Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə54/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

245 
 
və beləliklə keçmiş məktublarıma şükr edəsiniz. Yenə də məktubumun pozğun xəttindən 
və  hərfləri bir-birinin ardına qoşmağımdan danışmışdınız. Digər yerdə isə mürəkkəb 
sözlər və  çətin ibarələr işlətdiyimə  işarə etmişdiniz. Nə edim, Mirzə! Xəttimin 
pozğunluğu vaxtın darlığındandır, necə ki, bu məktubu dar vaxtımda yazmışam. Çətin 
ibarələrə  gəldikdə  mənə elə  gəlirdi ki, o ibarələr xoşunuza gələcəkdir, yoxsa mənə 
çətinliyi yoxdur ki, başqa cür yazım. (Kiçiyiniz Hüseyn Rasizadə, cavab lazım deyildir) 
 

 
Müəllim cənabları! Allaha şükür ki, sağlam və səlamətsiniz. İkinci, dəyərsiz qulunuz 
keçmişdə cənabanıza bir məktub göndərmiş idim. Bir neçə müddətdir ki, cavabı yoxdur. 
Bilmirəm səbəbi nədir? Buna bais kimdir? Böyüklər az biliklilərə e’tinasız olurlarmı? 
Şagirdlərə qayğıkeşlik böyüklüyü əskiltməz. Süleyman o cəlalı ilə qarışqanı belə 
nəzərindən qaçırmazdı. Bundan əlavə: 
 
Doğru deyil ki, ürəkdən ürəyə yol gedər, 
Ürəyim qüssədən yanır, ürəyində yox heç bir xəbər. 
 
Didarını görməyə ürəyimdə olan şövqü, 
Ürəyim bilir, mən bilirəm, bir də bilir ürəyim. 
 
İstəmədi bizi qəlbin sevmədi, bilməm neçin sevmədi. 
Bizə qəlbin yanmadı, bilmirəm neçin yanmadı. 
 
Allaha  şükür ki, göz ağrısı  rədd olub. Allahın  ən böyük nemətlərindən biri olan 
sağlamlıq vardır. Yüksək cənabınızın nəzərinə çatdırılır ki, bu qısa, həqir məktub əlinizə 
çatdıqda cavabını göndərəsiniz, buna görə ki, həddən artıq mənə nigaranlıq üz vermişdir. 
Düzgün yolu izləyənlərə, Sizə və Sizinlə olanlara salam göndərirəm. Məşədi Səfər babaya 
və gözünüzün işıqlarına salam söyləyirəm. Vaxt dardır.  
 
Şagirdinəm mən hər zaman diləyirəm, 
O şən dodaqlarından bir təbəssüm öyrənəm. 
 
Ümidi-əfv 


246 
 

 
Böyük ustad və cəlallı atamız! Birinci, Sizin sağlamlığınız həmişə bizim diləyimiz 
və arzumuz olmuşdur. İkinci, nəzərinizə çatdırılır ki, bu fani və sədaqətli kiçiyinizin ürək 
məhəbbətini və  mə’nəvi münasibətlərini mənim tərcümeyi-hal və  şərhi-əhvalımda qeyd 
edərək, öz tükənməz mərhəmətinizlə məni yad edəsiniz. Bir aydır ki, qiymətsiz qulunuz 
cənabınıza poçtla bir məktub göndərmişəm, cavabını almamışam. Səfər ayının onunda idi 
ki, bu məktubu yazdım, onda dəhşətli sel əhvalatından da xəbərlər yazmışam.  İndi 
bilmirəm, bu uzaq düşmüş  qəribdən incimişsiniz ki, lütfünüzü azaldıb, artıq yad 
etmirsiniz, ya da işinizin çoxluğundan unutmuşsunuz. Halbuki, mən öz sədaqətimi 
mümkün qədər göstərmiş və məhəbbətimi bildirmişəm. Əvəzində isə xüsusi bir mərhəmət 
görməmişəm. 
 
Var mənim çoxlu gileyim səndən, 
Bilməm nə şikayət edim səndən. 
 
Hər halda mən öz taleyimdən  şikayətlənməliyəm. Baharın  şənlikləri  şoranlıq yerdə 
hasil, səmər verməz və o hər daşın üstündə dayanmaz. Hər  şeyin cövhərində qabiliyyət 
olmaq şərtdir. Ümid və arzu bəsləyirəm ki, itkin və uzaq düşmüş bu qəribə hər axşam və 
səhər mərhəmət nəzərinizi salasınız. 
 
Könlünü könlüm kimi əgər etsən, 
Məndəki möhnəti sən dərk edərsən. 
Tox çörək qayğısını bilməz belə, 
Ac yavan çörək yeyər çox həvəslə. 
 
Yazdığınız məsələ haqqında xəbər verirəm ki, “Nasiri” qəzetini abunə ilə alıb oxumaq 
artıq lazım deyildir. Çünki üç gün bundan əvvəl buraya gələn bir seyid həkim ara-sıra 
məktəbə yolu düşür, qardaşımla dostdur. Ona hər on gündən bir “Nasiri”, “İzzət”, “İttila” 
qəzetləri ayrıca olaraq verilir, o da gətirib məktəbdə oxuyur. Mən isə ondan alıb 
oxuyuram.  İndi artıq abunə olmaq lazım deyildir. Başqa məsələlər haqqında görüşəndə 
danışarıq. 
Səfər yoldaşlarım Ağa Mir Hüseyn ağaya və Ağa Məşədi Əli cənablarına, gözümün 
işığı Mirzə Məhəmmədəliyə, Mirzə Məhəmməd 


247 
 
Hüseynə  və Mirzə  Məhəmməd Sadığa salam yetirin, vəssəlam. Sizə  məhəbbət 
bəsləyən Hüseyn Rasizadə. 1315 (1893)-cü il səfər ayının 10-da. 
Yenə nəzərinizə çatdırılır ki, səfər ayının birindən səkkizinədək “Əmsilə” və “Şərhi-
Amil” kitablarını oxuyub, bitirdim. Ayın səkkizindənbəri “Sərfi-Miri” oxuyuram. 
İnşaallah axırınadək “Sərfi-Miri” də bitirib, “Təsrif” kitabını oxuyacağam, vəssəlam. 
Bundan artıq nəzərinizə çatdırılacaq mətləb yoxdur. 
 
Hüseyn Rasizadə 
 

 
Naxçıvanda. Yüksək mərtəbəli, hörmətli böyüyüm Məşədi Tağı Sidqi cənablarına 
(onun yüksək sədaqəti əbədi olsun) çatacaqdır. 
 
Orucluq ayının 11-də 
 
Dost-aşnalarımızdan ummuşduq biz yoldaşlıq, 
Düzgün olmadı bu fikir, görünür ki, biz çaşdıq. 
 
Ruhum sənə qurban olsun! Salamdan sonra, mərhəmətli cənabınızın nəzərinə 
çatdırıram ki, uzun müddətdən bəri və çoxdandır ki, fədakar qulunuzu mərhəmətli 
nəzərinizdən çıxarıb, lütfünüzü əksiltmisiniz. Məni təəccübləndirən, heyrətə salan budur 
ki, belə e’tinasızlığınıza və  məktub yazmamağınıza səbəb nə ola bilər? Bizə qarşı 
könlün... 
Xülasə: 
 
Gileylənir sadiq könlüm o mehriban cənabından, 
Nə qədər bir ovuc torpaq dözə bilər artıq bundan. 
 
Başınızı ağrıtmayım, məqsədim budur ki, mən Urmiyaya daxil olduğum ilk günlərdə 
cənabınıza bir neçə  məktub yazıb göndərmiş  və  qəzetin gecikməsini də orada bildirmiş 
idim. İndi görürəm ki, taqsır xaraba qalmış Iran poçtundadır. Çünki mən dəfələrlə poçtdan 
soruşmuşam ki, Hüseyn Rasizadə Naxçıvanlı adresinə qəzet varmı? Cavab veriblər – yox, 
Məhəmməd Hüseyn Abdullazadə... adına vardır. Hər həftə onun yanına gedib 
soruşmuşam, məndən üzr istəyib deyibdir ki, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə