225
Önümüzdə!.. Haqqın varsa, ey daş yürək, gəl unut!..
Yoq... Yoq... Sizin məzarınız
qəlbimizin ən dərin,
Bir yerində saqlanmışdır, sənin o pak ruhunçin.
Bütün dünya alt-üst olsa, bən ki, səni unutmam,
Ay qardaşlar (amin) deyin, Allah bunu əfv etsin.
Cavad əfəndidən sonra sözə başlayan Sisyanov məktəbinin türk lisanı müəllimi Əli
bəy əfəndi oldu. Miri-mumileyhin sözlərini, nitqini ancaq iki-üç sətirdə ixtisar edib
keçmək istiyorum. Çünki kəndisi müfəssəl surətdə ayrıca olaraq qəzetəyə yazacağını bana
söylədi.
Əli bəy:
Külli nəfsin zaiqət əl-məvt
(Əlbəttə, gedər gələn cihanə).
– sözlərilə başlayaraq A.Sur mərhumu bir çırağa, işıqlı bir elm çırağına bənzətdi.
Məktəb çocuqlarını da onun (o çırağın) ətrafında dönüb dolaşan pərvanəyə təşbih etdi. Və
cavan ədib və müəllimimizin ruhunu şad və qədrini ə’la etmək yalnız tələbə əfəndilərin
himmət və qeyrətinə bağlı olduğunu uzun-uzadıya izah etdi. Və Gəncə camaatının böylə
qiymətli bir cavanın cənazəsinə etmiş olduqları e’tinasızlığı ima ilə anladıb təəssüflər etdi.
Cənazəyi Tiflisdən Gəncəyə gətirmək için gedən əfəndilərin dediyinə görə, dost
olmaq münasibətilə yalnız Mirzəcamalov
Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas
arqadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi
insaniyyət və nəcabətlər Gəncə camaatının ixtiyar, gənc, mühafizəkar təcəddüdpərəst
(intelligent) həpsinin mərhum Mirzə Abdulla haqqında olan e’tina və ihtimamatına bin
dəfə faiqdir.
Artıq Əli əfəndidən sonra mədrəsə müdiri Pişnamazzadə cənabları dua və fatihə
oquduqdan sonra, hazırun həmdü surə oquyaraq yavaşyavaş məzarıstanı, o baharıstani-
cavidi mütəfəlsəfanə bir vəziyyətlə vida və tərk etməyə başladılar.
Bu sırada adam dağıldıqda nasıl olmuşsa Sisyanov məktəbinin
balaca şagirdlərindən,
yedi yaşında sevimli, mini-mini bir çocuq Cahangir Təqizadə fürsəti qaçıraraq oquyacağı
mə’sumanə nitqini oquyamamış, bunu görüncə nitqinin surətini əlindən aldım. İştə buraya
dərc ediyorum.
226
Atalarım! Qardaşlarım! Qabağımızda yüzü qibləyə həmişəlik rahət uyuyub ilələbəddə
uyuyan məşhur, möhtərəm müəllimlərimizdən Abdulla əfəndidir. Böylə elm və mə’rifət
atalarının vəfatı yüzlərcə qardaşlarımın bədbəxtliyinə dəlil deyilmi? Yaşın cavan olduğu
halda bu hadisəyi-müəllimənin yüz verməsi biz çocuqlara nə qadar tə’sir etdiyini dil ilə
söyləməyə hiç iqtidarım yoq. Ələlxüsus zavallı ruhani məktəbi qardaşlarımın bu gündə
istədikləri müəllimlərinin əldən çıqması için olan qəmi-qüssələrinə nasıl şərik olmayalım
ki, atalarımızdan artıq biz çocuqların tərbiyəsinə bunlar, bu ruhani atalar diqqət ediyorlar.
Ancaq əlimizdən
gələn bir şey varsa, o da qövm və qardaşına, validəsinə Allah-təaladan
səbr və təsəlli tələb etməkdir.
Möhtərəm müəllimlərimizlə bərabər məktəb qardaşlarımın tərəfindən mütəvəffanın
validəsinin kədərlərinə müştərək olduğumuzu bütün hissiyyatımızla söyləriz. O böyük
Allah bu cavan mərhumun günahlarından keçib öz rəhmətini ondan diriğ etməsin, amin!
***
Əvət, məzarıstandan dağıldıqdan sonra şəhərdə adət olduğu kibi, küçük şagirdlər
müstəsna, mərhumun
evlərinə gedərək hər kəs, qardaşlarına ibrazi-təsliyət elədi. Və meyli
olan zat əksəriyyətlə oturub layiqli dərəcədə ehsan və mərhumun ruhuna fatihələr oqundu.
“
İqbal” 17 may, 1912.
***
Möhtərəm qarelərin əfvini istirham edərək bir-iki sətir, səddin xaricinə çıxmaq
istiyorum.
Məzarıstandan dönərkən bütün müəllim əfəndiləri bir yə’s, bir fütur əhatə etmişdi.
Hər kəsin simasında bir darğınlıq, bir küskünlük oqunuyordu.
Mühitimizin müəllimlər haqqında, bilxassə böylə gənc, nakam, qəyur və həmiyyətli
bir müəllim haqqında göstərdiyi himmət və nəzakət (!) həp gönülləri müğbər etmişdi.
Həqiqətən bir kərə düşünəlim:
Müəllim nədir?!
227
Japoniyanın qəyur və qəhrəman milləti Mikadonun şərəfinə deyil, Japoniya
müəllimlərinin şərəfinə idareyi-əqdah etdilər, həm də insanı sərsəm edən, əql və şüurunu
məhv edən şərab, rakı (vodka) içməyib, cənabi-Həqqin mən’ etmədiyi ən təmiz, saf və
gözəl su içdilər.
Onlarca Japoniyanın tərəqqisi, oyanıqlığı,
maarifpərvərliyi həp, həp müəllimlər
sayəsində olmuşdur.
Almaniyada da hakəza (prins Bismark) bütün alman ünsürünün tərəqqisini
müəllimlərdə görüyor və onlardan bəkliyor.
Xüləfayi-Abbasiyədən Harun ər-Rəşid bir müəllim için, əvət yalnız bir hikmət və
riyaziyyat müəllimi əldə etmək için Bizans (əski İstanbul) hökumətilə boğaz-boğaza
gəlmiş,
böyük müharibə etmiş, qalib olduqdan sonra təzminati-hərbiyyə olaraq yenə
məzkur müəllimi əldə etmişdir.
Lakin bizlərdə, mühitimizdəki müəllimlərin qədri, heysiyyəti, halı, məişəti nəzəri-
diqqətə alınırsa insan ağlamaqdan kəndisini alamaz. Biçarə müəllim nə yapsın? Beş-on
manat maaşla nə yapa bilir! Ucuz olsun deyə hifzüssihhəyə muğayir rütubətli odalarda
yaşar. Əski, bayat lokanta (restoran) yeməkləri yeyər. Getdikcə əsəbiyyəti artaraq
vücudunu bəsləyəməz. Ata-anası bir-iki çocuğun nazını çəkə bilmədiyi halda – zavallı
müəllim yüzlərcə millət balasının – müxtəlif ruhlarda yaradılmış, müxtəlif tərbiyələr
görmüş, yaxud əsla tərbiyə görməmiş bir sürü çocuğun nazını çəkib, zırıltı-gurultusuna
təhəmmül ediyor. Bununla bərabər aldıqları mükafat nə? Bir çoq pis,
mühlik xəstəliklər,
cangüdaz vərəmlər (çaxotkalar) yığın-yığın səfalət və fəlakətlərdən başqa bir şey olmasa
gərək...
Şimdi böylə müdhiş, taqətfərsa uçurumlar qarşısında bulunan biçarələr kəndi
millətindən bu fədakarlıqlarına görə bir də haqnaşünaslıq, heysiyyətsizlik görürsə daha
hanki cəsarətlərlə, kimə güvənərək işə girişə bilir?
Əfəndilər! Möhtərəm qarelər!
Müəllimlərə hörmət ediniz, onları seviniz, onları pək
böyük görünüz, əvət, onlara
pərəstiş ediniz, onları kəndinizə əfəndi biliniz!
Mövlayi-müttəqiyan həzrəti-Əli (Kərəmullahu vəchuhu) müəllimlər haqqında nə
tövsiyə buyursa ona əməl ediniz! (Mən əlləmni hərfən qəd səyyərni əbdən) kəlami-
həkimanəsini unutmayınız!
Lakin, ey müəllimlər! Ey möhtərəm əfəndilər! Sizlər, sizlər əsla millətimizin,
mühitimizin bu e’tinasızlığına e’tina etməyiniz. Daima çalı-