Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə62/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   57   58   59   60   61   62   63   64   65

269 
 
aid səfəhatı qismən – yə’ni bizə lazım olacaq dərəcədə görmüş kibi oldum və qüvveyi-
maliyyə də zatən yan baqmağa başlıyor, hətta qüvveyi-maliyyəyə malik olsam belə, yenə 
İstanbula vida etməyi məsləhət görüyorum. Şimdi mükəmməlcə bir əcnəbi lisanına 
ehtiyacım var ki, iki-üç sənə  uğraşmaq lazım, ona da para yoq. Ən məsləhəti bu ki, 
ruscayı öyrənməyə çalışarım.  Əgərçi ingiliscə, almanca, fransızca lisanlardan birini 
layiqiylə öyrənmək vacibdir, fəqət na çarə ki: “Dəsti-biçarə çün bə camə nəhəd, çarə cöz 
pirəhən dəridən nist”
1
. Lakin burası da var ki, gələcək sentyabrda rüşdi məktəblərindən 
birində  ayda  üç  lirə  qədər, bəlkə daha ziyadə maaşla tədris edə bilərim. Çünki əsnayi-
müzakirədə bildiklərimdən bir-ikisi bana söz verdilər. Zatən sözə nə hacət. Darülfünün və 
e’dadi müəllimlərinə (farsi tədrisatı) nöqteyi-nəzərindən faiq olmasam belə, bərabər 
olacağıma hiç bir şübhəm yoq. 
Şimdi bən düşünüyorum ki, əgər bir əcnəbi lisanını, o millətin kəndisi kibi, yə’ni 
layiqiylə bilmək arzu etsəm, laəqəlli üç sənə hiç bir şeyə baqmadan onunla uğraşmalıyım. 
Şimdi burada hər zəhmətə mütəhəmmil olub da aldığım maaş ilə, fəqiranə bir güzəran ilə 
burada üç-dört sənə qədər dəxi həm tədris, həm də tədərrüs edə bilirim. 
Lakin, lakin... validəm, vətənim, vətəndaşlarım bütün-bütün unutulacaq bir hala gəlir. 
Şimdi burada binlərcə iş başında sahibi-heysiyyət tatar, türküstanlı, qafqaslı, kırımlı vardır 
ki, hər təhsilini ikmal etdikdən sonra İstanbullu olmağı da onlara zəmlə, bir osmanlı olub 
getmişdir. 
Bu bəncə pək güc... 
Şimdi bənim son nöqteyi-nəzərim rusca qayət mükəmməl bilmək və  ən birinci 
düşüncəm də budur. Zənn edərsəm, eyi çalışsam, iki sənədə müvəffəq olurum. Əlsineyi-
səlasəyə gəlincə, onlardan birini ruscadan sonra, ehtiyac hiss edəcək olsam qırq yaşımda 
belə oqurum. 
Şimdi Qafqasyaya döndükdən sonra Naxçıvan ilə hiç işim yoq. 
Səbəbini anlatmağa qalqışsam, on yapraq daha yazmaq lazım. Bəlkə siz yek nəzərdə o 
əsbabı mühakimə ilə anlarsınız. 
Şimdi  əsil məqsəd vətənə xidmət, həm də layiqiylə xidmət etməkdir. Bakıda kafi 
dərəcədə müəllim var. Gəncədə hakəza. Şimdi bəndəniz əgər mümkün olsa, əvvəl Tiflis, 
sonra  İrəvan. Bunlardan hər hankisini məsləhət görürsəniz, bəncə  də  məqbul olur. Bən 
dərs verəcəyim yerdə gecələri bir tərbiyəli rus ailəsi içində yaşamaq arzu ediyorum ki, 
həm tədrisatımda istədiyim kibi ciddi çalışırım, həm də dörd sənəlik 
                                                            
1
 
Çarəsiz adam ətəkdən tutduqda, köynəyi yırtmaqdan başqa çarə yoxdur (farsca). 
 


270 
 
zəhmət və  məsaiyi iki sənədə bitiririm. Əgər rus evində qalmaq mümkün olmasa da, 
başqa nöqteyi-nəzərdən yenə arzuma nail olurum. 
Fəqət Naxçıvanda yaşamaq bəncə ən məhalatdandır. Lakin Naxçıvanda da hər yazın 
tə’til zamanları istədiyimiz projeləri tərtib edər, ziyalı  gənclərin gözünü açmaqdan geri 
durmarız. Əgərçi bir naxçıvanlı bir məsələyi mühakimə edərkən – bəqeyri həqq – maaş, 
para kibi xəyalata da qapılır, fəqət bizim yeganə məqsədimiz xidmət, həm də səmimanə 
xidmətdir. Bənim düşündüyüm qazanc-ziyan: iki sənə evlənməmək, hər gün dört-beş saət 
dərs oqutmaq, iki-üç saət də rusca çalışmaq. Nə bir qəpik artırmaq, nə bir qəpik borclu 
qalmaq. Bir qəsəbə, bir köydə olsa da olur. Bən bu hesaba razıyım, vəssəlam. 
Məktubun cəvabını bəklərim. Bir az da bu xüsusa dair mə’lumat. 
Baqi buseyi-müxalisət. 
 
H.Cavid 
 

 
5 mart, 1910 
 
Hüzuri-həmiyyətpərvəranələrinə... 
Əfəndim, çoqdan bəridir ki, ərzi-səmimiyyət və ibrazi-məhəbbətdən məhrum qaldıq. 
Buüsamihəyi sizə  həml edəməm, olsa-olsa yenə  bənim tənbəlliyimdən nəş’ət edər bir 
haldır, daha doğrusu, səmimi bir qüsurdur. Fəqət  əfv edərsiniz, deyilmi? Bir çoq 
zamanlarımı bilməyərək kor-koranə keçirdiyim için şimdi böyük bir inqilab içindəyim
keçmiş boşluqları doldurmalıyım, bir an qayib etmədən təlafiyimafatə çalışmalıyım... 
Bir kitab mütiliə edərkən, sizinlə qonuşmuş kibi bir hiss duyurum. Onun için mə’zur 
görüləcəyimə əminim. Çünki qəlbiniz pək genişdir. 
Əfəndim, yıl başını – şətarətli bayramınızı, təbəssümnüma baharınızı  təbrik edərim. 
Cəsarəim əfv olunsun, bayram vizitlərində ruhlarımız arasında səmimi bir münasibət olan 
dostlara, məsləkdaşlara, mümkün olsa bənim tərəfimdən də təbriki-eyd edərsiniz. 
Baqi,  əlinizi sıqar, ağzınızdan öpər, ehtiramatımın qəbulunu acizanə rica edərim, 
əfəndim... 
Küçük qardaşınız – Rasizadə Hüseyn Cavid 


271 
 

 
28 avqust, 1912, Tiflis 
 
Hüzuri-alilərinə: 
Möhtərəm və müəzzəz əfəndim, yenə sizi bir az təsdi etmək istiyorum. Bəndə sizdən 
ayrıldıqdan sonra Aqaraya, Faiq əfəndinin yanına getdiyimi biliyorsunuz. Orada bir ay 
qədər həm gəzib, həm də bağçada işləyib məmulun xaricində saf və sağlam bir hala 
gəldim. Sonra Qurcavaniyə  gəlmək tstədim, fəqət bir-iki ofitser osmanlı türkcəsi 
öyrənmək için rica ilə bəni Tiflisdə saqladılar, nə sizin yanınıza gəlmək, nə də Naxçıvana 
getmək bana mümkün olmadı. Şimdi yavaş-yavaş məktəblər açılmağa başladı. Bir həftə 
əvvəl oraya gəlib sizin işlərdə  işləmək için məktub yazmaq istədimsə  də, iki ay əvvəl 
“Payızda iş başlanacaq, o zaman gələrsin” – dediyinizi xatırlayaraq, birdən-birə  gəlmək 
arzusunda bulundum. Lakin məktəbdən əl çəkərək, xaric bir işlə məşğul olmaq qeydi bir 
az bana vicdan əzabı veriyordu. Nihayət, bu gün Gəncədən bir məktub aldım ki, məktəbi 
himayə edən ə’zayi-möhtərəmə yorulduğu! münasibətlə – hökumət mane olmadığı halda 
– məktəbiruhaniyyəyi bağlamağa qərar vermişlər, Bakının Səadət məktəbi də proqramı 
rus lisanında tə’qib etməyi müqərrər qılmış. Tiflisdəki İttifaq məktəbinə gəlincə, bunlar da 
Səadət planında yol getmək istiyor. Demək ki, milli lisana o qədər ehtiyac hiss edilmiyor. 
Şimdi bu təfsilatı əldə etdikdən sonra bənim nə yolda hərəkət edəcəyimi düşününüz. 
Artıq hərçi badabad, işçiliyə – çornı raboçiliyə – qərar verdim. Daha bəndə vicdan əzabı 
olmaz. Bən də atamın proqramilə böyüsəydim,  şimdi kim bilir nə  məsləkdə idim? 
Sidqinin məktəbinə,  İstanbula bəni təşviq edən siz oldunuz, başqalarının və  kəndi 
paralarımı sərf edərək şimdiki hal və mə’lumata dəstrəs oldum. 
Naxçıvanda bir gün bizim evdə  məvaciblə yaşayanlar haqqında söylədiyiniz 
təcrübələri xatırlayaraq, bir müddət də o yolda hərəkət etmək istiyorum. Bəni iki yola 
sevq etdiniz. Haydı, üçüncüsünü də imkan ediniz, baqalım nə çıqır. Bir zaman rütubətli, 
havasız xanımlara məxsus odalarda vaqt keçirdik, bir zaman da qoy tozlu, topraqlı, 
yağmurlu, tufanlı  səhnələrdə dolaşalım. Allah kərimdir, zənn edərsəm, fəna nəticə 
verməz. İşin nihayətində büsbütün zərərli çıqsam da, yenə kəndimi qazanclı ədd edərim. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə