Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə59/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

260 
 
ki, işimizə  gəlmiyor, quru-boş lafdan başqa bir şey zikr olunmuyor. Mümkün olsa bir 
daha sizin səlamınızı yetirmək için görəcəyim”. 
Sonra Tağızadə Mir Cavad ağaya da bir kart bıraqdım. Sonra bir evə getdim ki, orada 
İran əhrarından Naci bəy ismində bir zatı ziyarət edəcəkdim. İçəri girdim, məgərsə Hacı 
Rəsuldan maəda bildiyim gənc İran əhrarının ən həmiyyət pərvərlərindən yeddi-səkkizini 
orada buldum. Eyicə söhbət etdik, yemək yedik, sona doğru Boğaz içi vaporlar ilə 
həpimiz bir yerdə Kazı köyü ismində bir köyə getdik ki, Mirzə Məhəmmədəli xan (Seyid 
Həsənin yoldaşı) orada iqamət ediyor. Müşarileyhlə bir qiraətxanədə buluşduq, kəmali-
məhəbbət və  səmimiyyətlə iki-üç saət qədər söhbətə  məşğul olduq. Bən də Mirzə 
Məhəmmədəli xanın yanında oturmuşdum. Söhbətlərimizin nisfi zatialinizə dair oldu. Və 
müfəssəl surətdə sizin başınıza gələn bəlaların (daha doğrusu, vicdan və insaniyyət 
naminə yapdığınız alicənablıqdan dolayı  çəkdiyiniz üzüntülərin, düçar olduğunuz 
sıqıntıların) həpsinin birər-birər yanaraq nəql etdi. Doğrusu, bən bir az eşitmişdim. Fəqət, 
bu dərəcə bilmiyordum. Nə qədər mütəəssir olacağımı, qəlbimin və qəlbimizin nə böyük 
alan və ikdara hədəf olacağını  kəndi qəlbinizə müraciətlə  pək eyi bilə bilirsiniz. Minəl 
qəlb iləlqəlb...
1
 fəqət, şimdidən sonra quldurlara, haydutlara – bir az olsun – e’timaddan 
çəkinəcəkmisiniz? Haşa! Qabil deyil, imkan xaricində bir şey. Bu hal, bu vicdan, bu ülüvv 
cənab sizdə (ba şir əndərun şod və ba can bə dər rəvəd)
2
. Hər şey dəyişsə, təbiət dəyişməz. 
Nə isə, miri-müəzzəmileyhdən də  kəmali-təhəssürlə ayrıldıq.  İstanbula gəldik. 
Qürubun o hüznalud bulutları, o kədərnümud qaranlıqları arasında, yuvarlana-yuvarlana 
doğru otelimizə gəlib, odamızın xəfagah sükununa çəkildik. Və bir-iki kəlmə ilə sizi tə’ciz 
və təsdi etmək için yorğun bir halda şu ərizəyi qaralamağa qərar verdik. İştə bir günlük 
ruznaməm. Və bunu da unutmuyalım ki, Məmmədovların, Mirzə Məhəmmədəli xanın və 
s.  əhrari-İraninin zati-vətənpərvəranələrinə xüluskaranə  səlamları, səmimanə  ərzi-
ehtiramları var... Səid Səlmasi isə bir qaç gün bundan iləri o tərəfə əzimət etmişdir. 
Şimdi, – arzu buyurduğunuz vəchlə, – bir qaç kəlmə də öz məişətimə dair yazım. 
                                                            
1
 
Ürəkdən ürəyə (ərəbcə)
 
2
 
Südlə gəlib, canla çıqar (farsca).
 


261 
 
Əfəndim! Bəndəniz ta Ramazana qədər beş-altı ay (e’dadi) proqramını ikmala 
çalışırdım və hər həftə də məşhur filosof Riza Tevfiq bəydən bə’zi həqayiqə dair bir-iki 
dərs proqram xaricində oquyurdum. Sonra hürriyyət alınır-alınmaz Riza Tevfiq bəy 
Ədirnə məb’usu intixab edildi. Bə’zi asari-nafiə nəşrinə başladı, darülfünunun ədəbiyyat 
şö’bəsinə professor tə’yin edildi. İttidad-tərəqqi cəmiyyəti tərəfindən millət vəkalətinə 
namizəd oldu. Xülasə, iş  iş üstündən aşdı, daşdı, bizə vaqt qalmadı. Sonra Ramazanda 
darülfünuna istida təqdimilə ədəbiyyat şö’bəsinə qeyd və qəbul olundum. Şimdiyə qədər 
də davam ediyorum. Şimdilik bənim tə’qib etdiyim dərslər:  ədəbiyyati-osmani, 
ədəbiyyatifarsi, tarixi-ədəbiyyat, məbadiyi-fəlsəfə, tarixi-ümumi və siyasi, coğrafiyayi-
tarixi, təbii və ümrani, həftədə on dörd dərs birinci sınıfda oquyorum. Fürsəti fevt 
etməmək için yeddi dərs də ikinci sınıfa dəvam ediyorum. Məktəbimiz üç sənəlik və üç 
sınıfdən ibarətdir.  Əgər bu sənə birincidən imtihan verəcək olursam və keçinəcəyim 
biəyyi nəhvin kanə
1
 yolunda olursa, gələcək sənə  də, həftədə yeddi dərs ikincidə  və on 
dörd dərs üçüncüdə istima edib mə’lumati-laziməni  əldə etmiş olurum. Fəqət ikincidən 
şəhadətnaməyə müvəffəq olsam belə, ehtimal ki, üçüncüdən olamam. Fəqət, bə  hər hal 
hər üç sənəlik mə’lumata dəstrəs olurum. Çünki hər sənənin dərslərini çocuq kibi 
əzbərləmək lazım (madam ki, bana elm lazımdır, şəhadətnamə lazım deyil), o surətdə əgər 
müqtədir olursam, ikisini çocuqcasına imtihana hazırlanırım, fəqət üçüncüsünü bilib 
öyrənərim. Zəhəmati-məşaqqəsinə paybənd olmam. Bu proqram ustadi-möhtərəm Riza 
Tevfiq bəyin səlah gördüyü bir proqramdır (Şəb abistənəst, ta çi zayəd səhər)
2

Demək ki, bərhəyat olursam və keçinəcəkdə zorluq çəkməzsəm, topu-topu bənim 
İstanbuldakı övqati-təhsiliyyəm bir buçuq sənə  qədər küçük bir müddətdən ibarət 
olacaqdır. 
Fəqət?! 
İştə məsələnin ən yaralı nöqtəsi bu istifhamlı, bu heyrətli “fəqət?!”dən ibarətdir: çünki 
bu fəqət bəndənizi çocuqluğumdan bəri görmədiyim, bilmədiyim, sevmədiyim, 
sevmiyəcəyim o qorqunc, o müdhiş hiçliyə... (dilənçilik) denilən o quduz illətə 
yalvartmaq istiyor. 
Fəqət əfsus, həzar əfsus, bənim təbiətim, yaradılışım bütün-bütünə bu 
                                                            
1
 
Keçmişdə olduğu kimi.
 
2
 
Gecə boyludur, kim bilir səhər nə doğacaq.
 


262 
 
illətdən qaçar, bu zillətdən qorqar. Bən hamallığı, xidmətkarlığı pək ziyadə sevərim. Fəqət 
böylə bir devri-hürriyyət və  zəmani-səadətə  bənliyimi satmaq, əsir almaq istəməm (əsir 
olduğum bir şey varsa o da həqiqət və  məhəbbətdir).  Əsarət zəncirinə bağlanmaq, o 
müləvvəs qeydi çəkməyə razı olamıyorum. Səbəbi isə  ağır yük taşımaq, məğruranə bir 
minnət çəkməyə bir dürlü könlüm qane olamıyor. Məşhur Kəmal bəy demiş ki “kimsənin 
lütfünə olma talib, – əvəzi cevhərihürriyyətdir”. Bilməm hiç ki, ömrünüzdə özgələrə 
ehtiyac hissilə mütəhəssis oldunuzmu? 
Bəndəniz sizin Tiflisdən yazdığınız məktubu aldıqdan sonra Rəhim xana iki 
məvəddəti məktub yazdım. Fəqət para, filan için bir işarət etmədim, ba həmeyi-in 
yazdığım məktub guya bəni  əzir, bəni boğuyordu. (Sonra Tiflisdən Hacı Seyid Bağır 
ağadan üçər-beşər rublələrlə toplanan məbləğin surətini istədim. Ondan da bir cəvab 
alamadım. Pək ziyadə sıqıldım) Çünki siz bana iqraz deyə yazmışdınız, onun için bilmək 
istədim, mütəəssif ki, biləmədim. Sözün ən qısası bəndəniz şimdilik əlimdə olan beş-üç 
lirədən yemiyə-yemiyə (daha doğrusu, həftələrlə penir-əkməklə  qənaət edərək) kamali-
səfalətlə artıra bildiyim cüz’i bir məbləğlə bir qaç ay kəndimi idarə edə bilirim. Yalnız 
burası bilinməli ki, həyatım fəlasifeyi-kəlbiyyun ki, yaşayışları  kəlb yaşıyışından təfriq 
olunmaz – həyatından pək fərqli deyil. Lakin keçən sənə yazdığınız proqrama tevfiqən və 
o təəhhüdata istinadən yapdığım  ən böyük yanlış üç sənəlik geniş bir proqramdan iləri 
gəlmə bir xəta oldu ki, onu təhvil etmək imkan xaricində  ədd olunacaq qədər gücdür. 
Fəqət bununla bərabər şu müddəti-mə’luməyi hər dürlü fəlakətə köks gərməli olsam belə 
dəvam etdirəcəyim, bu xüsusda hər məşəqqəti biryolluq gözə aldırmışım. 
Hacı Rəsula şimdiyə qədər bir söz söyləmədiyim kibi – yazdığınıza rəğmən – Təbrizə 
də  əsla bir kəlmə  işarət etmədim və etməyə  də  cəsarətim gəlmədi, çünki cavanmərdanə 
təəhhüd edilən bir sözə – bir və’də – istər iqraz, istər həmiyyət olsun – təkrar-təkrar biz 
batırmaqdamı lazım?! Bu bəncə bir zilldir. Həqiqətən, dünyada hər bir şeyin də bir 
qanunu var. Əgər iqraz məsələsi isə, ona kəfil, zamin lazım, ac, biilac tələbədən nə 
bəklənir.  Əgər həmiyyət və üxüvvətə  məbna bir təsəvvür isə  tələbəlik naminə isə, o da 
seyiddən, molladan bir şey olmalı ki, o təhsilin dünyasına mənffəti olmasa belə, axirətini 
abad edər ki! Deyilmi? Mühəqqəq böylə! 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə