İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 

35 


risində  freydizm,  neofreydizm  və  psixosomatizm  də  müəyyən  də-

rəcədə  diqqəti  özlərinə  cəlb  edirlər.  Freydizm  hesab  edir  ki,  xəs-

təliyin  baş  verməsində  əsas  səbəbi  bir  sıra  primitiv  instinktlərdir 

(aclıq,  cinsi  və  s.).  Neofreydislər  hesab  edirlər  ki,  burada  xəstəlik-

lərin ictimai və mədəni amillərini yaddan çıxarmaq olmaz. 

Amerikada  geniş  yayılmış  psixosomatizm  nəzəriyyəsinin  tə-

rəfdarları xəstəliyin mahiyyətinin açılmasında subyektiv psixoanaliz 

metodundan geniş  istifadə edirlər. Onların fikrincə hər bir ixtisaslı 

həkim psixologiya və psixiatriyanı  yaxşı bilməlidir. Lakin psoxiso-

matiklərin  bəziləri  psixikanın  maddi  əsaslarını  görməyib,  onu 

təbiətdən kənar qüvvələrdən asılı olması ilə izah edirlər. 

Xəstəliyin  mahiyyətinin  aydınlaşdırılmasında  tomizm,  neoto-

mizm, neogipokratizm, eqzistensializm və bir çox digər nəzəriyyələr 

də  yaranmışdır.  Bunlarının  hər  birinin  müəyyən  müsbət  cəhətləri 

vardır. Bu haqda məşhur Amerika alimi Uellesin  “Pavlov və Freyd” 

(1959) məqaləsi diqqəti cəlb edir. Buna cavab olaraq C.H. Təqdisinin 

“Freyd  və  Pavlov”  məqaləsi  də  vardır.  Bu  məqalədən  belə  çıxır  ki, 

bütün  nəzəriyyələrin  o  cümlədən  freydizmin  də  xəstəliyin  mahiy-

yətinin  açılmasında  şübhəsiz  müəyyən  rolu  vardır.  Lakin,  bu  haqda 

ən mühüm nəzəriyyə nervizim nəzəriyyəsi olaraq qalır. 

Xəstəliyin  mahiyyətinin  öyrənilməsində  bioloji  yanaşma 

insanlar  və  heyvanlar  üçün  eyni  dərəcədədir.  Burada  hər  şeydən 

əvvəl canlı orqanizmin patogen amillərə reaksiyası diqqəti cəlb edir. 

Bioloji  yanaşmada  ən  mühüm  nəzəriyyə  Hans  Selyenin 

(26.01.1907-16.10.1982) ümumi adaptasiya nəzəriyyəsi sayılır. 

Məlum  olduğu  kimi  patogen  amillərə  qarşı  canlı  orqanizmdə 

baş verən reaksiyalar spesifik və ya qeyri-spesifik olurlar. Əgər hər 

hansı bir patogen qıcığın təsiri zamanı canlı orqanizmdə baş verən 

reaksiyalar  yalnız  həmin  patogen  amillərə  xasdırlarsa,  bunlara 

spesifik reaksiyalar deyilir. Bir çox müxtəlif patogen amillərin təsiri 

zamanı  baş  verən  reaksiyalar  isə  qeyri-spesifik  adlanırlar.  Məsələ 

burasındadır  ki,  tibb  elminin  inkişaf  tarixində  ya  bu  və  ya  digər 

reaksiyaları üstün tutmuşdular. Məsələn, monokauzalistlər əsas yeri 

spesifik  reaksiyalara  vermişlər.  Kondisionalistlər  isə  başlıca  yeri 




 

36 


qeyri-spesifik  reaksiyalara  vermişlər.  Müasir  tibbdə  xəstəliyin  ma-

hiyyətinin aydınlaşdırılmasında mühüm nəzəriyyələrdən biri sayılan 

Hans  Selyenin  ümumi  adaptasiya  sindromunda  da  qeyri-spesifik 

nəzəriyyələr üstünlük təşkil edir. Belə nəzəriyyə  H. Selyenin  çoxlu 

miqdarda eksperimentlərinin nəticəsinin təhlilindən yaranmışdır. O, 

göstərmişdir  ki,  canlı  orqanizmə  infeksiya,  intoksikasiya,  travma, 

aclıq, soyuq və bir sıra digər patogen amillər ilə təsir etdikdə həmişə 

hipofiz-böyrəküstü  vəzi  tərəfindən  eyni  xarakterli  dəyişikliklər  baş 

verir.  Buna  əsasən  də  H.  Selye  belə  bir  nəticəyə  gəlir  ki,  guya  hər 

bir patogen amilin özünə məxsus əmələ gələn dəyişiklikləri yoxdur. 

Bütün  patogen  amillər  yalnız  kəmiyyət  baxımından  bir-birindən 

fərqlənən  eyni  xarakterli  reaksiyalar  törədir.  Bu  qısaca  tərifdə  H. 

Selyenin  nəzəriyyəsinin  əsas  mahiyyəti  verilir.  Bu  nəzəriyyənin 

çoxlu tərəfdarları və müxalifləri vardır. 

Hans  Selye  nəzəriyyəsinin  tərəfdarları  olan  praktik  həkimlər 

deyirdilər ki, əgər hər xəstəliyin özünə xas olan nişanələri yoxdursa, 

bəlkə də  hər bir xəstəliyin müalicəsi  üçün xüsusi metodların  hazır-

lanması lazım deyildir. Elə bir ümumi metodlar hazırlamaq lazımdır 

ki,  onların  vasitəsi  ilə  bütün  xəstəlikləri  müalicə  etmək  mümkün 

olsun.  Bu  da  mənşələrinə  görə  müxtəlif  xəstəliklərin  müalicəsində 

praktik həkimi şablon yanaşmaya gətirib çıxarır. Çoxdan məlumdur 

ki,  tibbdə  panaseya  (bütün  dərdlərə  bir  dərman)  heç  bir  zaman 

olmayıb və olmayacaq. Nəinki hər bir xəstəlik hətta eyni xəstəliyin 

ayrı-ayrı  mərhələlərində  də  özünə  məxsus  müalicəvi  tədbirlərin 

aparılması tələb edilir. 

Əlbəttə Hans Selyenin təliminin digər mənfi və bir çox müs-

bət cəhətləri də vardır. Müsbət cəhətlərindən onu qeyd etmək lazım-

dır ki,  H. Selye ilk dəfə ətraflı olaraq müxtəlif xəstəliklərdə, orqa-

nizmin  müdafiəyə  uyğunlaşma  reaksiyalarına  endokrin  sistemini 

cəlb  edib.  Elə  bu  işlərin  nəticəsində  kortizon,  hidrokortizon  və  bir 

sıra  digər  hormonal  preparatlar,  düzgün  kurs  müalicəsi  ilə  tətbiq 

olunduqda  bir  çox  xəstəliklərin  müalicəsində  tez  və  müsbət  nəti-

cələr verir. 



 

37 


Qeyd etmək lazımdır ki, orqanizmin qeyri-spesifik reaksiyala-

rının müdafiəyə uyğunlaşmasında rolu hələ H. Selyedən xeyli əvvəl 

İ. M. Seçenov, İ. P. Pavlov, S. P. Botkin və bir sıra görkəmli alimlər 

çox gözəl əsaslar ilə sübut etmişlər. Onlar burada əsas rolu sinir sis-

teminə  vermişlər.  Hans  Selyenin  əsas  nailiyyəti  ondan  ibarətdir  ki, 

o,  burada  endokrin  sistemin  mühüm  rol  oynamasını  göstərirdi. 

Endokrin  sistemin  patologiyasından  danışılarkən  C.  H.  Təqdisi  öz 

işlərində maraqlı nəticələr əldə etmişdir. Burada yalnız qeyd etmək 

lazımdır ki, həm spesifik, həm də qeyri-spesifik reaksiyalar dialekti-

kanın  kateqoriyalarından  biri  kimi  daima  birlikdə  və  sıx  əlaqədə 

götürülməlidir. Onların birinin o birinə üstünlük verməsi qeyd etdi-

yimiz kimi praktikada ciddi səhvlərə gətirib çıxara bilər. 

Xəstəliyin  mahiyyətinin  öyrənilməsində  tibbi  yanaşma  əsas 

sayılır.  Burada  tibbin  eksperiment  və  klinikada  əldə  etdiyi  bütün 

nailiyyətlərdən geniş istifadə olunur. Eksperimentdə alınan nəticələ-

rin  klinikaya  tətbiq  edilməsində,  klinik  patofiziologiyanın  rolu  ol-

duqca  mühümdür.  Klinik  patofizioloqlar  adından  göründüyü  kimi 

müxtəlif  klinikaların  patofizioloji  şöbələrində  çalışırlar.  Onlar 

eksperimentdə alınan yenilikləri çox böyük ehtiyatla az qrup xəstə-

lərdə, onlara heç bir zərər verməmək şərti  ilə tətbiq  edirlər. Həmin 

nəticələr  özlərini  doğrultduqdan  sonra  praktikada  geniş  istifadə 

oluna bilərlər. 

Xəstəliyin  mahiyyətinin  aydınlaşmasında  tibbi  yanaşma  ilə 

bərabər  biokimyəvi,  biofiziki,  molekulyar,  ekoloji  və  bir  çox  digər 

yanaşmalar da vardır. 

İctimai yanaşma-İnsan ictimai varlıq olduğundan onda xəstə-

liyin mahiyyətinin aydınlaşdırılması işində ictimai amillərin rolu ol-

duqca mühümdür. Bu məsələ alimlərin hələ lap qədim zamanlardan 

diqqət mərkəzlərində olmuşdur. Məsələn, X əsrdə yaşamış Azərbay-

can həkimi və alimi İsa əl-Rahi “Tibb” əsərində yazır ki; “Dünyanın 

bir  çox  ölkələrini  gəzdikdən  sonra  belə  nəticəyə  gəldim  ki,  maddi 

cəhətdən  ehtiyacı  olan  şəxslər  daha  çox  xəstələnirlər”.  İctimai 

amillər xəstəliyin inkişafı və sağalmanı bu və ya başqa istiqamətdə 

dəyişdirə bilərlər. 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə