Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə33/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   29   30   31   32   33   34   35   36   ...   65

177 
 
S i m a (diksinərək). Ah, sən buraya haradan girdin? 
İb l i s. Hər yerdən. Hiç bir qapı və divar mənim qarşımda əngəl olamaz. Mən bir anda 
Çin səddindən Eyfel bürcünə uçaram. Gözlərini yumub-açınca, Himalaya dağlarını aşaraq 
Mühit dənizlərini keçərəm. Mən əngin fəzalara dalıb, bir nəfəsdə günəşləri, kəhkəşanları 
dolaşaram. 
S i m a. Sən əfsanələrdənmi doğdun? Yoqsa hər gün bir rola girən artistmisin? 
İb l i s. Əvət, öylə bir artistim ki, hər rolda dahiyanə məharətlə şöhrət buldum. Hər 
səhnədə daima qalib və müvəffəq oldum. Hər işvəkar mənim alavlı  pəncəmdə  qıvrıldı. 
Bütün gözəllər mənim qucağıma atıldı. Lakin sənin gönlün, sənin sevgin hər gün mənə
mənim möhtəris duyğularıma üzüntü verməkdədir. Səni qollarım arasında görmədikcə 
səadətin varlığına inanamayacayam. 
S i m a. Sənin gözlərində xəyanət qıvılcımları parlayır. Əllərində qan ləkəsi var. Çəkil 
buradan, məni yalnız bıraq. 
İb l i s. Nə fərqi var? Mən çəkilsəm başqası gələcək. Hiç bir gönül sənə pərəstişkar 
olmaya bilməz. 
S i m a. Mən sənə nifrət edirəm. 
İb l i s. Nifrətlə məhəbbət bir-birinin əksi olsa da, ifadə etdikləri mə’na birdir. 
S i m a. Sən hər gün rəngini dəyişdirən canbaz bir feyləsofsun. 
İb l i s (gülərək). O hansı fəlsəfədir ki, daimi və sabit olsun? Dünyada hər şey dönüb 
dolaşır, biz də bərabər. Bütün həyat aqıb dəyişir, biz də içində. 
S i m a. Sən şər elçisi, fəlakət bayquşusun! 
İb l i s. Unutma ki, hər şərri bir xeyir izlər. Hər səadət bir fəlakətlə qiymətlənir. Təzad 
həyatın ahəngidir. Bizə gülümsəyən hər bahar dəhşətli bir qışdan doğar. Qaranlıq gecələr 
olmasaydı, gözləri oqşayan yıldızlar bunca sevilməzdi.  Şübhə yoq ki, sən də o parlaq 
yıldızların ən sevimlisi, ən gözəlisin. 
S i m a. Yetər! Bu sözləri  şairlər o qadar çeynəmiş ki, artıq qulaqları  tırmalayır, 
eşidənlərə usanc verir. 
İb l i s. Əvət, hiç yanılmayırsan, munis və səmimi hərəkətlər şairanə sözlərdən daha 
dəyərlidir. (Qollarını açaraq yaqlaşır) Gəl, yaqın gəl, bir kərə də olsa... 


178 
 
S i m a (onun sözünü yarıda kəsərək). Yaqlaşma! Sənə baqdıqca qəlbimə atəşli 
dikənlər sancılır. 
İb l i s. Atəşsiz yaşayış olmaz. Mən öz atəşimlə səni aşılamaq istəyirəm. 
S i m a. Uf, yürəyim patlayacaq, haydı, çıq buradan! Çıq, gözüm görməsin. 
İb l i s. Təlaş etmə! Mən çıqsam da başqası girər. Günəş batdığı yerdə yalnız 
qaranlıqlar çökər. (Masa arqasında durduğu halda yavaşyavaş enərək görünməz olur) 
S i m a (şaşqın). Nə dəhşətli mənzərə!.. Mən rö’yamı görürəm? 
 
Bu sırada başdan-ayağa qara örtünmüş, əlləri silahlı dört adam girər. 
 
B i r i n c i q a r a g e y i m l i. Gəliniz, o burada. 
S i m a. Ah, siz kimsiniz? Nə istəyirsiniz? 
İk i n c i q a r a g e y i m l i. Sənin ölümünü! (Əllərində revolver nişan alırlar
Ü ç ü n c ü q a r a g e y i m l i. Durun, o mənim əlimdə həlak olacaq. 
D ö r d ü n c ü q a r a g e y i m l i. Xayır, o bizimlə bərabər gedəcək. 
B i r i n c i q a r a g e y i m l i. Haydı, fürsəti qaçırmayalım. (Hücuma hazırlanır
S i m a. Toqunmayın, mənə toqunmayın! 
B i r i n c i q a r a g e y i m l i. Bağırma, sus! 
İk i n c i q a r a g e y i m l i. Sənin hər parçan bir əldə olacaq. 
D ö r d ü n c ü q a r a g e y i m l i. Incitməyin, o təslim olacaq. 
Ü ç ü n c ü q a r a g e y i m l i. Mərhəmət zəiflikdir. 
X i d m ə t ç i q ı z (qapı arasından baqar, təlaş ilə). Ah, dəhşət!.. (Geri dönər
Ü ç ü n c ü q a r a g e y i m l i (əlindəki iri bıçağı Simanın köksünə saplamaq istər). 
Onu mən susdurmalıyım. 
D ö r d ü n c ü q a r a g e y i m l i (mane olurkən). Toqunmayın, yazıqdır. 
 
Gözilə “Vur” işarəti verir, hər yandan hücum edərlər. 
 
S i m a. Alçaqlar, vicdansızlar!.. 


179 
 
B i r i n c i q a r a g e y i m l i (revolverlə qorqudur). Kəs səsini! 
(Deyə yaqalayıb boğmaq istərlər) 
S i m a (acı fəryad ilə). Ah, can qurtaran yoqmu? 
T u n c ə r (yoldaşlarilə bərabər içəri soqularaq). Oh, qatillər! Uğursuzlar!.. Durun, 
kimsə yerindən tərpənməsin!.. Hiç birinizə qurtuluş yoqdur. (Simayı  əllərindən alaraq
Sima! Sevimli dilək pərisi!.. (Yoldaşlarına) Açın bunların kirli maskalarını! (Birər-birər 
açarlar.  Tuncər kinayəli səslə)  Əvət bəlli, bu italyan dostumuz!.. Bu da yopon 
nümayəndəsi!.. Bu da əli bıçaqlı alman!.. Bu da... sülhü sevən ingiliz lordu!.. (Onları 
üstdən-aşağı süzərək) Nə  şərəfsizlik! Hiç utanmadınızmı?  İnsan böylə  mə’sum qıza 
qıyarmı? Sizdə  nə  mərhəmət var, nə  də vicdan. (Yanındakılara) Haydı! Bağlayın 
qollarını! (Bağlarlar) 
 
Bu halda Sovet nümayəndəsi qapı arasında görünür. Kimsə onun gəldiyini sezməz. 
 
L o r d. Bağlayın, məndə bir suç yoq. (Yoldaşlarını göstərir) Bunların tə’sirinə 
qapıldım. 
T u n c ə r. Onu sonra mühakimə edərik. 
L o r d. Simaya sorunuz, mən onu qorumaq istədim, qurtarmaq istədim. 
T u n c ə r. Sonra baqarıq, eşitmədinmi? 
L o r d. Öylə isə protesto edirəm. 
T u n c ə r. İmdi protestoya baqan yoqdur. 
S i m a (təlaş ilə). Tuncər! Bunlara nə cəza veriləcək? Ölümmü? 
T u n c ə r. Ölümdən daha ağır, daha dəhşətli bir cəza varmı? 
S i m a. Saqın, hiç birinə toqunulmasın. Mən yalnız o könüllərə vurğunum ki, qan 
izini yer yüzündən silsin, silə bilsin. Açın qollarını, hamısını azad bıraqın. 
T u n c ə r. Əsla mümkün deyil. Biz bunlara öz əllərimizlə cəza verməliyik. 
S o v e t n ü m a y ə n d ə s i (iləri gəlir). Xayır, siz deyil, onlar... Bəli onlar... Hər 
ölkənin  əzənləri və  əzilənləri var. Bizim intiqam təktək insanların deyil, milyonların 
intiqamıdır.  (İtalyan diplomatının qolundan tutaraq italyan qiyafətli bir işçi ilə bir 
təyyarəçiyə verir) 
Alınız, bu siz italyanların!..  (Alman diplomatını alman tipli bir əskərlə, bir topçuya 
verir) Bu da siz almanların!.. (Yapon diplomatını yapon 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə