38
Müasir fiziologiya və tibbdə bioloji, sosial amillərin qarşılıqlı
əlaqəsi geniş təhlil olunur. Bir sıra alimlər hətta insanın fiziologiya
və patologiyasında sosial amillərə bioloji amillərdən daha çox yer
verirlər. Elə ona görə də müasir tibbdə sosial dezadaptasiya,
adaptasiya xəstəlikləri, mədəniyyət xəstəliklərinin məfhum və ter-
minləri geniş yayılmışdır. C. H. Təqdisinin özünün də bu məsələlərə
aid əsərləri vardır. Onun fikrincə mədəniyyət yox, mədəniyyətin
fəsadları nəticəsində baş verən xəstəliklərdən danışmaq lazımdır.
Sosial amillərə insan patologiyasında böyük yer verən bir sıra
alimlər hesab edirlər ki, hipertoniya xəstəliyi, miokard infarktı,
mədə xorası və bir sıra digər müasir insanların ağır xəstəlikləri
adaptasiya xəstəliklərinə aiddirlər. Ona görə ki, bu xəstəliklərin baş
verməsinin əsas səbəbi canlı orqanizmin patogen amillərinin
təsirindən törənmiş yeni şəraitə uyğunlaşa bilməməsidir.
Bundan əlavə elmi-texniki tərəqqi dövründə təbiətdə bir çox
kimyəvi və zəhərli maddələr ilk dəfə olaraq yayılmağa başlayırlar.
Elə ona görə də bunlara qarşı evolusiya prosesində uyğunlaşma
olmadığından adaptasiya tez pozulur və ağır xəstəliklər baş verir.
Həm də bu maddələrin təsirindən ozon zonasının dağıla bilməsi
haqqında son dövrlərdə bəzi məlumatlar əldə edilmişdir.
Xəstəliyin mahiyyətində, ictimai yanaşmada psixi amillərin in-
san patologiyasında rolu olduqca böyükdür. Çünki insan yüksək in-
kişaf etmiş sinir sistemi və ali sinir fəaliyyətinə malikdir. Mənfi
emosiyalar, affektlər və s. psixi amillərin təsirindən insanda qabıq ilə
qabıqaltı mərkəzlərin əlaqəsi pozulur. İnsan təhqirə məruz qaldıqda
beyin qabığının düşüncə mərkəzinə “gözlə, səbr elə vaxtı gələndə
qisasını alarsan” əmrləri gəlir. Qabıqaltı mərkəzlər isə insan və
heyvan üçün eyni olduğundan “Niyə durmusan? Qisasını al!” əmir-
ləri gəlir. Beləliklə, qabıq ilə qabıqaltı mərkəzlərin konfilikti yaranır
ki, bu da bir çox psixi və nevrogen xəstəliklərin əsasında durur.
Psixi amillərin təsiri zamanı beyin qabığı ilə daxili orqanların
da əlaqəsi pozulur, onun nəticəsində də bir çox daxili orqanların
xəstəlikləri baş verir.
39
Statistik məlumatlar sübut edir ki, hipertoniya xəstəliyi,
miokard infarktı və bir sıra digər ağır xəstəliklər mədəniyyəti yük-
sək inkişaf etmiş ölkələrin əhalisi arasında, aşağı mədəniyyət səviy-
yəsində olan ölkələrin əhalisinə nisbətən çoxdur. Bunu onunla izah
edirlər ki, mədəniyyəti az olan ölkələrdə biri digərini təhqir etdikdə
o, dərhal onun cavabını verib və bununla da məsələni bitmiş hesab
edirlər. Mədəniyyəti yüksək inkişaf etmiş ölkələrdə buna yol veril-
mir. Təhqir olunan dözməlidir və rəqibinə başqa yollarla cavab ver-
məlidir. Elə bu dözmək müddətində də onun daxili orqanlarında
ağır xəstəliklər baş verir.
Son zamanlar hətta allergiya və bir sıra digər xəstəlikləri də
bura daxil edirlər. Çünki mədəniyyət və sənayenin inkişafı nəticə-
sində ətraf mühitdə allergenlərin sayı artır, orqanizmin onlara qarşı
həssaslığı yüksəlir.
Xəstəliyin mahiyyətinin aydınlaşdırılması o qədər mürəkkəb
məsələdir ki, burada həkimlərdən başqa tarixçilər, sosioloqlar, bio-
loqlar, riyaziyyatçılar və bir çox digər mütəxəssislər iştirak etməli-
dir. Burada hətta yeni yaranmış elmlərində iştirakı mühümdür. Mə-
sələn, texniki bir fənn olan kibernetikanın da burada lazım olması
aydınlaşdırılmışdır. Məlum olduğu kimi kibernetika texniki elm
olaraq mürəkkəb maşınların iş prosesini tənzim etmək ilə məşğul
olur. Ən mürəkkəb maşın canlı orqanizm olduğundan həkimlər ki-
bernetikanın qanunlarından xəstəliklər zamanı orqanizmin pozul-
muş funksiyalarının bərpası üçün istifadə etməyə çalışıb, bu sahədə
yaxşı nəticələr əldə etmişlər və daha böyük yeniliklər gözlənilir.
Xəstəliyin mahiyyətinin aydınlaşdırılmasında əsas yeri fəlsəfi
yanaşma tutur. Hər bir hadisə o cümlədən xəstəliyində mahiyyətini
açmaq başlıca olaraq bu yol ilə mümkündür. Xəstəlik kimi mürək-
kəb, müxtəlif cəhətli bir hadisəni vahid bir fikirdə birləşdirmək
əlbəttə fəlsəfi təfəkkürə malik olan şəxs üçün mümkün ola bilər.
Fəlsəfi baxış həkim üçün xüsusi əhəmiyyət kəsb edir. Müasir
həkim yalnız sadəcə cərrah, terapevt, pediatr və s. ola bilməz. Belə
olduqda o yalnız standart bilik və adətlərə malik olan bir şəxs
sayılır. Müasir həkim geniş dünya görünüşlü, fəlsəfi baxışlı, nəzəri
40
və klinik elmlərin əsas metodoloji məsələləri ilə yaxından tanış olan
bir şəxs olmalıdır.
Fəlsəfə ilə tibbin əlaqəsi hələ lap qədim zamanlardan mövcud
idi. O dövrün dahi həkimlərinin məharəti ilk növbədə onların fəlsəfi
baxışları ilə əlaqədardır.
Fəlsəfi yanaşma müasir tibb də xəstəliyin mahiyyətinin açıl-
masında həkimlərə yaxından kömək edir. Dialektik materializmin
bütün qanunları və kateqoriyaları xəstəliyin mahiyyətinin aydınlaş-
dırılmasında mütəxəssislərə yaxından yol göstərir. Bu qanun və
kateqoriyaları xəstəliyin mahiyyətinin aydınlaşdırılmasına tətbiq
edərək C. H. Təqdisi əsərlərində bunlar üzərində ətraflı dayanırdı.
Məsələn, inkarı inkar qanununa əsasən o deyir ki, xəstəlik sağlam-
lığı inkar edir. Xəstəliyin bir mərhələsi digərini inkar edir. Kəmiy-
yət dəyişikliklərinin toplanaraq yeni keyfiyyətə keçməsi haqqında o
yazır ki, insan bir an içərisində hipertoniya, şəkərli diabet və s.
xəstəliklər ilə xəstələnmir. Onda həmin adamda müəyyən amillərin
təsirindən arterial təzyiq və ya qanda şəkərin miqdarı və s. tədricən
artmağa başlayır. Bu yüksəlmələr müəyyən səviyyəyə çatdıqda
sıçrayış əmələ gələrək yeni keyfiyyət yaranır, yəni sağlam insan
çevrilib xəstə olur. Hər bir xəstəliyin özünün dinamikasında da
daima kəmiyyət dəyişiklikləri toplanaraq yeni keyfiyyətə keçirlər.
Bununla da hər bir xəstəliyin gedişində müəyyən mərhlələrin olması
aydınlaşır. Elə buradan da mərhələvi müalicə məsələsi ortaya çıxır.
Xəstəliyin mahiyyətinin aydınlaşdırılmasında C. H. Təqdisi
əsərlərində əksikliklərin vəhdəti və mübarizəsi qanununa böyük yer
verirdi. O, yazır ki, xəstə orqanizmdə patogen amillərin dağıdıcı və
sarsıdıcı qüvvələri ilə orqanizmin müdafiə və uyğunlaşma reaksi-
yaları vəhdət təşkil edib, daima mübarizə aparırlar. Elə xəstəliyin
gedişində hansı qüvvələrin üstünlük təşkil etməsi də bunlardan xeyli
asılıdır. Müdafiəyə uyğunlaşma reaksiyaları üstünlük təşkil etdikdə
patogen amillərin bədəndə olmasına baxmayaraq insan ya heç xəstə-
lənmir və ya da xəstəliyi yüngül vəziyyətdə, necə deyərlər ayaq üstə
keçirir. Patogen qüvvələr üstünlük təşkil etdikdə isə insan ağır xəstə-
lənər, hətta tələf də ola bilər. Müdafiəyə uyğunlaşma reaksiyalarının
Dostları ilə paylaş: |