İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 

44 


1)  Qəza-müdafiə  reaksiyaları-Bunlar  dərhal  patogen  amilin 

təsirindən  sonra  başlayıb,  lakin  qısa  müddətli  olurlar.  Belə 

reaksiyalar bəzən kortəbii xarakter daşıyırlar. Məsələn, beyinin qan 

ilə  təchizi  çətinləşdikdə  qaraciyər  və  başqa  daxili  orqanlarda  olan 

qan, qan dövranında səfərbərliyə alınır. Həyati mərkəzlərin qan ilə 

təchizini  yaxşılaşdırır.  Lakin  qaraciyərin  elə  bu  qısa  müddətdə  qan 

ilə  təchizi  zəiflədikdə,  həmin  kiritik  vəziyyətdən  çıxandan  sonra 

orada degenerativ dəyişikliklər baş verə bilər. 

2) Nisbətən möhkəm və davamlı müdafiə reaksiyaları -Bunlar 

həm yerli və həm də ümumi xarakter daşıya bilirlər. Bu kimi ümumi 

reaksiyalara  orqanizmin  ehtiyat  imkanlarının  səfərbərliyə  alınması, 

funksiyalar  və  maddələr  mübadiləsinin  güclənməsi,  qoruyucu 

ləngimənin əmələ gəlməsi və s. aiddir. Yerli müdafiə reaksiyalarına 

isə faqositoz, qranulasion halqasının  yaranması,  toxuma inkişafı və 

baryerlərin  güclənməsi,  toksinlərin  neytrallaşması,  regenerasiya  və 

s. göstərmək olar. Ayrı-ayrı konkret hallarda bu müdafiə reaksiyala-

rının  bəzisi  üstünlük  təşkil  edir.  Məsələn,  yaralanmada  regenera-

siya, zəhərlənmədə toksinlərin neytrallaşması və s. 

3) Bu reaksiyalara çox möhkəm və uzun müddət, hətta bütün 

ömür boyu bədəndə qalan müdafiə reaksiyaları  aid  edilir. Bu kimi 

müdafiə  reaksiyalarından  ilk  növbədə  əks  cisimciklərin  əmələ 

gəlməsi  aiddir  ki,  onların  nəticəsində  bütün  ömür  boyu  həmin 

xəstəliyə qarşı  yoluxmazlıq yaranır. Konpensator reaksiyalarına isə 

ürək  qüsurlarından  sol  mədəciyin  hipertrofiyasını  göstərmək  olar. 

Elə  orta  dərəcəli  hipertrofiyanın  nəticəsidir  ki,  çox  zaman  ürək 

qüsuru  olan  şəxs  səksən  il  və  daha  çox  yaşasın,  bu  kimi  həyatı 

əhəmiyyəti olan orqanda belə bir nöqsanın olmasını bilməsin. 

Sağalma iki cür ola bilər. Tam və natamam sağalma. Tam sa-



ğalmada xəstəliyin törətdiyi bütün funksional və morfoloji dəyişik-

liklər  aradan  qaldırılır.  İnsanın  sağalmasından  söhbət  getdikdə  isə 

əmək fəaliyyətinin tam bərpa olunması da nəzərə alınmalıdır. 

Natamam  sağalmada  isə  xəstəliyin  hər  hansı  bir  izləri  qalır. 

Bu  zaman  əlverişli  şərait  olduqda  xəstəlik  yenidən  baş  verə  bilər. 

Buna patoloji vəziyyət deyilir. 



 

45 


C. H. Təqdisi sağalmaya aid əsərlərində daima bu fikri sübut 

etməyə çalışır ki, sağalma nə xəstəliyin sonudur nə də onun geriyə 

inkişafıdır.  Sağalma  xəstəliyin  sonu  sayıla  bilməz,  ona  görə  ki, 

sağalmanın əsasını təşkil edən müdafiə uyğunlaşma reaksiyalarının 

səfərbərliyə alınması, xəstəliyin lap başlanğıcından və hətta xəstəlik 

önü dövründən başlayır. Sağalmaya xəstəliyin geriyə inkişafı da de-

mək düz deyil, ona görə ki, sağalma yeni keyfiyyətdir. Hər bir xəs-

təlikdən sağalan adam xəstəlikdən əvvəl ki, adam deyil. Onun müx-

təlif  müdafiə  uyğunlaşma  reaksiyaları,  maddələr  mübadiləsi  və  s. 

tam başqa istiqamətdə fəaliyyətini davam etdirir. 

Bu  məsələyə  aid  C.  H.  Təqdisinin  “Sağalmanın  mexanizm-

ləri” (Y. C. Məmmədovla birlikdə, Moskva, Znanie, 1984) adlı kita-

bı diqqəti cəlb edir. 

Kitab da qısa girişdən sonra yığcam şəkildə sağlamlıq, xəstə-

lik  və  sağalma  haqqında  məlumatlar  verilir,  xəstə  orqanizm  necə 

sağalır məsələsi işıqlandırılır. Sonra sağalmaya mane olan stresslər, 

zərərli  vərdişlər  və  s.  həmçinin  sağalmaya  əlverişli  şərait  yarada 

bilən immun sisteminin güclənməsi, düzgün pəhriz, bədən tərbiyəsi 

və s. ətraflı təhlil olunur. 

Sağalmada  ekoloji  amillərin  əhəmiyyəti  xüsusi  qeyd  edilir. 

Göstərilir ki, elmi-texniki inkişaf dövründə ətraf mühitdə baş verən 

bir  sıra  hadisələr,  xüsusilə  yeni  tərkibli  kimyəvi  maddələrin  yayıl-

ması  insanların  bu  növ  mühit  də  uyğunlaşmasını  çətinləşdirir.  Bu 

onunla  izah  edilir  ki,  həmin  maddələrə  qarşı  evolusiya  prosesində 

insanlarda  adaptasiya  əmələ  gəlməmişdir.  Digər  tərəfdən  insanlar 

özü  də  ətraf  mühiti  o  qədər  dəyişdirir  ki,  çox  zaman  hər  hansı  bir 

şəxs məcburiyyət  qarşısında özünü də dəyişdirib, ona uyğunlaşdır-

mağa çalışır. 

Sağalma haqqında C. H. Təqdisinin orijinal fikirlərindən biri də 

sağalmadan sonrakı sağlamlıqdır. O, bir sıra patoloji proseslərdə  sa-

ğalmadan  sonra  ki,  dövrü  izləyərək  göstərir  ki,  həmin  bu  dövrdə 

orqanizmin bir çox funksiyaları və maddələr mübadiləsi tam yüksək 

səviyyədə  sabit  olmadığından  mütləq  müəyyən  müddət  ərzində 

yaxından həkim nəzarətini tələb edir. Bu zaman aparılan tədbirlər sı-




 

46 


rasında o, bitki mənşəli stimulyatorların qəbul edilməsinə böyük yer 

verirdi.  Bu  kimi  dərman  bitkilərindən  alınan  müxtəlif  preparatların 

şokdan sonrakı tədbirlərdə yüksək effektli olmasını qeyd etmişdir. 

 

*** 



 

Bildiyimiz  kimi  tibb  ən  qədim  elmlərdən  biri  sayılır.  Əsrlər 

boyu  insanların  bu  sahədə  əldə  etdiyi  nailiyyətlər  ilk  dəfə  empirik 

şəkildə nəsildən-nəslə verilmişdir. Sonralar  yazı meydana gəldikdə 

bu  məlumatlar  müxtəlif  əsərlərdə  qeyd  olunmuşdur.  Elə  onların 

əsasında  da  “xalq  təbabəti”  yaranmışdır.  Müasir  tibb  xalq 

təbabətinin  nailiyyətlərini  olduqca  yüksək  qiymətləndirir.  Orada 

olan  bir  çox  fikirlər  müasir  tibbdə  geniş  tətbiq  olunur.  Bu  proses 

daima davam edir. 

Tibbin  tarixi  məsələlərin  öyrənilməsində  C.  H.  Təqdisinin 

böyük xidmətləri var. Bu da hər şeydən əvvəl onunla izah olunur ki, 

C. H. Təqdisi bir sıra  Şərq və Qərb dillərini  bildiyindən bu sahədə 

olan  bir  çox  ilkin  mənbələrlə  bilavasitə  özünün  istifadə  etmək 

imkanı  olmuşdur.  O,  əsərlərində  əsas  yeri  Yaxın  və  Orta  Şərqdə 

fəaliyyət göstərmiş alimlərin əsərlərinin tədqiqinə həsr etmişdir. Bu 

qiymətli  məlumatların  toplanmasının  əsasında  onun  “Orta  əsrlərdə 

Şərqdə  tibbin  tarixi”  (35  çap  vərəqi)  adlı  sanballı  monoqrafiyası 

yaranmışdır.  Mən  bu  monoqrafiyanın  əl  yazısı  ilə  tanış  olduqda 

orada  hətta  müasir  tibbin  müxtəlif  sahələrinə  aid  qiymətli  fikirlərə 

rast  gəldim.  Bu  monoqrafiya  əsas  etibarı  ilə  üç  fəsildən  ibarətdir. 

Birinci  fəsildə  Yaxın  və  Orta  Şərq  alimlərinin  orta  əsrlərdə  tibbin 

öyrənilməsində ədə etdikləri yeniliklərin tarixi, genosoloji səbəbləri 

aydınlaşdırılır.  Bu  səbəblərin  sırasında  əsas  yeri  Şərqin 

ümumiyyətlə  elm  və  mədəniyyətin  beşiyi  olmasına  verilir.  Çox 

maraqlı  faktlar  ilə  göstərilir  ki,  qədim  Şərqdə  Misir,  Çin,  Hind 

mədəniyyətləri  ilə  bərabər,  hələ  onlardan  heç  də  geri  qalmayan  və 

hətta  bir  çox  cəhətlərdən  yüksək  səviyyədə  olan  atəşpərəstlərin 

mədəniyyəti  və  onların  müqəddəs  kitabı  sayılan  “Avesta”  da 

göstərilən olduqca qiymətli tibbi fikirlər mövcuddur. Bu məsələnin 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə