Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə60/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   57   58   59   60   61   62   63   64   65

263 
 
Nə isə, bu dərəcədə  kədərli və  sıqıntılı bir zamanınızda mə’mulunuzun xaricində 
olaraq tə’ciz və təsdiq ediyorum isə də (Cormi ke mirəvəd bəomid-e ət-ye tost
1
) misrası 
istinadgahımdır. Bütün vətəndaşlara səlam və  ərzi-ehtiram, baqi xülus və  səmimiyyət. 
Müntəziricəvabım. 
 
H.Rasizadə 
 
İlk istid’ayi-acizanəm xəttimin çirkinliyini əfv etmənizdir, çünki bir dəfə sür’ətlə 
yazmağa alışdıqda, sonra tərki gücdür. 
 

 
Naxçıvanda.Cənab məxdum və möhtərəm ağayi-Şərifzadə Qurbanəli həzrətlərinə 
ərizeyi-acizanəmdir. 
 
23 şubat – fevral 1909 
 
Eydi-səidi-novruzunuzu bilxassə təbrik edərim. 
Həqayiqpərvər əfəndim həzrətləri! Şərəfsüdur buyurulan iltifatnamənizi iki gün əvvəl 
günortadan aldım. Oracıqda açıb oqumağa başladım. Süleyman və Zeynal bəylərə 
səlamınızı söylədim, hər ikisi izhari-təşəkkür etdilər. Sonra oradan odama gəldim, 
məktubu çıqarıb bir daha kəmali-diqqət və  əhəmiyyətlə  nəzəri-tədqiqdən keçirdim. 
Oqudum, bir daha oqudum. Oquduqca məsrur və  məmnun oldum, məmnun olduğum 
qədər də məhzun oldum. Məktubunuz qevsi-qüzehli hava kibi bir anda, bir baqışda həm 
bahar çiçəklərini tənzirə qalqışır, gözəl və mütəməvvic  əlvan sərpiyordu, həm də o 
rənglər, o qevsiqüzehli, o ləm’ədar və  fərəhli rənglər arasında bir rəngi-matəm, bir 
levheyi-nürələm, bir barani-sitəm sisləri yağdırıyordu. (Fəqət heyhat!.. İnsan daima 
aldanmağa məhkumdur) 
Əfəndim! Başqalarına məktub yazdığım zaman nasıl isə hiç özənməm, xeyir, yanlış 
söylədim, hiç düşünərək yazmam, yə’ni düşünüb də yazmaq istəməm. Fəqət sizə gəlincə, 
bir yapraq kağız  əlimə aldımmı? Dərhal geniş-geniş sahələr, parlaq-parlaq ülviyyətlər, 
acı-acı  həqiqətlər, xüsusən təsvir və  təsəvvürü güc bir çoq fikirlər alay-alay gözümdə 
təcəssüm edər kibi olur. Nə  qədər mə’nalı bir şey yazmağı arzu ediyorum isə  də  ən 
sonunda hiç bir şey yazamadığımı görərək, hiddətləniyorum, çünki sizə məktb yazarkən
düşünüyorum ki, kaş mümkün olaydı da bir səhifədə, bir sətirdə, bəlkə bir kəlmədə 
fikrimi, 
                                                            
1
 
Sizin bağışlayacağınızı ümid edərək, təqsirə yol verirəm. 
 


264 
 
duyğumu, məhsulati-təcrübiyyəmi sizə  ərz edə biləydim, heyhat, olmuyor, olamıyor ki! 
Fəqət, bir həftə yan-yana, diz-dizə oturulsa, yenə bir dürlü kəşfi-həqiqətə doğru bir 
qədəm, bir addım atılmaq ehtimalı var. Əfsus ki, o da şimdilik namümkün!.. 
Bə’zən vicdanınızın nazik və pak səhifələrini oquyorum da, dərin 
bir inşirah, geniş bir səfvət aləmində yaşıyorum, zənn olunur. Fəqət o saf vicdanın bir 
az daha ifratını hiss etdiyim zaman tüklərim ürpəşiyor. Sonra bütün-bütün safdərunluğun 
əleyhində bulunacağım gəliyor. Daha doğrusu, bulunuyorum da. Məsələn, “əmmamə”, 
“came”, “məsəleyixilafət”, “mədəniyyət”, “həmiyyət” və “tərəqqi” kəlmələri bir-birinə 
qarışaraq, bir mühəssələ təşkil edəcəyini, yaxud edə biləcəyini düşünürkən, bütün-bütün 
bir xəyal, bir kölgə, bir namütənahilik, bir hiçlik qarşısında bulunduğuma hiç şübhə 
etmiyorum. Və möhtəşəm bir filosofi-kəbirin dediyi kibi: “təbiətdə hiç bad-hava (müftə) 
bir  şey olmadığını, qeyri-təbii olaraq, şö’ləpaş olan həqiqətlərin puç bir xəyaldan ibarət 
olduğunu” göz önünə gətirərək, hiç bir şeyə dərhal etimad edərək, göydən zənbil ilə nazil 
olduğuna etiraf edəmiyorum. Hasiliəhbablıq, mədənilik, gözəllik, hissi-mərhəmət, 
ruhaniyyət həp birər incə teldən, şəxsi və adi, qırılacaq qədər çürük bir teldən asılıdır ki, 
tədqiq və təcrübəyə qalxışsan, dərhal qarılır! Dərhal pozulur, dərhal sönər... (Mən günği-
xabdidəvü aləm...
1

Nə isə,  əfv edərsiniz. Dilimin pəltəkliyindən, kəkələməsindən naşi sükutu daha 
mürəccəh görüyorum. Bən sözlərimdən mə’na çıqaramadığım kibi, ehtimal ki, siz də 
düşünməyə, özənməyə məcbur olacaqsınız. 
Artıq yenə kəndimizə, kəndi əhvalımıza dair qonuşalım. 
Əfəndim! Hacı  Rəsulun məktubunu yapışdırılmamış bulduğum için kəndi-kəndimə 
müsaidəkaranə bir hiss duydum, sonra zərfin yapışqanına diqqət etdim, yerində, yə’ni 
əvvəlindən yapışdırılmamış... Sonra sizdən istizan edər kibi bir vəziyyət alaraq, məktubu 
oqudum. Ayrı, qeyri bir şey bulamadığım için sərbəst bir məktub olduğunu anladım. 
Fəqət kəndimə aid olan qismini bütün-bütün qələmlə cizdim və lüzumsuz bir adi 
dilənçilikdən fərqsiz olduğuna hökm edərək, naqabilli-təsəvvür bir halda müğbərr oldum, 
çünki bəndəniz məktəbitərbiyəyə girdiyim zaman “əməleyi-mevtalıq” təbiətini kəndimdən 
atmışdım və şimdiyə qədər də o hal ilə, yə’ni o saf və pak vicdanla yaşıyorum və yaşadım. 
Halbuki hal-hazırkı vəziyyətim bütün-bütün 
                                                            
1
 
Bən yuxu görmüş bir lalam, aləm isə... (farsca) 
 


265 
 
bəni  şaşırtdı.  Şu vəziyyətlə yaşamağı hiç bir surətdə, hiç bir zaman sevməm, sevəməm. 
Və sonra təcaribi-tüccariyyəmdən də bana çoq istifadələr olmuşdur. Ən birincisi isə hər 
şeyə, əvət, hər adi bir şeyə, hətta çürük soğan qabığına belə bir fiyat, bir qiymət vardır. 
Qiymətsiz bir şey olmaz. Olsa-olsa, Kuhkəmər seyidləri ilə  Nəcəf mollalarının 
məzhəbində, məsləkində olur. Iştə bu qədər!.. 
Doğrusu, həm Hacı  Rəsulun məktubunda, həm bənimkindəki  əsəfamiz, sıqıntılı 
sözləriniz və “qələm inca rəsid sər beşikəst!..”
1
 kibi mərhəmətpərvərliyiniz mükəmməl bir 
makina (maşın) təzyiqilə  bəni sıqdı, sıqdı  və ruhumu, hissiyyatımı parça-parça etdi. 
Ciddən sizin bu qədər məhviyyətinizə mütəəssif oldum... Bən kəndim o qədər əczaizm bir 
hal ilə ianə tələbinə qalqışsam, buracıqda bilmədiyim və bildiyim osmanlılardan istədiyim 
qədər istianə edə bilirim, yə’ni dilənə bilirim. 
Sözün açığı,  şu rəzalətdən bu qaç gündə bütün-bütün kəndimi  şaşırdım. Üç-dörd 
sənələr ilə hər sənə altmış-yetmiş lirə sərf edən sair Qafqaz tələbləri şimdiyə qədər bizim 
bu dibsiz, hiçahiç rəzalətimiz qədər böyük və çirkin bir zillətə hədəf olmadılar. 
Şimdi bən,  ən lazımlı  təhsilimə bitmiş  nəzərilə baqıyorum. Bundan sonrası isə 
darülfünün dərsləri peydərpey məcmuə surətində nəşr olunacaqdır. Ha məktəbdə xocadan 
dinləmək, ha dəftərdən, məcmuədən tədqiq və tətəbbö etmək – hər ikisi bəncə müsavidir. 
O da həm burada mümkün, həm Qafqazda. 
Şimdi bu təslimdən məqsəd bu ki, artıq xalqa boyunduruq olmaq istəməm və 
istəmiyəcəyim və ianə torbasını da yırtdım, parçaladım ki, bir də həm gözüm görməsin, 
həm də hissiyyatım xırpalanmasın. Biz istiqraza talib idik, ianəyə isə talib olmadığımı 
təkrar ərz edərim. Bir də xulasə olaraq, acizanə, həm də pək acizanə rica edirim və pak 
vicdanınıza and veririm, bir daha nə  Rəhim xana, na Hacıyevə, nə Hacı  Rəsula, nə 
cəmiyyəti-xeyriyyəyə, nə  də  cəmiyyəti-şəriyyəyə müraciət etməyəsiniz, edəcək olsanız, 
həm sizdən inciyərim, həm də  qəbul etməm. Burada qalmaq iqtidarım bitdikdən sonra 
orada ərzi-vücud edərim. Bütün qardaşlara salam. Ələlxüsus Əzizimin əllərini sıqarım. 
 
Xüluskari-bimiqdarınız Hüseyn Cavid Rasizadə 
 
P.S.Bəndəniz bə’zi xüsusatda açıqca izahat verməkdən çəkiniyorum. Binaənileyh rica 
edərim məktubi-acizanəmi kimsəyə oqumayın. 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
1
 
Buraya çatanda qələmin ucu sındı (farsca).
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə