Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə63/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   57   58   59   60   61   62   63   64   65

272 
 
Və böylə sizin yanınıza gəlməyimdə  də  əsla sizə  məmariət etməyəcəyim.  Əgər 
xoşlansanız, bir az yaqın bulunurum. Yoqsa, bir asuri işçisi kibi, işimə  məşğul olurum, 
vəssəlam. Yalnız sizin bana eyiliyiniz küçük bir sərriştə vermək, iki gün yol göstərmək 
olacaqdır. Həndəsənin nəzəriyyatını gördük, əməliyyatını görmək də  fəna deyil. Rus 
lisanında da az-çoq söyləmək və  xırda-mırda işləri yazmaqda zəhmət çəkməm.  Əgər 
təşəbbüs edəcəyim işdə az-maz para lazım olursa, borc-xərc onu da düzəldə bilirim. Hasili 
hər nə şərt icad etsə, çöl həyatına qarşı bəndə bir arzuyi-şədid var. Və böylə yazıb da sizi 
tə’ciz etməkdən məqsəd budur ki, siz də  kəndi məmnuniyyətinizlə  gəlməyimə  cəsarət 
verəsiniz, bir də gətirilməsi lazım olan əşya varsa, mə’lum edəsiniz. Aqarada qaldığım bir 
aylıq çöl həyatı bəni öylə diriltdi ki, mədəni həyatdan bütün-bütünə sıqılmağa başladım. 
Məktubumu aldıqdan sonra bir-iki saət düşünərək  əvvəlimci postadan cəvab 
vermənizi acizanə rica edərim. Fəqət soyuq cəvab versəniz?! 
Çox sıqılacağım. 
 
Qardaşım Əzizə səlam, Cavadı öpürüm. 
Baqi ərzi-ehtiram. 
 
Hüseyn Cavid 
 
MƏHƏMMƏDƏLİ SİDQİYƏ MƏKTUBLAR 
 

 
8 iyul, 1913 
Əzizim Məhəmmədəli! Cənabınızdan etdiyim xahişi, ehtimal ki, unutmamışsın. Bu 
bir neçə gün zərfində  şübhəsiz rahatlanmış  və  oğuluşağı yan-yön eləmişsiniz.  İyulun 
iyirmi-iyirmi beşinə qədər mümkün olsa uşaqlardan birinə zəhmət verib, “Şeyx Sən’an”ı 
yazdırıb göndərsəniz bəni pək ziyadə  məmnun etmiş olursunuz. Hüseyn Minasazov 
cənablarına məxsus ərzi-ehtiram... 
Naxçıvan siz getdikdən sonra pək çoq təbəddülata uğramış. İnsan hava yerinə adəta 
od-alav tənəffüs ediyor. 
Baqi müntəzirim. 
Adres: Naxçıvan 
 
Hüseyn Cavid Rasizadə 


273 
 

 
8 sentyabr, 1913 
Möhtərəm Məhəmmədəli! 
Lütfnamənizi aldım. Iltifatınıza təşəkkür edərim. Lakin və’d etmiş olduğunuz 
kitabçanın tə’xirindən yana cəzaya müstəhəqsiniz. Üzr və  bəhanəniz yerində isə  də, 
tənbəlliyinizi də inkar etməmək mümkün deyil. Nə isə, canın sağ olsun. Bu gün olmasın, 
bir həftə sonra, bir ay sonra olsun... Tiflisə aid uzun-uzadıya yazmaq arzu ediyorumsa da, 
məktəbimizin qarmaqarışıq işləri müsaidə etmiyor. Bir də tənbəllikdə bən də səndən geri 
qalmam. H.Minasazov həzrətlərinə səlam. Həmşirə və validə xanımlara, uşaqlara məxsus 
ərzi-ehtiram. Kitabçayı Paşadan istərim. 
 
Hüseyn Cavid 
 

 
28 oktyabr, 1913 
Möhtərəm Məhəmmədəli!  Əvvələn, bayramınızı  təbrik edərim. Saniyən, sizə 
ismarladığım dəftərçədən bir xəbər yazmanızı rica edərim. Nə oldu, bəradər? Bu məsələ 
İskəndərin zülmətdən abi-həyat bulmasını keçdi! Şübhəsiz meyliniz, fikriniz olsa, onu ələ 
gətirmək bir o qədər də güc bir şey deyil, zənn edərim. Yazılışına gəlincə bir-iki rublə ilə 
hər kəs yazıb Sizə  təqdim edər. Bə  hər hal bu dəfə  cəvab olaraq məktub-filan 
bəkləmiyorum. Yalnız dəftərdən, ağızdan, nerdən olsa məzkur dəftərçəyi istərim, əzizim. 
Anana, həmşirə xanıma və uşaqlara məxsusi səlam. 
 
Hüseyn Cavid 
 
ƏZİZ ŞƏRİFƏ MƏKTUBLAR 
 
30 mayıs, 1916 
Əziz! Məktubunu aldım, təşəkkür edərim. Keçmiş günlərdə, qəzetələrdə bir xəbər var 
idi: “Bakı  ətrafındakı köylərin birində bir çocuq oynarkən, elektrik qüvvəsi daşıyan bir 
dirəyə dırmaşıb çıqar. Fəqət 


274 
 
bir-iki dəqiqə keçməz, bir ana çocuğunu qucağında nasıl atıb-tutarsa, elektrik telləri də 
zavallı çocuğu öyləcə atıb-tutmağa başlar. Seyr edən küçük arqadaşları, onun havada 
teldən-telə atılıb böylə mahiranə  rəqs etməsini görüncə, qəhqəhə ilə gülməyə başlarlar. 
Fəqət o halda çocuğun yanmış vücudu yerə düşüncə, hər kəs böyük bir heyrət içində 
qalır”. 
İştə, məktubunu oqurkən məzkur çocuğu xatırladım. Elektrik telləri onu nasıl havada 
rəqs etdirmişsə, sənin məktubun da son dərəcə gevşəklik və durğunluq keçirən ruhumu, 
öyləcə rəqs etdirməyə başladı. Fəqət bir fərq var ki, elektrik telləri diri və şətarətli çocuğu 
yandırıb məhv etmiş, sənin məktubun isə ölü və yorğun könlümü diriltdi, fərəhləndirdi. 
Məktubunda diyorsun ki, “ümidvarım, köhnə dostluğumuz, yaqınlığımız yadından 
çıqmayıb, yoqsa bu məktubu yazmağa və səni narahat etməyə cəsarət (?) eyləməzdim”. 
Əvət, dünyada bir çoq əzizlərə təsadüf etmək mümkün olsaydı, bəlkə tez unutulurdun, 
fəqət  əfsus ki, təsadüf edilmiyor. “Məktub yazıb bəni narahat etmək cür’ətinə” gəlincə, 
sana qızmamaq, darılmamaq mümkün deyil... Çünki bu kəlmələrdə bir qədər 
rəsmiləşiyorsun. 
Əziz! Məktubunu Rzaya da oqudum. Bə’zi tə’birlərin bizi çoq güldürdü. O da bənim 
qədər sevindi, bənim qədər elektrikləndi. Yenə Rzanın təbiətindən bəhs etmişsin. Sana, 
bana qarşı olmasa da, inan, başqalarına qarşı haqsız deyil... Gözəl və müəttər bir gül 
dikənsiz olmadığı kibi, fəzilətli, müstəid bir insan da qüsursuz olamaz. Fəqət bu qüsur, 
bəncə sənətkaranə bir rəsmin ətrafında gözə çarpan ləkələr qədər təbii görülə bilir. 
Deyəsən çoq uzun getdim, ancaq burasını bilməlisin ki, ya bən, ya Rza hər nə zaman 
səmimi və ruhani bir söhbətdə bulunmuşsaq, o söhbət Əzizsiz keçməmiş, keçəməmiş və 
keçəməz də... Ehtimal ki, bu sözümü cunbulument (kompliment) hesab edərsin. Xayır, 
doğrusu da budur. Istərsən, qəlbinə sor, o sana söylər. 
Atanı  təqdis ediyorsun – “böyük ruhlu qoca”... – deyə,  ən səmimi hissiyyat ilə 
kəndisinə qarşı hörmət bəslədiyini söylüyorsun. Haqsız deyilsin, əzizim, çünki o, 
düşündüyündən daha böyük, daha alicənabdır. Hətta yalnız sən deyil, bən və bənim kibi 
Naxçıvan mühitində yetişmiş  gənclər həp ona qarşı  mə’nəviyyatca mədyuni-şükran 
olmalıdır, iştə bu qədər... 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə