İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   2   3   4   5   6   7   8   9   10   ...   31

 

20 


sonralar bu mühüm məsələlər bir qədər unudulmuş və tibb elmi əsas 

etibarilə xəstəliyin öyrənilməsi ilə məşğul olmuşdur. 

İndi bir daha aydın olur ki, sağlamlığı bilmədən xəstəlik haq-

qında  düzgün  məlumat  əldə  etmək  mümkün  deyildir.  İlk  baxışdan 

belə məlum olur ki, sağlamlıq haqqında hər şey aydındır. Həqiqətdə 

isə sağlamlıq özü də çox mürəkkəb bir proses olub, onun müəyyən 

dərəcələri vardır. Bu barədə C. H. Təqdisi belə bir faktı açır ki, hələ 

min  il  bundan  əvvəl  İbn  Sina  sağlamlıqda  altı  dərəcə  seçmişdir. 

Hal-hazırda  Ümumdünya  Səhiyyə  Təşkilatı  da  sağlamlığın  beş  də-

rəcəsini tanıyır ki, bunlar da mahiyyət etibarı ilə İbn Sinanın fikrinə 

çox  yaxındır.  Çox  zaman  praktik  həkim  öz  gündəlik  fəaliyyətində 

qeyd edir ki, bu adam sağlamdır, lakin onun sağlamlığının nə dərə-

cədə  olması  kimi  mühüm  bir  məsələyə  lazımi  fikir  vermir.  Müasir 

səhiyyə  çalışmalıdır  ki,  insanların  sağlamlığını  mümkün  qədər 

yaxşılaşdırıb, yüksək səviyyəyə çatdırsın. 

Sağlamlığın  qoruyub  möhkəmləndirilməsi  cəmiyyət  üçün  ol-

duqca əhəmiyyətli olan tibbin əsas vəzifəsidir. İnsanların ən xoş ar-

zuları  elə bununla  əlaqədardır. Görüş zamanı bir neçə  dəfə sağ ol, 

sağlam qal, sağlamlıq arzu edirəm və s. sözləri təkrar edirik. C. H. 

Təqdisinin əsərlərində sağlamlığın normadan fərqlənməsi və mürək-

kəb bir proses olması haqqında maraqlı fikirlər vardır. O, öz əsərlə-

rində sağlamlıq üçün olduqca zəruri olan Ümumdünya Səhiyyə Təş-

kilatının fikrini (fiziki, ruhi və ictimai sağlamlıq) göstərməklə bəra-

bər eyni  halda belə  bir  mühüm faktı da qeyd edir ki,  hələ orta əsr-

lərdə  dahi  Azərbaycan  münəccimi  və  hər  tərəfli  geniş  biliyə  malik 

olan Nəsirəddin Tusi  bu üç şərti  hələ  o zaman demək olar ki,  eyni 

məzmunda qeyd etmişdir. 

Azərbaycan  həkimi  Məhəmməd  Yusifi  orta  əsrlərdə  “Tibbi 

Yusifi” adlı əsərində sağlamlığın qorunması və möhkəmləndirilmə-

sinə böyük yer verir və bu məsələləri poetik dildə öz kitabında qeyd 

etmişdir. Bunun səbəbini onunla izah edir ki, şer insanın yaddaşında 

möhkəm  qalır.  Həmin  kitabda  ətraf  mühitdən  səmərəli  istifadə 

etmək,  qida  və  istirahət  rejimini  gözləmək,  aktiv  olmaq,  yuxunu 



 

21 


tənzim  etmək,  zərərli  maddələri  bədəndən  xaric  etmək  kimi  məsə-

lələrə xüsusi yer verilir. 

Məşhur  rus  tənqidçisi  N.  A.  Dobrolyubov  (05.02.1836-

29.12.1861)  insan  üçün  heyvani  yox,  insani  sağlamlığın  zəruri  ol-

masını göstərmişdir. 

Şərqdə heç bir zaman gözəllik məfhumunu, sağlamlıq məfhu-

mundan  ayırmamışlar.  Görkəmli  alman  ədibi  Henrix  Geyne 

(13.12.1797-17.02.1856)  yazır  ki,  ən  həqiqi  gözəllik  sağlamlıqdır. 

Hal-hazırda sağlamlıq və gözəllik institutları yaradılır. 

Elmi  texniki  inkişaf  dövründə  sağlamlığın  məsələlərinin  də-

rindən öyrənilməsi böyük aktuallıq kəsb edir. 

C. H. Təqdisinin əsərlərində göstərilir ki, müasir təsəvvürlərə 

əsasən sağlamlıq heç də xəstəliyə qarşı qoyulmayıb, onunla sıx əla-

qədə  öyrənilir.  Bu  əsərlərdə  norma  ilə  patologiyanın  əlaqəsi  geniş 

işıqlandırılır. Qeyd olunur ki, norma ilə sağlamlıq sıx əlaqədə olma-

sına  baxmayaraq  heç  bir  zaman  eyni  ola  bilməzlər.  Normadan  kə-

nara çıxmaq həmişə xəstəliyin olmasına dəlalət etmir. Məsələn, nor-

madan  kənara  çıxmaq  ola  bilər  ki,  müdafiəyə  uyğunlaşma 

reaksiyalarının  möhkəmlənməsinə  yönəlmiş  olsun.  Bu  da  sağlam 

orqanizmin inkişafına kömək edir. 



Norma  özü  hələlik  tam  öyrənilməmiş  məfhumdur.  C.  H. 

Təqdisi  əsərlərində  iki  yüzə  yaxın  normanın  olmasını  göstərib,  bir 

neçəsinin adını çəkir. Hal-hazırda yeni bir tibb sahəsi olan normalo-

giyanın ortaya çıxması göstərir ki, onun əsas vəzifəsi normanın ma-

hiyyətini  öyrənməkdən  ibarətdir.  Müasir  biologiya  və  tibbdə  geniş 

tətbiq olunan aşağıdakı norma formalarını göstərmək olar. 



Fizioloji norma-bu norma o qədər konkret deyil. Ona görə ki, 

bu göstəricilər bir çox amillərin təsirindən asılı  olaraq xeyli dəyiş-

kəndir.  Məsələn,  dağ  yerləri  və  aranda  yaşayan  şəxslərin  eritrosit-

ləri,  qan  dövranı  və  bir  çox  başqa  göstəriciləri  bir-birindən  xeyli 

fərqlənir. Bu fərqlənmə isə onların hərəsi üçün norma sayılır. Canlı-

ların növündən və başqa xüsusiyyətlərindən də asılı olaraq fizioloji 

norma dəyişir. Bu haqda belə misalı qeyd etmək olar ki, zürafənin o 

uzunluqda  boynundan  beyindəki  mərkəzləri  qan  ilə  təchiz  etmək 




 

22 


üçün 320 mm. civə sütununa bərabər arterial təzyiq lazımdır. İnsan 

isə bu təzyiqdən dərhal tələf olar. 

Çox məlum olan normalardan biri də orta arifmetik (statistik) 

normadır. Hələ vaxtı ilə Nəsirəddin Tusi yazmışdır ki, insanın nəbzi 

haqqında  düzgün  məlumat  əldə  etmək  üçün  onu  bir  dəfə  saymaq 

kafi deyil. Yaxşı olar ki, üç dəfə sayıb orta rəqəmi götürmək lazım-

dır.  Statistik  normanın  müasir  tibbdə  geniş  tətbiq  olunmasına  bax-

mayaraq hələ bu da norma haqqında tam məlumat vermir. 

İnsanın sağlamlığı dinamik olduğundan dinamik normada diq-

qəti cəlb edir. Lakin bu normanın göstəriciləri də bütün hallarda ki-

fayətedici qəbul edilə bilməz. 

Adaptasiyanın sağlamlıqda əhəmiyyətini nəzərə alsaq adaptiv 

norma yalnız müəyyən hallarda əhəmiyyətli ola bilər. 

Sağlamlıq  bir  çox  cəhətdən  ekologiyadan  asılı  olduğu  üçün 



ekoloji norma da müəyyən olunmuşdur. 

Orqanizmin daxili mühitinin sabitliyinin sağlamlıqda əhəmiy-

yətini nəzərə alaraq bəzi homeostatik normadan söhbət gedir. 

Klinikalarda çox zaman fərdi normaya böyük əhəmiyyət veri-

lir.  Lakin  hər  bir  şəxs  üçün  fərdi  normativlər  təyin  etmək  praktik 

olaraq çətinlik törədir. 

Göstərilən    və  burada  adları  çəkilən  və  çəkilməyən  bir  sıra 

norma növlərini C. H. Təqdisi əsərlərində təhlil edərək belə bir nəti-

cəyə  gəlir  ki,  hal-hazırda  tibbdə  yalnız  ümumi-korrelyativ  norma 

tətbiq  edilə  bilər.  Yəni  hər  bir  şəxsin  fərdi  homeostatik,  ekoloji, 

dinamik,  fizioloji  və  s.  normalarının  xüsusiyyətlərini  nəzərə  alaraq 

həmin  adamın  normalarını  təyin  etmək  olar.  Bu  məsələnin  klinika 

üçün  olduqca  böyük  əhəmiyyəti  var.  Kitablarda  yazılan  bir  tərəfli 

normativləri bəzi praktik həkimlər əsas götürərək insanın sağlam və 

ya  xəstə  olması  haqında  düzgün  olmayan  fikirlər  yarada  bilərlər. 

Normaya korrelyativ yanaşdıqda belə səhvlərin qarşısı alınır. 

Norma ilə sağlamlığın sıx  əlaqədə  olması  hamıya məlumdur. 

Lakin  bilmək  lazımdır  ki,  norma  hələ  sağlamlıq  demək  deyildir. 

Normadan  kənara  çıxmaq  ola  bilər  ki,  orqanizmin  müdafiəyə  uy-

ğunlaşma  reaksiyalarının  güclənməsinə  doğru  yönəlmiş  olsun  ki, 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə