İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

 

68 


və  onun  davamçılarının  elmdə  əsas  xüsusiyyətlərindən  biri  yalnız 

faktlar və müşahidələrə  əsaslanaraq, onların dərin təhlilini vermək-

dən ibarət idi. Demək olar ki, onun təşkil etdiyi akademiyanın tibbi 

şöbəsi  ilk  növbədə  Azərbaycanda  klinik  tədqiqat  metodlarını  yay-

mağa başlayırdı. 

Əfsuslar  olsun  ki,  zəlzələlər  və  yadellilərin  hücumu  nəticə-

sində  Şamaxı  Akademiyasından  bizə  gəlib  çatan  əsərlər,  abidələr 

məhdud  olub,  əldə  olunan  məlumatlar  da  lazımi  dərəcədə  tədqiq 

olunmayıbdır. 

Orta  əsrlərin  ikinci  yarısında  (XIII  əsr)  dahi  Azərbaycan 

tarixçisi,  reformatoru  və  eyni  halda  məşhur  həkimi  Rəşidəddin 

Fəzlullah Təbriz də ikinci böyük Elmlər Akademiyasını təşkil edir. 

Burada da dünyanın müxtəlif yerlərindən toplanmış alimlər işləyir-

dilər.  Hətta  Çindən,  Misirdən,  Hindistandan  və  Qərb  ölkələrindən 

bura  mütəxəssislər  gəlirdi  və  onlar  üçün  bütün  lazımi  şərait  yara-

dılırdı. Bu Akademiyanın idarələrinin hamısı Təbrizin yaxınlığında 

“Rüb  e  Rəşidi”  (“Rəşidi  kvadratı”)  adlanan  yerdə  yerləşirdi.  Bu 

Akademiyanın  xərabələri  indi  də  Təbriz  şəhərinin  kənarında  qüllə 

nahiyəsində  qalır.  Burada  o  zaman  alimlər  küçəsi,  alimlər  evi, 

alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. 

Bu  Akademiyada  əsas  yeri  tibb,  əczaçılıq,  botanika  tutmuş-

dur. Maraqlıdır ki, həmin Akademiyanın  yaxınlığında “Fəxrəabad” 

adlı yerdə böyük botanika bağı varmış. Orada yeni dərman bitkilə-

rinin  növlərini  becərmək  və  həmin  tibbi  akademiyanın  klinikala-

rında müalicə olunan xəstələr üçün indiki,  dildə  desək  ekoloji  tam 

təmiz,  yüksək  keyfiyyətli  göy-göyərti  və  meyvələr  becərilmişdir. 

Arxeoloji tədqiqatlar nəticəsində həmin bu botanika bağında xüsusi 

qablarda  müxtəlif  dərman  bitkilərinin  toxumlarının  olması  müşa-

hidə edilmişdir. 

Təbriz Akademiyasının nəzdində hələ o zaman 67 müalicə evi 

mövcud idi. Burada təşkil olunan ilk sağlamlıq müəssisəsi Rəşidiy-

yə  adlanırdı.  Burada  əlli  həkim  və  onların  hərəsinin  beş  köməkçisi 

var idi. Tibbin bir çox sahələri, hətta stomatoloqlar da burada hazır-



 

69 


lanırdı.  Akademiyanın  nəzdində  bir  neçə  apteklər  var  idi.  Burada 

işləyən həkimlərə yaşayış evləri verilmişdi. 

Rəşidəddin  xüsusilə  Azərbaycan  alimlərinə  böyük  qiymət 

verirdi. O, yazırdı ki, Aristotel və Platonun öz dövrləri var idi. İndi 

isə  başqa  dövrdür.  Azərbaycanın  dahi  həkimlərindən  Mahmud  ibn 

İlyas və Möhzabəddin Təbrizi haqqında çox danışardı. 

Azərbaycanın  o  zaman  ki,  Akademiyaları  sırasında  Təbriz 

şəhərində dahi münəccim və həkim Nəsirəddin Tusinin təşkil etdiyi 

akademiya  xüsusi  yer  tutur.  Burada  müxtəlif  elmi  sahələrin 

mütəxəssisləri  iştirak  edirdilər.  Tibb  sahəsinə  o  vaxt  ki,  görkəmli 

Azərbaycan  həkimi  Əbdül  Məcid  Təbib  başçılıq  edirdi.  Maraqlıdır 

ki, onun kitablarından (əlyazma) biri olan “Dərmanlar ilə müalicə” 

əsəri AMEA-nın Əlyazmalar İnstitutundadır. Burada sistemlər üzrə 

xəstəliklərin  müalicəsi  diqqəti  cəlb  edir.  Ruhi  xəstələrin  xəstəxa-

nada yerləşib müalicə edilməsi üçün onun böyük əməyi olmuşdur. 

Təbriz  Akademiyasının  banisi  Nəsirəddin  Tusi  özü  həm  də 

həkim  idi.  Tibb  elmini  o  zaman  ki,  görkəmli  həkimlərdən  olan 

Qütbəddin  Misri  tərəfindən  öyrənmişdir.  İlk  dəfə  statistik  metodu 

tibbdə  tətbiq  edən  N.  Tusinin  astronomiya,  riyaziyyat,  fizika  və  s. 

elmlər haqqında əsərləri Şərqdə və Qərbdə daha məşhurdur. 

Maraqlıdır  ki,  N.  Tusinin  təşkil  etdiyi  Akademiyanın  bəzi 

hissələri  digər  şəhərlərdə  yerləşirdi.  Buna  misal  bütün  dünyada 

məşhur  olan  Marağa  rəsədxanasını  göstərmək  olar.  Bu  rəsədxana 

Savalan  dağının  hündürlüyündə  böyük  bir  düzənlikdə  tikilmişdir. 

Bunun  nəzdində  müəyyən  laboratoriyalar  ilə  bərabər  böyük 

kitabxana  da  var  idi.  Belə  böyük  rəsədxananı  Tusinin  rəhbərliyi 

altında on iki il müddətində tikib, başa çatdırmışlar. Bir çox mütə-

xəssislər hesab edirlər ki, bunun tikilməsi üçün otuz il vaxt lazımdır. 

Bu  fakt  diqqəti  cəlb  edir  ki,  Marağa  rəsədxanasının  baş  mühən-

disinin əsərinin əl yazması Parisin milli kitabxanasında saxlanılır. 

Bir  çox  müasir  alimlərin  fikrincə  yeni  riyaziyyat,  astrono-

miya, həndəsə, fizikanın yaranmasında Tusinin rolu olduqca böyük-

dür. N. Tusi Ömər Xəyyamın riyaziyyat haqqında fikirlərini inkişaf 



 

70 


etdirib başa çatdırır. Tusinin fəlsəfi fikirləri onun məşhur əsəri olan 

“Əxlaqi Nasir” kitabında cəmləşmişdir. 

Nəsirəddin  Tusinin  təşkil  etdiyi  akademiya  baytarlığa  da 

xüsusi şöbə ayırmışdır. Bu dahi alimin “Fərəsnamə” əsəri bu məsə-

ləyə  həsr  edilmişdir.  N.  Tusi  və  onun  tələblərinin  mədənlər,  qiy-

mətli daşlar və s. işləri də çox böyük əhəmiyyətə malikdir. Tusinin 

“Cəvahirnamə” əsəri bu məsələləri əhatə edir. 

Nəsirəddin Tusinin təşkil etdiyi alimlər yığıncağı, müasir dil-

də desək Akademiyanın Rəyasət Heyəti Təbriz şəhərində yerləşirdi. 

Göründüyü  kimi  Akademiya  sözü  ilk  dəfə  Qədim  Yunanıs-

tanda  yaranmasına  baxmayaraq  onun  əsas  inkişafı  orta  əsrlərdə 

Şərqdə  olmuşdur.  Bu  akademiyalar  və  orada  çalışan  alimlər  elmin 

bütün  sahələri,  xüsusilə  tibbin  inkişafında  nəinki  Şərq  və  hətta 

Qərbdə  də  həlledici  rol  oynamışlar.  Bunu  iftixar  hissi  ilə  qeyd 

etmək  lazımdır  ki,  orta  əsrlərdə  yaranmış  ona  yaxın  akademiyadan 

üçü Azərbaycanda yaranmışdır. Bu akademiyalarda fəlsəfə ilə bəra-

bər  münəccimlik,  riyaziyyat  və  xüsusilə  tibb  əsas  yerlərdən  birini 

tuturdu. 

Orta əsrlərdə Şərqdə tibbin klassik alimləri sayılan Zəkəriyya 

Ər-Razi,  İbn  Sina,  İsmayıl  Cürcani  və  onların  davamçıları  geniş 

fəlsəfi  təfəkkürə  malik  olduqlarından  tibbin  inkişafında  böyük  xid-

mətlər  göstərmişlər.  Onlar  hesab  edirdilər  ki,  hər  bir  yaxşı  həkim 

əvvəlcə  filosof  olmalıdır.  Orta  əsrlərdə  fəaliyyət  göstərmiş  Şərq 

alimlərinin əksəri həkim olmaqla yanaşı, həm də görkəmli filosoflar 

olmuşlar. 

Zəkəriyya  Ər-Razi  Hippokratın  yuxarıda  qeyd  olunan  fəlsəfə 

haqqında sözlərini inkişaf etdirərək yazır ki, fəlsəfə yalnız müəyyən 

qrup şəxslər üçün olmayıb, müdriklik, bütün insanları əsas etibarilə 

həqiqəti axtarmağa dəvət edir. Hərçənd ki, belə bir təsəvvür yaranıb 

ki, Razi ən çox praktik həkim kimi fəaliyyət göstərmişdir. Həqiqət-

də  isə  onun  materiya,  atomlar  və  s.  haqqında  olan  fəlsəfi  fikirləri 

tibbin nəzəriyyəsinin inkişafında böyük rol oynamışdır. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə