İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 

50 


Sistemlər üzrə xəstəliklərə gəldikdə isə onların içərisində əsəb 

və  psixi  xəstəliklərin  öyrənilməsinə  böyük  yer  verilir.  Demək  olar 

ki,  ilk  dəfə  olaraq  Azərbaycan  həkimi  Əbdül  Məcid  Təbib  öz 

əsərində psixi xəstəliklərə geniş  yer verib və ilk dəfə ruhi xəstələri 

dəli  yox,  müalicə  tələb  edən  xəstə  kimi  göstərmiş  və  bu 

xəstəliklərin müalicəsində müəyyən nailiyyətlər əldə etmişdir. 

İlk dəfə sinir mediatorları haqqında məlumata yenə də biz orta 

əsrlərdə Azərbayca alimi Qubulli Təbrizinin əsərlərində rast gəlirik. 

O,  sinir  şirəsi  (“üsareyi  əsəbi”)  adı  altında  müasir  mediatorlar  və 

hormonlar məfhumunu izah etmiş, onların tərkibinin öyrənilməsinin 

sağlamlığın  saxlanılması  və  xəstəliklərin  müalicəsində  olduqca 

böyük əhəmiyyət kəsb edə bilməsini göstərmişdir.  

Daxili  orqanların  xəstəlikləri  sırasında  Şərq  alimlərinin  əsər-

lərində ilk yeri ürək-qan damar sistemi xəstəlikləri, onların müalicə 

və profilaktikası tutur. 

Qan və qanyaradıcı orqanların xəstəliklərinin öyrənilməsi orta 

əsrlərdə  fəaliyyət  göstərmiş  Şərq  alimlərini  ona  görə  yaxından 

maraqlandırmışdır  ki,  onlara  görə  qan  bütün  orqan  və  toxumaların 

qida  maddələri  ilə  təmin  olunmasında  əsas  rol  oynayır.  Müxtəlif 

xəstəliklərdə  isə  qan  tərəfindən  baş  verən  dəyişikliklər  böyük  əhə-

miyyətə  malikdir.  Qanın  sağlam  və  xəstə  orqanizmin  güzgüsü  ol-

ması  fikri  də  onlar  tərəfindən  irəli  sürülmüşdür.  Qanazlığını  Şərq 

alimləri orqanizm üçün böyük təhlükə hesab edirdilər və onun ara-

dan qaldırılması üçün dərmanlardan başqa xüsusi meyvələr və qida 

məhsulları  da  təklif  edirdilər.  Qanazlığı  zamanı  qaraciyərin  xeyirli 

olması haqqında bu alimlərin qeydləri vardır. 

Qanaxmanın orqanizm üçün böyük təhlükəli hal olması onlara 

yaxşı  bəlli  idi.  Ona  görə  qanaxmanı  dayandırmaq  üçün  müəyyən 

dərman preparatları işlətməyi məsləhət görmüşlər. 

Qan  və  qan  sistemi  xəstəlikləri  ilə  Zəkəriyya  Ər-Razi  yaxın-

dan  məşğul  olmuşdur.  O,  eyni  halda  qeyd  edir  ki,  qanın  həcminin 

artması da bədən üçün müəyyən təhlükə yarada bilər. Belə hallarda 

o, bir stəkana qədər qan buraxmağı məsləhət görürdü. Qan dövranı 

zəif olan şəxslərdə qan buraxmağa icazə verilmirdi. Azərbaycan hə-




 

51 


kimləri  hələ  o  zaman  qanın  həcmini  azaltmaq  məqsədi  ilə  zəli  və 

həcəmətlərdən də istifadə etmişlər. Həcəmətin qanyaradıcı orqanla-

rın  fəaliyyətini  stimulə  etmək  və  zəhərli  maddələri  qandan  xaric 

etmək  üçün  böyük  əhəmiyyəti  vardır.    Maraqlıdır  ki,  ilin  müəyyən 

fəsillərində  həcəmət  ilə  qan  buraxmağı  hətta  sağlam  şəxslərə  də 

məsləhət görürdülər. 

Şərq  alimləri  yaxşı  bilirdilər  ki,  qan  dövranı  xəstəlikləri 

tənəffüs  sistemi  ilə  sıx  əlaqədardır  və  hər  ikisinin  fiziologiya  və 

patologiyası sinir sistemindən asılıdır. 

Qan  dövranı  və  ümumiyyətlə  bir  çox  xəstəliklərin  diaqnosti-

kasında  nəbzə  böyük  əhəmiyyət  verirdilər.  O  zaman  18-ə  qədər 

nəbz növünün məlum olması, onların diaqnostik və proqnostik əhə-

miyyəti qeyd olunmuşdur. 

Bu alimlər ürək xəstəliklərində sol mədəciyin hipertrofiyasına  

mühüm  kompensator  əhəmiyyət  vermişlər.  O  dövrdə  İbn  Sinanın 

“Ürək dərmanları” adlı kitabı bir neçə dəfə hələ latın dilinə tərcümə 

edilmişdir. 

Orta  əsrlərdə  Şərq  alimləri  öz  əsərlərində  həyacan,  qorxu, 

həddindən artıq sevinc və s. bu kimi emosional halların hər şeydən 

əvvəl ürək qan-damar sistemi xəstəlikləri üçün böyük təhlükə əmələ 

gəlməsini göstərmişlər. 

Demək olar ki, damarların fəaliyyətini necə bir periferik ürək 

kimi  qiymətləndirmək  haqqında  məlumata  bu  alimlərin  əsərlərində 

rast  gəlinir.  Ürək  qan-damar  sistemində  hal-hazırda  məlum  olan 

işemiya, stenokordiya, miokard infarktı və s. bu kimi xəstəliklər və 

onların  müalicəsi  haqqında  bu  alimlərin  əsərlərində  maraqlı 

məlumatlar vardır. 

Tənəffüs  sistemi  xəstəliklərində  ağciyər  və  plevraların 

iltihabı,  bronxial  astma  və  s.  xəstəliklərin  gedişi  onlara  yaxşı  bəlli 

idi. Bu xəstəliklərin qarşısının alınmasında onlar düzgün nəfəsalma 

və  orqanizmin  müqavimətinin  yüksəlməsinə  böyük  əhəmiyyət  ver-

mişlər. Bu sistemin müdafiəyə uyğunlaşma reaksiyaları təngənəfəs-

liklər,  öskürmə  və  s.  haqqında  xüsusilə  İsmayıl  Cürcaninin 

“Xarəzmşahlar  zəxirəsi”  kitabında  ayrı-ayrı  fəsillər  vardır.  Hətta 




 

52 


bəlğəmin  keyfiyyəti,  rəngi,  bərkliyi,  yumşaqlığı  əsasında  tənəffüs 

sisteminin xəstəliklərinin diaqnozunu qətiləşdirməyə çalışmışlar. 

Həzm  sisteminin  pozğunluqlarında  da  onlar  əsəb  və  psixi 

xəstəliklərə  böyük  yer  vermişlər.  İştahanın  əhvali-ruhiyyədən  və 

şəraitdən xeyli asılı olmasını göstərmişlər. 

Ağız  boşluğu  və  dişlərin  sağlamlığının  əhəmiyyətini  xüsusi 

qeyd  etmişlər.  Həzm  sisteminin  xəstəliklərinin  qarşısının  alınması 

və müalicəsində pəhrizin olduqca böyük əhəmiyyətini göstərmişlər. 

Bu  alimlərin  çoxu  hesab  edirdilər  ki,  həzm  sistemi  və  bəlkə  də 

bütün  xəstəliklərdə  əvvəlcədən  bağırsaqları  toksiki  maddələrdən 

təmizləyib, sonra müalicəni başlamaq lazımdır. 

Demək  olar  ki,  mədə  xorasının  ilk  növbədə  ətraflı  şəkildə 

gedişi və müalicəsi İbn Sinanın əsərlərində əks olunmuşdur. İsmayıl 

Cürcaniyə mədənin sallanması və müalicəsi yaxşı bəlli idi. 

Həzm  sistemi  ilə  əlaqədar  olaraq  qaraciyər  xəstəlikləri  də  bu 

alimlərin  əsərlərində  geniş  tədqiq  olunmuşdur.  Sarılıq  xəstəliyinin 

öyrənilməsi bu alimlərdən xüsusilə Zəkəriyya Ər-Razinin əsərlərin-

də müasir dərsliklərdə olan məlumatdan xeyli artıq məlumat vardır. 

İfrazat sisteminin sağlamlığın qorunmasında böyük əhəmiyyə-

tini  qeyd  edərək  bu  sistemin  patologiyada,  funksiyasının  tənzimi 

üçün müxtəlif dərman bitkiləri, meyvələrin əhəmiyyətini göstərmiş-

lər.  İbn  Sina  demək  olar  ki,  ilk  dəfə  sidiyin  analizinə  böyrək  xəs-

təliklərinin diaqnostikasında böyük əhəmiyyət verərək göstərmişdir 

ki, şəkər xəstələrinin sidiyində şəkər olur. 

Şərq  alimləri  hələ  o  zaman  böyrək  xəstəliklərində  sidiyin 

rəngi, iyi, orada qanın olub, olmaması və s. bu kimi halların böyük 

diaqnostik  əhəmiyyətə  malik  olmasını  göstərmişlər.  Sidiyin  cox  az 

və ya heç olmamasının orqanizm üçün böyük təhlükə olmasını qeyd 

etmişlər. 

Endokrin sistemi haqqında təsəvvürün az olmasına baxmaya-

raq o dövrün alimlərinin əsərlərində bu vəzilərin patologiyada rolu-

nun  öyrənilməsinə  az  rast  gəlinmir.  Bu  vəzilər  sırasında  xüsusilə 

cinsi vəzilərin əhəmiyyəti və patologiyası yaxşı öyrənilir. 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə