edən xəstəliklərdə  ən dərin fəlakətlərə yol açan analardır. Çünki çocuq ana rəhminə 
düşdüyü zamandan başlayaraq doqquz ay qadar qanından, təvəllüddən sonra da sütündən 
bir çoq müzürr səhhəti-təcdiyat ilə illətlənir və mühlik mərəzlərə düçar olur. Biçarə 
mə’sum böyüdükcə vücudundakı təhlükəli xəstəliklər də onunla bərabər böyüməyə başlar. 
Bir çocuq ilə dünyaya gələn xəstəliklər ata-anasının irtikab etdiyi naqabili-əfv bir 
günahdan başqa bir şey deyildir. İştə, Herbert Spenserin ata-analara xitabən söylədiyi şu 
qısa cümlə  şayani-təəmmüldür: “Qəvaidi-səhiyyəyə  hər bir müxalifət, bir günahi-
maddidir”. Bir çoq çocuqlar da olur ki, ata-anasından hiç bir vəchlə məasir olmadığı halda 
yeyəcəyi, içəcəyi, geyəcəyi yüzündən xəstələnir, tənəffüs etdiyi hava, hərəkətsizlik, 
valideynin qeydsizliyi bütün-bütün səhhətini ixlal edər. Çocuqları  təmiz, saf bir havada 
yaşatmaq, sihhi bir surətdə  bəsləmək, sıq-sıq yıqamaq, oynamaqdan, o yan-bu yana 
qaçmaqdan mən’ etməmək, müzürri-səhhət libas geydirməmək, sərbəstliyinə mane 
olmamaq... ata-ana için boyun borcu qadar mühüm birər vəzifədir. Hər  şeydən  əvvəl 
çocuqların yeyib-içəcəkləri nəzəri-diqqətə alınmalıdır. Çoq yemək (xörək) müzürri-səhhət 
olduğu kibi, az yemək də faydalı deyildir. Yeməklərdə  ən çoq diqqət ediləcək nüqtə 
bəsləyici (müqəddi) olmasıdır. Yemək, qarnı doldurmaq, yaxud ləzzət duymaq için də 
deyildir. Bəlkə həyatı idarə etmək, vücudu bəsləmək içindir. Bir də ən çoq diqqət ediləcək 
şey yeməklərin müqərrər, müntəzəm bir saətdə, bir zamanda olmasıdır. Yoqsa hər saətdə, 
hər yarım saətdə  ağızda (saqqız çeynər) kibi bir şey yuvarlamaq, bütün-bütün müzürri-
səhhətdir. Çünki bu hal həzmi, mə’dəyi xərab etməkdən başqa bir şeyə yaramaz. 
Fəqət bu qaydayı gözətəcək, nəzəri-diqqətə alacaq kimlərimiz var!? Qafqasiyada 
çocuq tərbiyəsindən anlayan qaç anaya təsadüf edə biliriz? Çocuq tərbiyəsinə diqqət 
etmək için tərbiyə görmüş analar lazım deyilmi? Hanı ana yetişdirəcək məktəblərimiz? 
Hər hanki qəzetəyə baqsan millət böylə? Vətən  şöylə? olmalı kibi bir çoq məqalələr
xülyalar görünür. Lakin xülya ilə, boş  xəyal ilə  iş  aşarmı? Vətəni, vətənin qiymət və 
əhəmiyyətini, tərəqqi və səadətini kimdən bəkləyə biliriz? Beli bükülmüş, ətəh və ətalətə 
uğramış ixtiyarlardanmı? Bir taqım biqeyd, laübali gənclərdənmi? Yaxud saf, təmiz, 
mə’sum, ləkəsiz nevzadlardanmı? Şübhəsiz ki, vətənə, millətə, millətin gələ- 


202 
 
cəyinə  ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb 
sıralarında çırpınan mə’sumlar ola bilir. Fəqət bu nevzadların yeyib-içməsinə, geyinib 
gəzməsinə, tə’lim və  tərbiyəsinə diqqət edəcək analar nerdə? Erkək qisminin maddi 
surətdə doğub böyüməsinə qadınlar səbəb olduğu kibi, mə’nəviyyatca da münəvvərəlfikr, 
tərəqqipərvər olmalarına yenə yeganə vasitə qadınlardır, demək ki, tərəqqinin ilk vasitəsi 
qadın və qız məktəbləridir. 
 
HƏSBİ-HAL 
 

 
Ayşə Sədiqə xanım “Tə’lim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim 
olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci 
mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın mə’mur edilir. Çünki 
zəmanisəbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün 
səadəti və  tərbiyəsində qadınların böyük tə’siri vardır. Bunun için hər  şeydən ziyadə 
qadınların tərbiyəsinə e’tina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət 
edilməlidir”. Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və  əhəmiyyətləri yalnız bir 
cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları 
altındadır” – buyurulmuşdur. 
Qafqasiya türklərindən şu kəlami-müqəddəsi bir qaç kərə eşidib duymamış bir nəfər 
təsəvvür olunmaz zənn edərim. Müsəlmanlıq bir avropalının dediyi kimi quru bir lafdan 
ibarət isə... Hiç! O əmriqüdsiyyəyə itaət isə... Hanya! O nerədə? Japoniyalılar islamiyyəti 
qəbul etmək fikrində imiş! Diyorlar islamiyyətin erkək-qadın haqqındakı  təhsili-elm, 
hörməti-mütəqabilə, müsavat kibi bir çoq şeyləri o kitabdan, bu kitabdan oquyub 
duysalar, ehtimal ki, təbdili-məzhəbə  həvəslənərlər, lakin bir qaç müdəqqiq, müfəttiş 
göndərib də göz-gözə tədqiq etsələr, müsəlmanların əf’al və hərəkatına göz qoysalar şaşıb 
qalmazlarmı? 
Əcəba?! Qızlar, oğlanlara nisbətən maddiyyatda ikidə bir həqqivərasətə malikdirlər. 
Rəsuli-əkrəm
1
 tə’lim və tərbiyədə hiç fərq 
                                                            
1
 
Məhəmməd peyğəmbər
 


203 
 
qoymadığı halda təhsili-elmi kişiyə, övrətə müsavi bir surətdə  fərz buyurduğu təqdirdə, 
nasıl olur da ki, böylə bir əmri-müqəddəsi hiç məsabəsində tuturuz. Əcəba, səkiz-doquz 
yaşında bir qız yalnız ibtidai, yaxud rüşdi təhsil görürsə, şəriətə müxalifmi zənn olunur? 
Bir çoq mübarək ağızlar, qadınların tərbiyə görür-görməz itaətsiz olacaqlarını 
söyləməkdən çəkinmıyorlar, əcəba məktəb, tə’lim və tərbiyə insana itaətsizlikmi öyrətir? 
Yaxud insaniyyət,  şəfqət, mərhəmət, nəzafət – evlada məhəbbət, böyüklərə itaət nə 
olduğunumu tə’lim edər? 
Sadədillik xoş bir şey olsa da, bu qadarı, bu dərəcəsi sevilir bir şey deyildir. Bugünkü 
gün ehtimal ki, bir taqım səfsətəamiz quruntular ilə, boş xəyallar ilə kəndimizi mütəsəlli 
edəlim... Fəqət yarın? Yarın hər işimizdə olduğu kibi, qız tərbiyəsi haqqında da başımıza, 
gözümüzə vuracayız, kor-peşiman olacayız, lakin nəticə bir yana çıqmayacaq. On yıl 
əvvəl oğullarını  məktəbə verməyən, tərbiyəyi sapqınlıq  ədd edənlər  şimdi nerdə? Hər 
tərəfə baqarsın eyi, fəna, istər-istəməz hər kəsdə evladını  tərbiyə etmək məraqı 
qabarmaqda, coşmaqda!.. Hər  şəhərdə, hər qəsəbədə  oğlanlara məxsus iki-üç ibtidai 
məktəb açılmaqdadır. Lakin üç-dört illik yarım-yanlış  məktəblər səkiz-doquz sənəlik ev 
tərbiyəsini təbdil və islah edə biləcəkmi zənn olunur? Heyhat!.. 
Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qadar xurafat 
uçurumlarında yuvarlanır gedər. Bir otaqdan digər otağa girəcək olsa “damdabaca”lar ilə 
qorqutulur. Başı açıq dışarı çıqacaq olsa göydən başına adamcıl qurt dərisi düşər. Qaranlıq 
bir yerə getsə cinlər, divlər ilə  təhdid edilir. Hasili ənvai-mevhumat ilə zavallının 
mə’nəviyyatı alt-üst olur. Otuz yaşına gəlsə belə o qorqunc kölgələr bir dürlü başından 
çıqamaz olur. Ev tərbiyəsinin doğurduğu  ən gözəl tərbiyə,  ən xoş  əxlaq, yalançılıq, 
kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorqaqlıq kibi bir taqım rəzil, murdar 
əxlaqsızlıqlardan ibarətdir. Binəva çocuq sabahdan aqşama qadar küçədə, bacada, 
toztopraq içində yaşar, qoşar, nihayət bir yeri səqətlənir, yaxud ordanburdan dürlü-dürlü 
müsri xəstəliklərə hədəf olur gedər. Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır 
da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş 
cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlansın” – diyor. 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə