154
K a s t i l y o. Ema! Yetər, aradan nələr keçdi? Nə oldu sana?
E m a. Nə olacaq? Qarayı gördün də ağı unutdun. Anlat görüm üç gündür haradasın?
K a s t i l y o. Gecə-gündüz qışlada məşq edirik.
E m a. Olsun, bir gəlib aramaq, sormaq yoqmu?
K a s t i l y o. Sən bilirsən ki, vətən eşqi və vətən qurtuluşu hər şeydən yüksək və
müqəddəsdir.
E m a. Olsun, mən də vətənin bir üzvü, bir parçası, bir yavrusu deyilmiyim?
K a s t i l y o. Vətən anadır. Bütün sevgilər ana məhəbbəti qarşısında sönük qalır.
E m a. Bilirəm, məndən soğumuşsun. ( Əlilə itər) Get, get, yolundan qalma!
R ə’ n a. Nə tuhaf!.. Həm sevişir, həm çəkişirlər.
İb l i s. Baqma, çəkişmək də sevişmənin bir nevidir. ( Ağac dibindəki sıra üzərində
otururlar)
K a s t i l y o ( xəstəxanəyə girmək istəyən Emaya). Getmə, dur!
E m a ( nazlanır). İstəməm, xayır.
K a s t i l y o (qolundan tutaraq). Bəri gəl! Çocuqluq, dəlilik yetər!
E m a (cibindən kiçik bir revolver çıqarır). Sus, bir də böylə təhqir etsən, özümü
öldürrəm. Bilirsən ki, imdi insanların bir qurşun qadar dəyəri yoqdur.
K a s t i l y o. Anladım, əvət, anladım. Çocuq da mənim, dəli də, oldumu?
E m a (şən və oynaq). Baq böylə!.. Bu cəvab xoşuma getdi.
K a s t i l y o ( onun əlini sıqaraq). Bağışla, çoq gecikdim. ( Getmək istər)
E m a. Dur, sözüm daha bitmədi. Nevbətdən sonra anamın yanına uğrarsın, saqın
unutma!
K a s t i l y o. Niçin? Gərəkli bir işmi var?
E m a. Səninlə toy haqqında danışacaqdır.
K a s t i l y o. Bilirsən ki, yerimiz dardır, geniş oda bulayım da sonra.
E m a. Lazım deyil, bizə köçərsin, bu günlərdə evlənməliyik, vəssalam!
K a s t i l y o. Nə olmuş canım, dünya dağılmadı ki!?
E m a ( ayağını yerə vuraraq). Mən öylə istərəm, eşitdinmi? Anam kimsəsizdir, tək
başına bıraqmaq olmaz.
155
K a s t i l y o. Çoq gözəl, haydi gəl səni bir daha qollarım arasına alayım. ( Qucaqlayıb
öpür. Xızlı adımlarla uzaqlaşır)
Bu sırada qucaqları – kağızlara sarılmış konserv, şəkər, çay, bisküvi və başqa şeylərlə
dolu bir yığın qadın, erkək qarşıdakı evdən çıqarlar
.
E m a. Natella!.. Natella!.. (Deyə, onların arasındakı gənc qadına doğru qoşar,
öpüşürlər)
N a t e l l a. Ema! Necəsin, gülüm?
E m a. Yaqşıyım, sənin keyfin?
N a t e l l a. Çoq şükür.
E m a ( uzaqlaşan nişanlısını çağırır). Kastilyo, Kastilyo!
K a s t i l y o ( geri dönər). Nə var, Ema?
E m a. Yolunuz birdir, Natellaya yardım et!
N a t e l l a. İstəməz, zəhmət çəkməyin.
K a s t i l y o. Ver, ver! Hiç bir zəhməti yoq. (Şeylərin yarısını alır)
Ee... e nə bolluq canım!? Bunları sizə kim paylayır?
E m a. Kim paylayacaq?.. Bizimkilər!
K a s t i l y o. Yenə müəmma söyləyirsən.
N a t e l l a. Xayır, müəmma deyil. Bu şeylər cihan proletarları tərəfindən bizə
hədiyyədir. Həm də çoq qismi böyük Sovetlər İttifaqından göndərilmiş.
E m a ( şən və öyünürcəsinə). Əvət biz yardımsız və kimsəsiz deyilik. ( Natellaya)
Bağışla, unutdum. Çocuq hanı? Evdə yalnızmı bıraqdın?
N a t e l l a. Xayır, yalnız deyil, anamla xəstə qardaşım bizdədir.
K a s t i l y o. Ərin harda?
N a t e l l a. Madrid altında pulemyot başında.
İb l i s. Acıyın bizə, Allah eşqinə yardım edin.
E m a. Siz kimsiniz?
İb l i s. Talesiz bir professor!.. Gözlərim zəhərli qaz və başqa kimya təcrübələrində
kor olmuş.
N a t e l l a. Uf, bilməm bu alimlər zəhərli qazlarilə, yaqıcı makinalarıyla insanlardan
nə istəyirlər.
K a s t i l y o. Onların bir çoq kəşfiyyatı bəşəriyyəti umulmaz vəhşiliyə,
qorqunc fəlakətlərə sürükləyir.
İb l i s ( dərindən ah çəkərək). Əvət, yavrum, bizim elmimiz cəhalət qadar iyrənc və
uğursuzdur. Ona görə də Allah məni öz əlimlə cəzalandırdı. Uf, lə’nətlər olsun mənim
taleyimə!
156
N a t e l l a. Keçmiş artıq, üzülmək yersizdir. ( Rə’nayı göstərir) Bu kimdir?
İb l i s. Qızımdır. Bizə sığınacaq yer verin.
K a s t i l y o (g ülərək). Yerimiz olsaydı toyumuzu beş gün əvvəl yapardıq.
E m a ( sinirli). Sözü çeynəmə, dedim a, bizə köçərsin, vəssəlam!
N a t e l l a. Gedəlim, çocuq acdır.
K a s t i l y o. Haydi, haydi! ( Sür’ətli adımlarla uzaqlaşırlar)
E m a. Uğurlar olsun! ( Əlini dodaqlarına götürür) Natella! Unutma, körpəciyəzi
mənim yerimə də öpərsin.
N a t e l l a. Yaqşı, gülüm, yaqşı.
R ə’ n a. Uf, səbrim tükəndi, Arif harda?
İb l i s. Üzülmə, bu saat gəlib çıqar.
E m a ( beş-altı adım yürür, yana). Bəlkə bunlar acdır. ( Dönüb yaqınlaşır) Professor!
Yeyib-içməyə ehtiyacınız yoqmu?
İb l i s. Xayır. ( Rə’naya) Bəlkə sən bir şey istərsin.
R ə’ n a. Bir parça əkmək olsaydı...
E m a ( onu xəstəxanəyə götürür). Gəliniz, yaqşıca makaron şorbası da var.
İb l i s. Get, qızım, mən burdayam. ( Gedərlər)
Birinci, ikinci, üçüncü və dördüncü şeytan ortaya fırlayaraq İblisə qarşı əyilirlər.
H a m ı s ı b i r d ə n. Salam böyük ustamıza!
İb l i s ( qıvılcımlar saçan gözlərini açaraq). Nə var, nə xəbər?
B i r i n c i ş e y t a n ( alman tipli). Ən parlaq müjdələr!.. Mən Hitler Almaniyasını
dolaşdım, özümüzə bir çoq məsləkdaş qazandırdım. Oradakı əməkçilərdən başqa hər kəs
qan-qan – deyə qızmış canavar kibi dünyaya meydan oquyurlar.
İb l i s. Alqış sana, alqış səndəki baş-qulağa!
B i r i n c i ş e y t a n. Halbuki sən mənə başarıqsız, yaramaz deyirdin.
İb l i s. İncimə, quzum, pişik balasını sevdiyindən dişlər.
B i r i n c i ş e y t a n ( əyilir). Təşəkkür edirəm. Çoq lütfkarsınız.
İb l i s. Haydi, sən yenə Almaniya tərəflərinə dön, hiç bir zaman iş başından ayrılma!
B i r i n c i ş e y t a n. Göz üstə, baş üstə! ( Hoplayaraq uzaqlaşır)
İb l i s ( yapon qılıqlı ikinci şeytana). Ehe, sən burada nə gəzirsən?
Dostları ilə paylaş: |