İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   2   3   4   5   6   7   8   9   ...   31

 

17 


bilmir. Bu dövrdə həqiqi azərbaycanlı həkim və alimlərin sayı xeyli 

artır.  Lakin  burada  onların  hamısının  üzərində  dayanmaq  imkanı 

yoxdur. Yalnız bir neçəsinin əsərlərindən qısa məlumat veririk. 

Bunlardan Ramazan İbn Şeyx Əli Lənkərani XIV əsrin ikinci 

yarısında  doğulmuş,  tibb  sahəsində  tədqiqatlar  aparmış  və  geniş 

miqyasda müalicə ilə məşğul olmuşdur. Onun əsas əsəri “Fərruxna-

meyi-Camali”  adlanır  ki,  bu  da  1409-cu  ildə  ərəb  dilində  yazılıb. 

1594-cü ildə Məhub Əli ibn Əhmədi Lənkərani həmin əsəri fars di-

linə tərcümə edib. Bu əsərdə müxtəlif xəstəliklərin müalicəsində or-

qanoterapiyaya  xüsusi  yer  verilir.  Palçıqların  müalicəvi  əhəmiyyə-

tindən danışır. Xüsusilə gülabın müalicəvi əhəmiyyətini ətraflı qeyd 

edir.  İfrazat  sisteminin  fiziologiya  və  patologiyalarının  mexanizmi 

haqqında  geniş  məlumatlar  verir.  Lənkərani  “Fərruxnameyi-

Camali”  kitabında  Azərbaycanın  flora  və  faunası  haqqında  da 

maraqlı məlumatlar verir. 

Azərbaycan alimləri sırasında Nəciməddin-Əhməd Naxçivani-

nin  (1253-cü  ildə  vəfat  edib)  İbn  Sinanın  “Tibb  qanunu”  kitabına 

yazdığı rəy diqqəti özünə cəlb edir. O, “Tibb qanunu” kitabının ana-

lizinə tənqidi yanaşır və göstərir ki, İbn Sinanın bəzi nəzəri fikirləri 

təcrübədə özünü doğrultmur. 

O dövrdə yaşamış Mirzə Məhəmməd Həsən Şirvanini (XVIII 

əsr) də qeyd etməmək olmaz. Onun təşkil etdiyi müalicəxana və ya-

ratdığı tibb məktəbindən Seyid Əli Təbib Təbrizi (1787-1898) kimi 

görkəmli  alimlər  çıxmışdır.  Mirzə  Məhəmməd  Həsən  Şirvaninin 

“Tibbnamə” kitabının girişində bir çox alim və həkimlərin Şamaxı-

dan  çıxmağa  məcbur  olub  başqa  yerlərdə  işləməsi  haqqında  məlu-

matlar  verilir  və  göstərilir  ki,  elə  bu  şəraitdə  də  bir  çox  qiymətli 

əsərlər itmişdir. O, özü də qeyd etdiyi kimi bu kitabı çox çətin şə-

raitdə Azərbaycan dilində, Dağıstanda sürgündə yazmışdır. Şirvani-

nin əsərlərində müxtəlif ağrıların aradan qaldırılması haqqında ma-

raqlı  məlumatlar  göstərilir.  Bu  kitabda  həmçinin  əsəb  xəstəlikləri, 

atereskleroz, bayılma və s. haqqında məlumatlar vardır. 

Orta  əsrlərdə  Azərbaycan  həkim  və  alimlərinin  AMEA-nın   

M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əsərləri yüzdən 




 

18 


çoxdur.  Digər  kitabxanalarda  da  belə  əsərlərə  rast  gəlmək  olar. 

Məsələn,  M.  F.  Axundov  adına  Azərbaycan  Milli  Kitabxanasında 

Məhəmməd  Əkbər  Ərzaninin  XIII  əsrdə  yazdığı  “Tibbi-Əkbəri” 

adlı kitabının əlyazması saxlanılır. Bu kitabda müsafirət gigiyenası, 

pnevmaniya,  pnevmatoraks  və  yanıqların  müalicəsi  haqqında  qiy-

mətli  məlumatlar  verilir.  Bir  sıra  məcunların  tərkibi  göstərilir.  Xü-

susilə şadlandırıcı “Yaqut” məcunu daha çox diqqəti cəlb edir. 

Orta  əsrlərdə  yaşamış  Azərbaycan  həkim  və  alimlərindən 

Əbülhəsən  Mərağeyi  və  Məhəmməd  Mehdi  İbn  Əli  Nəqini  qeyd 

etmək zəruridir. 

Əbülhəsən Mərağeyi “Müalicate münfəridə” əsərində orqaniz-

min fərdi xüsusiyyətlərini dərmanların təyin edilməsi zamanı nəzərə 

alınmasını xüsusi qeyd edir. 

Məhəmməd Mehdi  İbn Əli Nəqi “Mücərrabad Risaleyi Tibb-

Şərəfnamə” kitabında və “Zədəlmüsafirin” əsərində səfər gigiyena-

sına böyük yer verir. Mehdi İbn Əli Nəqinin “Mücərrabad Risaleyi 

Tibb-Şərəfnamə”  kitabında  yeni  dərmanların  tətbiq  edilməsindən 

əvvəl dərmanşünas (əczaçı) ilə məsləhətləşmənin zəruri olduğu gös-

tərilir.  Kitabının  bir  hissəsi  sağlamlığın  qorunması  və  möhkəmlən-

dirilməsinə həsr edilmişdir. O biri hissədə isə müxtəlif xəstəliklərin 

səbəbləri,  qarşısının  alınması  və  müalicəsi  orqanizmin  müqavimə-

tini artıra bilən dərmanlar, müxtəlif zəhərlənmələr ilə mübarizə və s. 

haqqında məlumat verilir.  

Bunlardan  əlavə  bir  sıra  hələ  müəllifləri  tam  bəlli  olmayan 

qiymətli  əsərlər  də  vardır  ki,  onların  hərəsinin  üzərində  ətraflı  da-

yanmaq lazım gəlir. Lakin elə bu qeyd olunan məlumatlar orta əsr-

lərdə  Azərbaycanın  elm  və mədəniyyətinin  nə qədər  yüksək səviy-

yədə olmasını sübut edir. Həmin əsərlərdə qeyd olunan bir çox mə-

sələlərin dərindən öyrənilməsi müasir tibbin inkişafına yaxından kö-

mək edə bilər. 

 

 

 



 


 

19 


II FƏSİL 

 

XX ƏSRDƏ FƏALİYYƏT GÖSTƏRMİŞ 

AZƏRBAYCAN ALİMLƏRİNİN ƏSƏRLƏRİNDƏ 

TİBBİN TARİX VƏ FƏLSƏFƏ İLƏ ƏLAQƏSİ 

 

 

2.1. C. H. Təqdisinin əsərlərində tibb və onun 

tarixinə dair aparılan bəzi tədqiqatlar 

 

Tibb elmləri doktoru, professor C. H. Təqdisidən (1925-2006) 



nəyə  görə  nəzəriyyəçi  olduğunu  soruşduqda  o,  mənə  çox  qədimdən 

məlum olan bir misalı xatırlatmışdı ki, “ən yaxşı praktika düzgün nə-

zəriyyədir”.  Əgər nəzəriyyə düzgündürsə praktika da  yüksək səviy-

yədə olar. Nəzəriyyə düzgün olmadıqda isə praktika lazımı səviyyədə 

ola  bilməz.  C.  H.  Təqdisinin  əsərlərində  tibbin  praktikası  ilə  sıx 

əlaqədə  olan  nəzəri  məsələlər  hər  tərəfli  işıqlandırılır.  Onun  əsər-

lərində  molekulyar  patologiyadan  tutmuş,  ekstremal  hallara, 

mikroelementlərin fiziologiyada və patologiyada rolunun aydınlaşdı-

rılmasına, tibbin   ekoloji məsələlərinə, kurort faktorlarının təsirinə və 

s.  toxunulur.  C.  H.  Təqdisinin  bir  neçə  Şərq  və  Avropa  dillərini 

bilməsi  onun  tibbin  tarixi,  tibb  ilə  fəlsəfənin  əlaqəsi  kimi  məsələlər 

haqqında orijinal və qiymətli əsərlər yaratmasına kömək etmişdir. 

Lakin konkret desək C. H. Təqdisinin tibbin nəzəriyyəsinə aid 

işlərinin başlıca hissəsi üç əsas məsələ üzərində qurulmuşdur; sağ-

lamlıq, xəstəlik və sağalma. 

Sağlamlıq  məsələsi  tibbdə  son  zamanlar  alimlərin  diqqətini 

ciddi  şəkildə  cəlb  etməyə  başlamışdır.  Elə  bu  da  C.  H.  Təqdisinin 

tədqiqatlarında əsas yerlərdən birini tutur. Hərçənd ki, o, əsərlərində 

qeyd  edir  ki,  bu  məsələnin  öyrənilməsi  ilə  keçmiş  dövrlərdə  yaşa-

yan alimlər yaxından məşğul olmuşlar. Buna misal olaraq o, göstə-

rir ki,  İbn Sinanın “Tibb qanunu” kitabında sağlamların sağlamlığı 

və  sağlamlığın  möhkəmlənməsi  üçün  xüsusi  fəsillər  vardır.  Lakin 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə