Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə56/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

251 
 
qarət və yəğma olmuş dam və daşlarına düşdü: çe quyəm ki, nəqoftənəm behtərəst
1

Qərəz, Batuma varid olub, bir qaç gün iqamətdən sonra “zaqraniçnı pasport” alıb az-
çoq yol tədarükü mühəyya edib və bir dəst “alafranqa” əlbisəsi və bir eyi fəs və başqa bir 
taqım şeylər cəm edib, “Paqi” adlı fransız vaporilə aprelin 19-da aqşam Dərsəadət tərəfə 
azim oldum və vaporda dört nəfər osmanlı türklərilə arqadaş olub, bir parça ümur 
oruşdum, çünki əfəndilər Moskovdan gəlmiş mali-fəturə taciri və oqumuş, dünyanın 
şimdiki əhvalü evzanından xəbərdar həriflər idi. 
Ayın iyirmisində sübh vaporumuz Trabzona yanaşdı. Altı saət orada yük alacağını 
bilib, ufaq qayıqlara minib də bir qaç saət bə əzmisəyahət Trabzonda dolaşdıq... Trabzon 
çoq eyi və səfalı, ruhpərvər və nəş’ətgüstər bir bəldədir. Əvvəl dənizdən ufaq bir qəsəbə 
kibi görünürdü. Seyr edib gəzəndən sonra mülahizə etdim, böyük bir bəldə və kəndisi də 
vilayət (quberniya) məhsub olunur. Naxçıvana ordan bir açıq məktub da yazıb yolladım. 
Altı saatdan sonra vapora evdət edib rahət olduq. Vaporda iki nəfər dəxi arqadaş artdı. 
Birisi məktəbi-tibbiyyeyimülkiyyə mütəəlimlərindən və digəri dəxi məktəbi-tibbiyyeyi-
nərbiyyə şagirdlərindən idi. Çoq zəki və kamallı çocuqlar idi. Bir-iki saat söhbətdən sonra 
uyuyub, sübh səhər çağı uyqudan qalqıb da kəndimizi Samsuna yetişmiş gördük və orada 
dəxi vaporun tə’viq etməsini sorub bildikdən sonra qayıqlarla altı arqadaş iskələyə 
yanaşıb doquz saət yeyib-içib səfalanıb hər bir soqaq və caddələri səyahət etdik və 
rüşdiyyə məktəbinin həyətinə gedib çocuqların jimnastik məşq etmələrinə tamaşa etdik və 
postaxanə qarşısından keçdikdə bir açıq məktub dəxi Naxçıvana yazdım. Vapora evdət 
edib, bir sutka dəxi yol getdik. Vaporumuz üç iskələyə yanaşdı, lakin çoq qalmadığından 
və küçük qəsəbələr olduğundan, düşüb getmədik. Axırıncı iskələ ki, Anapoldan ibarətdir, 
üç saət ora yanaşıb, sonra bir buçuq sutka – 36 saət birbaşa yol gəlib gecə saat üç buçuqda 
İstanbulun boğazına daxil olduq. Öylə ki, sübh açıldı, tamaşa etdik. Boğaz nə Boğaz!!! 
Allah zaval verməsin... Cayi-həmə yaran və əzizan xali!
2
 Müxtəsər, üç saət gözətləmədən 
sonra topçu əskərlərdən və iki nəfə kaptan təşrif gətirib, vaporu müayinə edib, sonra icazə 
verdilər. Bir buçuq saət Boğazın içi ilə yol 
                                                            
1
 
Nə deyim, danışmasam yaqşıdır!
 
2
 
Bütün dostların və əzizlərin yeri mə’lum! (farsca) 
 


252 
 
gəlib aqibət köprüyə yanaşdıq və Boğazın  əvvəlindən köprüyə kibi hər bir tərəf imarət, 
məscid, bulvar, səyahət etməli və  səfalı yerlər idi. Sərriştə  əldə getməsin qayığa minib 
rıxtıma çıqdım. Amma Boğazın içində silah və bir para yazıdan dolayı bizi aradılar, lakin 
hiç bir şey bulamadılar. Haydı, yavrum, haydı, oğlum, Allaha ısmarladım – deyib 
bıraqdılar. Gömrükxanəyə çıqdıqda şeyləri açmağa və pasportları pişnihad etməyə paşalar 
əmr verdilər. Pasportu təqdim edib, şeyləri də açıb hazır məddi-nəzərdə qoydum. Bir çert 
tütünə səkkiz quruş cəza aldılar. Ələl-icmal qaydalı və pakizə zakonlar icra edirlər, amma 
əfsus, on bir tanə  səccadəmin gömrükləməkdə 25 quruşa kibi bəndən yazıçılar rüşvət 
aldılar. Əhvalım yenə digərgun oldu, fəfəndim. 
Cümleyi-mö’tərizə: “Mərhəmətli əfəndim! Əgərçi fədəvi şu səhifələri belə bir tulani 
yazmaqda kəndimə zəhmət bilmiyorum, amma sizin oquyan vaqt bıqmağınızı, yə’ni təngə 
gəlməyinizi təsəvvür edib də sizin fikrinizə qalıyorum. 
Barı Sirkəcidə Babi-ali caddəsinin qarşısında “İzmir” otelində 13 gün iqamət edib, 
dünkü gün Validəxanda bir oda qonuşdum da, təğyiriməkan etdim... Səyahət etməli 
yerləri tədricən bir qaç günlər gəzib tamaşa etdim. Böyük məscidlər və bə’zi əntiqanələr, 
tramvaylar və yeraltı maşınları və bə’zi vaporlar və qeyrə və qeyrə. Qafqasyadan təhsilə 
gəlmiş ağaları, əfəndiləri bir-bir arayıb aqibət bir qaçını buldum və hər iki gündən bir bir 
yerdə olub, söhbət ediriz. Yeddi-səkkiz nəfərə kibi Beyruta dəxi təşrif aparıblar, amma 
hansılar ki, azca mə’lumatı var, bə’zi alçaq məktəblərə qəbul eyləyirlər, bu şərtlə ki, sinni 
az ola. Amma onlar ki, bir parça mə’lumat sahibidirlər, onlar hiç biri məktəblərə  qəbul 
olunmaq istəmiyorlar, fəqət qabil ədiblər və fazil, zəkilər indində qeyri-rəsmi surətdə 
kəndilərinin maraqınca hansı bir elmə talib isələr, təhsil etməyə şüru ediyorlar. 
Bəndə  də  əvvəl həvəsləndim ki, hər bir işdən sərfi-nəzər edib fəqət təhsilə  məşğul 
olum. Sonra mülahizə etdim ki, bənim param bənim xərcimi ancaq bir buçuq sənə görə 
bilir. Ondan sonra hardan para bulacağam? Mütəhəyyir qaldım və boşladım. 
İştə bənim əfkarım: bən, inşaallah-təala, əgər mümkün olursa, bütün müxtəsər partiya 
ilə olan bir iş və ticarət nəzərdə qoymuşam ki, gündə altı saət vaqt itirsin, fəqət sonra həm 
osmanlı üsuluca, həm də fransızca kəndi qomşumdan Şeyx əfəndi ki, qabil və zabitəli və 
ezvai- 


253 
 
ruzgara xəbərdar bir müəllim və  ədibdir, gündə üç saət kəndi  əfkarımca təhsil edim. 
Müxtəsər, nerdə olursam, oqumaqda müsamihə etməyəcəyim. Və inşallah təala, təhsil 
etməyə  gəlmiş  əfəndilər ilə Qafqasyaya evdət etdikdə eyicə  mə’lum olunar ki, onlar nə 
təhsil qılıb və bən nə kəsb etmişim. 
Qərəz, baş ağrısı oldu. Bən ölüm, əfv ediniz! 
İstanbulun havası gözəl, Boğazının havası pək gözəl və qarşısının havası dəxi gözəl 
və eyicədir. Vəssəlam.  Ərzi-səlam məxsusi bəxidəmati-aliyeyi-mütai  Əsədağa Kəngərli, 
səlləməhumullahi  ənilhədəsan və ümdəttüccar Kərbəlayı  Nəsrullah və Mirzə  Nəsrullah 
ağa Əmirov və cənab Nəsirbəyov və Bektaşov və Şeyxov, E.Sultanov və Məhəmmədov 
və  Məşədi Məhəmməd ağa  Şərifov və  hər ki, başəd zi hali-mən pürsan yək bə yekra 
duayi-mən bərəsan
1
 və əziz və ərcüməndim Əbdüləziz və Əbdüləzim və Əli əfəndiyə dəxi 
məxsusi salamım var. 
Digər, əfəndim həzrətlərindən übeydanə rica ediyorum ki, məktubumun mütəvvəl və 
xəttinin müşəvvəş  və  kəlimatının mütəfərriq və  hərcümərc olmasını  əfv buyurub və 
üyubatından iğmazi-nəzər etsinlər.  Əgərçi bə’zi  əhvalatlar da qaldı, lakin nasıl edəlim, 
vaqta müsaidə yoq. Yoqsa təfsilən yazacaq oluyorum. Və illa xakpayınızdan təvəqqe 
ediyorum ki, cənab Şeyx əfəndiyə hər vəqt “Həblül-mətin” ruznaməsini oquyandan sonra 
verəsiniz və görəndə  təməddünə qarşı  təşviq və  tərğib edəsiniz.  Əl-əqəll Hüseyn Salik 
Rasizadə Naxçıvani, Dərsaədətdə, Validəxanda”. 
 

 
Naxçıvanda.  Səmahətli və  fəzilətli  əfəndim Məşədi Qurbanəli ağa  Şərifov damə 
iqbaləhu həzrətlərinə vüsul olacaq bir məktub. 
Dərsəadət. 
 
26 şə’ban 1324 mütabiq 2 təşrini-əvvəl, yaxud oktyabr 1906 
 
Əsalətli əfəndim həzrətləri! 
Ümüdvarım ki, Naxçıvanın əhvali-hazirəsi rifahiyyət və əmniyyət üzrə olub vücudi-
məs’udunuz səhhət və e’tidal ilə bərdavamdır. 
  
                                                            
1
 
Kim halımı soruşsa, bir-bir dualarımı çatdır (farsca). 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə