İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   23   24   25   26   27   28   29   30   31

 

86 


sinirləri vətərlərdən ilk dəfə Aristotel ayırmışdır. Əslində isə məsələ 

əksinədir. Buna bənzər digər məlumatlar da vardır”. 

1979-1988-ci  illərdə  M.  S.  Abdullayev  “Aristotel  və  aristo-

telizm anatomiya tarixində” və onun ardınca “Kiçik dövranın böyük 

faciəsi” adlı iki böyük fəlsəfi-tibbi  əsərlərini  yazmışdır;  rus dilində 

yazılan  bu  kitablar  ardıcıl  olaraq  1988  və  1992-ci  illərdə  nəşr 

edilmişdir.  Bu  iki  əsərdə  müəllif  filosofların  müxtəlif  baxışlarını 

anatomiya  elmində  araşdıraraq  dünya  alimlərinin  marağına  səbəb 

olan  məlumatlar  əldə  etmiş  və  nəticədə  Aristotelin  anatomiya  elmi 

sahəsindəki fəaliyyətini böyük məhsuldarlıqla qələmə almışdır. 

“Aristotel  və  aristotelizm  anatomiya  tarixində”  adlı  monoq-

rafiyanın  elmi  redaktoru  akademik  V.  V.  Kupriyanov  haqlı  olaraq 

göstərir ki, “Aristotelin anatomiya sahəsindəki xidmətləri indiyidək 

öyrənilməmişdir.  Bu  məsələni  professor  M.  S.  Abdullayev  başa 

vurdu.  Monoqrafiyada  insanın  və  heyvanın  quruluşunu  öyrənmək 

məsələlərinin  ziddiyyətli  və  mürəkkəb  tarixi  yolları  təhlil  olunur”. 

Həmin monoqrafiyada redaktor qeyd edir ki, “Kitabda əhatə olunan 

məsələlər  çox  genişdir,  başlıca  məsələ  isə  odur  ki,  həmin  kitabda 

insanı  dərk  etməyin  təbii-elmi  yolu  sahəsində  Aristotelin  yeri 

müəyyən  edilmişdir”.  Daha  sonra  V.  V.  Kupriyanov  yazır  ki,  “Bu 

kitabla  tanış  olan  oxucu  yeni  insanın  formalaşması  yollarını 

axtarmaq işində lazımi nəticələr əldə edə bilər”. 

Professor  C.  T.  Əhmədli  və  akademik  D.  V.  Hacıyev  “Aris-

totel  və  aristotelizm  anatomiya  tarixində”  adlı  monoqrafiyaya 

yazdıqları  rəydə  göstərirlər  ki;  “Bu  kitabda  çox  böyuk  sayda  elmi 

ədəbiyyat  və  birinci  növbədə  Aristotelin  elmi  əsərləri,  xüsusilə 

“Heyvanların  tarixi”,  “Heyvanların  hissələrinə  dair”  və  sair  bioloji 

əsərlər səlahiyyətli və əsaslı şəkildə müsəffəl təhlil edilmişdir”. 

Qədim dövrün ən zəngin ensiklopedik təfəkkürünə malik olan 

Aristotelin  anatomiya  sahəsindəki  xidmətlərini  müəyyənləşdirmək 

üçün M. S.  Abdullayev  eramızdan daha  əvvəlki  dövrdə  anatomiya 

haqqındakı mövcud mülahizələri tədqiq edir. Əsərdə Heraklitdən (e. 

ə.  535-475)  başlayaraq  Qədim  Yunanıstanın  məşhur  alimlərinin 

xidmətləri, o cümlədən Alkmeonun (e. ə. V əsr), Empedoklun (e. ə. 




 

87 


490-430),  Hippokratın,  Diogenin  (e.  ə.  412-323),  Platonun  və  baş-

qalarının xidmətləri tədqiq olunur. Burada Empedoklu xüsusi qeyd 

etmək  lazımdır.  Onun  hər  iki  poemasında  olan  anatomik,  bioloji 

fikirlər ətraflı təhlil edilir. Həmin poemadan poetik misallar kitabda 

verilir.  Yalnız  bunlardan  sonra  bəşərin  fikir  xəzinəsinin  ən  böyük 

incisi  Aristotelin  anatomik  xidmətləri  aşkar  edilə  bilir.  Filosofun 

anatomik  fikirləri  monoqrafiyada  ətraflı  izah  edilir.  Onlarla  tanış 

olarkən müəyyən olur ki, mövcud kitablarda Aristotelin fikirlərinin 

düzgün  verilməməsinin  səbəbləri  nədir?  Nə  üçün  kitablarda  bu 

haqda  yanlış  mülahizələr  yaranmışdır.  Təkcə  sinir-vətər  mövzusu 

deyil,  başqa  çox  ciddi  məsələlər  də  aydın  olur.  Aristotelin  ürək 

kameraları,  onların  quruluş  prinsipləri  və  miqdarı  haqqında  ətraflı 

məlumatlar  təhlil  edilir.  Yalnız  monoqrafiya  ilə  tanış  olduqdan 

sonra  aydın  olur  ki,  Aristotel  insan  ürəyinin  quruluşu  və  onun 

kameralarını  bilavasitə  öyrənmişdir.  Ürəyin  üç  kameralı  olduğu 

haqda  onun  mülahizələri  heç  də  o  demək  deyil  ki,  o,  ürəyin  bütün 

dörd  kameralarını  görməmişdir.  Əksinə,  Aristotel  bunları  görüb, 

lakin  onları  tamam  başqa  formada  təhlil  etmişdir.  Kitabı  diqqətlə 

oxumadan filosofun anatomik fikirləri düzgün anlaşılmır. 

Prof. C. T. Əhmədli yazır ki; “Bəşərin yaratdığı elm və mədə-

niyyət binası Aristotelin təfəkkür irsi üzərində yüksəlmişdir”. Əlbət-

tə Aristotel nəinki tibb sahəsində, hətta bütün elmlər sahəsində mi-

silsiz xidmətləri olan bir şəxsiyyətdir. 

Prof.  A.  Əhədov  və  B.  Bayramov  “Faydalı  kitab”  adlı  mə-

qalədə  yazırlar ki; “M. S. Abdullayev qeyd edir ki, Aristoteli təkcə 

anatom, fizik, yaxud filosof adlandırmaq ədalətsizlik olardı. Müasir 

elmin geniş sahəsinə həsr olunmuş elə bir monumental əsər yoxdur 

ki, orada Aristotelin adı çəkilməsin. 

Prof. D. Y. Hüseynov qeyd edir ki; ““Aristotel və aristotelizm 

anatomiya tarixində” əsəri məni valeh etdi. Həmin kitab mənim fik-

rimcə,  müəllifin  şah  əsəridir  və  olduqca  yüksək  səviyyədə  yazıl-

mışdır.  İlk  dəfə  Aristotelin  anatomik  fikirlərini  M.  S.  Abdullayev 

qələmə almışdır”. 



 

88 


Beləliklə, Aristotelin irsi hələ bundan sonra da təhlil olunacaq 

və  öyrəniləcəkdir.  M.  S.  Abdullayevin  “Aristotel  və  aristotelizm 

anatomiya  tarixində”  əsəri  nəsildən-nəslə  qiymətli  bir  xəzinə  kimi 

qalacaqdır. 

M. S. Abdullayevin ikinci böyük fəlsəfi əsəri “Kiçik dövranın 

böyük  faciəsi”  (1992)  monoqrafiyasıdır.  Bu  əsərdə  kiçik  qan 

dövranın kəşf edilməsi tarixi və həmin tarixdə baş verən hadisələr, 

ədalətsizliklər və hətta faciəli hadisələr ətraflı surətdə təhlil edilir. 

Kiçik  qan  dövranın  tarixi  çox  genişdir.  Aristoteldən  başlaya-

raq  Harveyə  qədər  (XVII  əsrin  ingilis  alimi)  davam  edən  iki  min-

illik tarix ətraflı işıqlandırılır. Kiçik qan dövranının ilk dəfə ərəb ali-

mi  İbn  ən  Nafis  (XIII  əsr)  tərəfindən  kəşfi  və  bu  kəşfin  müxtəlif 

mənbələrdə  düzgün  olmayaraq  istifadə  olunması,  İbn  ən  Nafisin 

adının  600  il  unudulması  və  s.  məsələlər  aşkar  olunur.  Bu  tarixdə 

məşhur  alimlərdən  Leonardo  da  Vinçi  (1452-1519),  Vezali, 

Mikelancelo (1475-1564), Kolombo (XVI əsr), Migel Servet (1511-

1553),  və  nəhayət  Harvey    haqqında  ətraflı  məlumatlar  verilir.  Nə 

üçün  kiçik  qan  dövranı  böyük  qan  dövranından  əvvəl  kəşf 

edilmişdir?  Həmin  məsələ  aydınlaşdırılır.  Onda  əsas  məqsəd  qan 

dövranını  öyrənmək  olmamışdır.  Ruhun  orqanizmə  necə  daxil 

olması  və  ürəyə  necə  keçməsini  müəyyənləşdirmək  istəyiblər. 

Çünki o vaxt orqanizmin heç bir fəaliyyəti ruhdan kənarda düşünül-

mürdü.  Bu  məsələlər  kitabda  ətraflı  təhlil  olunur  və  fəlsəfi  möv-

qedən izah edilir. 

Burada  ruh  haqqında  mövcud  mülahizələrə  geniş  yer  verilir. 

C.T. Əhmədli yazır ki; “Bu əsər mifologiyadan dinə, dindən fəlsəfə-

yə keçən, ruhla bədənin nisbəti probleminin həlli mərhələsini açır”. 

M. S. Abdullayevin bu iki monoqrafiyası Azərbaycan elmində 

tibbin tarixi və fəlsəfəsini mənimsəmək üçün dəyərli mənbədir. Biz 

əminik ki, nə vaxtsa bu əsərlər Azərbaycan dilinə tərcümə ediləcək, 

xalqa qiymətli xəzinə kimi qalacaqdır. 

1995-ci  ildə  M.S.  Abdullayevin  “Füzuli  təfəkküründə  anato-

miya  izləri”  kitabı  işıq  üzü  görəndə  onu  ilk  dəfə  əldə  edib  oxuyan 

mən  oldum.  Və  bilməzdim  ki,  alim  ömrünün  bu  çağında  Füzulini 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə