İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   23   24   25   26   27   28   29   30   31

 

80 


dəqiqləşdirilmişdir.  Qeyd  edim  ki,  bütün  məsələlər  “Gözün  hərəki 

aparat  sinirləri”  monoqrafiyasında  tarixi-elmi  baxımdan  araşdırılır. 

Yeri gəlmişkən qeyd etməliyəm ki, müvafiq incə məsələləri aydın-

laşdırmaq  üçün  mən  dəfələrlə  M.  S.  Abdullayevlə  görüşmüşdüm; 

nəticədə  çətin  anlaşılan  fikirlər  açıqlanırdı.  Mövcud  tədris  kitab-

larında hələ də yazılır ki, eninəzolaqlı əzələ lifləri həm animal, həm 

də  vegetativ  (simpatik)  sinirlərlə  innervasiya  olunur.  Kitabda  bu 

haqda  geniş  məlumat  verilir,  bir  çox  alimlərin  adı  çəkilir.  Əlavə 

edim ki, bu haqda onun Azərbaycan Tibb jurnalının səhifələrində də 

(1967  və  1968-ci  illərdə)  ətraflı  çıxış  etmişdir.  Burada  dünya  miq-

yaslı iki alimin adı tez-tez təkrar edilir. Bunlardan biri Hollandiyalı 

neyrohistoloq  Buke,  digəri  isə  sovet  neyrofizioloqu  L.A.Orbelidir 

(25.06.1882-09.12.1958). 

1909-cu ildən başlayaraq Buke  əzələlərin simpatik  innervasi-

yasına konkret toxunaraq yazır ki, hər bir eninəzolaqlı əzələ lifi iki 

sinir  sistemi  ilə  (somatik  və  simpatik)  innervasiya  olunur.  Bunlar-

dan biri mielinli (somatik), ikinci isə mielinli lifi müşayət edən mie-

linsiz lifdir və Buke sonuncuya əlavə lif adı verir. Bu ideya sonralar 

anatomlar  və  histoloqların  çoxu  tərəfindən  qəbul  olundu  və  hətta 

tədris  kitablarına  da  salındı.  Mülahizəni  möhkəmlətmək  üçün 

morfoloqlar  neyrofizioloji  tədqiqatlara  əl  atırlar.  Əslində  isə  onlar 

L.A.Orbelinin  fikrindən  düzgün  istifadə  etmirdilər.  M.  S.  Abdulla-

yev  göstərirdi  ki,  Bukenin  və  onun  ardıcıllarının  (Kunts,  1927;       

V. N. Murat, 1947; T. N. Rodostina, 1973) fikri düz deyildir; sim-

patik sinirlər eninəzoloqlı əzələ liflərini bilavasitə innervasiya etmir

onları yalnız animal (somatik) sinirlər innervasiya edir. Təəssüf ki, 

monoqrafiyanın  digər  problemləri  üzərində  dayanmaq  imkanı 

yoxdur.  Lakin  gətirilən  qısa  qeydlərdən  aydın  olur  ki,  “Gözün 

hərəki aparat sinirləri” monoqrafiyası nevrologiya elminə, bütünlük-

də  oftalmonevrologiya  və  ümumiyyətlə  oftalmologiya  sahəsinə 

yeniliklər  gətirmişdir.  Kirpik  qanqlionu  və  onun  təbiəti  haqqında 

aparılan  tədqiqatın  nəticələri  də  monoqrafiyanın  geniş  profilliyinə 

sübutdur. 



 

81 


Yetmişinci  illərin  əvvəllərində  Ştutqartda  çap  olunan 

jurnallarda  M.  S.  Abdullayevin  elmi  əsərləri  geniş  formada  nəşr 

olundu:  “Modern  Medisina”  jurnalı  onun  “Binokulyar  görmə  za-

manı gözün hərəki aparat sinirlərinin morfologiyası” və “İdeen des 

Ekzakten Vissens” jurnalı “Periferik sinirlərin daxili quruluşu” adlı 

əsərlərini  alman  dilində  çap  etdirdi.  Hər  iki  jurnalda  həmin 

məqalələrin  sonunda  müəllifin  dərc  olunan  problemlər  sahəsindəki 

şəxsi əsərlərinin bəziləri və özü haqqında qısa məlumat verilir. 

1972-ci ildə Almaniyanın anatomiya sahəsində məşhur jurnalı 

sayılan  “Anatomişer  antsiaynqer”  onun  “Gözün  hərəki  aparat 

sinirlərinin  morfofunksianal  xüsusiyyətləri  haqqında  müasir  təsəv-

vür” adlı daha böyük əsərini dərc etdi. Ətraflı illüstrasiya ilə verilən  

bu məqalə xarici görünüşü ilə də diqqəti cəlb edir. Almaniyada çap 

olunan  bütün  məqalələr  istər  elmi  cəhətdən,  istərsə  də  jurnalistik 

cəhətdən  dövrün  bütün  tələblərinə  son  dərəcə  yüksək  səviyyədə 

cavab verirdi. Məhz həmin dövrlərdən başlayaraq M. S. Abdullayev 

müxtəlif ölkələrdə keçirilən elmi konqreslərə dəvət olunur. 1973-cü 

ildə  o,  Bolqarıstan  anatomlarının  V  konqresində  “Gözün  hərəki 

aparat  sinirlərinin  “özgə”  lifləri  haqqında”  adlı  mövzu  ilə  məruzə 

edir. Elə həmin ildə onu Ştutqartda nəşr edilən “İdeen des Ekzakten 

Vissens”  jurnalının  redaksiya  kollegiyasına  üzv  seçdilər.  1974-cü 

ildə  həmin  jurnal  onun  “Bəzi  kəllə  sinirlərinin”  topoqrafiyası”  adlı 

başqa  bir  məqaləsini  çap  edir.  1975-ci  ildə  Ştutqartda  nəşr  olunan 

jurnal  yeniləşirdirilir  və  “Ekzakt”  adı  ilə  buraxılır.  M.  S. 

Abdullayev bu jurnalda da redaksiya kollegiyasına üzv seçilir. 

1975-ci  ildə  o,  anatomların  Yaponiyada  keçirilən  X  Beynəl-

xalq  konqresinə  dəvət  olunur.  Tokioda  ingilis  dilində  “Periferik 

sinirlərdə  postnatal  mielinizasiya”  adlı  məruzə  ilə  çıxış  edir. 

Göründüyü  kimi  həmin  vaxtlardan  başlayaraq  M.  S.  Abdullayev 

nevrologiyanın yeni morfoloji problemi-mielinizasiya məsələləri ilə 

məşğul  olub.  O,  bu  problem  sahəsindəki  tədqiqatlarını  ömrünün 

sonuna kimi davam etdirmişdir. 

1976-cı  ildə  onu  Almaniyaya  dəvət  etdilər  və  orada  Rostok 

şəhərində  (Varnemünde)  “Postnatal  mielinizasiya  rəqəmlərlə”  adlı 




 

82 


mərizə  ilə  çıxış  etdi.  Məruzə  maraqla  dinlənilmişdi  və  bir  ildən 

sonra, yəni 1977-ci ildə “Verhand anatomişer qezelşaft” (“Anatom-

lar  cəmiyyətinin  xəbərləri”)  toplusunda  çap  edildi.  Qeyd  olunan 

məqalədə  insan  anadan  olandan  sonra  onun  sinirlərində  mielinli 

liflərin  necə  artıb  formalaşmasından  söhbət  gedir.  Sonra  o,  həmin 

(1977) ildə Polşa anatomlarının XI qurultayına dəvət olundu və Bia-

lastok şəhərində “Miqdari analiz üsulu ilə mielinli liflərin morfoloji 

və funksional xüsusiyyətlərinin aşkar edilməsi” adlı məruzə ilə çıxış 

etdi.  Mielinli  lifləri  hərtərəfli  öyrənən  M.  S.  Abdullayev  onların 

riyazi  analizinə  çox  fikir  verirdi.  Bu  məruzədən  bir  il  əvvəl  o,  öz 

elmi məqaləsində müxtəlif diametrli mielinli liflərə malik sinirlərin 

funksional  xüsusiyyətlərini  öyrənməkdən  ötəri  orta  diametrli 

modernləşdirilmiş  lifləri  (dx)  müəyyən  etmək  qərarına  gəlir  və 

bunun  üçün  xüsusi  formul  da  təklif  etmişdir.  Bu  formul  əsasında 

təkamül  prosesində  mielinli  liflərin  diferensiasiya  dərəcəsini  və 

funksional  dəyişiklik  zamanı  bu  liflərdə  impulsun  nəql  olunması 

dərəcəsində baş verən irəliləyişi aşkara çıxarırdı. 

1978-ci  ildə  onu  Koşitse  şəhərində  keçirilən  Çexoslovakiya 

anatomlarının  XXI  konqresində  Sovet  ölkəsinin  yeganə  nümayən-

dəsi  kimi  iştirak  edib,  və  birinci  gün  konqresin  plenar  iclasında 

“Qan cərəyanı pozulanda sinirlərin regenerasiyası zamanı mielinləş-

mənin gedişi” adlı məruzə ilə çıxış etmişdir. 

M.  S.  Abdullayevin  Beynəlxalq  elmi-fəaliyyətində  ən  böyük 

hadisə 1979-cu ildə baş vermişdir.  Həmin ilin sentyabrında Avropa 

anatomları özlərinin V konqresini Praqa şəhərində keçirildi. Həmin 

konqres  onu  həm  məruzəçi  kimi  dəvət  etdi,  həm  də  periferik 

sinirlərin incə  quruluşunu öyrənmək sahəsində  onun  görkəmli  alim 

olduğunu  nəzərə  alaraq  konqresin  müvafiq  bölgəsinə  birinci  sədr 

təyin etmişdilər. 

M.  S.  Abdullayev  nevrologiya  sahəsində  geniş  miqyaslı 

təcrübələr aparmışdır. 

Bu  vaxta  qədər  elmə  sinir  liflərinin  yalnız  bir  degenerasiya 

forması məlum idi; onu da 150 il bundan əvvəl ingilis alimi Uoller 

(Valler)  kəşf  etmişdir.  Uoller  qurbağa  və  digər  heyvanlarda  siniri 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə