İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   23   24   25   26   27   28   29   30   31

 

83 


kəsir,  görür  ki,  onun  periferik  hissəsi  öldü  (yəni  degenerasiyaya 

uğradı),  mərkəzi  hissə  qaldı.  Uoller  degenerasiyasının  baş  verməsi 

üçün sinir mütləq kəsilməlidir. Mərkəzi hissə ölmür, ona görə ki, o 

müvafiq hüceyrə cismi ilə öz rabitəsini itirmir. Bu degenerasiya son 

illərə  qədər  elmə  məlum  olan  yeganə  degenerasiya  forması  idi. 

Həmin degenerasiya haqqında B. S. Doynikov belə yazır: “Öz mər-

kəzlərindən  ayrılan  sinir  lifləri  degenerasiya  edir,  lakin  mərkəzlə 

rabitəsini itirməyən liflər degenerasiyaya uğramırlar”. 

1985-ci  ildə  M.  S.  Abdullayev  yeni  degenerasiya  formasını-

“Qalxan degenerasiya”nı kəşf etmişdir. Bu elm üçün böyük yenilik 

idi.  Onun  kəşf  etdiyi  degenerasiya  xronik  işemiya  şəraitində  baş 

verirdi.  Qidalanması  pozulan  toxuma  ya  orqan  hissələri  dağılanda 

müvafiq  sinir  lifləri  vəzifədən  qalır  və  degenerasiyaya  uğrayır. 

Proses  sinir  lifinin  ucundan  başlayır  və  tədricən  onun  hüceyrə 

cisminə doğru yayılır. 

Bu  kəşf  haqqında  müvafiq  məlumat  müxtəlif  ölkələrdə-Ru-

siya, Almaniya, Ukrayna, Polşa və s. yerlərdə çap edilmişdir. “Qa-

lxan degenerasiya” haqqında o, 1985-ci ildən başlayaraq bir çox şə-

hərlərdə - Batumidə, Moskvada, Leninqradda, Vinnitsada, Leypsiq-

də və nəhayət, Bakıda məruzələrlə çıxış etmişdir. 

Hələ  1985-ci  ilin  oktyabrında  o,  Leninqradda  İ.  P.  Pavlov 

adına  Fiziologiya  İnstitutunda  neyronun  funksional  laborato-

riyasında  yeni  degenerasiya  haqqında  məruzə  ilə  çıxış  etmişdir. 

İnstitutun  direktoru  akademik  V.A.  Qovırin  bu  haqda  yazırdı; 

“Bizim institutda professor Abdullayev insanda sinirlərin mieloarxi-

tektonikasına  işemiyanın  təsiri”  adlı  məruzə  ilə  çıxış  etdi.  Onun 

öyrəndiyi  mövzu  istər  klinik,  istərsə  də  nəzəri  cəhətdən  aktualdır. 

Tədqiqat  elektron  mikroskopiyasını  cəlb  etməklə  klassik  neyro-

histoloji  metodlarla  aparılır.  Müxtəlif  mielinli  liflərin  işemiya 

zamanı zədələnməsinin quruluş mexanizmlərinə dair yeni məlumat 

əldə  etmiş  və  “Qalxan  degenerasiya”  haqqında  yeni  təsəvvür 

yaratmışdır”. 

Akademik  V.  V.  Kupriyanov  yazır  ki;  “M.  S.  Abdullayevin 

məqalələri  və  məruzələri  istər  ölkəmizin,  istər  xarici  ölkələrin  mü-




 

84 


təxəssis  nevroloqlarında  böyük  maraq  oyatdı.  O,  “Qalxan  dege-

nerasiya” adlı yeni konsepsiya təklif etmişdir. Bu kəsilmiş periferik 

sinirlərdə müşahidə edilən Uoller degenerasiyasından fərqlənir”. 

1997-ci ilin noyabr ayında İ. P. Pavlov adına Sankt-Peterburq 

Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının 100 illi-

yinə  həsr  olunmuş  “Müasir  morfologiyanın  fundamental  və  tətbiqi 

aspektləri”  adlı  kitabında  M.  S.  Abdullayevin  “Qalxan  degene-

rasiyanın  labüd  olması  haqda”  («О  неизбежности  восходяшей 

дегенерации нервов») adlı məqaləsi çap olundu. 

Beləliklə,  indi  nevrologiya  elminə  iki  degenerasiya  forması 

məlumdur; bunlardan biri Uoller degenerasiyası adlanır və bu elmə 

XIX  əsrin  ortalarında  daxil  edilmişdir.  Əsas  və  prinsipial  məsələ 

ondadır ki, Uoller degenerasiyası təsadüfi halda və  yalnız müvafiq 

xəstəlik  nəticəsində  bəzi  adamlarda,  yəni  nadir  hallarda  baş  verir. 

Bunun səbəbi  vardır, belə ki,  həmin şəxsdə hansısa sinir zədələnir, 

daha  doğrusu  öz  bütövlüyünü  itirir.  Nəticədə  zədələnən,  yəni 

kəsilən sinirin  yalnız bir periferik hissəsində  belə  degenerasiya baş 

verir.  Sinirin  mərkəzi  hissəsi  nəinki  zədələnmir,  əksinə  o  yenidən 

uzana bilir və sinirin dağılan periferik hissəsini hətta müəyyən qədər 

əvəz də edə bilər. 

M.  S.  Abdullayev  degenerasiyanın  əvvəl  işemiya  şəraitində 

baş  verən  formasını  (patoloji  formasını)  müəyyən  etmişdir  və  bu 

haqda  keçmiş  Sovet  dövrünün  ən  məşhur  morfoloji  jurnalı  sayılan 

“Arxiv  anatomii,  qistoloqii  i  embrioloqii”  jurnalında  (1988,  №  4) 

ətraflı  məlumat  verilmişdir.  Mən  həmin  məqalə  ilə  tanış  oldum; 

orada  degenerasiyanın  yalnız  işemiya  şəraitində  müşahidə  edilən 

forması  qeyd  edilir.  Qalxan  degenerasiyanın  ikinci,  yəni  fizioloji 

forması haqda o məqalədə heç bir məlumat əks olunmamışdı. 

İndi “Qalxan degenerasiya”nın iki forması vardır: fizioloji və 

patoloji formaları. Patoloji forma haqqında M. S. Abdullayev 1988-

ci ildə Leninqradda (indiki Sankt-Peterburq) çap etdirdiyi və yuxarı-

da  adı  çəkilən  məqalədə,  habelə  Bakıda  “Azərbaycan  Tibb  jur-

nalı”nda,  yenə  1988-ci  ildə  (№  3)  ətraflı  məlumat  verilmişdir.  Pa-

toloji forma xəstəliklə, işemiya dəyişiklikləri ilə bağlı olduğu halda, 




 

85 


fizioloji forma yaşla, qocalığa doğru getməklə əlaqədardır. Yetkin-

lik dövründən sonra bütün insanlarda qalxan degenerasiyanın fizio-

loji forması müşahidə olunmağa başlayır və qocalığa yaxınlaşdıqca 

güclənir. “Qalxan degenerasiya”nın  bu iki forması  əsasında habelə 

Uoller  degenerasiyasını  nəzərə  alaraq  M.  S.Abdullayev  daha  bir 

yenilik  açdı  ki,  neyron  (sinir  hüceyrəsi)  vegetativ,  yəni  bitki  tə-

biətinə malikdir. Bütün bunlar haqqında daha ətraflı məlumat onun 

2002-ci  ildə  rus  dilində  nəşr  olunan  “Anatomiya  tarixində  sinirlər 

və  onların  mieloarxitektonikası.  Sinirlərin  qalxan  degenerasiyası. 

“Neyronun  vegetativ  təbiəti”  adlı  kitabında  daha  ətraflı  məlumat 

verilmişdir.  Bu  monoqrafiyadan  mənə  bir  daha  tanış  oldu  ki, 

“Qalxan degenerasiya” sadəcə bir kəşf deyildir, elmi qanundur. Nə 

qədər tibb elmi varsa bu qanunda olacaqdır. 

 

*** 



 

1978-ci  ildə  M.  S.  Abdullayev  dünyada  anatomiya  elminin 

banisi  sayılan  XVI  əsrin  ən  böyük  anatomu  Andrey  Vezalinin 

həyatı ilə, onun başına gələn müsibətlərlə yaxından maraqlanmışdır. 

Əvvəlcə onun meyitlə birlikdə məşhur şəklini böyüdüb öz otağında 

asmaq  istəyib,  sonra  xüsusi  ilə  1979-cu  ilin  ikinci  yarısında  başla-

yaraq  Andrey  Vezalinin  həyatını, bioqrafiyasının  incəliklərini daha 

dərindən  öyrənmək  istəyir.  Bu  haqda  o,  özü  belə  qeyd  edir;  “Mən 

onun həyat və fəaliyyəti ilə maraqlanarkən istər-istəməz ikinci əsrin 

ən böyük anatomu Qaleni öyrənməli oldum. Qalensə məni Aristotel 

dövrünə  qaytardı.  Eramızdan  əvvəlki  IV  əsrdə  yaşayan  Aristoteli 

indiyə  qədər  mən  böyük  filosof  kimi  tanıyırdım.  Onun  anatomiya 

ilə  yaxından  məşğul  olması  haqda  məndə  ətraflı  məlumat  yox  idi. 

Təəssüf ki, məsələ yalnız mənim üçün deyil, dünya anatomları üçün 

də  belə  idi.  Buna  görə  də  anatomiyanın  ən  məşhur  tədris  kitab-

larında,  habelə  mövcud  ensiklopediyalarda  qədim  yunan  filoso-

funun  anatomik  fikirləri  haqqında  aydın  təsəvvür  yoxdur.  Bu  hələ 

azdır-onun  haqqında  hətta  düzgün  olmayan,  yanlış  məlumatlar  da 

verilir.  Müxtəlif  dillərdə  yazılan  müasir  kitablarda  göstərilir  ki, 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə