İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 

65 


də  hələ  o  zaman  bilmirdilər  ki,  alkaloidlər  turşular  ilə  birləşib, 

duzlar da əmələ gətirirlər. 

Zəkəriyya Ər-Razinin kimya elmi ilə bu qədər yaxından məş-

ğul  olması  tibbdə  mürəkkəb  dərman  maddələri  alınmasına  kömək 

edir. Kimya elmini yaxından bildiyi üçün toksikologiya elmini yara-

dır.  Əbu  Abdulla  Cabir  ibn  Həyyan  əd-Əzdi  əs-Sufinin  (721-815) 

maddələrin  dozası  haqqında  təliminin  burada  rolu  böyükdür.  Elə 

Əbu  Abdulla  Cabirin  işləri  nəticəsində  müasir  elmdə  geniş  tətbiq 

olunan “Çəki daşları”, “Ölçü vahidləri” haqqında təsəvvür yaranır. 

Zəkəriyya  Ər-Razinin  fizika  haqqında  da  işləri  böyükdür.  O, 

Demokritin  atomlar  haqqında  nəzəriyyəsini  inkişaf  etdirərək  yazır; 

“Düzdür bütün maddələr kiçik atomlardan əmələ gəlir, lakin hər bir 

atomun  özünün  müəyyən  çəkisi  və  bəlkə  də  müəyyən  tərkib 

hissələri vardır”. 

Bağdad  Akademiyasının  nəzdində  böyük  kitabxanalar  ilə 

bərabər  rəsədxanalar,  fiziki  və  kimyəvi  laboratoriyalar,  böyük 

klinikalar  var  idi.  Orada  ən  böyük  klinikanı  təşkil  edib,  ona 

rəhbərlik edən Zəkəriyya Ər-Razinin özü idi. Maraqlıdır ki, klinika-

da eksperimental laboratoriyalar mövcud idi. Burada iki yüzdən çox 

elmi işçi fəaliyyət göstərirdi. Bağdad Akademiyasının tibb fakültə-

sinin  nəzdində  daima  fəaliyyət  göstərən  həkimlərin  təkmilləşməsi 

uçun xüsusi kurslar var idi. 

İlk  dəfə  Bağdad  Akademiyasında  Cəbr  elmi  yaranır 

(“Alqebra” yəni “əl Cəbr”). 

Qiyasəddin  Əbu  əl-Fəth  Ömər ibn  İbrahim Xəyyam  Nişapuri 

(Ömər Xəyyam 18.05.1048-04.12.1131) bunun ardınca ilk növbədə 

Cəbr ilə həndəsənin əlaqəsini yaxından öyrənir. Xəlifə Məmun Mə-

həmməd ət-Tusinin dövründə dahi alim Əbu Əbdullah bin Musa əl 

Xarəzmi (780-850) özünün məşhur “Cəbr” adlı əsərini yazır. Bu ki-

tab illər boyu Şərq də və Qərb də bu elmin öyrənilməsi üçün mənbə 

sayılırdı. 

Tibbə  aid  burada  əmələ  gələn  yeni  elm  sahələrindən    dər-

manlar  haqqında  olan  təlimlərin  əczaçılıq  və  dərmanşünaslığa  bö-

lünməsidir. Hansı ki, müasir tibb də hakimdir. 




 

66 


Bağdad Akademiyasının nəzdində ilk dəfə olaraq tərcüməçilər 

məktəbi  yaranır.  Bu  məktəbin  əsas  vəzifəsi  müxtəlif  ölkələri 

gəzmək, orada olan elmin ayrı-ayrı sahələrinə aid əsərləri tapmaq və 

onları ərəb dilinə tərcümə etməkdən ibarət idi. 

Bağdad  Akademiyası  yaranan  kimi  əvvəllər  Ənuşirəvana 

yaxınlaşan böyük yunan alimləri bu akademiyaya üz tutdular. Eyni 

halda bu akademiyanın özündə də elmin müxtəlif sahələrində bütün 

dünyada  məşhur  olan  Əbu  Yusif  Yaqub  ibn  İshaq  ibn  Səbbah  əl-

Kindi  (801-873),  Əbu-Əla  əl-Maari  (979-1058)  və  digər  filosof  və 

alimlər yetişmişdi. 

X  əsrin  sonunda  Abbasilər  sülaləsinin  dağılması  nəticəsində 

Yaxın və Orta Şərqdə Samanilər və Qəznəvilər dövləti yaranır. Be-

ləliklə,  elmin  mərkəzi  və  Akademiyalar  tarixi  zərurətdən  bu  tərəfə 

köçür.  Bu  dövrdə  Buxara,  Səmərqənd,  Nişapur,  Mərv,  Xarəzm, 

Dəməşq,  Bəsrə,  İsfahan,  Rey,  Həmədan  dünyanın  elm  və 

mədəniyyət mərkəzlərinə çevrilirlər. Həmin şəhərlərin akademiyala-

rının  nəzdində  böyük  kitabxanalar  mövcud  idi.  Məsələn,  Okbatan 

Akademiyasında  65  mindən  çox  kitabın  olması  qeydə  alınmışdır. 

Bu Akademiyalarda fəaliyyət göstərən Zəkəriyya Ər-Razi, İbn Sina, 

İsmayıl  Cürcani,  kimi  tibbin  klassik  alimləri  ilə  bərabər  dahi 

şairlərdən  Əbülqasım  Firdovsi  (935-1020),  Əbu  Abdullah  Cəfər 

Rudəki  (860-941),  Xaqani  Şirvani,  Nizami  Gəncəvi,  Sədi  Şirazi 

(1184-1282), Cəlaləddin Rumi (Mövlanə – 30.09.1207-17.12.1273), 

Hafis Şirazi (1325-1389/1390) və elmin müxtəlif sahələrinə qulluq 

edən Əbu Nəsr Fərabi (873-951), Əbu Muin Nasir Xosrov ibn Faris 

əl-Kabadyani  əl-Mərvəzi  (1004-1088),  Əl-Biruni  Əbu  Reyhan 

Məhəmməd  ibn  Əhməd  (04.09.973-09.12.1048),  Əbu  Həmid  əl-

Qəzali  (1058-1111),  Məhəmməd  ibn  Rüşd  (1126-1198),  İbn  Zöhr 

və  başqalarının  böyük  xidmətləri  olmuşdur.  Bu  alimlərin  əksəri 

yunan  dilini  bilib,  antik  dövrünün  alimlərinin  əsərləri  ilə  yaxından 

tanış idilər. Əsərlərinin əsas xüsusiyyətlərindən biri elmin bütün sa-

hələrində,  fəlsəfədən  geniş  istifadə  etmək  idi.  Maraqlıdır  ki,  bu 

alimlər müasir elmin yeni sahələri haqqında da öz fikirlərini söylə-

mişlər. Məsələn Nasir Xosrov  öz əsərlərində kibernetikanın mahiy-




 

67 


yətini  çox  gözəl  qeyd  edir;  “Qanun-qaydalıq  əlbəttə  qanun  qayda-

sızlıqdan yaxşıdır. Amma qanun qaydasızlıq olmasa, qanun qayda-

lıq  yaranmaz.  Həyatda  baş  verən  hadisələr  hamısı  təkamülə  doğru 

gedir. Hər bir yarımçıq, potensial olaraq tamlıq deməkdir”. 

Orta  Asiya  Akademiyalarına  başçılıq  edən  alimlərdən  də  ilk 

növbədə Fərabi, İbn Sina, İsmayıl Cürcani,  Əbu Reyhan Biruni və 

bir çox digərlərini göstərmək lazımdır. Bunların sırasında İbn Sina-

nın əsərləri bütün dünyaya məşhurdur. İbn Sinanın müxtəlif Akade-

miyalarda  öz  davamçıları  ilə  elmin  ayrı-ayrı  sahələrində  apardığı 

mübahisələr haqqında bir sıra miniatürlər bizə gəlib çatmışdır. 

İbn  Sinanın  ən  yaxşı  tələbələrindən  olan  Bəhmənyar  öz 

əsərlərində  ruh  ilə  cismin  vəhdətinin  qanuna  uyğunluqlarından 

danışır.  Bu  alimlərin  hamısı  yunan  dilini  yaxşı  bilirdilər  və  yunan 

alimlərinin əsərlərini tərcümə etmişlər. 

Əl-Farabinin elmlər haqqında təsnifatı hələ indi də aktualdır. 

Əbu Reyhan Biruninin “Minerologiya” və “Farmakoqnoziya” 

haqqında əsərləri gələcəkdə bu elmlərin inkişafına yaxından kömək 

etmişdir. Bu alim demək olar ki, elmin tarixinin əsasını qoymuşdur. 

Orta  əsrlərdə  Azərbaycanda  yerləşən  Akademiyalardan 

Şamaxı, Təbriz, Ərdəbil, Marağa, Urmiya və s. göstərmək olar. 

Şamaxı Akademiyasını ilk növbədə qeyd etmək lazımdır. Ona 

görə ki, bu Azərbaycanda ilk Akademiya sayılırdı. Onu təşkil edən 

məşhur  Azərbaycan  həkimi  Kafiyyətdin  Ömər  ibn  Osman  idi.  O, 

özü həkim olduğu üçün akademiyanın nəzdində böyük tibbi məktəb 

təşkil etmişdir. Orada bir çox xarici  alimlər  də işləyirdilər. Hal-ha-

zırda  Şamaxının  yaxınlığında  olan  Məlhəm  kəndi  həmin  Akade-

miyanın dərmanlarını hazırlayan əsas yer idi.  

Ömər ibn Osman xarici mühit amillərinin insanın fiziologiya 

və patologiyasında öyrənilməsinə çox geniş yer verirdi.  

O,  Aristotel  və  Platonun  fəlsəfəsi  ilə  yaxından  tanış  olub, 

onların  fəlsəfəsinə  tənqidi  yanaşmaqda  qardaşı  oğlu  Xaqaniyə 

kömək edirdi. 

Ömər  ibn  Osmanın  təşkil  etdiyi  akademiyanın  nəzdində  tibb 

ilə  əlaqədar  kimyaçılar  da  fəaliyyət  göstərirdilər.  Ömər  ibn  Osman 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə