Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə47/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   43   44   45   46   47   48   49   50   ...   65

222 
 
Əvət cənazə  dəfn edildi, təlqin verildi. Sonra Voronsov məktəbinin türkcə müəllimi 
Isi əfəndinin tə’limilə məzkur məktəb şagirdləri bu sözləri təğənni etməyə başladılar: 
 
Cümlə millətin ruhinin ruhi, 
Cümlə millətin qəlbi-məcruhi. 
Öz müəllimi, öz ədibidir, 
Öz mühərriri, öz ədibidir. 
 
Çox yaşa ədib, fikri-millətdə, 
Keçdi günlərin xeyli zəhmətdə. 
Qəbrdə rahət uyu, ey cavan, 
Məskənin sənin rövzeyi-rizvan. 
 
Şu matəmi tərənnümdən sonra mədrəsə müdiri Pişnamazzadə  həzrətləri nitqə  şüru 
etməyə başladı. 
Lakin müdir əfəndinin yaxud sair natiqlərin söylədiklərini kamilən yazacaq olsaq pək 
çoq vaqt, pək təfsilat istər, bən də ancaq hər nitqin xülasətü xülasəsini yazıb ixtisar etmək 
istiyorum. 
Pişnamazzadə  cənabları  mənbəyi-fəzl və irfan, əmiri-mö’minan  Əli ibn Əbitalib 
“kərəməllahu vəchəhum”nun buyurmuş olduğu (mən  əlləmni hərfən qədtəyərin  əbdən) 
kəlami-hikmət-insicamını mevzui ittixaz edərək mərhum Abdulla Tofiq əfəndinin 
mədrəsə  şagirdləri boynunda olan haqqını, müəllimlərin məziyyətini,  şagirdlərin və 
camaatın onlara olacaq ehtiramatını, qara topraqlara tapşırdığımız cavan müəllim və 
ədibimizin mədrəseyi-ruhaniyyədəki təşəbbüsatını, lisana, imlaya, ədəbiyyat və tarixə dair 
mücahidatını birər-birər sayaraq, xətmi-kəlam elədi. 
Sonra mədrəsənin riyaziyyat müəllimi Rza bəy Qaraşarov cənabları başlayaraq 
tərcümeyi-halına dair bir uzun nitq söylədi: 
Mərhum Abdulla əfəndi 1877 tarixində  təvəllüd etmiş  və 1896-cı  sənəsində açılan 
məktəbi-xeyriyyədə  təhsilə  şüru etmiş. Sonra məzkur məktəbdə müəllim tə’yin edilərək 
tədris etməyə başlamış. 1900 sənəsində  məzkur milli məktəb  şəklindən çıqıb rus-
müsəlman məktəbi olmuş. 
Bir qaç yıldan sonra bu qəyur cavan Tiflis şəhərinə getmiş, orada “Şərqi-Rus” 
qəzetəsinə mühərrir və müsəhhih olmuş, sonra Bakıya gedib beş-altı ay qədər də orada 
iqamət edərək, oradan doğru İstanbula 


223 
 
getmiş. Üç sənədən ziyadə  fəqr və  fəlakət içində, orada fəna və ucuz lokanta 
(restoran)larda yemək yeyərək, gecə-gündüz təhsil ilə uğraşıb durmuş. Mərhumun böylə 
üful etməsinə əsl səbəb də İstanbulda keçirdiyi günlər olsa gərək... Çünki onu məhv edən 
bu xəstəlik orada ikən başlamışdır. Mərhum İstanbulda ən çoq lisan, tarix və ədəbiyyat ilə 
iştiğal etmişdir.  İkmali-təhsil etdikdən sonra doğru Gəncəyə  gələrək mədrəseyi-
ruhaniyyədə millət yavrularının gözünü, fikrini açmağa başlamışdır. Mərhumun lisana, 
osmanlı ədəbiyyatına dair tətəbböatı var, eyi əsərlərdir, hənuz təb’ olunmamışdır. Kərbəla 
vaqiəsinə dair də  tətəbböatı var, qəzetdə  nəşr olunmuş. Ruscadan bir coğrafiya kitabı 
tərcümə etmiş,  Şinası  mərhumun “Şair evlənməsi” ünvanlı vodevilini Azərbaycan 
türkcəsinə təhvil etmiş və üç cild üzrə şüəranın gözəl mənzumələrini toplayıb müntəxəbat 
(xrestomatiya) etmək istiyordu ki, vəfat etdi. 
 
“İqbal” 16 may, 1912 
 
Mərhum (A.Sur) təqribən iki ay var ki, Tiflisdə xəstəxanədə yatıyordu. Mərəzi “kor 
bağırsağ”ın iltihab etməsi idi. Bir-birinin arqası  sıra üç dəfə  əməliyyati-cərrahiyyə 
(operasion) icra edilmiş. Nihayət bu mayın səkkizinci günü tərki-həyat etmişdir. 
Rza bəy  əgərçi pək həyəcanlı  və  fəzlə bir taqım sözlər söylədisə  də  bən də 
bitiriyorum. 
Sonra Ağayev doktor Həsən bəy cənabları, mərhumun  İstanbuldakı üsrətli həyatına, 
fəaliyyətinə, təşəbbüsatına, südü təmiz bir türk oğlu, türk aşiqi, türk məftunu olduğuna 
dair və çalışıb-çapalayıb yazmış olduğu məqalat və  tətəbböatına aid kəskin bir nitq 
söylədi. Burada uzatmayaraq iki-üç sətir ilə iktifa edildi. 
Doktor Həsən bəy  əfəndidən sonra Əmirov Hacı  bəy cənabları ki, doquz-on 
yaşlarında qayət sevimli və çalışqan bir çocuqdur, əlindəki dəftəri açaraq şu sözləri 
söyləməyə başladı: 
Həzərat! Simasından insaniyyət yağan, danışığından ruh aşinalığı  mə’lum olan bu 
mərhumu bir-iki ildən bəri tanıyordum. Müəllim olduğundan uşaqlara olan məhəbbətinə 
görə  bə’zi vəqtlər olurdu ki, bənim ruhumu tərbiyə etmək için bana ibrətli hekayələr 
söylərdi. Ona görə Abdulla əfəndiyə, bu qürbətdə qardaşıma olan məhəbbətim qadar, 
qəlbimdə bir böyük məhəbbət bəslənmişdi. 
Bir gün, bir yaz sabahı onun vəfat xəbərini eşidən və onu sevən bir çocuq nə hala 
düşər? Vəfat xəbərini eşitdikdə tüklərim ürpərdi, kədər 


224 
 
qəlbimi sıqdı. Doğrusu hiç inanmaq, onun cavanlığına ölüm yaraşdırmaq istəmədim. 
Heyhat! Getdi... O vücudi-müəzzəm getdi. O namusi-mücəssəm getdi... 
Ey möhtərəm atalarım! Böylə  sə’yli, millətdost müəllimin, müəllimlər zümrəsindən 
adının silinməsi camaatımıza, ələlxüsus biz məktəb çocuqlarına nə böyük müsibətdir. Zira 
biz uşaqların ruhunu tərbiyə edib məişət və  səadət yoluna salik edən böylə qeyrətli 
müəllimlər deyilmi? 
Türklük və islamiyyət hisslərini bizim qəlblərimizdə caygir edən, böylə millətpərvər 
müəllimlər deyilmi? 
Böylə ruhani atanın əldən getməsi ümum uşaqların, xüsusən mədrəseyi-ruhaniyyədə 
oquyan  şagird arqadaşlarımın müsibət günü olduğundan bütün əqrəbasilə  bərabər, 
mütəəllim qardaşlarıma səbricəmil əta olunmasını Baritəala həzrətlərindən niyaz edərim. 
Bu zəki və  məhzun çocuqdan sonra gənc və  nəcib  şairimiz Cavad əfəndi həzin və 
ahəngdar bir tövrlə yazmış olduğu gözəl və yanıqlı əş’arı söyləməyə başladı: 
 
Ey qardaşlar! Bir zamanlar elmsizlik dumanı, 
Cəhalətin gur pəncəsi qaplamışdı hər yanı. 
O zəhərli havalardan gül yanaqlar solmuşdu, 
O gün xain, pis əllərdən vətən xərab olmuşdu. 
Göylər bizə işıq deyil, yıldırımlar saçırdı, 
Günəş, yağmur, sular, sellər bizdən dönüb qaçırdı. 
Allah belə qəbul etməz oldu bizim qurbanı, 
Bizi o gün boğuyordu azğınlığın tufanı. 
Qur’an nədir, anlamazdıq, vətən nədir, bilməzdik, 
Qarşımızda yetimlərin göz yaşını silməzdik. 
Ağlanacaq bir hal idi kəndimizdə görürdük, 
Dilimizin, dinimizin getməsinə gülürdük. 
Bu vətənin bunu görən südü təmiz evladı, 
Bir qaç kişi o gün bizim qara günü anladı, 
Ağladılar, sızladılar, yalvardılar Allaha, 
Ulu Haqqın rəhmi gəldi könlü sınıq qullara, 
O gün bizim dağlarımız bir az güldü, şənləşdi, 
Bacarıqlı bir qaç qullar zülmətlərlə əlləşdi. 
Ey qardaşlar! Yurdumuza günəş yeni doğmuşdu, 
Bir azacıq, demək olar, dostlar deyən olmuşdu. 
Ancaq dünən başımıza kölgə salan bir bulut, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə