İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

 

47 


xüsusilə  Azərbaycan  üçün  çox  böyük  əhəmiyyəti  vardır.  Hərçənd 

ki,  bəzi  əsərlərdə  (“Azərbaycanda  tibbin  tarixi”  İ.  K.  Əfəndiyev, 

EA-nın  nəşriyyatı,  Bakı-1964,  rus  dilində)  Zərdüştün  azərbaycanlı 

olması  barədə  şübhəli  məlumatlar  göstərilsədə  C.H.  Təqdisi  

inandırıcı faktlar ilə Əbu Reyhan əl-Biruninin “Keçmiş əsrlər tarixi” 

kitabında Zərdüştün zihuri bəhsində, onun Azərbaycan  əhalisindən 

olması barədə aydın məlumatlar gətirilir. Elə həmin bu mədəniyyət 

sonralar qədim Yananıstan da tibbin inkişafında olduqca mühüm rol 

oynamışdır.  Bu  haqda  C.  H.  Təqdisinin  bəzi  məqalələrində  də 

məlumatlar  vardır.  Lakin  əfsuslar  olsun  ki,  Zərdüştün  azərbaycanlı 

olmasına  baxmayaraq  onun  özü  və  “Avesta”  haqqında  başqa 

ölkələrdə  Azərbaycandan  daha  çox  məlumat  vardır.  Zərdüştün 

heykəli  Drezden  (Almaniya)  qalereyasındadır.  “Avesta”nın  tibbi 

fikirləri  bəzi  alimlər  (Horst  Fixtiner  (1924);  A.  O.  Makovelski 

(1960)) tərəfindən öyrənilmişdir. 

C.  H.  Təqdisi  “Avesta”nın  tibbi  və  əczaçılıq  fikirlərini  daha 

dərindən  tədqiq  etmişdir.  “Əczaçılıq  və  farmakologiya  qədim  və 

orta  əsr  Azərbaycanında”  adlı  dissertasiya  onun  rəhbəriyi  altında 

müdafiə  olunmuşdur.  Bu  əsərdən  başqa  o  digər  məqalələrində 

“Avesta”nın antik dövründəki yunan mədəniyyəti və tibbin inkişafı 

haqqında olduqca maraqlı konkret faktlar gətirilir. Sonra göstərir ki, 

Yunanıstanda  akademiyalar  bağlandıqda,  orada  fəaliyyət  göstərən 

böyük alimlər Yaxın və Orta Şərqə pənah gətirdilər. Onların köməyi 

nəticəsində  Şərqdə  sonralar  Cündişapur,  Bağdad  və  bir  sıra  digər 

böyük elm ocaqları  yaranmağa başlayır. Lakin burada çalışan dahi 

Şərq alimləri yunan alimlərinin əsərlərinə mexaniki yanaşmayıblar, 

onları  dərindən  inkişaf  etdirərək,  qiymətli  əlavələr  ediblər. 

Zəkəriyya Ər-Razi, İbn Sina, İsmayıl Cürcani və bir sıra digər Şərq 

alimlərinin  əsərləri  sonralar  Avropanın  özündə  də  müasir  tibbin 

inkişafına olduqca mühüm rol oynamışdır. 

Elə  bu  fəsildə  həmin  alimlərin  əsərlərində  tibbin  digər  fənlər 

və xüsusilə fəlsəfə ilə əlaqəsi göstərilir. Şərq alimlərinin əsərlərində 

olan müşahidə, təcrübə, humanizm və s. haqqında geniş məlumatlar 

verilir.  Bu  və  sonrakı  hissələrdə  Şərq  həkimlərinin  şerlə  yazdığı 




 

48 


tibbi fikirlər və dahi şairlərin poetik əsərlərində tibbi məsələlərə aid 

olduqca maraqlı məlumatlar təhlil olunur. 

“Orta  əsrlərdə  Şərqdə  tibbin  tarixi”  monoqrafiyasının  ikinci 

fəsli  orta  əsrlərdə  Şərq  alimlərinin  əsrlərində  tibbin  nəzəri 

məsələlərinə həsr olunmuşdur. Burada xüsusi ilə İsmayıl Cürcaninin 

doqquz cildli “Xarəzmşahlar zəxirəsi” adlı əsərində tibbin predmeti, 

onun məqsədi, vəzifələri, demək olar ki, müasir təsəvvürə çox yaxın 

şəkildə  izah  edilir.  Ər-Razi,  İbn  Sina,  İ.  Cürcani  kimi  tibbin  o 

zaman  ki,  klassikləri,  onların  bir  çox  tələbələri,  xüsusi  ilə 

Azərbaycan  alimlərinin  əsərlərində anatomiya və fiziologiyanın  bir 

sıra  mühüm  məsələləri,  ümumi  patologiyaya  aid  xüsusi  fikirləri 

diqqəti cəlb edir. Bu məsələyə həmin alimlərin əksəriyyətinin fəlsəfi 

nöqteyi-nəzərdən  yanaşması,  gələcəkdə  xəstəliyin  mahiyyətinin 

aydınlaşdırmasına yaxından kömək etmişdir. 

Həmin  kitabda  orta  əsrlərin  əczaçılıq  və  farmakologiyasının 

öyrənilməsində qiymətli materiallar vardır. Məsələ burasındadır ki, 

elə  əczaçılığın  tibbdən  ayrılması  da  ilk  növbədə  VIII  əsrdə  Şərqdə 

Bağdad  akademiyasında  olmuşdur.  Bu  sahədə  Azərbaycan 

alimlərinin zəhməti az olmamışdır. Onların fikrincə bu işin müsbət 

cəhəti  ondan  ibarətdir  ki,  həkim  vaxtını  dərman  hazırlamağa  sərf 

etməyib, xəstəliyin diaqnozu və onun müalicəsi ilə yaxından məşğul 

ola  bilsin.  Lakin  elə  eyni  halda  Azərbaycanda  həm  o  zaman 

əczaçılar  və  farmakoloqlar  müalicə  edən  həkimlər  ilə  sıx  əlaqədə 

olmuşlar. O dövrün bir çox həkimlərinin müalicəxanasının nəzdində 

xüsusi  apteklər  də  varmış.  İlk  növbədə  dərmanşünas  yəni 

farmakoloq sözünə Məhəmməd Mehdi ibn Əli  Nəqinin əsərlərində 

rast  gəlinir.  O,  qeyd  edir  ki,  əczaçı  yeni  bir  dərmanı  hazırladıqda 

əvvəlcədən məsləhət üçün orada işləyən farmakoloqun yanına gedir, 

sonra həmin məlumat ilə müalicə edən həkimə müraciət edir. 

“Orta  əsrlərdə  Şərqdə  tibbin  tarixi”  monoqrafiyasında  və  bu 

mövzuda C. H. Təqdisinin əsərlərində orta əsrlərdə işlədilən dərman 

bitkilərinin  müasir  tibbdə  əhəmiyyəti  üzərində  xüsusi  dayanılır. 

Belə  bir  maraqlı  fikir  diqqəti  cəlb  edir  ki,  İbn  Sinanın  “Tibb 

qanunu”  kitabı  və  bir  çox  o  dövr  ki,  əsərlərdə  tibbə  məlum  olan 




 

49 


dərman  bitkilərinin  sayı  müasir  tibbdə  işlədilən  dərman 

bitkilərindən çox idi. Müasir tibb indi getdikcə belə bir qənaətə gəlir 

ki,  dərman  bitkilərindən  istifadə  etmək  bir  çox  kimyəvi 

maddələrdən effektli və zərərsizdir. 

O dövr ki, Şərq alimlərinin əsərlərində gigiyena məsələlərinə 

də  fikir  verilmişdi.  Ümumiyyətlə  Şərqdə  geniş  yayılan  “Zərərveri-

cini  zərərvermədən  qabaq  məhv  et”  ideyası  profilaktik  məsələlərin 

nə  qədər  böyük  əhəmiyyətə  malik  olmasını  göstərir.  Məsələn,  belə 

rəvayət  var  ki,  Zəkəriyya  Ər-Razi  Bağdad  şəhərinin  hansı  yerində 

yeni xəstəxana binası tikmək daha məsləhətdir soruşduqda, o, deyib 

ki,  şəhərin  müxtəlif  ərazilərində  bir  şaqqa  ət  asın.  Harda  o  ət 

hamısından gec xarab olarsa xəstəxananı da orda tikin. 

Şərq alimləri  gigiyenanın hətta müasir tibbə məlum  olmayan 

yeni  sahələrinə  toxunmuşlar.  Məsələn,  bu  alimlərin  bir  neçə 

əsərlərinin sırasında “səfər gigiyenası” adlı  əsəri də vardır. Demək 

olar  ki,  tibbin  iki  əsas  şöbələrindən  sayılan  herontologiya  və 

pediatriyanın əsasları da Şərq alimləri tərəfindən qoyulmuşdur. 

Herontoloji  məsələlərin  sırasında  bu  alimlər  öz  əsərlərində 

istirahət,  əmək  və  iş  şəraitinin  gözlənilməsinə,  pəhriz  qaydalarına 

böyük  yer  verilmişlər.  Bu  əsərlərdə  hətta  hansı  heyvanların  ətləri, 

hansı meyvələrin hansı xəstəliklər də xeyirli olması haqqında geniş 

məlumatlar göstərilir. 

Pediatriyaya  gəldikdə  isə  demək  olar  ki,  bu  elmin  banisi 

Zəkəriyya  Ər-Razi  sayılmalıdır.  Uşaq  xəstəlikləri  və  irsi  xəstəlik-

lərin öyrənilməsinə o, müəyyən yer vermişdir. 

C.  H.  Təqdisinin  “Orta  əsrlərdə  Şərqdə  tibbin  tarixi”  mono-

qrafiyasının  üçüncü  fəsli  orta  əsrlərdə  Şərq  alimlərinin  əsərlərində 

praktik  tibbin  məsələlərinə  həsr  olunmuşdur.  Burada  hər  şeydən 

əvvəl  xəstəliklərin  təsnifatı  verilir.  Ayrı-ayrı  xəstəliklərin  diaqnos-

tikası,  dinamikası,  simptomları,  müalicə  və  profilaktika  metodları 

haqqında  məlumat  çox  zaman  sistemlər  üzrə  göstərilir.  Maraqlıdır 

ki,  o  dövrün  həkimləri  xəstəliklərdə  rast  gəlinən  böhranların  öyrə-

nilməsi  və  həmin  hallardan  çıxarılması  haqqında  öz  əsərlərində 

geniş məlumatlar verirlər. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə