İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

 

53 


Orta  əsrlərdə  məlum  idi  ki,  heyvanların  axtalanması,  onların 

maddələr mübadiləsinə və sinir sisteminə təsir edir. Ona görə də ev 

heyvanlarının (qoyun, qara mal)  yaxşı  ət,  yun verməsi  üçün onları 

axtalayırdılar.  Şahların  və  əmirlərin  hərəmxanalarında  qulluqçu 

kişiləri axtalamaqla onların xarakterini və qadına qarşı ehtiraslarını 

söndürürdülər. 

İbn  Sinanın  “Tibb  qanunu”  kitabının  üçüncü  cildində  cinsi 

vəzilərin anatomiya və fiziologiyası, funksiyası, gigiyenası, patolo-

giyasına  geniş  yer  verilmişdir.  İbn  Sina  hələ  o  zaman  spermanı 

tədqiq  edərək  onun  nəsil  törətmə  qabiliyyətinin  olub  olmamasını 

təyin edə bilmişdir. Göstərmişdir ki, nəsil törətməməyin səbəbi qo-

calıq, uşaqlıq dövrü və həm də alkoholizmdən asılı ola bilər. Cinsi 

vəzilər ilə əlaqədar olaraq İbn Sina öz  əsərlərində hamiləlik dövrü-

nün normal getməsi, sağlam uşağın doğulması və inkişafına böyük 

yer  vermişdir.  Cinsi  vəzilərin  fəaliyyətini  sürətləndirmək  məqsədi 

ilə  o,  müntəzəm  şəkildə  qida  ilə  yarı  bişirilmiş  yumurta,  süd,  yağ, 

ət, noxud, düyü və s. qida maddələrinin qəbul edilməsini məsləhət 

görmüşdür. Tərəvəzlərdən bu məqsəd üçün ispanaq, kahı, nanə və s. 

təklif etmişdir. 

Ər-Razi,  İbn  Sina,  İsmayıl  Cürcüni  hər  üçü  zəfəranın  cinsi 

fəaliyyətin artırılması üçün qəbul edilməsini məsləhət görmüşlər. 

İsmayıl  Cürcaninin  “Xarəzmşahlar  zəxirəsi”  əsərində  mama-

lıq və ginekoloji xəstəliklərə aid xüsusi fəsil vardır. 

Şərq  alimləri  cinsi  vəzilərin  fəaliyyətində  sinir  sistemi  və 

psixi funksiyalara böyük yer vermişlər. Onlar göstərmişlər ki, cinsi 

vəzilərin  fəaliyyətinin  düzgün  tənzim  edilməsi  zehni  fəaliyyətə 

yaxşı təsir edir, pis fikirləri beyindən çıxarır. Həzm və başqa sistem-

lərin  fəaliyyətinə  müsbət  təsir  göstərir.  Orqanizmin  müqavimətini 

artırır,  mərkəzi  sinir  sisteminin  fəaliyyətini  sakitləşdirir.  Mənfi 

emosiyaların, qorxu və həyəcanın cinsi vəzilərin fəaliyyətinə mənfi 

təsir göstərməsi haqqında bu alimlərin əsərlərində geniş məlumatlar 

vardır. 


İsmayıl  Cürcaninin  “Xarəzmşahlar  zəxirəsi”  kitabında  ayba-

şının  vaxtı,  onun  gecikməsi,  ağrılı  olması,  hamiləliyin  aylar  üzrə 




 

54 


nişanələri,  qadının  əhval-ruhiyyəsinin  hamiləliyin  gedişinə  təsiri, 

ana  südünün  azlığının  səbəbləri,  onun  aradan  qaldırılması  üçün 

lazımı  tədbirlərin  aparılması,  hətta  süd  vəzilərinin  xərçəngi  ilə 

mübarizə və s. haqqında qiymətli məlumatlar vardır. 

Lazım olmayan hamiləliyin dayandırılması, sonsuzluğun qar-

şısının alınması bu alimlərin əsərlərində işıqlandırılır. 

Zəkəriyya  Ər-Razi  hətta  doğuşdan  sonra  uşağın  oğlan  və  qız 

olmasını təyin etmək üçün də müəyyən metod təklif etmişdir. 

Bu  alimlərin  əsərlərində  cinsi  vəzilərin  fəaliyyətinin  təhrif 

edilməsinin zərəri haqqında da geniş məlumatlara rast gəlmək olar. 

Hətta onlar göstərmişdilər ki, insanların temperamentindən asılı ola-

raq güclü istiqanlı insanlar üçün həftədə iki dəfə, adi insanlar üçün 

həftədə bir dəfə cinsi əlaqəyə girmək kifayətdir. Bu vəzilərin fəaliy-

yətinin  düzgün tənzim edildiyi  şəraitdə,  cinsi qabiliyyətin hətta lap 

qoca  yaşlarında da saxlamaq imkanını  göstərilmişlər. Ona  görə ki, 

bu  vəzilərin  fəaliyyəti  sinir  sistemi,  qan  dövranı,  psixi  fəaliyyət, 

əmək  qabiliyyəti  və  s.  üçün  olduqca  zəruridir.  Şərq  alimləri  cinsi 

fəaliyyətin tənzimində hər şeydən əvvəl  psixoterapiyaya böyük  yer 

verirdilər.  Eyni  halda  stimulyəedici,  tonusartırıcı  xüsusi  məcunlar, 

bədən tərbiyəsi, masaj, su proseduraları və s. böyük yer verirdilər. 

Bir  çox ağır xəstəliklərin əsəb mənşəli olması  və psixi  amil-

lərdən  asılılığı  orta  əsrlərdə,  Şərq  alimlərinə  yaxşı  bəlli  idi.  Əsəb 

xəstəliklərindən  daha  çox  onlar  psixi  xəstəliklərin  öyrənilməsi  ilə 

məşğul olmuşlar. Avropada psixi xəstəlikləri qəzəbli qüvvələrin bə-

dənə daxil olması ilə izah etdikləri bir dövrdə Şərqdə bunları həqiqi 

xəstə  hesab  edib,  onların  müalicəsi  ilə  yaxından  məşğul  olmuşlar. 

İbn  Sina,  Cürcani  və  başqalarının  əsərlərində  təfəkkür,  hafizə, 

qəzəb,  kin  və  s.  hallar  haqqında  geniş  məlumatlar  vardır.  Xüsusilə 

qoca  yaşlarda  psixikanın  pozula  bilməsi  ilə  dərindən  məşğul  olub, 

psixogigiyena,  psixoterapiya  məsələləri  ilə  yaxından  məşğul 

olurdular.  Ər-Razi  öz  əsərlərində  müsbət  və  mənfi  emosiyaların 

klinika  üçün  böyük  əhəmiyyətini  qeyd  etmişdir.  Bu  alimlər  psixi 

fəaliyyətin  daxili  orqanlara  fiziologiya  və  patologiyada  təsirini 

öyrənməklə ilk dəfə olaraq kortikovisseral nəzəriyyənin demək olar 




 

55 


ki,  əsasını  qoymuşlar.  C.  H.  Təqdisi  bu  məsələyə  stress  və 

kortikovisseral əlaqələrin öyrənilməsi zamanı toxunurdu. 

Zəkəriyya  Ər-Razinin  “Əlhavi”  (“Hər  şeyi  əhatə  edən”)  əsə-

rində psixi xəstəliklər ətraflı öyrənilir. Müxtəlif amillərin əsəb siste-

minə  mənfi  təsirləri  haqqında  məlumatlar  gətirilir.  Yuxunun,  sinir 

sisteminin  xəstəliklərinin  müalicəsi  haqqında  İbn  Sina  “Tibb  qa-

nunu” kitabında geniş məlumat verir. 

İbn  Sina  elektroşokun  bir  sıra  sinir  sistemi  xəstəliklərində 

müalicəsinin  əhəmiyyətini  bilərək,  elektrik  cərəyanı  buraxan 

balıqları  su  hovuzuna  buraxıb,  həmin  əsəbi  xəstələrin  əlində  olan 

dəmir  əsa  vasitəsilə  müəyyən  vaxtlarda  balıqlara  toxunmaq  ilə 

onların müalicə ola bilməsi imkanı göstərmişdir. Hələ o zaman İbn 

Sina  beyində  düşüncə,  təfəkkür  və  s.  mərkəzlərin  lokalizasiyası 

olduğunu qeyd etmişdir. 

İsmayıl  Cürcaninin  “Xarəzmşahlar  zəxirəsi”  əsərinin  altıncı 

fəsli əsəb və psixi xəstəliklərə həsr olunmuşdur. 

Əsəb  və  psixi  xəstəliklər  o  zaman  üçün  ətraflı  şəkildə 

Azərbaycan  alimlərinin  də  tədqiqat  materialı  olmuşdur.  Burada 

xüsusilə Əbdül Məcid Təbibin nailiyyətləri böyükdür. 

Əldə  olunan  məlumatlardan  görünür  ki,  cərrahlıq  həkimliyin 

əsas  ixtisaslarından  biri  kimi  orta  əsrlərdə  Şərqdə  tam 

formalaşmışdır.  Cərrahlığın  müxtəlif  ixtisasları  yaranır.  Məsələn, 

qarın  boşluğu,  döş  qəfəsi,  göz  cərrahlıqları  və  s.  Cərrahlıq  tibbin 

mühüm  şöbələrindən  biri  hesab  edilirdi.  O  zaman  ki,  cərrahlara 

cərrahi  əməliyyatın  fəsadları  da  yaxşı  bəlli  idi.  Onların  qarşısını 

almaqdan  ötəri  hələ  cərrahi  əməliyyatdan  əvvəl  lazımı  tədbirlərin 

görülməsi  və  əməliyyatdan  sonra  həkimin  nəzarətinə  böyük  yer 

verirdi.  Narkotik  maddələr,  qankəsicilər,  dezinfeksiyaedicilər  ilə 

bərabər  orqanizmin  ümumi  müqavimətinin  artırılmasına  fikir 

verirdilər. 

Cərrahi  əməliyyatların  aparılması  zamanı  anatomik  və 

fizioloji  məlumatlardan  geniş  istifadə  etməyə  çalışmışlar.  Belə  bir 

rəvayət  bizə  gəlib  çatmışdır  ki,  Ər-Razi  ömrünün  son  illərində 

katarakta ilə xəstələnib, onun yanına gələn, əməliyyat edən həkimə 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə