İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   23   24   25   26   27   28   29   30   31

 

77 


lərin olmasını göstərib və onların sıx əlaqəsini qeyd etmişdir. Tibbə 

aid  bu  məsələ  orta  əsrlərdə  Azərbaycan  alimi  Mahmud  ibn  İlyasın 

“Tibb  kitabı”  adlı  əsərində  aydın  şəkildə  öz  izahını  tapmışdır. 

Fərabi  həm  də  kainat sferasında olan hərəkətləri  və  onların  mahiy-

yətinin  açılmasına  təbii  qanunların  fəlsəfədə  tətbiqinə  və  s.  böyük 

yer verilmişdir. 

Əbu Reyhan Biruni təbii hadisələrin mahiyyətinin açılmasın-

da  böyük  işlər  görmüşdür.  Praktik  nöqteyi-nəzərdən  onun  əsərləri 

təbiətşünaslıq və fəlsəfə üçün əvəzsizdir. 

İbn Rüşd Avropada daha məşhur filosof idi. O, həmişə çalış-

mışdır  ki,  fəlsəfəni  mövhumatdan  təmizləsin.  Mütərəqqi  fəlsəfəni 

həqiqi bir elm kimi inkişaf etdirmək də onun rolu böyükdür. O, öz 

əsərlərində  din  ilə  fəlsəfənin  əlaqəsindən  danışır  və  fəlsəfəni 

müdafiə edirdi. Özündən əvvəlki məşhur alimlərin fəlsəfə haqqında 

məlumatlarını yekunlaşdıraraq, onlara qiymətli əlavələr etmişdir. 

Beləliklə,  fəlsəfə  ilk  dəfə  yarandıqdan  ən  ümumi  qanunauy-

ğunluqlarını  öyrənən  əsas  elm  sayılırdı.  Hərçənd  ki,  müxtəlif 

elmlərin  sürətli  inkişafı  ilə  əlaqədar  fəlsəfə  son  zamanlar  bir  qədər 

öz  mühüm  əhəmiyyətini  itirməyə  başlamışdır.  Lakin  son  zamanlar 

elm və texnikanın sürətli inkişafı dövründə yaranan bir çox elmlərin 

hamısından müəyyən nəticə çıxarmaq üçün fəlsəfənin mühüm rolu 

daha çox hiss edilir. 

Hal-hazırda  müxtəlif  elmlərin  ayrılığından  daha  çox  onların 

bir-biri ilə sıx əlaqəsi haqqında aparılan kompleks işlər diqqəti cəlb 

edir. Bu qabiliyyət isə yalnız fəlsəfi təfəkkürə malik olan alimə mü-

yəssər ola bilər. 

Heç də təsadüfi deyil ki, C. H. Təqdisi öz elmi işlərində, mü-

hazirələrində  daima  fəlsəfi  təfəkkürə  böyük  yer  verirdi.  Onun  yüz-

lərlə  elmi  əsərləri,  monoqrafiyaları  və  dərsliklərində  həmişə  fəlsəfi 

təfəkkürə böyük  yer verilmişdir. Onun, xəstəliyin mahiyyətinin öy-

rənilməsində  fəlsəfi  və  tarixi  yanaşma,  xəstəliyin  mahiyyəti  haq-

qında müasir fəlsəfi anlayış, xəstəliyin məfhumunun evolyusiyasına 

dair əsərləri vardır. 

 



 

78 


2.3. M. S. Abdullayevin əsərlərində  

tibb, tarix və fəlsəfə 

 

Əməkdar  elm  xadimi,  professor  Məmmədsadıq  Abdullayev 

(1924-2006)  qırxıncı  illərin  ortalarından,  yəni  hələ  gənclik 

yaşlarından elmi-tədqiqat işlərinə xüsusi fikir verirdi. 

Elmi  fəaliyyətə  başladığı  ilk  günlərdən  anatomiyanın  daha 

mürəkkəb  sahələrindən  sayılan  sinir  sisteminin  periferik  hissəsinin 

morfologiyasını  öyrənməklə  məşğul  olur.  Namizədlik  dissertasiya-

sını, vegetativ sinir sisteminin parasimpatik hissəsi ilə bağlı çənəaltı 

qanqlionun anatomiyasını öyrənməyə həsr etmişdir. Bunla yanaşı o, 

dilaltı  qanqlionu  da  öyrənmişdir.  Bunları  tədqiq  etmək  üçün  çoxlu 

preparatlardan istifadə etmişdir. Çənəaltı qanqlion, onun kökləri və 

ətraf orqanlarla rabitəsi 131 preparat üzərində öyrənilmişdir. 

Qanqlionun əsas kökü sayılan təbil-dil kökünü ətraflı müayinə 

etmək üçün dil sinirinin (üçlü sinirin ikincili şaxəsi) və təbil telinin 

(ara  sinirinə  aiddir)  incə  quruluşu  aydınlaşdırılmışdır.  Histoloji 

tədqiqatlar  zamanı  o,  qanqlionla  bağlı  mielinli  lifləri  də  tədqiq 

etmişdir.  Namizədlik  dissertasiyasının  müdafiəsi  başa  çatdıqdan 

sonra M. S. Abdullayev periferik sinirlər sahəsindəki tədqiqatlarını, 

xüsusilə  mielinli  sinir  liflərini  daha  geniş  və  dərindən  öyrənmək 

fikrinə  düşür.  Bu  işdə  ona  Leninqrad  (Sankt-Peterburq)  laboratori-

yalarında,  xüsusilə  professor  B.  A.  Favarskinin  laboratoriyasında 

əldə etdiyi təcrübə çox kömək etmişdir. 

O,  respublikada  periferik  sinirlərin  mieloarxitektonikası  ilə 

bağlı  ilk  elmi  məqalə  (“Bəzi  periferik  sinirlərin  kötükdaxili 

quruluşu”) ilə də 1960-cı ildə çıxış etdi. Lakin sinirlərin incə quru-

luşunu  öyrənmək  sahəsində  daha  ciddi  tədqiqatları  o,  Leninqrad 

Hərbi  Tibb  Akademiyasında  aparmışdır.  Məhz  o  həmin  illərdə 

(1960-1965)  doktorluq  dissertasiyasını  başlayır,  bitirir  və  müdafiə 

edir. İki cilddən ibarət həmin dissertasiya gözün hərəki aparat sinir-

lərinin  (gözün  hərəki,  blok  və  uzaqlaşdırıcı  sinirləri)  incə  qurulu-

şuna həsr olunmuşdur. Göstərilən üç sinir beyindən çıxdığı və kəllə 

boşluğundan  keçdiyi  yerdə,  habelə  əzələlərin  daxilində  hərtərəfli 




 

79 


eksperimental-morfoloji  metodlarla  tədqiq  edilmişdir.  Nəticədə  bir 

çox  qarışıq  məsələlər  aydınlaşdırılmış  və  sinirlərin  daxili  quruluşu 

haqqında  aydın  təsəvvür  yaranmışdır.  Bu  sinirlərin  tərkibi  həm 

insanda,  həm  də  eksperimentlə  əlaqədar  olaraq  itdə  də  öyrənilmiş-

dir.  Tədqiqatla  bağlı  ayrı-ayrı  məsələlər  haqqında  məlumat  nəinki 

respublika  elmi  ədəbiyyatında,  habelə  keçmiş  SSRİ-nin  böyük  şə-

hərlərində və xarici ölkələrdə də dərc edilmişdir. 

1973-ci  ildə  M.  S.  Abdullayevin  “Gözün  hərəki  aparat  sinir-

ləri” adlı sanballı monoqrafiyası işıq üzü gördü. Monoqrafiyada bir 

sıra beynəlxalq xarakterli mübahisəli məsələlər işıqlandırılmışdır. 

Kitab  da  ilk  dəfə  həmin  sinirlərin  istər  xarici,  istərsə  daxili 

quruluşunun  fərdi  xüsusiyyətləri  verilir.  Bu  sinirlərin  afferent 

mənbələri, aralarında rabitə olması ideyası, habelə onların vegetativ 

sinir  sistemi  ilə  rabitəsi  təhlil  olunur.  Həmin  sinirlər  həm  insanda, 

həm eksperimental yolla heyvanlarda ətraflı öyrənilmişdir. 

Bunları  öyrənmək  üçün  o,  70-ə  qədər  heyvanlar  (itlər) 

üzərində neyrocərrahlıq əməliyyatları aparmışdır. Kəllə boşluğunda, 

beyin əsasında gözün bu və ya digər hərəki siniri kəsildikdən sonra 

itlər  yaşayırdı.  Dəyişiklik  yalnız  gözdə  baş  verirdi  və  bu 

dəyişikliklər  izlənilirdi.  Ümumiyyətlə  müasir  morfoloji  metodların 

kompleks şəkildə tətbiqi, habelə bu sinirlərin uzun illər öyrənilməsi 

aşağıdakı məsələləri müəyyənləşdirməyə imkan verdi. 

Gözün  hərəki,  blok  və  uzaqlaşdırıcı  sinirlərinin  ekstramedul-

yar  hissələri  beyin  əsasından  başlayaraq  göz  alması  əzələlərinə 

qədər  öyrənilmişdi.  Həmin  sinirlərin  üçlü  sinirin  birinci  şaxəsi  ilə 

rabitəsinin mahiyyəti müəyyənləşdirilmişdir. Gözün hərəki sinirləri-

nin afferent keçiricilərinin mənşəyi açıqlanmışdır. 

Bu  sinirlərin  vegetativ  sinir  sistemi  ilə  o  cümlədən  kirpik 

qanqlionu  ilə  rabitəsi  hərtərəfli  işıqlandırılmışdır.  Həmin  sinirlərin 

çox  siqmentli  innervasiya  məsələləri  haqqında  geniş  yazılmışdır. 

Onların tərkibindəki mielinli sinir liflərinin morfoloji xüsusiyyətləri 

aşkar edilmiş, sinir-əzələ nisbətləri müəyyən edilmişdir. 

Hər  şeydən  əvvəl  eninəzolaqlı  əzələlərin  innervasiyası  ilə 

bağlı dünya  ədəbiyyatında ciddi mübahisə doğuran bir fakt  burada 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə