Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə58/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

257 
 
 
 
xoftənd
1
.  Əbdüləziz  əfəndiyə  bəndən məxsusi səlam. Xudahafiz. Əgərçi bə’zi sözləri 
yazmağa yer qalmadı, amma nə yapayım?! Daha vicdanımda halət və vaqtda da müsaidət 
yoqdur. Yenə xudahafiz. 
 
Hüseyn Rasizadə Naxçıvani. İstanbul 
 

 
Naxçıvanda. Mə’rifətli, mərhəmətli və tə’rifə sığmaz Məşədi Qurbanəli ağa Şərifov 
cənablarına çatacaqdır (müvəffəqiyyətləri daha artıq və mərhəməti daha daimi olsun. 
 
2 rəməzan 1324, mütabiq 16 təşrini-əvvəl oktyabr 1906
 
Ruhum fədası olduğu cəvahir! Birinci, ümid edirəm ki, Naxçıvanın indiki vəziyyəti 
rifah və  əminamanlıqdır. Sizin yüksək dərəcədə  bəxtiyar varlığınız da sağlam və 
səlamətdir.  İkinci, qısaca o böyük Ağanın nəzərinə çatdırıram ki, keçən həftə hörmətli 
cənabınıza məktub yazıb, imkan daxilində geniş mə’lumat vermişəm və yenidən başınızı 
ağrıtmağa ehtiyac yoxdur. Lakin nə deyim ki, deməməyim daha yaxşıdır. 
Bu gün naxçıvanlılardan bir-birinin ardınca iki məktub  Şeyx Məhəmməd ağadan və 
gözümün işığı  Əlirzadan aldım. Birinci məktubu oxuyub sevindim. İkinci məktubun 
məzmunundan isə  kədər dəryasına cumdum. Əlirzanın məktubu onun təəssüflü  əhvalını 
bildirirdi. Ürəyim kəbab oldu, əhvalım iztirabla doldu. Mən  İstanbul səfəri fikrinə 
düşdükdə cənabınıza bildirdim. Siz də məni bu işə təşviq etdiniz. Sonra isə anamın halını 
düşünüb məndən ayrı qaldıqca halı necə olacağını  təsəvvürünüzə  gətirdiniz və yenə 
getməyimi məsləhət bildiniz. İndi Sizin mərhəmətinizdən ürəyim istədiyi kimi arzularıma 
nail olmuşam. Lakin!.. Lakin məni asudə öz halıma qoysalar: 
 
Bu ölkədə ürəyim min yerə parçalanmış, 
Hər biri min nazənin dilbər əlində qalmış. 
 
Bu, bir işarədir. Mədəniyyətə həsr edilmiş bu əsrdə hamı elm əldə etməyə rəğbət və 
hər kəs mə’rifət qazanmağa qeyrət göstərir, heç 
  
                                                            
1
 
Mənim salamımı haqq danışanlara və haqq yolunda ölənlərə yetirin. (farsca)
 


258 
 
insafdır ki, biz bəsirət gözümüzü yumaq, qəflətə, cəhalətə cumaq? Bu, bir fürsətdir ki, hal-
hazırda əlimə çatıb, tale üzümə səadət qapısı açıbdır. Lakin təəssüf, min təəssüf! Bu qədər 
çoxlu məşğələlərlə bərabər, Əlirzanın məktubları ürəyimi solğun və əhvalımı pozğun edir. 
O, arası kəsilmədən yazır ki, beş-altı aydır qardaşım Şeyx məni nə oxumağa göndərir, nə 
də bir işə düzəldir! Bilmirəm nə edim, nə çarə qılım? Nəyin dalınca gedim?! Az qalır ki, 
qüssədən həlak olum. 
Xülasə, bu dərdə nə edim, nə çarə qılım, tutulmuşam, vəssəlam. Mənə bir çarə yolu 
göstərin ki, işsizlikdən ciyərim qana dönmüşdür, ya bir tədbir görün İstanbula gəlim, ya 
da haraya məsləhət bilirsiniz, oraya gedim? Cəvab. 
Mənim ağam! Başınızı  ağrıtsam da, cənabınıza mə’lumdur ki, onun nə  İstanbula 
getməsinə, nə də başqa yerə getməsinə mən qısqanmıram. 
Lakin Siz bildiyiniz kimi, əgər o da mənimtək oxumaq üçün qürbət vilayətə gedərsə, 
anam ikimizin ayrılığına tab gətirməyəcək, “Həyat” qəzeti kimi diri-diri vəfat edəcəkdir. 
Sözün qısası, Sizə bu baş ağrısı verməkdən məqsəd budur ki, öz yüksək mərhəmətinizlə 
məni minnətdar edib, lütf qılıb ya Şeyx Məhəmmədi yanınıza çağırasınız, ya da özünüz 
onun yanına gedib, Əlirzanın oxuması haqqında onunla bir-iki saat məsləhətləşəsiniz. Hər 
növ ilə olursa, Naxçıvanda onu inspektoriya nəzdində qorodskoye uçilişşenin iste’dadlı 
müəllimlərindən birinin, ya Mirzə Abbasın, ya da cənabınızın məsləhət gördüyünüz hər 
kimin yanına qoyasınız oxusun. Aylıq nə olarsa, Şeyx cənabları bankda onun öz pulundan 
götürüb ödəyər. Xülasə, əgər onu bir işlə məşğul etsəniz, bu qiymətsiz qulunuzu sevindirir 
və məni kədərli xəyallardan xilas edərsiniz. Onun sinə qəfəsi çox dardır və bə’zi hadisələr 
ürəyinə  sığmaz. Onun haqqında bir qədər də ehmalkarlıq və e’tinasızlıq olarsa, özünü 
itirər. Gümanım budur ki, ürəyini  ələ almağa nail olacaq və boş  xəyalları başından 
çıxaracaqsınız. Rus dilini təkmilləşdirməyi ona tövsiyə edin. Mümkün olarsa, fars və türk 
dillərini də  təkmilləşdirsin. Vaxtı imkan verməzsə, mən Naxçıvana qayıdandan sonra 
özüm onu bu işə  təşviq edərəm, vəssəlam. Məndən ağzını haq sözlərlə açan və  həqiqət 
danışmış olanlara salam. 
 
Ən kiçik duaçınız Hüseyn Rasizadə 
 
Təsadümi-əfkardan bariqəyi-həqiqət parlar. Ümidim fəqət Sizin lütfünüzədir, 
əfəndim! 


259 
 

 
Naxçıvanda. Miri-möhtərəm, vətəndusti-müəzzəm Məşədi Qurbanəli ağa  Şərifov 
həzrətlərinə təqdimeyi-acizanəm. 
 
Eydi-əzha 1326.
1
 
 
Əfəndim! Məktubunuzu – o səmimiyyətpərvər məktubu keçən gün postadan aldım 
(Xeyir, kantordan aldım). Bəndənizi məs’ud Türkiyənin böyük bayramı ilə, Məclisi-
məb’usan güşadı ilə təbrik ediyorsunuz. Filhəqiqə məs’ud kibiyim, bəlkə də məs’udum, 
fəqət bəhərhal bu məs’udiyyət, bu şərəf şərifovların, sidqilərin tərbiyeyi-nikbinanələrinin 
nəticeyi-şə’şədarı ilə  təşviqati-qiymətdarına racedir. Sizlər ülüvv cənablarınızla pəriyi-
hürriyyət və  mədəniyyətin yüzünü qaplamış o müciç pərdələri, o qaranlıq örtüləri 
yırtdınız, parçaladınız da, təhsili-mə’rifət, ülüvvü əzəmət, məhəbbəti-hüriyyət nə 
olduğunu bana anlatdınız, yoqsa... ilələbəd zəlalət uçrumlarında, cəhalət bataqlıqlarında 
məhv olub gedəcəkdim. Bən daima sizə minnətdarım, əfəndim! 
Unutulmasın da, “bayram təbrikiylə  əllərinizi sıqar,  ərzisəmimiyyətə müsaraat 
edərim”. 
On beş gündə bir Hacı Baba ağa kantoruna getməklə mö’tadam. Hacının Süleyman 
bəy ismində bir böyük oğlu var. Qayət nazik və düşüncəli, fəzilət və kəmalata malik bir 
zati-möhtərəmdir. Bə’zən məktub üçün kantorlarına getdiyim zaman (xüsusi) və başqa bir 
odada müşarileyhlə bir-iki saat söhbət və məhəbbətə baqarız. Keçən gün də bər mö’tad və 
bayram təbriki için kantora getdim, əfəndilərin həpsilə birər-birər görüşdüm. Sonra 
Süleyman bəy Ağa Zeynal ilə bəndəni görüşdürdü və məktubu da verdi. Oquduqdan sonra 
ixlasım Ağa Zeynala bin qat ziyadə artdı, səlamınızı  ərz etdim. Sonra Süleyman bəyin 
nəzakəti-muşikafanəsilə ikinci odaya keçdik, bol-bol, geniş-geniş söhbət etdik. Maşallah, 
eyi cavandır. Pək çapuq islah olunur. Hasili, bizə  həmməslək (?) bir zatdır. Tərəqqiyə 
müstəidd, həqiqətə müştaq bir gəncdir. Bir-iki saət həsbi-hal etdikdən sonra vida edib, 
Hacı  Rəsul ağaya getdim, odada yoq, kart bıraqdım. “Müşarileyhi  şimdiyə  qədər ancaq 
iki-üç dəfə xüsusi görə bilmişəm. Əksəriyyən getdiyim zaman odada bulamam, bulduğum 
zaman da bir qaç həşəratül-ərzlə bulurum 
                                                            
1
 
Miladi 1908
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə