İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 

41 


dağıdıcı,  sarsıdıcı  qüvvələrdən  seçilməsi  və  onların  düzgün  idarə 

edilməsini o, praktik həkimin əsas vəzifələrindən biri hesab edir. 

Xəstəliyin  mahiyyətinin  aydınlaşdırılmasında  dialektikanın 

qanun və kateqoriyalarının da əhəmiyyəti böyükdür. O, göstərir ki, 

xəstəliyin  gedişində  forma  ilə  məzmun  bir-birinə  uyğun  gəlmir. 

Fəlsəfi baxışlı  həkim, formanın  altında dərin məzmunu  görməlidir. 

Ümumiyyətlə, əgər forma ilə məzmun uyğun gəlsəydi onda heç bir 

elm də lazım olmazdı. Hamı elə bir baxış ilə hər şeyi görərdi. 

C.  H.  Təqdisi  əsərlərində  dialektik  kateqoriyalardan  sayılan 

spesifiklik  və  qeyri-spesifiklik,  yerli  və  ümumi  və  s.  məsələləri 

daima vəhdət də, bir-biri ilə sıx əlaqədə öyrənmişdir. 

Xəstəliyin  mahiyyəti  haqqında  müxtəlif  baxışları  yekunlaşdı-

raraq  belə  bir  qənaətə  gəlmək  olar  ki,  müasir  təsəvvürə  əsasən 

xəstəlik  olduqca  mürəkkəb  və  daima  dinamikada  davam  edən  bir 

proses sayılır. Bu prosesin gedişində kəmiyyət dəyişikliklərinin topla-

naraq  yeni  keyfiyyətə  keçməsi  müşahidə  olunur.  Xəstəlik  kimi  mü-

rəkkəb bir prosesin gedişi patogen amillərin dağıdıcı və sarsıdıcı qüv-

vələri ilə orqanizmin müdafiəyə uyğunlaşma reaksiyalarının mübari-

zəsindən xeyli asılıdır. Bu reaksiyaları vaxtında ayırıb, dağıdıcı qüv-

vələri  ləngitmək  və  müdafiəyə  uyğunlaşma  reaksiyalarını  gücləndir-

mək praktik həkimin əsas vəzifəsi sayılır. Müasir tibb də geniş tətbiq 

olunan  müxtəlif  stimulyatorlar,  neyroplegiklər,  qanqlioblokatorlar, 

litik və mimetik maddələr, hormon, vitamin, ferment preparatları  və 

s. olması bu məsələnin həllinə yaxından kömək edə bilər. 



Xəstəliyin sonu-iki cür ola bilər. Sağalma və ölüm. Sağalmanı 

öyrənmək  bu  prosesi  sürətləndirmək  üçün  lazımdır.  Ölümü  isə 

proses kimi öyrənməyin zəruriliyi  ona görə ortaya çıxır ki, ölümün 

müəyyən bir mərhələsi sayılan klinik ölüm dövründə həyatın bərpa 

edilməsi  imkanı  vardır. Klinik ölüm dövründə həyatın bərpası  əsas 

etibarilə  bədbəxt  hadisələrə  düçar  olmuş  insanlarda  aparılarsa, 

gələcəkdə  orqanların  köçürülməsi  və  süni  orqanlardan  istifadə 

edilməsi bu məsələnin geniş miqyasda, hətta lap ağır xəstəliklərdən 

ölənlər  də  belə  klinik  ölüm  dövründə  həyata  keçirilməsinə  imkan 

verələcək və vaxtsız ölümlərin qarşısı alınacaqdır. 




 

42 


Klinik ölüm dövrünün müddəti əlbəttə ayrı-ayrı xəstəliklərdə 

eyni  deyildir.  Ölüm  ani  baş  verdikdə  (məsələn,  boğulma,  elektrik 

cərəyanı  vurma  zamanı)  sinir  sistemi  ağır  əzab  çəkmədikdə  klinik 

ölüm dövrü bir neçə dəfə artıq ola bilər. Ağır, uzun müddətli davam 

edən  xəstəlikdən  sonra  isə  klinik  ölüm  dövrü  qısalır.  Beləliklə, 

geniş  qəbul  edilmiş  beş-altı  dəqiqələk  klinik  ölüm  dövrünü  bir 

qədər şərti hesab etmək lazımdır. Həqiqətən də demək olar ki, ölüm 

qan dövranı və tənəffüsün dayanmasından sonra deyil, beyin öz fəa-

liyyətini tam itirdikdən sonra baş verir. 

İnsanlar üzərində öləndən sonra həyatın bərpa edilməsi imkanı 

yenə  də  ilk  dəfə  dünya  səviyyəsində  eksperimentdə  həyatın  bərpa 

edilməsinin  banisi  sayılan  professor  F.  A.  Andreyevin  tələbəsi, 

akademik V. A. Neqovski öyrənmişdir. V. A. Neqovskinin bu barədə 

nailiyyətləri  oradan  başlayır  ki,  alim  ilk  dəfə  ölümü  necə  bir  proses 

kimi  öyrənib  və  onda  müəyyən  mərhələlərin  olmasını  göstərmişdir. 

Bu  mərhələlər  belədir.  Birincisi  canvermədən  əvvəl  ki,  dövr.  Bu 

dövrdə ürək və tənəffüs fəaliyyəti kəskin zəifləyir, huş dumanlı olur. 

İkincisi canvermə dövrü adlanır. Bu dövrdə əzələlərin oksigen 

çatışmazlığından qıc olması yaranır, arabir bu adamlarda tənəffüs və 

ürək  fəaliyyəti  qısa  müddətli  kəskin  sürətlənməyə  başlayır.  Bu 

həyat  uğrunda  orqanizmin  apardığı  son  mübarizənin  nişanələridir. 

Belə  ki,  insan  var  gücünü  yığaraq  bu  kimi  hərəkətləri  etməyə 

başlayır: Canvermə dövründə olan insanın başı arxaya dartılır, ağzı 

açılır.  Ona  görə  ki,  belə  vəziyyətdə  boyun  əzələlərinin  gərginliyi 

müəyyən  qədər  tənəffüsün  qısa  müddətli  də  olsa  bərpasına  kömək 

edir.  Nəhayət  bir  neçə  dəfə  bu  kimi  kortəbii  xarakter  daşıyan 

hərəkətlərdən sonra ürək və tənəffüs fəaliyyəti tam dayanır, arterial 

təzyiq  sıfıra  enir,  zahirən  ölüm  baş  verir.  Belə  şəxsin  ağzının 

üzərinə aynanı  yaxınlaşdırdıqda heç tərləməməsi,  ölümün tam mə-

nada baş verməsinə dəlalət  edir.  Lakin  elə bu dövrdə  də orqanizm 

həyat qabiliyyəti müəyyən müddət saxlanmış olur. Vaxtında lazımi 

tədbirlər  gördükdə  həyatı  bərpa  etmək  mümkün  ola  bilər.  Elə  ona 

görə  də  bu  dövrə  klinik  ölüm  dövrü  deyilir.  Lakin  təəssüf  ki,  bu 

dövrün  müddəti  aylar,  günlər,  saatlar  ilə  deyil,  bir  neçə  dəqiqə  ilə 




 

43 


ölçülür. Klinik ölüm dövrünün belə qısa müddətli olmasının səbəbi 

onunla izah edilir ki, bir çox orqanlarda həyat nişanələri uzun müd-

dət davam etdiyi halda beyində bu müddət yalnız beş-altı dəqiqədir. 

Ona  görə  ki,  başqa  orqanlardan  fərqli  olaraq  beyin  toxumasının 

oksigen  və  başqa  qida  maddələrinin  çatışmazlığına  müqaviməti  ol-

duqca  azdır.  Qan  dövranı  və  tənəffüs  fəaliyyəti  dayandıqdan  bir 

neçə dəqiqə sonra orada geri qayıda bilməyən dəyişikliklər baş ve-

rib,  klinik  ölüm  bioloji  ölümə  keçir.  Bu  zaman  həyatın  bərpası 

mümkün ola bilməz. 

Ölümün necə bir proses kimi akademik V. A. Neqovski tərə-

findən  öyrənilməsi  tanatologiya  elminin  (tatanos-yunanca  ölüm 

deməkdir) ortaya çıxmasına səbəb olmuşdur. 



Sağalmanın mexanizmləri-Müasir təsəvvürlərə görə sağalma 

çox mürəkkəb proses olub, dərin mexanizmlərə malikdir. İnsan bir 

an  müddətində  xəstəlikdən  sağalmır.  Sağalma  patogenez  və  sano-

genez  ilə  sıx  əlaqədardır.  Nə  qədər  ki,  xəstəliyin  patogenezi  bizə 

yaxşı məlum olarsa bir o qədər də sağalmanı sürətləndirmək olar. 

Sanogenez də sağalma olmayıb, onunla sıx əlaqədardır. Başqa 

sözlə  desək  sanogenez  müdafiəyə  uyğunlaşma  reaksiyalarının 

kompleksindən  ibarət  olub,  pozulmuş  funksiyaların  bərpasına  kö-

mək  edir.  Sanogenezin  məfhumu  ilk  dəfə  professor  Pavlenko  tərə-

findən  irəli  sürülmüşdür.  Bu  məsələyə  Ümumittifaq  konfranslar 

həsr edilmişdir ki, onların bəzisində C. H. Təqdisi iştirak etmişdir. 

Sanogenetik  mexanizmlərin  nə  vəziyyətdə  olmasını  praktik 

həkim həmişə  nəzərə  almalıdır. Məsələn,  yaxşı  cərrah  yalnız sano-

genetik  mexanizmlərin  yüksək  səviyyədə  olması  zamanı  cərrahi 

əməliyyat apara bilər. Yaxşı terapevt yalnız sanogenetik mexanizm-

lərin  yüksək  səviyyədə  olduğu  müddətdə  güclü  təsirli  dərmanlar 

təyin  edə  bilər.  Məsələn,  ürək  əzələsində  ehtiyat  enerji  mənbələri 

azdırsa onun fəaliyyətini artıran digitalis  və  başqa güclü  dərmanlar 

ürəyin fəaliyyətini daha tez sarsıda bilər. 

Sağalmanın gedişi orqanizmin müdafiəyə uyğunlaşma reaksi-

yalarından xeyli asılıdır. Bu reaksiyalar üç yerə ayrılır. 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə