İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 

59 


Əfsuslar  olsun  ki,  bu  haqda  geniş  məlumat  C.  H.  Təqdisinin 

çox  qiymətli  şəkillərlə  zəngin  olan  “Orta  əsrlərdə  Şərqdə  tibbin 

tarixi” adlı sanballı  monoqrafiyasında öz  əksini tapmışdır. Təəssüf 

ki,  qiymətli  tədqiqat  indiyə  qədər  nəşr  edilməmişdir.  Lakin  C.  H. 

Təqdisinin bu sahədə çap etdirdiyi bir çox məqalələri bu məsələlərin 

oxuculara  catdırılmasında  mühüm  rol  oynamışdır.  Bu  əsərlərdə 

xəstəliyin  mahiyyəti,  onun  məfhumunun  evolusiyası,  Şərqdə  dər-

manşünaslıq,  ayrı-ayrı  Şərq  alimlərinin  əsərlərində  təbiətşünaslıq, 

və  tibbin  nəzəri  məsələləri,  İsmayıl  Cürcaninin  “Xarəzmşahlar 

zəxirəsi”  orta  əsr  tibbin  ensiklopediyası  kimi,  İbn  Sinanın  müasir 

tibbə hədiyyələri,  İbn Sinanın əsərlərinin Qərbdə tibbin inkişafında 

rolu,  N.  Tusinin  əsərlərində  tibbi  məsələlər  və  bir  çox  digər 

əsərlərində bu haqda geniş məlumatlar verilir. 

C.  H.  Təqdisinin  tədqiqatlarında  neft  və  neft  məhsullarının 

tibbdə  tətbiq  edilməsinin  tarixi,  gigiyena  məsələlərinin  öyrənilmə-

sində  Şərq  alimlərinin  rolu,  bu  alimlərin  əsərlərində  herontoloji  və 

pediatriya  məsələləri,  qədim  Azərbaycan  ilə  Qədim  Yunanıstanın 

əczaçılıq və dərmanşünaslıq haqqında işləri və s. göstərmək olar. 

Daxili xəstəliklərin ətraflı öyrənilməsində orta əsrlərdə Şərqdə 

açılan  böyük  klinikaların  əsas  rol  oynamışlar.  Həmin  klinikaların 

nəzdində  tibbi  məktəblər  təşkil  olunmuşdur.  Tibbin  müxtəlif  sahə-

ləri üçün mütəxəssislər hazırlanırdı. Elə orta əsrlərdə Şərqdə tibbin 

əsas  nailiyyətlərindən  biri  də  bütün  dünya  tarixində  ilk  dəfə  müx-

təlif şöbələrə malik olan böyük klinikaların təşkili sayılırdı. Onların 

nəzdində  yaraları  yumaq,  sarğını  bağlamaq  üçün  otaqlar,  vanna 

otaqları,  hətta  fizioterapevtik  şöbələr  də  vardır.  Belə  klinikalara  o 

zaman “Dar əl şəfa”  yəni “müalicə evi” adı verirdilər. Qeyd etmək 

maraqlıdır  ki,  hələ  qədim  yunan  mədəniyyəti  dövründə  də  belə 

klinikalar olmayıb, yalnız hərbi hospitallar mövcud idi. 

Xalq üçün Şərqdə ilk dəfə cüzam, siflis, dəri xəstəlikləri və s. 

üçün klinikalar təşkil olunurdu. Çünki o zaman bu xəstəliklər geniş 

yayılmışdır. Sonralar başqa xəstəliklər üçün ixtisaslaşmış klinikalar 

yaradılır.  Bu  klinikaların  nəzdində  müxtəlif  ixtisaslı  tibb  işçiləri 



 

60 


hazırlamaqla  bərabər  həm  də  həkimlərin  təkmilləşdirmə  kursları 

təşkil olunurdu. 

Tibbin tarixindən danışarkən C. H. Təqdisi həmişə qeyd edir-

di ki, tarixdən külü yox, odu götürmək lazımdır. Elə həqiqətən də o, 

keçmişlə,  xüsusi  ilə  Şərq  alimlərinin  tibbin  öyrənilməsində  çox 

əhəmiyyətli  olan  məsələləri  açıb  göstərməklə  bu  sahəni  canlan-

dırmışdır. 

 

 



2.2. C. H. Təqdisinin əsərlərində 

    tibb ilə fəlsəfənin əlaqəsi 

 

Filosof  olmaq  istəməyən  də  qabaqca  filosof  olmalıdır  ki, 

bilsin fəlsəfə lazımdır ya yox. Hippokrat bu sözlər ilə fəlsəfənin hər 

yerdə  lazım  olmasını  göstərmişdir.  Bəzən  yazırlar  ki,  Hippokrat 

tibbi  fəlsəfədən  ayırır  və  ondan  sonra  bu  iki  elm  sərbəst  şəkildə 

inkişaf etməyə başlayır. Lakin Hippokrat elə bu sözlər ilə fəlsəfənin 

bütün elmlər, xüsusilə tibb üçün zəruri olması göstərilmişdir. 

Ümumiyyətlə  fəlsəfə  ilk  dəfə  qədim  Şərq  ölkələrində  Misir, 

Çin, Hindistan və bir də bizim üçün daha yaxın olan Orta və Yaxın 

Şərqdə yaranmışdır. Bütün bunların içərisində ən qiymətlisi “Aves-

ta”da  göstərilən  fəlsəfi  fikirlərdir.  Hələ  o  zaman  Azərbaycanın  bu 

müqəddəs  kitabında  Əhrimən  ilə  Hürmüzün  mübarizəsi  dialekti-

kanın qanunlarından biri olan ziddiyyətlərin vəhdəti və mübarizəsini 

xatırladır. “Avesta” da  göstərilən atəşpərəstlərin  üç  əsas şüarı olan 

yaxşı  düşünmək,  yaxşı  danışmaq  və  yaxşı  əməl  etmək,  mütərəqqi 

fəlsəfənin ən qiymətli təzahürüdür. 

Fəlsəfi  fikirlərin  qədim  Şərqdən  qədim  yunan  mədəniyyətinə 

keçməsində “Avesta”nın çox böyük rolu olmuşdur. 

C. H. Təqdisinin  göstərdiyi məlumatlara əsasən qədim  yunan 

filosofları (əsasən də Aristotel) atəşpərəstlərin fəlsəfi fikirləri ilə ya-

xından  maraqlanmışlar.  Qədim  yunan  filosofları  atəşpərəstlərin 

məktəblərinə gedir, müqəddəs odun ətrafında onların fəlsəfi fikirləri 

ilə yaxından tanış olur və lazımi məlumatlar əldə edirdilər. 



 

61 


Antik  dövründə  Yunanıstanda  fəlsəfədə  böyük  nailiyyətlər 

əldə  edilir.  Elə  bu  da  tibbin  inkişafına  çox  kömək  edir.  Lakin  bu 

dövrdə olan filosofların bəzi tibbi məsələləri haqqında ziddiyyətlər 

də  mövcud  idi.  Məsələn,  Hippokrat  ilə  Demokrit  xəstəliklərin 

səbəbini  axtarmağa  çalışmışlar.  Hippokrat  tibb  də  ilk  dəfə  qədim 

humoral  nəzəriyyəni,  Demokrit  isə  otomistik  nəzəriyyəni  irəli  sür-

müşdür.  Lakin  bu iki nəzəriyyədən başqa  məşhur Yunan filosofla-

rından Aristotel və Platon (e. ə. 428/427-348/347) xəstəliyi qəzəbli 

ruhların təsirindən görmüşlər, həyati ruhun olmasına inanmışlar. 

Sonralar fəlsəfənin özünün və tibb ilə onun əlaqəsinin öyrənil-

məsində əldə edilən yeniliklər Qədim Yunanıstandan Orta və Yaxın 

Şərqə keçib, orada yeni istiqamətdə inkişaf etməyə başlayır. Orada 

göstərilir ki, Qədim Yunanıstanda akademiyalar bağlandıqdan sonra 

bu dahi alimlər Orta və Yaxın Şərq ölkələrinə üz tutub, orada tibb, 

fəlsəfə  və  s.  elmlərin  inkişafına  başlayırlar.  Lakin  bizim  tədqiqatı-

mıza  əsasən dahi  Şərq alimləri bu nailiyyətləri sadəcə  qəbul  etmə-

yib, onları inkişaf etdirib, yeni istiqamətə yönəldirdilər. Fəlsəfə el-

minin  inkişafında  Qədim  Yunanıstanın  filosoflarından  Aristotel, 

Platon,  Hippokrat,  Demokrit  və  başqalarının  mühüm  rol  oynama-

sına baxmayaraq orada fəlsəfi məktəblər təşkil oluna bilmir. Yalnız 

bu  məsələ  orta  əsrlərdə  Orta  və  Yaxın  Şərqdə  həyata  keçirilir. 

Burada  10-a  qədər  fəlsəfi  məktəblər  yaranır.  Tibbin  inkişafında  bu 

fəlsəfi  məktəblərin  hamısının  rolu  böyük  olur.  Bunların  hərəsi  öz 

növbəsində tibbin inkişafında mühüm rol oynamışlar. 

Həqiqətən  fəlsəfə  elmlərin  elmi  sayılır.  Xüsusilə  tibb  elmi 

üçün fəlsəfənin əhəmiyyəti əvəzsizdir. Elə Şərqdə həkimlər əvvəlcə 

filosof olub, sonradan həkimliklə məşğul olmuşlar. Heç də təsadüfi 

deyil  ki,  Şərqdə  həkim  sözü  həm  filosof,  həm  də  tibbə  aid  edilir. 

Hesab edirlər ki, fəlsəfə yunan sözü olub, “müdrikliyi sevirəm” de-

məkdir.  Bəzən  fəlsəfəni  müdrikliyə  məhəbbət  kimi  qiymətləndirir-

lər. Bəzən isə saflıq, təmizlik sözü ilə əlaqələndirirlər. Belə ki, tam 

saflıq dərəcəsinə çatan adamlar özlərini filosof hesab edə bilərlər. 

Şərq də fəlsəfə və bir çox elmlərin inkişafı nəticəsində burada 

fəaliyyət göstərən alimlər müxtəlif elmlər akademiyaları yaratmışlar. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə