İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

 

71 


Razinin  işlərində  maddənin  mahiyyəti,  onun  atomları,  De-

mokritin fikirlərinin inkişafı zaman və məkan haqqında təsəvvür və 

s. məsələlər barədə məlumat vardır. 

Göründüyü  kimi  orta  əsrlərdə  Şərqdə  geniş  yayılmış  fəlsəfi 

təlim  bir  çox  elmlərin  inkişafına  kömək  etmişdir.  Təbiidir  ki, 

bunların  içərisində  tibb  ən  mühüm  yeri  tutur.  Lakin  fizika  və 

kimyanın  inkişafında  da  fəlsəfənin  rolu  az  deyildir.  Orta  əsrlərdə 

Şərqdə inkişaf etməyə başlayan əl kimyaya bəzən Qərbdə necə bir 

yalan, falçılıq ilə məşğul olan bir sahə kimi baxırdılar, lakin bu heç 

də belə deyildir. “Əl” ərəb artikli olub, əl kimya isə kimya demək-

dir.  Elə  əl  kimyaçıların  nailiyyətlərinin  nəticəsidir  ki,  ilk  növbədə 

kimyəvi  maddələrin  qovma  və  ekstraksiya  yolu  ilə  alınması  müm-

kün  olmuşdur.  Müasir  elmlərin  müxtəlif  sahəsində  geniş  tətbiq 

olunan filtrasiya, distilyasiya, su hamamı  və başqa metodlar hazır-

lanmışdır. İlk növbədə Şərq də ki, əl kimyaçılar Avropada olan dini 

və  mistik  xarakter  daşıyan  əl  kimyaçılardan  fərqli  olaraq  bir  çox 

yeni  kimyəvi  maddələrin  alınması  və  onların  təsirinin  öyrənilmə-

sində yeniliklər əldə etmişlər. İlk növbədə burada distillə edilmiş su, 

azot və kükürd turşuları, civə və kükürd birləşmələri, müasir tibbdə 

geniş tətbiq olunan alkoloidlər, qlikozidlər, göy zac adı ilə məşhur 

olan dəmir sulfatı, talk və başqa maddələr alınırdı. Mis, gümüş, qızıl 

və  s.  elementlərin  təsnifatı  verilirdi.  Bu  işlərin  hamısının  meydana 

gəlməsində  ən  çox  zəhməti  olan  Zəkəriyya  Ər-Razi  və  onun 

tələbələri idi. Alimin 200-dən çox elmi əsəri kimya və tibbə aiddir. 

Xəstəliklərin diaqnostika və müalicəsində də Şərq alimlərinin 

rolu böyükdür. İlk növbədə onlar bəzi xəstəliklərin diferensial diaq-

nostikasını  aparmışlar.  Xəstəliklərin  gedişində  baş  verə  bilən  böh-

ranların  öyrənilməsi  və  onların  qarşısının  alınmasında  bu  alimlərin 

əsərlərində  geniş  məlumatlar  vardır.  Xəstəliklərin  mərhələləri  üzrə 

müalicənin  xüsusiyyətlərinə  fikir  vermişlər.  Demək  olar  ki,  ilk 

növbədə  Razi  uşaq  orqanizminin  xəstəlikləri  və  müalicəsinin 

xüsusiyyətləri  üzərində  ətraflı  dayanmaqla  pediatriyanın  əsasını 

qoymuşdur. Yaraya tikiş qoymaq üçün qoyun bağırsağından istifadə 

edilməsi ilk dəfə Razi tərəfindən irəli sürülmüşdür. 




 

72 


Elə İbn Sina, Nasir Xosrov, Fərabi, İsmayıl Cürcani, İbn Rüşd 

və  bir  çox  digər  məşhur  filosofları  da  Razinin  bu  sahədə  davam-

çıları hesab etmək olar. 

Bu alimlər sırasında əlbəttə Ər-Razi və İbn Sinanın fəlsəfənin 

başqa  elmlər  ilə  əlaqəsinin  öyrənilməsində  rolları  olduqca  böyük-

dür.  Elə  onun  300-dən  artıq  əsərlərindən  180-i  fəlsəfəyə  aid  idi. 

Bunların  içərisində  onun  “Şərq  fəlsəfəsi”  adlı  böyük  kitabı  diqqəti 

daha  çox  cəlb  edir.  İbn  Sinanın  tamamilə  fəlsəfi  məsələlərə  həsr 

olunmuş  “Şəfa”  kitabı  18  cilddən  ibarətdir.  Burada  fəlsəfə  ilə  əla-

qədar  məntiq,  fizika,  kimya,  riyaziyyat,  astronomiya,  biologiya, 

fiziologiya hətta musiqi və bir çox elmlərin nailiyyəti işıqlandırılır. 

Fəlsəfi  “Şəfa”  kitabında  da  tibbi  fikirlər  çoxdur.  Bu  əsərdə 

hissiyyatın səkkiz növ olması göstərilir. Müasir tibbə isə hissiyyatın 

beş  növü  məlumdur.  Təəssüf  ki,  bu  qədər  böyük  və  fundamental 

əsər hələlik heç bir dilə tərcümə olunmayıb, ona görə nəinki geniş 

oxucu kütləsi, hətta müxtəlif ixtisas sahiblərinə belə məlum deyil. 

Fəlsəfəyə  aid  İbn  Sinanın  “Nicat”  kitabında  üç  hissə  məntiq, 

fizika və metafizikadan ibarətdir. Hələ 1501-ci ildə bu kitab ilk dəfə 

olaraq  latın  dilinə  tərcümə  olunmuşdur.  Dərin  fəlsəfi  fikirlər  İbn 

Sinanın  “Daneşnameyi  əlai”  (“Bilik  kitabı”)  və  “Risalei  nəfs” 

kitablarında və bir sıra digər başqa əsərlərində də vardır. 

Əbu  Əli  İbn  Sina  müxtəlif  elmlər  ilə  yaxından  tanış  olduğu 

üçün  özü  də  bu  elmlərin  təsnifatına  aid  əsər  yazmışdır.  Onun  ruh 

haqqında  aforizmləri  kitabında  qəzəb,  kin,  qorxu,  sevinc  və  başqa 

emosional  hallar  haqqında  hətta  müasir  tibbə  maraqlı  olan 

məlumatlar verilir və onların idarə edilməsi göstərilir. 

Dahi Şərq alimi İbn Sinanın “Şəfa”, “Nicat”, “İşarələr” və s. 

bu  kimi  fəlsəfəyə  aid  bəşəriyyətin  böyük  nailiyyətlərindən  sayılan 

kitablarının  nəticəsində  Qərbdə  onu  görkəmli  filosof  kimi  tanımış-

lar.  Sonralar  məlum  olmuşdur  ki,  İbn  Sina  həm  də  dahi  həkimdir. 

Onun  fəlsəfi  fikirləri  Dekartın  (31.03.1596-11.02.1650)  fəlsəfi  tə-

fəkkürünün  yaranmasında  böyük  rol  oynamışdır.  Dekart  özü  də 

bunu inkar etməmişdir. Onun məşhur bir sözü ki; “mən fikir edirəm

demək  mən  varam”,  İbn  Sinanın  bir  sıra  əsərlərin  də  müxtəlif 




 

73 


variantlarda təzahür etmişdir. Demək olar ki, o dövrün həkimlərinin 

əksəri  filosof,  filosofların  əksəri  həkim  idilər.  Elə  bu  da  tibbin 

nəzəriyyə  və  praktikasının  inkişafında  olduqca  mühüm  rol 

oynamışdır.  Heç  də  təsadüfi  deyil  ki,  bu  alimlərin  əsərlərində 

müasir  tibbdə  hakim  olan  determinizm  (səbəbiyyət)  nəzəriyyəsinə 

böyük  yer  vermişlər.  Xəstəliklərin  analizində  hər  şeydən  əvvəl 

başqa  səbəbi  tapıb,  aradan  qaldırmağa  çalışmışlar.  Hətta  min  il 

bundan  əvvəl  mikroskopdan  heç  bir  məlumat  olmadığı  dövrdə  İbn 

Sina  öz  əsərlərində  gözə  görünməyən  xəstəlik  törədici  amillərin 

(mikroblar) olmasına işarə etmişdir. 

Bu  amillərin  əksəriyyətində  kəmiyyət  dəyişiklərinin  toplana-

raq  yeni  keyfiyyətə  keçməsi,  bununla  əlaqədar  xəstəliyin  müxtəlif 

mərhələlərinin olması göstərilmişdir. Xəstəliklərin müalicəsində hər 

bir  mərhələnin  xüsusiyyətinin  nəzərə  alınmasının  əhəmiyyəti  qeyd 

edilmişdir.  O  dövr  ki,  həkimlər  hesab  edirdilər  ki,  xəstəlik  kimi 

mürəkkəb bir prosesin gedişində orqanizmin müdafiəyə uyğunlaşma 

reaksiyaları  ilə  xəstəliyi  törədən  amillərin  dağıdıcı  və  sarsıdıcı 

qüvvələri arasında daimi mübarizə gedir. Onlar deyirdilər ki, xəstə 

əsas etibarı ilə öz gücünə sağalır, həkim isə buna kömək edir. 

Orta  əsrlərdə  Şərq  alim  və  həkimlərinin  əsərlərində  tibbin 

həm  nəzəri,  həm  də  klinik  məsələləri  bir  çox  cəhətlərdən  müasir 

səviyyədə öyrənilmişdir. Bu alimlərin əsərlərində ilk növbədə tibbin 

sərhəd və vəzifələri qətiləşdirilmişdir. Onlar qeyd edirdilər ki, tibbin 

vəzifələri  heç  zaman  yalnız  xəstəliklərin  müalicəsini  öyrənməklə 

məhdudlaşa  bilməz,  sağlamlığın  öyrənilməsinə,  onun  möhkəmlən-

məsinə və qorunmasına da fikir verilməlidir. İbn Sinanın “Tibb qa-

nunu”  kitabında  sağlamlığın  dərəcələri  haqqında  qeydlər  müasir 

alimlərin fikirlərinə olduqca yaxındır. Hələ o zaman “Tibb qanunu” 

kitabında  bu  dahi  alim  sağlamların  sağlamlığı,  sağlamlığın  möh-

kəmləndirilməsi  üçün  xüsusi  dərmanların  tətbiq  edilməsinə  böyük 

yer vermişdir. 

Yaxın  və  Orta  Şərqin  klassik  həkimlərindən  Zəkəriyya  Ər-

Razini klinik məsələlər, İbn Sinanı tibbin nəzəri, İsmayıl Cürcanini 

isə bunların hər ikisi yaxından maraqlandırmışdır. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə