Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

99 
 
X ə r a b a t i 
 
(dəstiyi Müftiyə uzadır) 
 
Al bir az sən də iç. 
 
M ü f t i 
 
(əsa ilə vurur) 
 
Azğın heyvan! 
 
(camaata) 
 
Qətli vacibdir, o tüğyan eylər, 
Çıldırıb Tanrıya isyan eylər. 
 
N a i b 
 
Küfr edib dursa, əvət, məl’unlar, 
Yağacaq zəlzələlər, taunlar. 
 
M ü f t i 
 
Böylə mürtəddi yaşatmaq yaramaz. 
 
N a i b 
 
Vurun ölsün! 
Xərabatinin boğazını yaqalar. 
 
X ə r a b a t i 
 
Bıraq!.. 
 
C a m a a t 
 
Alçaq, haylaz! 
 
(Vurub yandakı uçuruma düşürərlər) 


100 
 
 
N a i b 
 
(yerdən bir daş alıb atar) 
 
İştə al! 
 
C a m a a t 
 
Sus da, gəbər! 
 
M ü f t i 
 
Oh, miskin! 
Bu da az böylə ədəbsizlər için. 
 
Namazgaha keçərlər, içəridə “Allahu əkbər” səsi yüksəlir

 
B i r i n c i m ə z a r ç ı 
 
(arqadaşına) 
 
Haydı, gəl, gəl bəri, başlandı namaz. 
 
İk i n c i m ə z a r ç ı 
 
Gedəlim, feyz alalım biz də bir az. 
 
Əldəki qazmaları bıraqıb onları izlərlər. Xəyyam dalğın bir halda Saiblə bərabər 
gəlir. Sevdanın mərmər daşlı məzarı qarşısında durur. Saib saqsıdakı yeni açmış 
“həmişəbahar”ı məzar üzərinə qoyub geri çəkilir. 
 
X ə y y a m 
 
(ətrafı süzərək) 
 
İştə, ən sevgili şən dostlarımız 
Qara topraqda uyur yapyalınız. 
Gülməz artıq o gülümsər yüzlər, 
Bizə küskündür o munis gözlər. 
Hanı Sevda, o bənim göz bəbəyim? 
O bənim sevdiciyim, şən çiçəyim? 


101 
 
 (fidandakı qönçələri oqşayaraq) 
 
O yetişdirdi bu tər qönçələri, 
Bunlar olmuş onun əyləncələri
Bu çiçək solsa da bir gün güləcək, 
Nazlı Sevdaya nə mümkün gələcək?! 
Uyuyub qaldı, onun həsrəti çoq, 
Bu amansız gecənin gündüzü yoq! 
Parlayıb söndü qaranlıqlarda, 
Bir xəyal oldu, nə səs var, nə səda. 
 
S a i b 
 
Pək gecikdik, gedəlim. 
 
X ə y y a m 
 
Azca dayan. 
 
S a i b 
 
Sizi üzməkdə təəssür, həyəcan. 
 
X ə y y a m 
 
Bəni üzmüşsə təəssür, həyəcan, 
Onu didməkdə məzarında çiyan. 
 
(göz yaşını silərək) 
 
Bana göz yaşları işgəncə verir, 
Onu əqrəb və yılanlar gəmirir. 
Bəni boğmaqda qaranlıq bir hal... 
Gəmirir beynimi bin dürlü xəyal. 
Qaradır gördüyüm əlvan əşya... 
Qara yer-göy, qaradır rəngi-ziya. 
Of, qaranlıq şu bəyaz mərmər də
Nazlı, məqbərdə yatan dilbər də. 


102 
 
 (göyə baqaraq) 
 
Yaslı gəlməkdə bulutlar da bana, 
Bənziyor sevgilimin saçlarına. 
Baq, günəş daldı qaranlıqlarda, 
Sanki məqbərdə gülümsər Sevda. 
O fəzalar belə müzlim pərdə, 
Bir ədəm dalğası var hər yerdə. 
Həp qaranlıqdır, əvət, sirri-həyat. 
Qoca Xaliq də qaranlıq, heyhat!.. 
 
Düşüncəyə dalar. Müfti yanındakılarla çıqar, dinlər. 
 
M ü f t i 
 
İştə, Xəyyam, o sapıtmış insan, 
Püskürür göylərə nifrət, isyan. 
 
N a i b 
 
O da ölsünmü? 
 
M ü f t i 
 
Xayır, şimdi xayır... 
Öncə Bağdad ilə uzlaşmalıdır. 
Az deyil çünki tərəfdarı onun, 
Həm Məlikşah ona az-çoq məftun. 
 
N a i b 
 
Böylə fürsət bulunur sanma, xocam. 
 
M ü f t i 
 
Dur, gələn vardır. 
 
N a i b 
 
(dönüb baqar
 
Əvət, Xacə Nizam. 


103 
 
Uzaqda karvan çanları səslənir, bir taqım hökumət ərkanı ilə Xacə Nizam yaqlaşırlar

 
X a c ə N i z a m 
 
İştə Xəyyam, o xəzandidə bahar... 
 
X ə y y a m 
 
Çoq gecikdimmi? 
 
X a c ə N i z a m 
 
Əvət, şübhəmi var? 
Bəkliyor çünki Məlikşah, əl’an, 
Yola düşməkdə Hicazə karvan. 
 
X ə y y a m 
 
Gedəlim, bəncə bu təbdili-həva 
Verəməz könlümə bir zərrə səfa. 
 
(gələnlərin arasında Saqiyə də bulunur) 
 
Əcəba sən niyə gəldin, çiçəyim? 
 
S a q i y ə 
 
Gəlmişim bən də bərabər gedəyim. 
 
X ə y y a m 
 
Yol uzaqdır, üzülürsün, yavrum. 
 
S a q i y ə 
 
Etməyin söhbətinizdən məhrum. 
 
X ə y y a m 
 
Evə dön, qayğıya yol vermə yenə
Munis ol bağçamızın güllərinə. 


104 
 
Oqşa ən sevgili həmşirə kibi, 
Yaşar onlarda da Sevda qəlbi. 
Gözü yaşlar dolu hər tazə çiçək 
Səni, yoq şübhə, salamlar gülərək. 
Seç, bəyən hansına etdinsə məraq, 
Hər səhər incə dəmətlər yaparaq
Bu yatan sevgili nakama gətir, 
Söylə, öksüzlərinin töhfəsidir. 
 
S a q i y ə 
 
Öksüzüm bən də, qırılmış qanatım, 
Getmə mümkünsə. 
 
(Ağlar) 
 
X ə y y a m 
 
Aman, evladım! 
Gözlərindən saçılan incilərin 
Qalacaq izləri qəlbimdə dərin. 
Ətrafda coşğun musiqi 
 
X a c ə N i z a m 
 
İştə, xaqan yola çıqmış, gedəlim. 
 
X ə y y a m 
 
(Saqiyənin alnından öpər) 
 
Əlvida... Ağlama, yavrum, gözəlim!.. 
 
(Uzaqlaşırlar) 
 
Pərdə 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə